Məhkəmə qərarları › İş №1(009)-251/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-251/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-251/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1970-ci ildə Naxçıvan MR, Şərur rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Almaniya Federativ Respublikası, Köln şəhəri, Neubrücke, Herman Hesse küçəsi 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin seçkiləri keçirildiyi gün, seçkilər başa çatmamış və nəticələri rəsmi açıqlanmamış saat 19 radələrindən başlayaraq X8 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak edərək, ünvan 2 ünvanda yerləşən «Müsavat» partiyasının mərkəzi qərargahı qarşısında toplaşıb, ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli surətdə təhqiredici təsir göstərən hərəkətlər etməklə gecə vaxtı vətəndaşların dincliyini, ictimai asayişi uzun müddətə pozub, «Müsavat» partiyasının mərkəzi qərargahına əvvəlcədən gətirdikləri daş, taxta dəyənəklər, o cümlədən gərargahın şüşələrini sındırmaqla əldə etdikləri şüşə qırıntıları ilə ictimai qaydanın qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının ictimai qaydaya riayət edilməsi, qanunazidd hərəkətləri dayandırmaq haqqında irəli sürdüyü qanuni tələblərinə tabe olmayaraq kütləvi itaətsizlik nümayiş etdirməklə, qeyd edilən əşyalarla Daxili İşlər Nazirliyi əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək 13 nəfər polis işçisinin, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14 Arif oğlu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, 16 oktyabr 2003-cü il tarixdə saat 01 radələrində «Müsavat» partiyasının rəhbərinin jurnalistləri ünvan 2 ünvanda yerləşən «Müsavat» partiyasının qərargahına dəvət edərkən, qərargaha daxil olmuş öz xidməti vəzifəsini yerinə yetirən «Media Holdinq» şirkətinin nəzdindəki «Lider» televiziyasının xəbərlər xidmətinin efir redaktoru, «Krim form» verilişlərinin aparıcısı Zərərçəkmiş şəxs9 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs9 və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs9 əllərini tutmaqla digər qrup üzvlərinin sonuncunu döyməsini təşkil edərək Zərərçəkmiş şəxs9 döyə- döyə qərargahdan küçəyə çıxarılmasını təşkil etmiş, küçədə cinayətkar əməllərini davam etdirməklə sonuncunun əl qolunu tutaraq müqavimət göstərməsinə imkan verməyib, sillə ilə sifətindən, yumruqla qarın nahiyəsinə vurmuş, daha sonra qrup üzvü X2 Kərimlini tutmasından istifadə edərək, öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən silah qismində istifadə etdiyi kağıza bükülmüş vəziyyətdə olan dəmir əşya ilə sonuncunun baş nahiyyəsindən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs9 hər iki gözün ətrafında, sol əlin arxa və sol budun tış nahiyələrindəki qançırlar, hər iki yuxarı və aşağı ətrafların əzilməsi kimi sağlamlığa zərər vurmayan, başın arxa təpə-ənsə nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ almacıq sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq hərəkətləri edib, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs9 sağlamlığına bir qrup şəxslə birlikdə xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edimiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2003-cü il tarixdə seçki məntəqəsində seçki prosessini müşahidə etmiş, həmin seçki mətəqəsində 15-20 nəfər müşahidəçi iştirak etmişdir. Səsvermə prosessi axşam saat 20-21 radələrində bitmiş və o, öz avtomobilini “Müsavat” partiyasının ofisinin önündə saxladığından seçki məntəqəsindən çıxıb “Müsavat” partiyasının qarşısına gəldikdə orada 5-6 cərgədə düzülmüş polislərləri görmüşdür. Bundan sonra “Müsavat” partiyasının ofisinin önündə saxladığı avtomobilinin içərsində bir neçə saat yuxulamışdır. 16 oktyabr 2003-cü il tarixdə təxminən saat gecə 01 radələrində, o avtomobilin alın şüsəsinin çatlaması səsinə ayılmış, bu an polisin biri avtomobilin qapısını açmağa cəhd etmiş, avtomobilin qapısı açıldıqdan sonra o, “Müsavat” partiyasının ofisinin içərsinə getmiş və orada çoxlu yaralı insanların olduğunu görmüşdü. Bunları gördükdə o, şok yaşamışdı. Bir müddət sonra, “Müsavat” partiyasının ofisindən çıxaraq öz avtomobilinə əyləşərək oradan getmiş, bu zaman polislər onu saxlamamış, əksinə ona yol açmışlar. Hadisədən sonra onu heç kəs axtarmamış və o, polisə çağırılmamışdır. Hadisədən sonraki gün ona telefon vasitəsi ilə verilən xəbərlərdən çox narahat olmuş, özü təhlükədə olduğundan ölkəni tərk etmişdir. 16 oktyabr 2003-cü il tarixdə heç bir cinayət əməli törətməmiş və bu səbəbdən 05 fevral 2024-cü ildə Azərbaycan Respublikasına öz iradəsi ilə qayıtmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdən müxbir fəaliyyətinə başlamış, 2001-ci ildən "Lider TV" kanalında müxbir işləmişdir. 15 oktyabr 2003-cü ildə keçirilən növbəti prezident seçkiləri zamanı reportaj hazırlayaraq işlədiyi telekanala təqdim etmişdir. Həmin gün axşam saatlarında kanala daxil olmuş məlumatdan məlum olmuşdur ki, "Müsavat" siyasi partiyasının baş qərargahının qarşısında seçki nəticələri ilə bağlı kütləvi iğtişaşlar başlamışdır. 15 oktyabr 2003-cü il tarixdə təxminən saat 20-21 radələrində hadisə yerindən reportaj hazırlanması üçün müxbir qismində o və operator qismində Cavid Əliyev "Müsavat" siyasi partiyasının qərargahının qarşısına getmişlər. Həmin zaman qərargahın qarşısında təxminən 250-300 nəfərə yaxın adam olmuş toplaşanların sayı hissə-hissə artmağa başlamışdır. Qərargahın ikinci mərtəbəsində olan "Müsavat" partiyasının üzvləri və kütləvi iğtişaşlar törədən şəxslər pəncərələrin şüşələrini sındırmış, oradan xidməti vəzifələrini icra edən polis əməkdaşlarına şüşə qırıntıları, daş və taxta parçaları atmaqla hər bir yolla ictimai qaydanı pozmuş, kütləvi iğtişaş törətmiş, polis əməkdaşlarına xəsarət yetirmişlər. O, "Lider TV" kanalında canlı yayıma çıxıb hadisələrin gedişatı barədə canlı məlumat vermişdi. 15 oktyabr 2003-cü il tarixdə təxminən saat gecə 01 radələrində toplaşan televiziya kanallarının müxbirləri və mətbuat nümayəndələri "Müsavat" partiyasının qərargahın ikinci mərtəbəsinə dəvət edilmiş, orada bir neçə dəqiqə sonra İsa Qəmbərin xalqa müraciət edəcəyini bildirilmişdir. Bu məqsədlə o və operator Cavid Əliyev də "Lider TV"-nin nümayəndələri qismində qərargaha daxil olmuşlar. Bundan sonra qərargahın daxilində pilləkənlərdə bütün media nümayəndələrinin yuxarı qalxmasına baxmayaraq, ona yuxarı çıxmasına imkan verilməmişdir. Sonra "Müsavat" partiyanın nümayəndələri onu heç bir əsaslı səbəb olmadan təhqir edib, yumruq və təpiklə döyməyə başlamışlar. Həmin şəxslərin arasında sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs yerdən götürdüyü taxta parçası ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Daha sonra onu güclə qərargahın binasından küçəyə çıxarmışlar. "Müsavat" partiyasının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs üzəri kağızla bükülmüş dəmir parçası ilə bir neçə dəfə onun baş nahiyəsindən vuraraq xəsarətlər yetirmişdir. Həmin an videokameralarla qeydə alınmışdır. Bundan sonra aldığı xəsarətlərdən onun halı pisləşmiş, polis əməkdaşlarının köməyi ilə xidməti avtomobil vasitəsilə o, xəstəxanaya çatdırılmışdır. Aldığı xəsarətlərdən uzun müddət müalicə almışdır. Onun Təqsirləndirilən şəxs tərəfindən döyülməsinə dair video görüntü ilə istintaq zamanı baxaraq tanış olmuşdur. Hal hazırda şikayətçi deyil. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tanımadığı, 15 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmədiyini bildirmişdir. Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əlahiddə polis bölüyündə xidmət etdiyi vaxt 15 oktyabr 2003-cü il tarixdə, yəni ölkədə prezident seçkilərinin keçirildiyi gün saat təxminən 20 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə Bakı şəhəri, Azərbaycan prospektində yerləşən "Müsavat" partiyasının mərkəzi qərargahı qarşısında həmin partiyanın bir qrup üzvünün qanunsuz mitinq keçirmələrinin qarşısını almaq məqsədilə polis idarəsinin rəisinin göstərişi ilə ora getmişdi. Həmin vaxt partiyanın qərargahının qarşısına çoxlu adamların toplaşdığını görmüşdü, həmin adamlar səs-küy salaraq ətrafda yaşayan sakinlərin rahatlığını pozan hərəkətlər edərək, Azərbaycan prospektində nəqliyyat vasitələrinin hərəkətinə mane olurdular. "Müsavat" partiyasının qərargahının qarşısında dayanmış sarı rəngli "Tofaş" markalı ** AT *** nömrə nişanlı taksi avtomaşınından tanımadığı bir nəfər şəxsin polietilen torbalarda yığılmış daşa oxşar əşyaları "Müsavat" partiyasının qərargahına daşıdığını görmüş, sonra isə orada toplaşmış adamlar onları həmin daş parçaları ilə vurmağa başlamışlar. Orada toplaşmış adamlar polis əməkdaşlarına müqavimət göstərib onları taxta parçaları və daşlarla vuran zaman həmin adamlardan təxminən 5-6 nəfər şəxs onun üstünə hücum etmiş, onlardan biri əlində olan dəmir armatur parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Aldığım zərbələrin təsirindən yerə yıxılmış və bu zaman həmin adamlar onu ayaqları ilə təpikləmişlər. Bu zaman polis əməkdaşları həmin adamların zorakılıq hərəkətlərinin qarşısını alaraq onu həmin şəxslərin əlindən qurtarmışlar. Aldığı xəsarətlərdən təxminən 10 gün müddətində hospitalda müalicə olunmuş, sonra isə evə buraxılmışdı. Xatırlayır ki, başına həmin hadisələr vaxtı xəsarət yetirən şəxs İsa Qənbərin mühafizəçisi idi, adını hazırda xatırlamır, lakin 2004-cü ildə həmin şəxs barəsində Səbail Rayon Məhkəməsində hökm çıxmışdır. Orada yerdə ona təpiklə xəsarət yetirən şəxslərin konkret kimliklərini hazırki günədək bilmir, həmin hadisələr vaxtı onların mövqeyi qərargahın düz qarşısı olmadığından və ətrafda işıqlanma zəif olduğundan ona təqdim olunan video görüntüdə Lider TV-nin müxbiri Zərərçəkmiş şəxs9 2003-cü ilin oktyabr ayının 15-dən 16-na keçən gecə baş nahiyəsinə xəsarət yetirən şəxsi orada gördüyünü xatırlamır, lakin video görüntülərdən də həmin şəxsin həmin gün orada olması və jurnalistə xəsarət yetirməyi açıq aşkar görünür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tanımadığı, 15 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2002-ci ilin iyun ayından hazırki günədək Səbail rayon Polis İdarəsinin PPB-də polis nəfəri, serjant rütbəsində işləyir, vəzifəsi ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Bakı şəhəri, Səbail rayon Polis idarəsinin post patrul bölüyündə xidmət etdiyi vaxt 15 oktyabr 2003-cü il tarixdə, yəni ölkədə prezident seçkilərinin keçirildiyi gün saat təxminən 20 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə Bakı şəhəri, Azərbaycan prospektində yerləşən "Müsavat” partiyasının mərkəzi qərargahı qarşısında həmin partiyanın bir qrup üzvünün qanunsuz mitinq keçirmələrinin qarşısını almaq məqsədilə polis idarəsinin rəisinin göstərişi ilə ora getmişdi. Həmin vaxt partiyanın qərargahının qarşısına çoxlu adamların toplaşdığını görmüş, həmin şəxslər səsküy salaraq ətrafda yaşayan sakinlərin rahatlığını pozan hərəkətlər etmiş, Azərbaycan prospektində nəqliyyat vasitələrinin hərəkətinə mane olmuşlar. Orada partiyanın rəhbər şəxsləri çıxış edərək İsa Qənbərin prezident seçilməsini elan etmiş, toplaşmış adamlar bunu alqışlayaraq səs-küy salmış, orada toplaşmış şəxslərin bu qanunsuz hərəkətlərinə son qoymaq üçün tərəfindən onlara xəbərdarlıq edilmiş, oradan çıxıb getmələri üçün vaxt qoyulmuşdur. Lakin dəfələrlə onlarla aparılan danışıqlara baxmayaraq adamlar oradan çıxıb getməyərək mitinqi davam etdirmiş, həmin vaxt "Müsavat" partiyasının qarşısına toplaşmış şəxslər polisin qanuni tələblərinə əməl etməyərək Onlara qarşı zorakılıq hərəkətləri göstərərək hücuma keçmiş, əllərindəki taxta, dəmir, daş parçaları ilə onları vurmağa başlamışdılar. Həmin adamlardan 5-6 nəfər cavanı üstünə gəlmiş, həmin şəxslərdən biri qəflətən hansısa predmetlə baş nahiyəsinə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxılan zaman isə həmin şəxslər onu təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişlər. Həmin zərbələrin nəticəsində qapalı kəllə beyin travması xəsarəti almış, təxmini olaraq 1 dəqiqə ərzində yerdə qaldıqdan sonra polis yoldaşları onu onların əlindən alıb oradan uzaqlaşdırmışlar. Aldığı xəsarətlərdən təxminən 20 gün müddətində hospitalda müalicə olunmuş, həmin xəsarətlərə görə səhhətində hazırki günədək problemlər var və mütəmadi olaraq müalicə qəbul edir. Lider TV-nin müxbiri Zərərçəkmiş şəxs9 2003-cü ilin oktyabr ayının 15-dən 16-nа keçən gecə xəsarət yetirilən anının videogörüntüsündə olan həmin şəxs hadisələr vaxtı orada olmuş, aktiv şəkildə xuliqanlıq hərəkətləri etmiş, həmin şəxsin adı Mehdidir. Hadisə günü "Musavat qərargahının qarşısında olan hadisələrə rəhbərliyi həmin şəxs edirdi, belə ki, həmin vaxt "Mehdi, Mehdi" deyərək tez-tez onu səsləyirdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tanımadığı, 15 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ilin oktyabr ayından 2008-ci ilin sonlarına kimi Səbail rayon Polis İdarəsinin əlahiddə polis bölüyündə polis nəfəri işləmiş, hazırda isə heç bir yerdə işləmir. 15 oktyabr 2003-cü il tarixdə Səbail rayon polis idarəsi rəisinin göstərişi ilə "Müsavat” partiyasının qərargahının qarşısında bir qrup partiya tərəfdarlarının prezident seçkilərinin nəticəsinə etiraz olaraq keçirdikləri qanunsuz mitinqin qarşısını almaq məqsədilə bölüyün şəxsi heyəti ilə birlikdə həmin yerə getmişdi. Partiyanın qərargahının qarşısına kütlənin toplaşdığını görmüş, həmin adamlar səs-küy salaraq ətrafda yaşayan sakinlərin rahatlığını pozan hərəkətlər etmiş, Azərbaycan prospektində nəqliyyat vasitələrinin hərəkətinə mane olduqlarının şahidi olmuşdur. Ora toplaşmış həmin adamların əlində taxta, dəmir-armatur parçaları, daşlar olmuşdur. Orada partiyanın rəhbər şəxsləri çıxış edərək İsa Qənbərin prezident seçilməsini elan etmiş, toplaşan adamlar isə bunu alqışlayaraq səs-küy salmışlar. Onların bu qanunsuz hərəkətlərinə son qoymaq məqsədilə polislər tərəfindən onlara xəbərdarlıq edilmiş, çıxıb getmələri üçün vaxt qoyulmuşdur. Lakin dəfələrlə onlarla aparılan profilaktik danışıqlara baxmayaraq oraya toplaşmış adamlar çıxıb getməmiş, mitinqi davam etdirmiş, həmin vaxt "Müsavat" partiyasının qarşısına toplaşmış adamlar qanuni tələblərimizə əməl etməyərək onlara qarşı zorakılıq göstərərək əllərindəki taxta parçaları ilə onları vurmağa başlamışlar. Həmin vaxt ani olaraq partiyanın qərargahının içərisinə daxil olmaq istəmiş, lakin kütlənin çox olduğunu görüb qorxduğu üçün çölə çıxmışdı. Həmin vaxt "Müsavat" partiyasının qarşısında olarkən tanımadığı adamlar "Lider TV"-nin müxbiri Zərərçəkmiş şəxs9 qərargahın 2-ci mərtəbəsinin pilləkənlərindən döyədəyə aşağı düşürmüş, Sahil çölə çıxarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs kağıza bükülmüş dəmir-armatur ilə onun baş nahiyyəsinə vurduğunu görmüş və tez Sahili onun əlindən alaraq oradan uzaqlaşdırmağa çalışmışdı. Təqsirləndirilən şəxs həmin vaxt əlində olan dəmir-armatur parçasını ona tərəf atmış, nəticədə həmin dəmir parçası baş nahiyəsinin sol tərəfinə dəyərək ona qapalı kəllə beyin travması xəsarəti yetirmişdir. O polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılmış, təxmini olaraq 20 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı. Həmin vaxt onların istiqamətinə daş və dəmir parçaları həm qərargahın pəncərələrindən, həm də həyətdən müxtəlif istiqamətlərdən atılırdı, onların konkret kimlər olduğunu hazırda bilmir, lakin başına yetirilən xəsarət dəmir-armaturun onun istiqamətinə atılan zaman aldığından həmin dəmir parçasını Zərərçəkmiş şəxs9 baş nahiyyəsinə vuran Təqsirləndirilən şəxs olduğunu görmüşdü. Həmin şəxsin adının da məhz Mehdi Xəliov olduğunu Səbail Rayon Məhkəməsində Mehdi Mehdiyevin təqsirləndirilməsi üzrə keçirilən məhkəmə prosesi zamanı öyrənmişdi. Ona təqdim olunmuş video görüntüyə baxaraq həmin gecəni xatırlamış, başına dəmir parçasını atan şəxs Zərərçəkmiş şəxs9 baş nahiyyəsinə xəsarət yetirən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmişdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tanımadığı, 15 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 15 oktyabr 2003-cü il tarixdə, yəni ölkədə prezident seçkilərinin keçirildiyi gün saat təxminən 20 radələrində aldığı tapşırığa əsəsən Bakı şəhəri, Azərbaycan prospektində yerləşən "Müsavat" partiyasının mərkəzi qərargahı qarşısında həmin partiyanın bir qrup tərəfdarının seçkinin nəticələrinə etiraz əlaməti olaraq keçirəcəkləri qanunsuz mitinqin qarşısını almaq məqsədilə bölüyün şəxsi heyəti ilə birlikdə Bakı şəhəri, Azərbaycn prospekti ilə R.Behbudov küçəsinin kəsişdiyi yerə gedib orada dayanmışdım. Həmin vaxt partiya qərargahının qarşısına çoxlu adamların toplaşdığını görmüşdüm, həmin adamlar səs-küy salaraq ətrafda yaşayan sakinlərin rahatlığını pozan hərəkətlər edərək Azərbaycan prospektində nəqliyyat vasitələrinin hərəkətinə mane olurdular. Orada partiyanın rəhbər şəxsləri çıxış edərək İsa Qənbərin prezident seçilməsini elan etmiş, toplaşmış adamlar bunu alqışlayaraq səs-küy salırdılar. Orada toplaşmış adamların bu qanunsuz hərəkətlərinə son qoymaq üçün tərəfimizdən onlara xəbərdarlıq edilmiş, oradan çıxıb getmələri üçün vaxt qoyulmuşdur. Lakin dəfələrlə onlarla aparılan danışıqlara baxmayaraq adamlar oradan çıxıb getməyərək mitinqi davam etdirmişlər. Həmin vaxt "Müsavat" partiyasının qarşısına toplaşmış adamlar polisin qanuni tələblərinə əməl etməyərək Onlara qarşı zorakılıq hərəkətləri göstərərək əllərindəki taxta parçaları ilə onları vurmağa başlamışlar. Etirazçılardan kimsə əlindəki dəmir armaturla onun sağ ayağına vurmuş, aldığı zərbədən yerə yıxılmış, yerə yıxıldıqdan sonra etirazçılar onun üstünə düşərək yerdə onu təpikləmişdilər, həmin vaxt polis yoldaşları onu onların əlindən alıb uzaqlaşdırmış, aldığı xəsarətdən təxminən iki həftə müddətində hospitalda müalicə olunmuşdu. Həmin vaxt ona xəsarət yetirən şəxsin kim olmasını konkret olaraq görməmişdi. Hadisələr vaxtı mitinq iştirakçılarının ordadan çıxıb getmələri üçün apardığı söhbətlər zamanı dəmir armaturla vurularaq xəsarət aldığı üçün hospitala çatdırılmış, bu səbəbdən ona təqdim olunan video görüntüdə göstərilən şəxsləri həmin vaxt orada görməmişdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs tanımadığı, 15 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisədə Təqsirləndirilən şəxs görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin Çevik Alayının 1-ci bölüyündə polis nəfəri kimi xidmət etdiyi vaxt 15 oktyabr 2003-cü il tarixdə, yəni ölkədə prezident seçkilərinin keçirildiyi gün saat təxminən 20 radələrində aldığı tapşırığa əsəsən Bakı şəhəri, Azərbaycan prospektində yerləşən "Müsavat” partiyasının mərkəzi qərargahı qarşısında həmin partiyanın bir qrup tərəfdarının seçkinin nəticələrinə etiraz əlaməti olaraq keçirəcəkləri qanunsuz mitinqin qarşısını almaq məqsədilə bölüyün şəxsi heyəti ilə birlikdə Bakı şəhəri, Azərbaycn prospekti ilə R.Behbudov küçəsinin kəsişdiyi yerə gedib orada dayanmışdı. Həmin vaxt partiya qərargahının qarşısına çoxlu adamların toplaşdığını görmüş, həmin adamlar səs-küy salaraq ətrafda yaşayan sakinlərin rahatlığını pozan hərəkətlər edərək Azərbaycan prospektində nəqliyyat vasitələrinin hərəkətinə mane olurdular. Orada partiyanın rəhbər şəxsləri çıxış edərək İsa Qənbərin prezident seçilməsini elan etmiş, toplaşmış adamlar bunu alqışlayaraq səs-küy salırdılar. Orada toplaşmış adamların bu qanunsuz hərəkətlərinə son qoymaq üçün tərəfimizdən onlara xəbərdarlıq edilmiş, oradan çıxıb getmələri üçün vaxt qoyulmuşdur. Lakin dəfələrlə onlarla aparılan danışıqlara baxmayaraq adamlar oradan çıxıb getməyərək mitinqi davam etdirmişlər. Həmin vaxt "Müsavat partiyasının qarşısına toplaşmış adamlar polisin qanuni tələblərinə əməl etməyərək Onlara qarşı zorakılıq hərəkətləri göstərərək əllərindəki taxta parçaları ilə Onları vurmağa başlamışlar. Orada toplaşmış həmin adamlardan kimsə əlindəki ağacla onun boyun nahiyəsindən vurmuş, aldığı zərbədən huşunu itirərək yerə yıxılmış və qapalı kəllə beyin xəsarəti almışdı. Həmin vaxt polis yoldaşları onu onların əlindən alıb oradan uzaqlaşdırmış, aldığı xəsarətdən təxminən 15 gün müddətində hospitalda müalicə olunmuşdu. Həmin vaxt ona xəsarət yetirən şəxs arxadan onu vurduğundan onun kim olmasını konkret olaraq görməmişdi. Hadisələr vaxtı mitinq iştirakçılarının ordadan çıxıb getmələri üçün apardığı söhbətlər zamanı boyun nahiyəsindən xəsarət aldığı üçün huşunu itirmişdi, bu səbəbdən ona təqdim olunan video görüntüdə göstərilən şəxsləri həmin vaxt orada görməmişdi, onları tanımırdı. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 931 saylı rəyindən görünür ki, vətəndaş X9 bədənində başın sol gicgah nahiyəsinin sıyrığı və baş beyin sirkələnməsi halında qapalı kəllə-beyin travması, sağ dirsək və sağ diz-baldır nahiyəsindən xəsarət alaraq yaralanmışdır. Xəsarətlər 15 oktyabr 2003-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə başda olan xəsarətlər samlağlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL zərər urmaya aiddir, sağ dirsək və ya diz-baldır nahiyəsinindəki sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 934 saylı rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs7 bədənində başın sol gicgah-almacıq nahiyəsinin sıyrığı və baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol körpücük nahiyəsinin sıyrığı aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 15 oktyabr 2003-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə başda olan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol körpücük nahiyəsindəki sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarətlərə olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X12 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 933 saylı rəyindən görünür ki, X6 bədənində başın sol gözaltı nahiyəsinin qançırı və baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, bel nahiyəsində solda qançır, yuxarı və aşağı ətrafların sıyrıqları və əzilmiş dəri yaralar aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 15 oktyabr 2003-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə başda olan xəsarətlər sağlamlığın qısa müddət pozulmasma və sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, qalan digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri edilmir. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 243 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs9 bədənində aşkar edilmiş xəsarətlər -başın arxa sağ təpə-ənsə nahiyəsində əzilmiş yara, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki gözün ətraflarında, sol əlin arxa və sol budun tış nahiyəsində qançır, sol almacıq sümüyünün qapalı sınığı, hər iki yuxarı və aşağı ətrafların əzilməsi bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində götərilən müddətə və şəraitə, yəni xx.xx.2003-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, hər iki gözün ətrafında, sol əlin arxa və sol budun tış nahiyələrindəki qançırlar, hər iki yuxarı və aşağı ətrafların əzilməsi- sağlamlığa zərər vurmayan, başın arxa təpə-ənsə nahiyəsindəki əzilmiş yara, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ almacıq sümüyünün qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs9 hadisə zamanı almış olduğu xəsarətlərinin xarakterinə və yerləşmiş nahiyələrinə görə guman edilir ki, o ayaq üstə və ya ona yaxın vəziyyətlərdə olmuşdur. İş materiallarında olan 21 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 257 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X4 almış olduğu xəsarət- başın sağ-təpə-ənsə nahiyəsinin bir ədəd çapıq toxuması küt əşyanın təsirindən törənmişdir, daş parçası ilə törənməsi inkar olunmur, müddəti 15.10.03-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərarvurmaya aiddir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 oktyabr 2003-cü il tarixli, 932 saylı AR Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza mərkəzinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol budun orta üçdə-birinin yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir, hansılarki küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti onun DİN-nin Respublika hospitalına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 15 oktyabr 2003-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə qapalı kəllə-beyin travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol budunun yumşaq toxumalarının əzilməsi isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs14 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 900 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs14 bel nahiyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən xx.xx.2003-cü il tarixdə, qərarın təsviri hissəsində göstərilən xəsarətlər yetirilmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 250 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 almış olduğu xəsarət- əşyanın ola bilsin taxta parçasının təsirindən törənmişdir, müddəti 6- 7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərarvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 958 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs11 almış olduğu bədən xəsarətləri- baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol əlin 1-ci barmağının dırnaq falanqasının şişkinliyi, əzilmiş yarası və dırnaq sədəfinin travmatik zədələnməsi bərk küt əşyanm (əşyaların) təsirindən müayinədən 5-6 gün əvvəl törənməklə 15.10.03-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərarvurmaya aiddir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 959 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizasına əsasən bu nəticəyə gəlirəm ki, onun sol budunun yumşaq toxumalarının qançır halında olan dərin əziyi bərk kürt əşyanın təsirindən törənməklə xx.xx.2003-cü il tarixdə DİN-nin hospitalına müraciət etməsindən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 oktyabr 2003-cü il tarixli, 956 saylı AR Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza mərkəzinin rəyindən görünür ki, 1958-cu il təvəllüdlü Zərərçəkmiş şəxs10 məhkəmə-tibbi ekspertizasına əsasən bu rəyə gəlirəm ki, onun almış olduğu bədən xəsarətləri-baş-beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əziyi, hər iki əllərin, sol dirsək oynağının, sağ dizin sıyrıqları, sol dizin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 5- 6 gün əvvəl törənməklə xx.xx.2003-cü il tarixdə DİN-nin Respublika Hospitalına müraciət etməsindən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə baş-beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 23 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs12 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 oktyabr 2003-cü il tarixli, 251 saylı AR Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza mərkəzinin rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs12 almış olduğu xəsarətlər sağ-əl daraq və barmaq nahiyyələrinin, sol ayaqüstü nahiyyənin əzilmiş-cırılmış yarası, hərəkət məhdudluğu və sağ qaşüstü nahiyyənin bir ədəd yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti xx.xx.2003-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 30 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 16 oktyabr 2003-cü il tarixli, 901 saylı AR Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza mərkəzinin rəyindən görünür ki,Zərərçəkmiş şəxs8 sağ saidinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi bərk kürt əşyanın təsirindən xx.xx.2003-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 30 oktyabr 2003-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs13 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 oktyabr 2003-cü il tarixli, 902 saylı AR Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza mərkəzinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs13 sağ dirsək oynağının, sağ dizin və sol baldırın yumşaq toxumalarının qançır halında bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən xx.xx.2003-cü il tarixdə və şəraitdə yetirilmişlər, dərəcəsinə görə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan 20 oktyabr 2003-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 233 və 315-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 22 oktyabr 2003-cü il tarixli, 760 saylı Nəsimi rayon məhkəməsinin qətimkan tədbirin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə “həbs”qətimkan tədbiri seçilmişdir. İş materialları ilə müəyyən edilir ki, 05 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Heydər Əliyev adına X11 saxlanılaraq polis əməkdaşlarının müşayiəti ilə Baş Prokurorluğun İstintaq idarəsinə gətirilmişdir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında qərarından görünür ki, X8, Təqsirləndirilən şəxs və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 221.3, 233 və 315-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokolundan görünür ki, “Youtube” internet səhifəsində olan, “15-16 oktyabr 2003-cü il hadisələrinin ANS kanalı tərəfindən çəkilən görüntüləri” başlıqlı videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən videogörüntü 13 dəqiqə 07 saniyə uzunluqdadır, həmin görüntünün 06:01 dəqiqəsindən 07:07 dəqiqəsinədək olan hissəsində kütləvi iğtişaşlar zamanı bir nəfər şəxsin cinayət işi üzrə Zərərçəkmiş şəxs9 sol qolundan və boynundan əlləri ilə tutması, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar digər şəxsin isə ilk öncə sol əli ilə Zərərçəkmiş şəxs9 üz nahiyəsindən bir dəfə sillə zərbəsi ilə, daha sonra isə ağ rəngli kağız kəsiyinə bükülmüş, uzunsov nazik küt alətlə Zərərçəkmiş şəxs9 baş nahiyəsinə üç dəfə zərbə endirməsi, daha sonra naməlum şəxsin Təqsirləndirilən şəxs oxşar şəxsi dayandırması və oradan uzaqlaşdırması qeydə alınmışdır. Həmin videonu şərh edən “ANS” telekanalının sabiq aparıcısı Aytən Səfərova isə bu görüntünü şərh edərkən bildirir ki: “Zərərçəkmiş şəxs9 ilk zərbə yumruqla vurulur, biri tutur, o biri vurur, amma bir qoluzorlu əl çəkmək fikrində deyil. Müsavat partiyasını qoruyan bu şəxsin əlindəki bükülüyə bir az yaxşı baxsaz, onun arasında nəsə küt bir predmetin olduğunu görərsiz. Bu küt alətlə və soyuq silahla törədilən bu azğın hərəkət fatal sonluğa da gətirib çıxara bilərdi. Reportyora biri birinin ardınca küt alətlə zərbələr vurulur, ATV-nin operatoruna da bu zərbələrdən yalnız üçünü çəkmək müəssər olur. İndi isə Onların əlimizdə bu şəxsin sifətini sizə göstərməyə imkan var. Xalq öz qəhrəmanlarını tanımalı olduğu kimi, öz antiqəhrəmanını da tanımalıdır. Bu sifəti yadınızda saxlayın, onun adını hələ ki, bilmirik, amma biləcəyik və sadəcə peşə borcunu yerinə yetirən Zərərçəkmiş şəxs9 qolunun və dəyənəyinin gücünü göstərən bu qoçuya ayrı şey göstərəcəyik. Onun özünü, hər gün, vicdanlı cəzasını alanadək. Fidan Quliyeva, Sevda Həsənova, ANS”. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 233 və 315.2-ci maddələri ilə ibtidai istintaqı aparılan 80499 saylı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 233 və 315-ci maddələrinə tövsif edilməklə, ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 233 və 315-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 05 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs9 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs9 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək, 15-16 oktyabr 2003-cü il tarixdə gecə saatlarında “Müsavat” partiyasının qərargahının qarşısında baş vermiş iğtişaşlar zamanı Təqsirləndirilən şəxs onu qərargahın daxilində bir neçə dəfə yumruq və təpik zərbələri ilə, daha sonra isə qərargahın qarşısında məlum olmayan küt alətlə baş nahiyəsindən bir neçə dəfə vurduğunu, nəticədə bədən xəsarətləri aldığını bildirmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/509-4/376 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskdə əks olunmuş “yotube görüntüsü” adlı videgörüntülərdən çıxarlmış fotoşəkillərdə kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdə əks olunmuş “yotube görüntüsü” adlı videogörüntülərdən çıxarılmış istintaq üçün zəruri olan kişi cinsli şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs görüntü nümunələri” adlı qovluğun daxilindəki fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Ekspertizaya təqdim olunmuş “yotube görüntüsü” adlı videofonoqram televiziya verilişi üçün xarakterik olan üsuldan - şərhi verilən hadisənin videoyazısına məxsus videokadrlardakı audio axınla diktorun şərhi zamanı yaranan nitq siqnalının sintezindən, vidofraqmentlərin bir-birini əvəzləməsindən, bəzi obyektlərin daha aydın görünməsi üçün fokuslanmadan, müəyyən obyektin görüntüsünün kadrın bir hissəsində müəyyən müddətə saxlanması funksiyalarından, kadrlardakı görüntülərə qrafik elementlərin əlavə olumasından istifadə olunmaqla əldə olunmuşdur. Videofonoqramdakı kadrlarda ilkin qeydə alınmış obyektin və ya obyektin müəyyən hissəsinin pozulması, kadra yeni obyektin əlavə olunması, vizual fonun imitasiyası və ya dəyişdirilməsi kimi kadrdaxili montaj əlamətləri və akustik şəraitin dəyişdirilməsi müəyyən olunmadı. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 05 iyun 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 05 iyul 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, 2003-cü il tarixdə verdiyi ifadəni təstiq etmiş lakin Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli Zərərçəkmiş şəxs14 Arif oğlunun ərizəsindən görünür ki, 2003-cü il tarixdə verdiyi ifadəni təstiq etmiş lakin Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, 2003-cü il tarixdə verdiyi ifadəni təstiq etmiş lakin Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli Zərərçəkmiş şəxs10 ərizəsindən görünür ki, 2003-cü il tarixdə verdiyi ifadəni təstiq etmiş lakin Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan 08 iyun 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3, 233,315-ci maddələrindən həmin Məcəllənin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələrinə tövsif edilmişdir İş materiallarında olan 10 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 233 və 315-ci maddələrinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs10 12 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 12 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs12 12 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsinə əsasən Əməliyyataxtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə- iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və zərərçəkmiş şəxslərin şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları,ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının təyin olunmasını məqsədəuyğun və tətbiq edilməsi nəzərdə tutulan cəzanın cəza məqsədini təmin etdiyini hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qiso toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qiso toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək, yəni 09 (doqquz) ay 01 (bir) gün həbsdə olduğu müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini uzun müddət əvvəl törətdiyini, ona qarşı şikayətin olmamasını, uzun müddət həbsdə olmaqla ailəsinin həyat şəraitinin pisləşməsini, belə halın davam etməsinin onun ailə vəziyyətinin daha da ağırlaşmasına səbəb ola biləcəyini, nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.3, 233 və 315-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək, yəni 09 (doqquz) ay 01 (bir) gün həbsdə olduğu müddət təyin olunmuş cəzadan çıxılaraq, ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar