Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-252/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 sentyabr 2023-cü il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06 radələrində ünvan 2 ünvanda yerləşən yaşayış evinin həyətində şəxsi münasibətlərin pozulması zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Rafık qızının bədənin müxtəlif nahiyələrinə qəsdən istintaqa məlum olmayan kəsici-deşici predmetlə, habelə əli ilə zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ almacıq nahiyyəsinin və sol xarici qulaq seyvanının arxa səthinin deşilmiş-kəsilmiş yaraları, sağ göz orbitasının ətrafının qançırı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Rafık qızı onun vəfat etmiş dayısı Şahinin arvadıdır. Onu təxminən 2001-ci ildən, yəni onların ailəsinə gəlin gələn gündən tanıyır. O, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin yanvar ayından sentyabr ayınadək Gəncə şəhərində onların yaşadığı evdə birlikdə yaşamışdır. Onunla həmin vaxtlarda aralarında kəbin kəsdirmişlər. Sentyabr ayında Zərərçəkmiş şəxs Bakı şəhərinə uşağının yanında yaşamağa gəlmiş və bu səbəbdən o da onunla Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Səbail rayonu, Bayıl qəsəbəsində onunla qonşuluqda kirayə ev tutub yaşamağa başlamışdır. O, 6 mart 2023-cü il tarixdə Gəncədən Bakıya gəlmişdir. O, Zərərçəkmiş şəxs atası ilə görüşməzdən əvvəl Zərərçəkmiş şəxs ilə söhbət etmək qərarına gəlmiş və bu məqsədlə 07 mart 2023-cü il tarixdə səhər saat 06 radələrində Zərərçəkmiş şəxs namaza qalxdığını bildiyindən həmin vaxt onların evinə getmişdir. Zərərçəkmiş şəxs həmin vaxt həyətdə olan hamam otağına girirdi, arxaya dönən vaxt onu görüb qışqırmağa başlamış və onun üz nahiyəsinə əlləri ilə cırmaq atmışdır. Bu səbəbdən o da onun üz nahiyəsinə əli ilə iki dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs səsinə ailəsinin çıxacağını bildiyindən qaçaraq oradan uzaqlaşmışdır. Həmin gün saat 10 radələrində Bayıl dairəsində taksiyə minən vaxt orada xidmət aparan polis əməkdaşları onun üzərində qan ləkələrini görüb onu saxlayaraq yaxınlıqda yerləşən 8-ci Polis Bölməsinə aparmışlar. Hadisə zamanı orada Zərərçəkmiş şəxs və o olmuşdur. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dünyasını dəyişmiş ərinin bacısı oğludur. Təqsirləndirilən şəxs təxminən 21 ildir ki, tanıyır. Əvvəllər onunla münasibəti normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Lakin 2021-ci ilin sentyabr ayında həyat yoldaşı dünyasını dəyişdikdən sonra Təqsirləndirilən şəxs ona qarşı münasibəti dəyişmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtlardan onu narahat etməyə başlamışdır. 07 mart 2023-cü il tarixdə səhər saat 06 radələrində yaşadığı ünvanda sübh namazına oyanıb həyətdə olan hamama getmişdir. Hamamda yerdə olan siqaret kötüklərini görüb anasına bu barədə məlumat vermək üçün evə getmək istəmiş, arxaya dönən zaman Təqsirləndirilən şəxs onun qarşısında dayandığını görmüşdür. Təqsirləndirilən şəxs onu hamam otağına itələmək istəyən zaman o, onun sinəsindən itələyib atasıgili səsləmək üçün qışqırmışdır. Bu zaman Təqsirləndirilən şəxs əli ilə bir dəfə onun sağ göz nahiyəsindən vurmuşdur. Bu zaman o, qolu ilə üzünü qorumaq istəyən zaman Təqsirləndirilən şəxs bir daha onu sol qulaq nahiyəsindən əli ilə bir dəfə vurmuşdur. Bundan sonra atasıgil onun səsinə çölə çıxmış və Təqsirləndirilən şəxs bunu görüb dərhal oradan qaçaraq uzaqlaşmışdır. Hadisə ünvan 3 ünvanında baş vermişdir. Münaqişə təxminən təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. O, sadəcə Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq üçün sinəsindən itələmiş və ona heç bir bədən xəsarəti yetirməmişdir. O, Təqsirləndirilən şəxs əlində hər hansı bir əşyanın olub-olmadığını qaranlıq olduğundan dəqiq görməsə də, zərbənin təsirindən və üzünün kəsilərək qanamasından düşünür ki, onu vuran vaxt onun əlində nəsə əşya olmuşdur. 02 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 07 mart 2023-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ almacıq nahiyyəsinin və sol xarici qulaq seyvanının arxa səthinin deşilmiş-kəsilmiş yaraları deşicikəsici xarakterli alətin təsirindən, sağ göz orbitası ətrafının qançırı isə bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixində kənar şəxs tərəfindən və sağ almacıq və sol qulaq nahiyyələrinə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 11 may 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 30 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli ,47/2-15999 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonu ərazisində saxlanılmışdır. 08 iyun 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. 09 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Beyləqan Rayon Polis Şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət üzrə istintaq aparılmış, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-ci il tarixdən 09 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək əsas cəza məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-ci il tarixdən 09 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş əsas cəza məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alrtına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 138 (bir yüz otuz səkkiz) manat pul tutulub Bakı şəhəri 3 saylı Vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-252/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-252/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver