Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-251/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Göygöl rayonunda anadan olmuş, evli, fərdi əməklə taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Hacıməlikli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 31 oktyabr 2021 -ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs “orta” dərəcəli alkoqol səroşluğu vəziyyətində, yaşadıqları ünvan 2 ünvanda, özlərinə aid yataq otağında şəxsi münasibətlərin kəskinləşməsi və ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs təpik zərbəsi ilə döş qəfəsinin sağ yarısı nahiyyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sağ yarısında kəskin ağrılarla müşayiət olunan döş qəfəsinin sağ yarısınınyumşaq toxumalarının şişkinliyi və qançırı (əziyi)-kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Cöygöl rayonu Hacıməlikli qəsəbəsində qeydiyyatda olsa da, ünvan 3 ünvanda, qayınanasının qohumuna məxsus evdə ailəsilə birlikdə yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazmağı və oxumağı bilir və ifadəsinin kompyuterlə yazılmasına etiraz etmir. 2011-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan 8 yaşlı Elgün və 4 yaşlı Elmin adlı oğlan övladları var. Ailə üzvləri ilə birlikdə qayınanası Yasəmən Şahbazovanın yaşadığı evdə yaşayırlar. Həmin ev qaynanasının qohumunun evidir. O, hər gün taksi fəaliyyəti il məşğul olur. 31.10.2021-ci il tarix bazar günü olduğu üçün taksi fəaliyyəti ilə məşğul olmamış və dostları ilə bilrikdə yeyib-içməyə getmişlər. 31.10.2021-ci il tarixdə saat 16.30 radələrində dostları ilə birlikdə Yasamal rayonu ərazisində, kafelərin birində oturub yemək yemiş və həmçinin spirtli içki qəbul etmişlər. O, dostları ilə yemək yeyən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edib harada olduğunu soruşmuş və o, Elminəyə bildirmişdir ki, dostları ilə yemək yeyir, onu yığımasın, özü əlaqə saxlayacaq. Bundan biraz sonra həyat yoldaşı ona vhatsap vasitəsi ilə görüntülü zəng etmişdir. O, telefonu açmamışdır. O da buna əsəbləşmişdir. Saat təxminən 21.00 radələrində yaşadığı evə gəlmişdir. Evə gəldikdə həyat yoldaşı ilə onun otağına keçmişlər. Ona zəng etdiyinə görə irad bildirmiş və əsəbləşdiyi üçün Elminənin sağ yan tərəfindən bir yumruq vurmuşdur. Bundan sonra evdə, digər otaqda olan onun anası Şahid2 və Elminanın anası Yasəmən Şahbazova onların səsinə gələrək, onları sakitləşdirmişlər. Sonra özünü pis hiss etdiyinə görə anası ilə qayınanası Elminəni həkimə aparmışlar. Həyat yoldaşı ona vhatsapla görüntülü zəng etdiyinə görə bu hərəkətinə əsəbləşərək yaşadığı evə gəlmiş, Elminəyə iradını bildirmiş və aralarında yaranan mübahisə zəminində, 31 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində, yaşadıqları ünvan 4 ünvanda, yataq otağında o, Elminənin sağ yan tərəfmə bir yumruq vurmuşdur. Həmin vaxt orada yalnız ikisi olmuşlar. Onun anası ilə qayınanası isə onların səsilərinə sonradan otağa gəldikləri üçün onun həyat yoldaşını vurduğunu görməmişlər. Əvvəllər aralarında dava- dalaş olmayıb, lakin ailə-məişət problemləri zəminində aralarında söz mübahisələri olub. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını və ərizə verərək “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə məsuliyyətdən azad edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 5 ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs, iki azyalı oğlu və anası Şahid1 ilə birlikdə yaşayırlar. O, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə qurmuşlar və bu nikahdan 8 yaşlı Elgün və 4 yaşlı Elmin adlı oğlan övladları vardır. O, həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı uşaqları ilə birlikdə anası Şahid1 yaşdığı evdə yaşayırlar. Həmin ev onların qohumu, anası Şahid1 dayısı oğluna məxsusdur. Onun həyat yoldaşı Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olur. 31.10.2021-ci il tarixdə saat 19.00 radələrində həyat yoldaşı evə gəlmədiyi üçün küçəyə çıxıb baxdıqda onun avtomiobilinin küçədə saxlandığını görmüşdür. O, yaşadığı evə gələrək həyat yoldaşı Şahmara vhatsapla yazaraq onun harada olduğunu soruşmuşdur. Şahmara ona dostları ilə birlikdə Yasamal rayonu ərazisdində yeyib-içdiyini demişdir. O, Şahmara bildirmişdir ki, «əgər gedirsənsə niyə xəbər etmirsən?». Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, «istəyirsən eşit haradayam». O, Şahmara demişdir ki, «ehtiyac yoxdur, amma qazımız gəlmir, ev soyuqdur» və evə gəlməsini bildirmişdir. Şahmar ona bildirmişdir ki, «get kredit qaz götür». 31.10.2021-ci il tarixdə saat 21.00 radələrində o, evdə olan zaman həyat yoldaşı Şahmar sərxoş halda yaşadığı evə gəlmişdir. O, öz otağına keçmişdir. Şahmar onun yanma gəlmişdir. O, Şahmara bildirmişdir ki, «gedəndə xəbər elə ki, bizdə arxayın olaq». Şahmar ona bildirmişdir ki, «sənə hesabat verməli deyiləm» və bundan sonra onunla mübahisə yaratmışdır. Gözləmədiyi halda Şahmar onun bədəninin sağ yan tərəfindən ona bir zərbə vurmuş, həmçinin bədəninin başqa yerlərinə də əli ilə vurmuşdur. O, ağrıdan yerə yıxılmışdır. Onların səsinə həmin vaxt evdə, başqa otaqda olan qaynanası Şəfayət gəlmiş və bundan sonra isə öz anası Yasəmən gəlmişdir. O, özünü pis hiss etdiyi üçün, anası və qayınanası onu Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına aparmışlar. Həkimlər onu müəayinə etmişlər, əsasən bədəninin sağ tərəfindən xəsarət aldığını bildrmişlər və sonra onu evə buraxmışlar. O, bu barədə şikayət etmək qərarına gəlmişdir. Verilən suallara cavab olaran Zərərçəkmiş şəxs ifadəsində bir daha təsdiqləmişdir kui, həyat yoldaşı Təqsirləndirilən şəxs evə sərxoş halda gəlmiş, o, Şahmardan harada olduğunu və gedəndə niyə məlumat vermədiyini soruşmuş, Şahmar onun bu sözünə əsəbləşərək, ona hesabat verməli olmadığını deyib, onu döymüşdür. O, həyat yoldaşına vhatssapla görüntiilü zəng etməmiş, əksinə Şahmar özü ona zəng etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs 31.10.2021- ci il tarixdə saat 21.00 radələrində yaşadığı evin otağında onun bədəninin sağ yan tərəfindən bir zərbə vurmuş, Şahmar onu təpiklə bərk vurmuş, lakin əlavə olaraq əli ilə onun bədənuimin müxtəlif yerlərinə də vurmuşdur. O, müxtəlif xəsarətlər almışdır. Bədəninin müxtəlif yerləri ağrıyır. O, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməyib. Hadisə vaxt Şahmarın əlində heç nə olmayıb. Həmin vaxt otaqda yalnız həyat yoldaşı Şahmarla o özü olmuş, evdə başqa otaqda isə anası Yasəmən və qayınanası Şəfayət olmuşlar. Lakin həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyən zaman yanlarında heç kim olmayıb və bildiyinə görə qaynanası ilə anası Şahmarın onu döyməsinə şahid olmayıblar. Anası ilə qayınanası səsə sonradan gəlmişlər. Əvvəllər aralarında dava-dalaş olmayıb, lakin ailə-məişət problemləri zəminində aralarında söz mübahisələri olub. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını və Təqsirləndirilən şəxs amnistiya aktının tədbiq edilməsinə etiraz etmədiyini bildirir. 31 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2021 -ci il tarixli 703 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısında kəskin ağrılarla müşayiət olunan döş qəfəsinin sağ yarısınınyumşaq toxumalarının şişkinliyi və qançırı (əziyi)-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 31.10.2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 31.10.2021-ci il tarixli 2/15845 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «orta» dərəcəli alkoqol səroşluğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində 25 fevral 2017-ci il təvəllüdlü X2 adlı övladı vardır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində amnistiya tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 39.1.12, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini və Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-251/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-251/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver