Məhkəmə qərarları › İş №1(009)-250/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-250/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-250/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edərək, sonuncunun bacısı oğlu Şahid məxsus avtomobilin inzibati cərimələrini 1270 manat müqabilində sildirəcəyinə dair yalandan vəd verib inandırmaqla, birinici dəfə 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus 270 manat pulu sonuncunun bacısı oğlu Şahid vasitəsilə ünvan 2 ünvanında yerəlşən Koorperasiya Universitetinin qarşısında almış, daha sonra özünün Zərərçəkmiş şəxs verdiyi “Kapital Bank” a məxsus kart hesab nömrəsinə sonuncu tərəfindən 2022-ci ilin iyul ayının istintaqa məlum olmayan tarixlərində Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ödəmə terminallarından müvafiq olaraq göndərilmiş 150 manat, 200 manat, 150 manat və 85 manatı, 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 262 A ünvanında yerləşən ödəniş termninalı vasitəsilə qeyd edilən kart hesabına göndərilmiş 150 manat, 25 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Aylin” marketdə yerləşən ödəniş terminalı vasitsəsilə qeyd edilən kart hesabına göndərilmiş 200 manat, sonuncu dəfə isə 26 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən ödəniş terminalı vasitəsilə qeyd edilən kart hesabına göndərilmiş 65 manat pulu nağdlaşdırıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat pulu ələ keçirib həmin məbləğ maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında tanışı Hüseyn ona zəng vuraraq Səxavət adlı şəxsə kömək etməyini xahiş etmişdir. Səxavətlə o əlaqə saxlamış və məlum oldu ki, onun bacısı oğlu Elçinin idarə etdiyi avtomobilin 3200 manat cəriməsi var. O, Səxavətlə görüşüb, 1000 manat müqabilində ona kömək edib cərimələri sildirməyə kömək edəcəyini söz vermişdir. Sonradan isə əlavə olaraq Səxavətdən 270 manat pul istəmiş, 270 manat pulu ona Səxavətin bacısı oğlu Elçin ünvan 5 ünvanında yerləşən Kooperasiya Universitetinin yanında vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Sonradan Səxavət onun hesab kartına hissə-hissə ümumilikdə 1000 manat pul göndərmişdir. Hesab kartının nömrəsini isə Səxavətə o demişdir. Baş Dövlət Yol Polis İdarəsinə gedib mülki şəxs kimi tanıdığı, yəni hər hansı bir vəzifədə olmayan Vüqar adlı şəxslə cərimələri sildirməyi razılaşmışdır. Vüqara 1000 manat pul vermiş, Vüqar işin öhdəsindən gələ bilmədiyi üçün 1000 manat pulu ona geri qaytarmışdır. Bu hadisədən sonra Səxavətin istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng vursa da, Səxavətlə əlaqə saxlaya bilməmişdir. Həmçinin Səxavətin yaşadığı Kürdaxanı qəsəbəsində getmişdir ki, 1270 manat pulu Səxavətə qaytarsın. Həmin ərəfələrdə onun istifadə etdiyi mobil telefon nömrəsini qardaşı Əliheydər ondan almışdır ki, istifadə etməsin. Bununla da onun Səxavətlə əlaqəsi tam kəsilmişdir. Vüqar adlı şəxsin yalnız adını bilir, Vüqar dəqiq harada işlədiyi, Vüqarın anket məlumatlarını,mobil telefon nömrəsini bilmir. Vüqarla Baş Dövlət Yol Polis İdarəsinə getdiyi gün tanış olmuşdur. Hazırda dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin 06 sentyabr 2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində tanışı Hüseynlə söhbət edərkən ona bacısı oğlu Şahid idarə etdiyi avtomobilin 3200 manat cəriməsi olduğunu bildirmişdir. Hüseyn bu zaman ona təklif etmişdir ki, Ələskər adında tanışı var və bu cərimələri sildirməyə kömək edə bilər. O da Hüseynə inanıb Əli ilə əlaqə saxlamaq üçün Ələskərin mobil telefon nömrəsini götürmüşdür. Ələskərlə əlaqə yaratmış, onunla görüşüb razılaşmışlar ki, 10-12 günə bütün cərimələr silinəcək, bunun üçün Ələskər ondan 1000 manat pul istəmişdir. O da bacısı oğlu Elçinə Ələskərin nömrəsini verib tapşırmışdır ki, ona pul versin, Elçinin həmin ərəfədə maddi vəziyyəti pis olduğu üçün bütün cərimələrin ödənişlərini o, öz öhdəsinə götürmüşdür. Elçin Ələskərlə ünvan 5 ünvanında yerləşən Kooperasiya Universitetinin yanında görüşüb ona 270 manat pul vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Bundan sonra o, Ələskərlə görüşmüş və Ələskər söz vermişdir ki, 2022-ci ilin avqust ayının birinə kimi bütün cərimələri sildirəcək, lakin bunun üçün 1000 manat tam məbləğdə ödənilməlidir. Beləliklə bacısı oğlu Elçinin Ələskərə verdiyi 270 manatdan əlavə, Ələskərin ona verdiyi hesab nömrəsinə 2022-ci ilin iyul ayında hissə-hissə ödəniş terminalı vasitəsilə ümumilikdə 1000 manat pulu göndərmişdir. Sonuncu dəfə pulu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində bacısı oğlu Elçin Ələskərin verdiyi hesab nömrəsinə ödəniş terminalı vasitəsilə göndərmişdir. Bundan sonra Ələskərin mobil telefon nömrəsinə zəng çatmamış və başa düşmüşdür ki, Ələskər onu aldatmışdır. Belə qərara gəlmişdir ki, hadisə barədə polisə məlumat versin. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək bildirmişdir ki, dəymiş ziyan ona ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. 31 mart 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 05 may 2023-cü il tarixdə X4 barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. 16 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 18 may 2023 cü il tarixdə ********* nömrəli cinayət işi üzrə X1 Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 18 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 18 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlər sübut əhəmiyyəti daşıdığından maddi sübut qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü il tyarixdə Xaçmaz Rayon MƏhkəməsinin qərarı ilə 01 bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün şərti vaxtından əvvəl azad edilmişdir. - Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsində icraatdadır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqrama əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 1270 (bir min iki yüz yetmiş) manat məbləğində maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, onunla barışdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 192 (bir yüz doxsan iki) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar