Məhkəmə qərarları › İş №1(009)-25/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-25/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-25/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y\M “AB” masivvi, ev 54, mənzil 1-də qeydiyyatda olan və ünvan 3da yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində dayə işlədiyi Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin yataq otağındakı ağ rəngli paltar dolabının aşağı hissəsində yerləşən sivirməni açaraq oradakı qutunun içinə yığılmış halda qoyulmuş sonuncuya məxsus 2023-cü ilin iyun-iyul ayına olan tarixə orta bazar dəyəri 15257,00 (on beş min iki yüz əlli yeddi) manat təşkil edən 100,93 qramı 750 əyarlı və 6,96 qramı 583/585 əyarlı qızıldan olmaqla ümumi çəkisi 107,89 qram təşkil edən - halqasının iç tərəfmə 750 damğası vurulmuş, üzərində gül formalı elementi və 16 ədəd rəngsiz, şəffaf qaşlar olan sarı rəngli 1 ədəd üzüyü, halqasının iç tərəfmə “Au 750” damğası vurulmuş, “İlan” formalı, üzərində 30 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzüyü, kilidinə “750” damğası vurulmuş, əsas elementi gül formalı, üzərində ümumilikdə 32 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğanı, kilidinə “Au750” damğası vurulmuş, üzərində ümumilikdə 32 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğanı, kilidinə “750” damğası vurulmuş, üzərində ümumilikdə 130 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 cüt sırğanı, kilidinə “RC” və “750 İTALY” damğası vurulmuş, gül formalı elementlərdən ibarət, üzərində 112 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qolbağı, kilidinə “Au 750” damğası vurulmuş “İlan” formalı, üzərində 80 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qolbağı, qulaqcığına “GENOLA” yazısı və “585” damğası, kilidinə “İTALY 585” damğası vurulmuş, üzərində müxtəlif formalı elementlər, müxtəlif rəngli minalı hissələr və rəngsiz, şəffaf qaşlar olan, 1 ədəd qolbağı, qulaqcığına “BVLGARİ” yazısı və “750” damğası vurulmuş, “İlan” formalı, üzərində 13 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd kulonlu boyunbağını, qulaqcığına “18k”və asılqan hissəsinə “750” damğası vurulmuş, üzərində 53 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 1 ədəd kulonlu boyunbağını, qulaqcığına “750” damğası vurulmuş, üzərində 9 ədəd rəngsiz, şəffaf qaşlar və “insan” formalı kulonu olan, sarı rəngli 1 ədəd boyunbağını, qulaqcığına və kulonuna “585” damğası vurulmuş üzərində 21 ədəd rəngsiz, şəffaf qaşlar və “ürək” formalı kulonu olan, sarı rəngli 1 ədəd kulonlu boyunbağını və qulaqcığına “750” damğası vurulmuş, üzərində halqa formalı elementlər olan, sarı rəngli 1 ədəd boyunbağını vahid niyyətlə əhatə olunmuş qəsdlə iki dəfəyə gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 15257,00 (on beş min iki yüz əlli yeddi) məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 il Zərərçəkmiş şəxs ünvan 2 ünvanında dayə işləmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 2023-cü ilin iyun ayının əvvəllərində özünün pula ehtiyacı yaranmış, o da dayə-xadiməçi işlədiyi Zərərçəkmiş şəxs məxsus mənzilidə sonuncuya məxsus olan qızıl-zinət əşyalarının saxlanıldığı yeri bildiyindən həmin qızıl-zinət əşyalarını hamısını götürərək müvəqqəti lombarda qoyub pul götürməklə problemləri həll etmək qərarına gəlmişdir. Lakin ev sahibləri şübhlənməsin deyə qızıl-zinət əşyalarını hamısını birdəfəyə deyil hissə-hissə götrüməyi qət etmişdir. Bundan sonra ilk dəfə xatırladığı qədəri ilə xx.xx.2023-cü il tarixdə işlədiyi mənzildə olan zaman Maksimin ailə üzvləri ilə birlikdə evdə olmamasından istifadə edib mənzildə qızıl-zinət əşyalarnın gizlədilmiş olduğu yataq otağındakı sivirmədən onların şübhələnməməsi üçün xatırlamadığı az sayda müxtəlif növdə qızıl-zinət əşyaları götürmüşdür. Sonra isə həmin qızıl əşyalarının bir qismini 3 dəfəyə hissə-hissə olmaqla Bakı şəhəri, Səbail rayonunda yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığındakı lombarda girov qoyaraq xatırlamadığı məbləğdə pul almış və məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. Bir qismini isə iki dəfəyə Bakı şəhəri,Yasamal rayonunda yerləşən “Elmlər” metrostansiyasının yaxınlığındakı lombarda girov qoyaraq xatırlamadığı məbləğdə pul almış və məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. 01 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu Buzovna qəsəbəsində bağ evi kirayə tutaraq 1 ay müddətində qalmağa getmişdirlər. Həmin vaxt o, səhərlər onların kirayə qaldığı bağ evinə gedib axşam isə öz evinə qayıtmışdır. Arada nə isə lazım olanda götürməsi məqsədi ilə Maksimin Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən mənzilinə gəlməsi üçün Maksim mənzilin açarını ona vermişdir. O da yenidən əlavə pula ehtiyacı olduğu üçün evdə heç kimin olmamasından istifadə edib, qalan bütün qızılları götürmək qərarına gəlmişdir. Maksimin ailəsi ilə birikdə bağ evinə yollanmasından 2 gün sonra yenə qeyd etdiyi ünvandakı mənzildə tək olan zaman yataq otağında olan sivirtmədən qalan qızılların hamısını götürmüş və həmin qızılları müxtəlif tarixlərdə hissə-hissə olmaqla bir qismini Bakı şəhəri, Səbail rayonunda yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığındakı lombarda, bir qismini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Elmlər” metrostansiyasının yaxınlığındakı lombarda və digər bir qismini isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən lombarda girov qoymaqla müxtəlif məbləğlərdə pullar alıb şəxsi məsrəfləri üçün sərf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, ev 17A, 22 saylı mənzildə uşaqlarına baxır, yəni dayə-xadiməçi kimi fəaliyyət göstərmişdir. Hadisə əlaqədar olaraq bildirmişdir ki, 01 iyul 2023-cü il tarixdə Buzovna qəsəbəsində bağ evi kirayəyə götürüb istirahət etmək məqsədi ilə oraya köçmüşdür. Onlar gedən zaman ailəsinə məxsus olan müxtəlif növdə və çəkidə qızıl-zinət əşyalarını mənzilin yataq otağındakı paltar dolabının aşağı hissəsində yerləşən sivirməyə qoyulmuş qutuların içində qalmışdır. Onlar iyul ayının 31-də istirahətilərini başa vurub öz mənzillərinə geri qayıtmışdırlar. O, bağda olduğu müddətdə Gülnarənin davranışları onda sonuncuya qarşı şübhə yaratmışdır. Buna görə də 01 avqust 2023-cü il tarixdə yataq otağındakı paltar dolabının aşağı hissəsində yerləşən sivirməyə qoyulmuş qutuların içini yoxlayan zaman qutlularm boş olduğunu, 01 ədəd boyunbağlarından başqa 10000 manat dəyərində san qızıldan brilian qaşlı sırğanın, üzük və qolbağ dəstinin, 5000 manat dəyərində ağ qızıldan briliant qaşlı 5 qramhq klonunun və 11,83 qramlıq sırğanın, 3000 manat dəyərində sarı qızıldan bir qaşlı briliant qaşlı üzüyün, 8000 manat dəyərində sarı qızıldan briliant qaşlı sırğanın, boyunbağı və klon dəstinin, 6000 manat dəyərində sarı qızıldan briliant qaşlı qolbağın, 1000 manat dəyərində qızıldan boyunbağının, 700 manat dəyərində qızıldan uşaq boyunbağısının və 600 manat dəyərində qızıldan 1 ədəd uşaq qolbağının oğurlandığını aşkar etmişdir. O, özünə məxsus qızıl-zinət əşyalarının dəyəri, əyarı, miqdarı və əlamətləri barədə verilmiş suala cavab olaraq, 2016-cı ildə alınmış olan 8,78 qram çəkili, 585 əyarlı “Cartier” markalı sarı qızıldan brilliant qaşlı 01 cüt qızıl sırğasnın, 2004-cü il istehsallı, birlikdə çəkiləri 15,3 qram təşkil edən 750 əyarlı, 0.3 karatlı 08 ədəd brilliantı olan 01 cüt qızıl sırğasının və 01 ədəd qızıl üzüyünün, həmçinin ümumi çəkiləri 400 qram təşkil edən və 750 əyarlı olan , 2016-cı ildə alınmış olan, “Pasguai Burini” markalı 01 cüt qızıl sırğasının, 01 ədəd qızıl üzüyünün, 01 ədəd qızıl kolyesinin, 2017-ci ildə alınmış olan “Tiffany” markalı 01 ədəd qızıl kolyesinin, 2000-ci ildə alınmış “Pişik” formalı klonu olan qızıl uzun boyunbağısının, 2017-ci ildə alınmış olan “Cartier” marakah birilliant qaşlı ağ qızıldan 01 cüt sırğasının, 2000-ci ildə alınmış olan “Rubin” daşlı 01 cüt qızıl uşaq sırğasının, 2004-cü ildə alınmış olan “sarı tapaz” qaşlı 01 ədəd üzüyünün, qeyri-müəyyən tarixdə alınmış olan “sarı tapaz” qaşlı 01 cüt sırğasının, 2000-ci ildə alınmış olan zümrüd qaşlı qızıl 01 ədəd üzüyünün, 2016-cı ildə alınmış olan miravari qaşlı 01 ədəd qızıl üzüyünün, 2017-ci ildə alınmış olan birilliant qaşlı klonu olan 01 ədəd qızıl uşaq boyunbağısının, 2022-ci ildə alınmış olan qızıl xaç klonu ilə 01 ədəd boyunbağsmın, qeyrimüəyyən tarixdə alınmış olan “Cartier Lov” markalı sarı qızıldan qolbağının və çəkisi haqqında hər hansı məlumat olmayan 2016-cı ildə alınmış olan “Butali” markalı gümüş 01 ədəd klonun(100 manat dəyərində) aşağıdakı qızıl zinət əşyalarının oğurlandığını bildirmişdir. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, 05 sentyabr 2023-cü il tarixli məhkəmə- əmtəəşünaslıq ekspertizasının №3-16-16/2-6/4624-9/6666 saylı rəyi ilə ona məxsus qızıl-zinət əşyalarının ümumilikdə cəmi dəyərinin 15257,00 manat müəyyən edilməsinə dair heç bir atirazı və ya şikayəti yoxdur, ekspertizanın rəyi ilə razıdır. Həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, özünə məxsus olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq lombarda qoyulmuş adları yuxarıda qeyd olunan qızıl- zinət əşylarını ümumulikdə 8700 manat ödəniş etməklə lombardlardan geri almışdır. Hazlrda həmin qızılzinət əşyaları özündədir. Habelə ifadəsinə əlavə olaraq bildirmişdir ki, lombarda ödəmiş olduğu 8700 manat puldan cəmi 3500 manatı ona Təqsirləndirilən şəxs tərəfindən geri ödənilmişdir. Şikayətçidir, 5200 manat məbləğin ona geri qaytarlamasını tələb edir. İş materiallarında olan 06 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin yataq otağındakı ağ rəngli paltar dolabının aşağı hissəsində yerləşən sivirmənin olduğu müəyyən edildi, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 07 avqust 2023-cü zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə saat 20:50-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokolundan görünür ki, -Şahid təqdim etdiyi xx.xx.2023-cü il tarixli 278390 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 1200 manat alması müəyyən edilir. -Şahid təqdim etdiyi xx.xx.2023-cü il tarixli 278402 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 1100 manat alması müəyyən edilir. -Şahid təqdim etdiyi xx.xx.2023-cü il tarixli 278403 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 1200 manat alması müəyyən edilir. -Şahid təqdim etdiyi xx.xx.2023-cü il tarixli 278404 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 600 manat alması müəyyən edilir. Həmin biletlərin üzərində Təqsirləndirilən şəxs əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, yaşadığı ünvan, qızılın ümumi çəkisi, sayı, habelə qiyməti və özünün imzası qeyd olunmuşdur. Biletlər vasitəsi ilə Təqsirləndirilən şəxs Şahid həmin qızıl-zinət əşyalarını girova verməsi təsdiq olunur. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokolundan görünür ki, - X3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli 27515624 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 330 manat alması müəyyən edilir. X3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli 27515628 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 300 manat alması müəyyən edilir. Həmin biletlərin üzərində Təqsirləndirilən şəxs əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, yaşadığı ünvan, mobil nömrəsi, qızılın ümumi çəkisi, sayı, habelə qiyməti və özünün imzası qeyd olunmuşdur. Biletlər vasitəsi ilə Təqsirləndirilən şəxs X4 həmin qızıl-zinət əşyalarını girova verməsi təsdiq olunur. Baxış zamanı X5 bildirir ki, həmin girov biltelərinin suərtlərini istintaqa sübut kimi təqdim edir, həmçinin əlavə olaraq bildirir ki, həmin qızıl zinət əşyalarının oğurluq olmasını bilməmişdir. Belə ki, bu barədə Təqsirləndirilən şəxs soruşan zaman sonuncu həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokolundan görünür ki, -X6 təqdim etdiyi xx.xx.2023-cü il tarixli 295216 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 1400 manat alması müəyyən edilir. X6 təqdim etdiyi xx.xx.2023-cü il tarixli 295221 seriyalı girov bileti ilə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoyaraq əvəzində 350 manat alması müəyyən edilir. Həmin biletlərin üzərində Təqsirləndirilən şəxs əlyazma ilə adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, mobil nömrəsi, qızılın ümumi çəkisi, sayı, habelə qiyməti və özünün imzası qeyd olunmuşdur. Biletlər vasitəsi ilə Təqsirləndirilən şəxs X7 həmin qızıl-zinət əşyalarını girova verməsi təsdiq olunur. Baxış zamanı X9 bildirir ki, həmin girov biltelərinin suərtlərini istintaqa sübut kimi təqdim edir, həmçinin əlavə olaraq bildirir ki, həmin qızıl zinət əşyalarının oğurluq olmasını bilməmişdir. Belə ki, o bu barədə Təqsirləndirilən şəxs soruşan zaman sonuncu həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6666 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ümumi kütləsi 107,89 qram olan zərgərlik məmulatlarnın 100,93 qramı 750 əyarlı qızıldan, 6,96 qramı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrələri: 1-7, 9- 11 və 13 olanların 750 əyarlı qızıldan; 8 və 12 olanlar 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilən məmulatlardan cədvəl 1 üzrə sıra nömrələri 1-7, 9-11 olanların qaşları qiymətli daşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrıayrılıqda tərkibi, əyarı və digər göstəriciləri(qaşlarınm təbiəti, damğası, adları və s) Cədvəl 1-də göstərilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. İş materiallarında olan 09 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ekspertizaya təqdim edilmiş, rəydə adları qeyd edilmiş qızıl-zinət əşyaları maddi sübut kimi tanınsın və zərəçəkmiş şəxs Maksim Medvedə saxlanılması nəzərə alınmalı və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi bardə protokol, baxış və götürmə protokolları, ifadənin yerində yoxlanılması barədə protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-CÜ-41 tarixli №3- 16-16/2-6/4624-9/6666 nömrəli rəyi sübutnövü kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə vurulmuş zərərin əvəzi olaraq 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli mülki iddiaçı qismində tanınma barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ziyanı tam ödədiyindən onunla ilə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını və ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmaması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün bir günə iki gün hesablanaraq cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Cinayət işi üzrə mülki iddiaya baxılmasına xitam verilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 07 avqust 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün bir günə iki gün hesablanaraq cəmi 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddiaya baxılmasına xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhər 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq 3 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar