Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-25/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan SSR, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus Beynəlxalq Bank ASC-yə məxsus **********635861 nömrəli “Tam kart” bank kartını Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsində yerləşən Bayıl parkında qanunsuz olaraq əldə etdikdən sonra özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcısından istifadə etməklə talamaq məqsədi ilə, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus kartdan həmin gün saat 22:14 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 74 A ünvanında yerləşən “Bazarstore” mağazasında yerləşən Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 0,07 manat və 2,20 manat məbləğində məxaric əməliyyatı yerinə yetirmiş, həmin tarixdə saat 22:28 dəqiqədə həmin ünvanda yerləşən marketin qarşısında quraşdırılmış ATM CNV bankomatına Beynəlxalq Bank ASC-yə məxsus **********635861 nömrəli Tam kart bank kartını daxil edib Zərərçəkmiş şəxs qeyd olunan kart hesabından 812 manat nağd pulu məxaric edərək nagdlaşdırmış, həmin gün saat 22:43 dəqiqədə yenə həmin ünvanda yerləşən “Bazarstore” mağazasındakı Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 14,66 manat, 488,56 manat məbləğində məxaric əməliyyatı yerinə yetirmiş, həmin gün saat 23:43 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 162/3 ünvanında yerləşən “Real” marketdən post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 79,67 manat, 0,80 manat məbləğində məxaric əməliyyatı yerinə yetirmiş, 18 iyun 2022-ci il tarixdə, saat 19:23 dəqiqədə ünvan 4 ünvanında yerləşən “Vita” Aptekdən Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 0,01 manat, 0,95 manat məbləğində məxaric əməliyyatı yerinə yetirmiş, yenə həmin tarixdə saat 19:26 dəqiqədə sonuncu qeyd olunan ünvandan Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 6,93 manat və 0,07 manat məbləğində məxaric edib, qeyd edilən hərəkətləri ilə elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1405 manat 92 qəpik məbləğdə pulu gizli olaraq talayıb, sonuncuya həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində Bayıl Parkında ailəsi ilə birlikdə gəzişərkən oğlu Əhməd gül ağacının yanında yerdən bir ədəd Beynəlxalq banka məxsus «Tam kart», iki ədəd üzərində kodlar qeyd edilmiş kağız parçaları, bir ədəd «Bazarstore» mağazalar şəbəkəsinə aid olan bonus kartı və bir-neçə ədəd vizit kartlarını taparaq ona vermiş, o, bir ədəd «Bazarstore» mağazalar şəbəkəsinə aid olan bonus kartı və bir-neçə ədəd vizit kartlarını əhəmiyyətsiz olduğu üçün tullamış, lakin bank kartı və kodlar qeyd edilmiş kağız parçalarını saxlamış, həmin gün saat 22:10 radələrində Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 74 A ünvanında yerləşən “Bazarstore” mağazasında yerləşən Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 0,07 manat və 2,20 manat məbləğində alış-veriş etmiş, həmin tarixdə saat 22:30 radələrində həmin ünvanda yerləşən marketin qarşısında quraşdırılmış bankomata Tam kart bank kartını daxil edib qeyd olunan kart hesabından 812 manat nağd pulu çıxartmış, həmin gün saat 22:40 radələrində Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 74 A ünvanında yerləşən “Bazarstore” mağazasında yerləşən Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 14,66 manat, 488,56 manat məbləğində alış-veriş etmiş, bir neçə dəqiqə sonra isə Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi ev 162/3 ünvanında yerləşən “Real” marketdən post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 79,67 manat, 0,80 manat məbləğində alış-veriş etmişdir. Növbəti gün yəni, 18 iyun 2022-ci il tarixdə saat 19:20 radələrində ünvan 4 ünvanında yerləşən “Vita” Aptekdən Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 0,01 manat, 0,95 manat məbləğində alış veriş etmiş, həmin gün saat 19:30 radələrində isə qeyd olunan ünvandan Post terminal vasitəsi ilə onlayn ödəniş etməklə 6,93 manat və 0,07 manat məbləğində alış-veriş etmişdir. Oğlu Əhməd yanında olsa da, həmin puldan ona heçnə verməmiş, Əhməd bankomatdan pulu çıxaran zaman yanında olmuş və görmüşdür, lakin oğlunun hadisə ilə bağlı heç bir əlaqəsi olmamış, başqa şəxsə aid olan kartdan oğurluq yolu ilə pul çıxarmasını dərk etməmişdir. 19 iyun 2022-ci il tarixdə polis əməkdaşları ona zəng edərək kart barədə maraqlandıqda etiraf etmiş, polis əməkdaşları onu 8-ci polis bölməsinə dəvət etmişlər. Həmin vaxt işdə olduğu üçün 22 iyun 2022-ci il tarixdə polis bölməsinə getmişdir. Beynəlxalq Bank ASC-yə məxsus kartı isə Bayıl Parkında dəqiq xatırlamadığı ərazidə qırıb atmış və kartdan çıxartdığı nəğd puldan onda qalmış 400 manat pulu istintaqa təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir, bununla bağlı Beynəlxalq Bank tərəfindən ona tam kart ayrılmış, onun kartının limiti 2400 manat təşkil edir. 18 iyun 2022-ci il tarixdə saat 19:45 radələrində yaşadığı evdə olan zaman özünə məxsus Beynəlxalq Bankına aid tam kart kredit kartı və əlillik vəsiqəsini itirməsini aşkar etmiş, bundan sonra telefonunda olan mobil tətbiqə daxil olduqda bank kartından 1390 manat məbləğində pul vəsaitinin çıxarıldığını görmüşdür. Dərhal kredit kartını bloklamış, kartını bloklayan zaman orada 795 manat pul vəsaiti qalmışdır. Bundan sonra qızı ilə birlikdə Bayıl qəsəbəsində yerləşən «Real» marketə getmiş və orada kartının istifadə olunduğu vaxt və saatda olan videogörüntülərə baxmaq istədiyini bildirmiş, video görüntülərə baxarkən isə bir nəfər 30-35 yaşlı kişinin 79 manat 67 qəpik məbləğində marketdən alışveriş etdiyini görmüş, bundan sonra isə o, DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət edərək ona məxsus kartda 2185 manat məbləğində pul olduğunu və həmin məbləğin 1390 manatının naməlum şəxs tərəfindən çıxrılaraq xərcləndiyini göstərmişdir. Sonradan kartından pul çıxaran şəxsin Sərxan olduğunu bilmişdir. Ona dəymiş maddi ziyanın 1405 manat 92 qəpik olmuşdur. Hazırda həmin ziyanın çox hissəsi qaytarılmış, qalan pulunun qaytarılması ilə əlaqədar razılıq əldə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində Bayıl qəsəbəsində adını dəqiq xatırlamadığı ünvanda yerləşən idman zalından çıxıb valideynlərinin olduğu Səbail rayonunda yerləşən Bayıl parkına yollanmış, Oraya çatan zaman parkın kənarında olan hündür daşın üzərində bank kartları görmüş, bu barədə yaxınlıqda olan atası Sərxanın yanma gedib məlumat vermiş, atasıyla yenidən kartlar olan yerə gəlmiş, o, daşın üzərində təxminən ümumi sayı 10 ədəd olan vizit kartları, market qəbzləri və bank kartları görmüş, atası Sərxan oradan yalnız üzərində viza yazılan dəqiq adını bilmədiyi üzərində ağ kağızda şifrəsi yazılan kartı götürmüş, daha sonra yenidən Bayıl parkında təxminən 30 dəqiqə gəzişdikdən sonra anasıyla 7 yaşı olan bacısı Aliyə də orada olmuş, atası Sərxan anasıyla bacısını evə yola saldıqdan sonra özü ilə onu Səbail rayon məhkəməsi yaxınlığında yerləşən Bazarstore adlı mağazaya aparmış, orada olan zaman atası kartı bankomata daxil etmiş, bankomatdan pul çıxarmasını dəqiq xatırlamır, lakin sonra birlikdə marketə daxil olmuşlar və ev üçün ərzaq qidaları və digər lazımlı əşyalar almışlar, marketdən bazarlıq etdikdən sonra Atasıyla birlikdə yenidən Parka qayıtmışlar və aldıqları əşyaları avtomobilə qoyduqdan sonra bir qədər də parkda gəzişmişlər, həmin gün saat 23:00 radələrində onlar yaşadıqları evə gəlmişlər, təxminən 2 gün sonra isə X3 Bölməsindən zəng edib dəvət etmişlər, o, atasıyla birlikdə bölməyə getmiş, daha sonra isə Polis İdarəsinə gedib baş vermiş hadisə ilə bağlı atası ifadə vermiş, atası 400 manat nağd pulu qəbzlə geri qaytararaq pulun bir qismini ödəmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 18 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli “maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bank kartından çıxartdığı 800 manat pul vəsaitinin Təqsirləndirilən şəxs qalan 400 manatı ondan götürülmüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın 400 manatı ona təhvil verilmişdir. İş materiallarında olan şahidin qanuni nümayəndəsi qismində tanınma haqqında 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Şahid anası Qanuni nümayəndə şahidin qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Beynəlxalq Bank ASC-yə məxsus **********635861 nömrəli “Tam kart” bank kartından xx.xx.2022-ci il tarixdə saat 22:14 dəqiqədə “Bazarstore Bayıl 5” ünvanından onlayn ödəniş edilməklə 0,07 manat və 2,20 manat məbləğində məxaric əməliyyatı yerinə yetirilmiş, həmin tarixdə saat 22:28 dəqiqədə “ATM CNV Bayıl Bazarstore” bankomatından qeyd olunan kart hesabından 812 manat nağd pul məxaric edilərək nagdlaşdırılmış, həmin gün saat 22:43 dəqiqədə yenə “Bazarstore Bayıl 5” ünvanından onlayn ödəniş edilməklə 14,66 manat, 488,56 manat məbləğində məxaric əməliyyatı yerinə yetirilmiş, həmin gün saat 23:43 dəqiqədə “R2210647 REAL MARKET” ünvanından onlayn ödəniş edilməklə 79,67 manat, 0,80 manat məbləğində məxaric əməliyyatı yerinə yetirilmiş, 18 iyun 2022-ci il tarixdə, saat 19:23 dəqiqədə “Vita Aptek 36” ünvanından onlayn ödəniş edilməklə 0,01 manat, 0,95 manat məbləğində məxaric əməliyyatı yerinə yetirilmiş, yenə həmin tarixdə saat 19:26 dəqiqədə sonuncu qeyd olunan ünvandan onlayn ödəniş edilməklə 6,93 manat və 0,07 manat məbləğində məxaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 17 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi məhkəməsinin hökmü ilə məhkum olunmuş, xx.xx.2007-ci ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2007-ci tarixli “Amnistiya” Qərarına əsasən cəzadan azad olunmuşdur. İş materiallarından olan 16 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 400 manat pulun maddi sübut kimi tanınması və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, “Beynəlxalq Bank ASC-nin Qaradağ filialından” 20 iyun 2022-ci il tarixdə verilmiş hesabdan çıxarış cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş zərərdən 900 manat ödəmiş, qalan 500 manatı isə 2 ay ərziəndə ödəməyi öhdəsinə götürmüşdür. Cəza təyin edərkən zərərin ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 1 azayaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - “Beynəlxalq Bank ASC-nin Qaradağ filialından” 20 iyun 2022-ci il tarixdə verilmiş hesabdan çıxarış cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 400 manat pulun saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 1 (bir) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi ev 23A ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Beynəlxalq Bank ASC-nin Qaradağ filialından” 20 iyun 2022-ci il tarixdə verilmiş hesabdan çıxarış cinayət işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 400 manat pulun saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-25/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-25/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver