Məhkəmə qərarları › İş №1(009)-25/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-25/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-25/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1999-cu ildə Ucar rayonunda anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 may 2023-cü il tarixdə, saat 15:05-də ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “E-Sports” kompyuter salonuna müştəri qismində daxil olub bir qədər kompyuter oyunları oynayaraq həmin gün saat 16:05-də kompyuter salonunda olan 350 manat dəyərində 01 ədəd “Playstation 4” markalı, CUH- 1116A modelli oyun kompyuterini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 iyun 2023-cü il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “Bizim kündə” şirniyyat evinin giriş qapısının açarını giriş qapısının yaxınlığında olan sahibi tərəfindən qoyulmuş dibçəyin altından götürərək şirniyyat evinə qanunsuz daxil olaraq, orada masanın üzərində olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 80 manat dəyərində “Samsung” markalı, SM- A107F/DS modelli mobil telefonu üzərindəki 01 ədəd qara rəngli rezin materialdan olan 3 manat dəyərindəki mobil telefon qoruyucusu ilə birlikdə, 01 ədəd 5 manat dəyərində qara rəngli adapter başlığını və kassadan 196 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 284 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Heç bir yerdə işləmir. Bu səbəbdən maddi sıxıntıları olduğu üçün oğurluq edərək maddi gəlir əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən 12 iyun 2023-cü il tarixdə, təxminən saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “Bizim kündə” şirniyyat evinin qarşısından keçərkən ətrafda hər hansı bir şəxsin olmadığını görüb, məhz oraya daxil olmaqla hər hansı bir əşya və ya pul oğurlamaq qərarına gəlmiş və giriş qapısına yaxınlaşmışdır. Belə ki, təxminən iki gün əvvəl o, oradan keçərkən axşam saatlarında orada işləyən satıcının işdən çıxarkən şirniyyat evinin qapısını bağlayıb açarı dibçəyin altına gizlətməsinin şahidi olmuşdur. Bu məqsədlə o, ətrafda hər hansı bir şəxsin olmadığına tam əmin olduqdan sonra dibçəyin altından qapının açarını götürüb qapını açaraq şirniyyat evinə qanunsuz daxil olmuşdur. Şirniyyat evinin içərisində olan masanın üzərində 01 ədəd qara rəngli “Samsung A10S” markalı mobil telefonu və 01 ədəd qara rəngli mobil telefon telefon adapterini götürmüşdür. Bundan sonra kassaya yaxınlaşmışdır. Həmin kassanın altında açarının olduğunu görüb həmin açarla kassanı açıb həmin kassadan 196 manat pulu götürmüşdür. Bundan sonra o, şirniyyat evinin giriş qapısını həmin açarla bağlayıb açarı yenidən dibçəyin altına qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa o, 28 may 2023-cü il tarixdə saat 15:55-də ünvan 4 ünvanında yerləşən “E-Sports” adlı kompyuter salonuna müştəri qismində daxil olub bir neçə dəqiqə kompyuter arxasında əyləşdikdən sonra həmin kompyuter salonunu işlədən şəxsin fikrinin onda olmadığını görüb həmin kompyuter salonunda olan 01 ədəd “Playstation 4” oyun kompyuterini gizli yolla talayıb həmin vaxtı çiynində olan çantaya qoymaqla dərhal oradan uzaqlaşmışdır. O, həmin oyun kompyuterini talayan zaman heç kim bunun şahidi olmamışdır. O, taladığı “Playstation 4” oyun kompyuterini həmin gün Bakı şəhəri, Yasamal rayonunda yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında tanımadığ şəxsə 130 manat pulun müqabilində satmışdır. O, həmin şəxsə “Playstation 4” oyun kompyuterini satarkən özünə məxsus olduğunu və oyun kompyuterinin alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ünvan 3 ünvanında yerləşən “Bizim kündə” şirniyyat evindən oğurladığı 01 ədəd qara rəngli “Samsmung A10S” markalı mobil telefon və 01 ədəd qara rəngli mobil telefon telefon adapteri onun üzərində olmuşdur. O, 9-cu Polis Bölməsində həmin telefon və adapteri könüllü şəkildə təhqiqata təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. O, qeyd olunan əməlləri tək etmiş, yanında heç kim olmamışdır. “Playstation 4” oyun kompyuterini satdığı şəxsin anket məlumatları və əlaqə nömrəsini bilmir. O, ilkin izahatında səhvən 171 manat pul taladığını qeyd etmiş, lakin sonradan tam dəqiq olaraq xatırlamışdır ki, o, şirniyyat evindən 196 manat pul talamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etdiyini, digər Zərərçəkmiş şəxs1 isə vurduğu ziyanı ödəməyə hazır olduğunu, lakin həmin şəxslə əlaqə yarada bilmədiyini həmçinin məhkəmə iclaslarına da gəlmədiyini və buna görə də ondan asılı olmayan səbəblərdən həmin şəxslə barışıq əldə edə bilmədiyini, əvvəllər məhkum olunmadığını, gənc olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından ünvan 5 ünvanında “E-Sports” adlı kompyuter salonunu icarə əsasında işlədir. 28 may 2023-cü il tarixdə, saat 15:05-də “E-Sports” adlı kompyuter salonuna əvvəllər tanımadığı bir nəfər şəxs gələrək kompyuter oynamaq istədiyini demişdir. Həmin şəxs kompyuter salonuna tək gəlmiş və həmin şəxsin əlində 01 ədəd çanta və iki ədəd mobil telefon olmuşdur. Həmin şəxs kompyuter salonunda təxminən 50 dəqiqə kompyuter oynadıqdan sonra, yəni təxminən saat 16:05-də kompyuter salonunu qaçaraq tərk edib getmişdir. Həmin şəxs kompyuter salonunu tərk etdikdən sonra o, zala baxdıqda ona məxsus 01 ədəd “Plystation 4” oyun kompyuterinin olmadığını aşkar etmişdir. Bu səbəbdən ona məlum olmuşdur ki, həmin oyun kompyuteri həmin şəxs tərəfindən gizli yolla oğurlanmışdır. Buna görə o, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Onun şikayəti əsasında toplanmış material üzrə o, sonradan Polis Bölməsinə dəvət olunduqda, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona təqdim olunmuşdur. O, da həmin şəxsi tanıyaraq, 28 may 2023-cü il tarixdə, saat 15:05-də onun işlətdiyi kompyuter salonuna gəldiyini və həmin şəxsin kompyuter salonunu tərk etdikdən sonra 01 ədəd “Playstation 4” oyun kompyuterinin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Həmin oyun kompyuterini 2022-ci ilin avqust ayında almış və qiyməti təxminən 750 manat təşkil edir. Həmin şəxs kompyuter salonundan çıxıb getdikdən sonra o, kompyuter salonuna baxdıqda 01 ədəd “Playstation 4” oyun kompyuterinin oğurlanmasını aşkar etmişdir. Belə ki, həmin şəxsin oyun kompyuterini götürməsini görməmişdir. Həmin kompyuter salonundan 01 ədəd “Playstation 4” oyun kompyuterindən başqa hər hansı bir əşya, sənəd və ya pul oğurlanmamışdır. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qaşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təxminən 10 il olar ki, ünvan 3 ünvanında yerləşən “Bizim Kündə” şirniyyat evinin direktoru vəzifəsində işləyir. Həmin şirniyyat evi hər gün saat 08:00-dan 21:00-a kimi fəaliyyət göstərir. Ona məxsus olan və iş yerinə qoymuş olduğu “Samsung A10” markalı mobil telefon mütəmadi olaraq şirniyyat evində olan masanın üzərində qalır. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 08 radələrində şirniyyat evini açan zaman ona məxsus “Samsung A10” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, şirniyyat evinə baxış keçirərkən hazırkı bazar qiyməti 200 manat təşkil edən “Samsung A10” markalı mobil telefonu, 20 manat dəyərində qara rəngli mobil telefon adapterini və kassadan isə 196 manat pulunun naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Belə ki, o, şirniyyat evindən oğurluq hadisəsi baş verməsinə əmin olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 416 manat maddi ziyan dəymişdir. Buna görə 12 iyun 2023-cü il tarixdə o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, şirniyyat evinə daxil olan şəxs şirniyyat evinin giriş qapısının açarını şirniyyat evinin qarşısında olan dibçəyin altından götürərək qapını açıb qanunsuz daxil olaraq oradan oğurluq etmiş və şirniyyat evinin qapısını həmin açarla bağlayaraq açarı yenidən dibçəyin altına qoyub getmişdir. Şirniyyat evindən qeyd etdiyi “Samsung A10” markalı mobil telefon, qara rəngli mobil telefon adapteri və 196 manat puldan başqa hər-hansı bir əşya və ya sənəd oğurlanmamışdır. Mobil telefonun üzərində olan qara rəngli qoruyucu örtüyün işlənmə müddətinə görə qiyməti onun üçün əhəmiyyət kəsb etmir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 əlavə ifadəsində bildirmişdir ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4652 saylı rəyində göstərilən qiymətlərlə razıdır. Belə ki, rəydə qeyd olunduğu kimi ona məxsus 01 ədəd “Samsung” markalı, SM-A107F/DS modelli mobil telefonun qiymətinin 80 manat, 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusunun qiymətinin 3 manat və 01 ədəd qara rəngli adapter başlığının qiymətinin 5 manat olması ilə razıdır. Mobil telefonun üzərində olan nömrə hədiyyə olduğu üçün talanması nəticəsində ona maddi ziyan dəyməmişdir. Kassadan götürülən 196 manat pul ilə birlikdə ona 284 manat maddi ziyan dəymişdir. İş materillarından görünür ki, 01 ədəd “Samsung” markalı, SM-A107F/DS modelli mobil telefon, 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusu, 01 ədəd qara rəngli adapter başlığı, 1 ədəd “Playstation 4” markalı, CUH-1116A modelli oyun konsolu maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təxminən 7-8 ildir ki, ünvan 6 ünvanında “Santiyaqo” adlı “Playstation”s oyun zalını icarə əsasında işlədir. Təxminən 1 ay əvvəl Təqsirləndirilən şəxs onun işlədiyi “Santiyaqo” adlı “Playstation” oyun zalına tək gəlmiş və özünə məxsus olduğunu bildirdiyi “Playstation 4” markalı oyun kompyuterini 130 manata satmaq istədiyini bildirmişdir. O, da “Playstation 4” markalı oyun kompyuterini Təqsirləndirilən şəxs 130 manat pulun müqabilində almışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin əslini alıb kserosurətini çap etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Playstation 4” markalı oyun kompyuterini ona satmasına dair əlyazma yazmışdır. O, həmin “Playstation 4” markalı oyun kompyuterini istintaqa təqdim etmişdir. İş materiallarında olan “üzləşdirmə” keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı təkrar etmişlər. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “təqdim edilən mobil telefona və adapterə baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan 01 ədəd “Samsung A10” markalı mobil telefonu, 01 ədəd mobil telefon qoruyucusunu və 01 ədəd adapteri təhqiqata təqdim etmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon, 01 ədəd mobil telefon yükləyicisi və 01 ədəd mobil telefon qoruyucusu Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuş, zərərçəkmiş şəxs özünə məxsus əşyaları tanımışdır. Həmçinin 01 ədəd “Samsung” markalı, SM-A107F/DS modelli mobil telefon, 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusu, 01 ədəd qara rəngli adapter başlığı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, 28 may 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən kompyuter salonunda, 12 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Bizim kündə” şirniyyat evində törətdiyi talama hadisələrini hansı formada törətdiyini əyani şəkildə hadisə yerində göstərmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Azadlı X3 Gülməmmədovun ona satdığı 01 ədəd “Playstation 4” markalı kompyuteri istintaqa təqdim etmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Şahid istintaqa təqdim etdiyi 01 ədəd “Playstation 4” markalı kompyuter Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuş, zərərçəkmiş şəxs özünə məxsus əşyanı tanımışdır. Həmçinin “Playstation 4” markalı, CUH-1116A modelli oyun konsolu maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə iclasında video fayda olan görüntülərə baxış keçirilmiş və Təqsirləndirilən şəxs salonun orta hissəsində yerləşən göy rəngli divanda əyləşərək kompyuter oyunu oynaması, ətrafa nəzər salması, saat 15:55-də sol əli ilə masanın üzərində olan “Playstation 4” markalı oyun kompyuterini götürərək əyləşdiyi divanın üzərinə qoymuş olduğu, özünə məxsus əl çantasının içərisinə qoyaraq çantanın zəncirbəndini bağlayaraq kompyuter oyunu oynamağa davam etməsi müəyyən olunmuşdur. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 iyul 2023-cü il tarixli 9/4652 saylı rəyində qeyd olunmuşdur ki, 2023-cü ilin iyun ayına 01 ədəd “Samsung” markalı, SM- A107F/DS modelli mobil telefonun qiyməti 80 manat (komplekləşməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla), 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusunun (kabura) qiyməti 3 manat və 01 ədəd üzərində markalanma göstəricisi olmayan qara rəngli adapter başlığının qiyməti 5 manat. Cəmi 88,00 manatdır. 2023-cü ilin may ayına 01 ədəd qara rəngli “Playstation 4” markalı, CUH-1116A modelli oyun konsolunun qiyməti 350 manat, (komplekləşməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla). Cəmi 350,00 manatdır. Ekspertiza xərci 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyil. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 13 iyun 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 12 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə, saat 13:00-da saxlanılmış və saat 14:30 radələrində Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyul 2023-cü il tarixli “Qətimkan tədbirinin nəzərə alınmasına dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına alma” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qeyd olunan qərar ilə 25 iyul 2023-cü il tarixdə tanış edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və o, həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 24 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü ildə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini və onun şikayətçi olmadığını, digər Zərərçəkmiş şəxs1 ödəməyə ciddi cəhd göstərməsini, 01 ədəd “Samsung” markalı, SM- A107F/DS modelli mobil telefonun, 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusunun, 01 ədəd qara rəngli adapter başlığının Zərərçəkmiş şəxs1 qaytarıldığının, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsini, onun dərhal məhkəmə zalından həbsdən azad edilməsini, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək il tarixədək şübhəli şəxs qismində tutulduğu, 16 oktyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmalı olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək, 25 iyul 2023cü il tarixində tutulduğu, 16 oktyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM-A107F/DS modelli mobil telefon, 01 ədəd qara rəngli rezin materialdan olan mobil telefon qoruyucusu, 01 ədəd qara rəngli adapter başlığının Zərərçəkmiş şəxs1, 1 ədəd “Playstation 4” markalı, CUH-1116A modelli oyun konsolunun Zərərçəkmiş şəxs2 qaytarıldığı nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar