Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-250/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Baı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,162 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 12:30-də Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2ndə yerləşən, yəni “Axundov” Bağının qarşısında Tağı-X1 Bakı şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 36 ünvanında olan inzibati binasına gətirilib şəxsi axtarış keçirilən zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,162 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Bununla yanaşı olaraq bildirmişdir ki, ümumillikdə narkotik vasitə heroini Bakı şəhərinin müxtəlif rayonlarından müxtəlif pula alaraq öz şəxsi istifadə üçün əldə edir. Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Nəticə etibari ilə 17 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmyan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir. Həmin heroini üzərində daşıyaraq ünvan 2ndə yerləşən, yəni “Axundov'' Bağının qarşısına gətirmişdir ki, daha sonrakı günlərində istifadə edər. Beləliklə də xx.xx.2023-cü il tarixdə saat 12:30-də ünvan 2ndə yerləşən, yəni “Axundov” Bağının qarşısında qeyri rəsmi yaşadığı X18 ilə olduğu zaman 2 (iki) nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt onun üzərində 1 (bir) büküm heroin olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır. Həmin vaxt o, özünü polis əməkdaşlarına - xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan Tağızadə-Nəzrin Azad qızı olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu 9-cu Polis Bölməsinə dəvət etmişdir. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 9-cu polis bölməsinə getmişdir. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişdir. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X23 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X13 tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə video görüntü ilə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verilmişdir. Bundan sonra o, üzərində saxlamaqla daşıdığı və özünə məxsus 1 (bir) ədəd bükümdə olan heroini boz rəngli cins şalvarının sağ cibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş heroini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə tam məlumatı olmyan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Beləliklə də vəkili X8 itirakı ilə aparılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Son olaraq bildirmişdir ki, əvvəlcədən onun özü bilmişdir ki, üzərində olan narkotik vasitə olan heroindir. Hazırda isə əməlindən peşmandır. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət törədilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, hazırda hamilə olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən X16, 2023-cü il tarixdən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin Cinayət X25 Müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayon polis idarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2 ilə ünvan 2 ünvanında, yəni “Axundov” Bağının qarşısında birlikdə olmaqla inzibati ərazidə xidmətdə olduğu zaman 2 (iki) nəfər şəxsin özlərini qeyri adekvat aparmalarını görüb onlara yaxınlaşmış və həmin şəxslərə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib onlardan şəxsiyyətləri barədə məlumat vermələrini xahiş etmişdir. Həmin şəxslər özlərini-xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546 saylı məhəllə, 11 saylı mənzildə qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsi, 5 saylı evin, 72 saylı mənzilində yaşayan X18 olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və X9 xahiş etmişdir ki, özlərini şübhəli aparmaları ilə bağlı onlar ilə bərabər Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına getsinlər. Təqsirləndirilən şəxs və X18 onlara heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə getməsinə razılıq vermişdir. Beləliklə də o, və Səbail rayon polis idarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2 Səbail Rayon polis idarəsinin 9-cu polis Bölməsinin rəisi, polis mayoru İlqar Qafarovun adına raport tərtib etmişdir ki, bölməyə şübhəli şəxs qismində dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs və X18 barələrində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə aidiyyəti əməkdaşa göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı X17 həvalə edilmişdir. Beləliklə də Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 1 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs və X10 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X23 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs və X14 təhqiqatçı Toğrul Əsgərli tərəfindən hüquq və vəzifələri izah edilmişdi. Həmçinin Təqsirləndirilən şəxs və X14 Səbail rayon 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmişdi. Həmin siyahıya əsasən Tağı- X19 hüquqlarının X13 tərəfindən müdafiə edilməsini və X10 hüquqlarının X11 tərəfindən müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs və X14 izah edilmişdir ki, üzərlərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim edilsin. Həmçinin şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar “iphone” markalı mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməsi barədə xəbərdarlıq edildi. Beləliklə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X8 iştirakı ilə əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi. Həmin zaman X10 hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X11nun iştirakı ilə əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etmişdi.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs və X10 üzərində axtarış aparılmağa başlanılmışdı. İlk öncə onların əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs və X18 üzərlərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda 2 (iki) ədəd bükülüləri göstərərək el içində narkotik vasitə olan heroin olduğunu bildirmişdilər. Təqsirləndirilən şəxs və X10 üzərlərindən aşkar edilən ümumilikdə 2 (iki) ədəd bükülüləri hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdikləri sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir. Nəticə etibari ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirdiyini bildirmişdi. Bununla yanaşı olaraq X18 da bildirmişdir ki, sonuncu dəfə narkotik vasitə olan heroindən 3-4 gün əvvəl istifadə etmişdir.Yekun olaraq xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və X10 üzərindən aşkar edilmiş ayrı-ayrılıqda ümumilikdə 2 (iki) ədəd bükülülərin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis leytenantı X23 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və 166 nömrə ilə möhürlənərək götürüləcəyi bildirilmişdi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdi. Bundan sonra içərisində narkotik vasitə olan heroinə bənzər ümumilikdə 2 (iki) ədəd bükülülər zərfə qoyularaq Səbail RPİ-nin 9-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdı. Nəticə etibari ilə Təqsirləndirilən şəxs və X10 üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olub-olmamasım müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərək rəy alınmışdı. Həqiqətəndə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,162 qram narkotik vasitə heroin və X10 əynində olan göy rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,196 qram narkotik vasitə heroin olmaları ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru vəzifəsində işləyən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat dövründə “şəxsi axtarış və götürmə” əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüyə baxış zamanı görünür ki, bir nəfər qadın cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibində daşıdığı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim edirş Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 17 oktyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ cibindən çıxarıb təqdim etdiyi, içərisində qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan bükümdə olan maddə narkotik vasitə heroindir, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5612 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,162 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi: 0,162 qram, sərf edildi: 0,05 qram, qalıq: 0,112 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarının İ siyahısına daxildir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli akta əsasən saat 12:00-da 0,162 qram qəbul edilmiş, 0,050 qram təqdiqata sərf edilmiş və 16:40-da 0,112 qram qalıq qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinin təmiz çəkisi - 0,162 qram, təqdiqata sərf edildi - 0,050 qram, qalıq - 0,112 qram Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə açılmış ********* saylı cinayət işi hal-hazırda Nəsimi RPİ-nin icraatındadır. İş materiallarında olan “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs barəsində hökmün çıxarıldığı tarixə hər hansı bir cinayət işinin olduğu müəyyən edilmir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eləcə də iş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 07 iyun 2024-cü il tarixli, 47/2-15205 saylı məktubundan və cinayət işinin icraatının təzələnməsi haqqında eyni tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixində Yasamal rayon ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və eyni tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail Rayon Məhəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, iş üzrə 05 sentyabr 2024-cü il və 24 sentyabr 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs gəlmədiyindən məhkəmə iclasları təxirə salınmış, 05 sentyabr 2024cü il tarixində məcburi gətirilməsi barədə qərar qəbul olunmuş və icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməməsi ilə əlaqədar məhkəmənin 1(009)-250/2024-cü il, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş müraciətdən və ona əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında prtokoldan görünür ki, 15 oktyabr 2024-cü il tarixində, saat 15:40 radələrində saxlanılmış və məhkəməyə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan “AZE MİS” X2 çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı - xx.xx.2019-cu il təvəllüdlü Tağı-zadə Cəsur Adil oğlu vardır. Həmçinin məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs aşkar surətdə hamilə olduğu da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı şifahi olaraq bildirmişdir ki, o, Səbail rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Yasamal rayonu, Əhməd Cəmil 43 ünvanında kirayə müqaviləsi bağlamadan və qeydiyyatsız kirayə yaşamaqdadır. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nı əks etdirən videogörüntülər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X28 şəxsi Ambulator X3 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Heroin, 960-İİQ nömrəli, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” 1-ci siyahısına daxildir. 961-İİQ nömrəli, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə birincinarkotik vasitələr siyahısında heroin maddəsinin cinayət məsuliyyəti yaradan minimum istehlak miqdarı 0,15 qram təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları, o cümlədən əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməlini törədilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və eyni zamanda aşkar surətdə hamilə vəziyyətində olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək, eləcə də 15 oktyabr 2024-cü il tarixində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X28 Şəxsi Ambulator X3 Ekspertizasının 19 oktyabr 2023-cü tarixli 6830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının 3-cü maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş hamilə qadınlara və südəmər uşaqları olan analara məcburi müalicə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında 08 nömrəli, 08 noyabr 2012ci il tarixli Qərarının 21-ci bəndinə əsasən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olubolmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir. Yuxarıda qeyd edilənləri və Təqsirləndirilən şəxs aşkar surətdə hamilə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalan - 0,112 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək, eləcə də 15 oktyabr 2024-cü il tarixində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) gün çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil 43 ünvanındakı faktiki yaşayış yerini hər gün saat 23-00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,112 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-250/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-250/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver