Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-253/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26,mənzil 68-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 8, ev 26-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən,satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 0.327qram olan ağ rəngli kristal şəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki boz rəngli cins şalvarın qabaq sol yan cibində bir ədəd “X7” markalı siqaret qutusunun içərisində daşıyaraq üzərində saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 16:50-də Bakı şəhəri, Səbail rayonu,Salyan yolu dalan 8,ev 26 ünvanın qarşısında olarkən o, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyindən Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiçəsində saxlanılmış, ünvan 2 ünvan-da yerləşən Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın qabaq sol yan cibində bir ədəd “X7” markalı siqaret qutusunun içərisində bir ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 0.327 qram olan ağ rəngli kristal şəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadə verməkdən imtina edərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri,Səbail rayonu,Salyan şossesi.dalan 8,ev 26-da yaşayır, rəsmi heç bir yerdə işləmir,hərdən düşdükdə fərdi olaraq fəhləlik edir,həmçinin o,bir neçə ildir ki,narkotik vasitə və psixotrop maddələri çəkərək və ya iyniyərək qəbul edir. 18 fevral 2024-cü il tarixdə,günün axşam saatlarında,Bakı şəhəri,Nizami rayonu ərazisində Qara Qarayev metrostansiyasının yaxınlığında olarkən,orada təsədüfən rastlaşdığı tanımadığı şəxsdən 25 manata bir büküm öz şəxsi istifadəsi üçün “patı” adlanan psixotrop maddə olan metamfetamin almış,sonralar özu qəbul etmək üçün əynimdəki şalvarın cibində siqaret qutusunun içərisində saxlamışdır.19 fevral 2024-cü il tarixdə, saat 16:50 radələrində.Bakı şəhəri,Səbail rayonu,20-ci sahə,Salyan şossesi.dalan 8,ev 26 ünvanın qarşısında olarkən,ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək,onun psixotrop maddənin istifadəsində və üzərində saxlamasında şübhə edilməsini bildirərək 41-ci Polis bölməsin,ə dəvət edilmişdir.O,üzərində “patı” adlanan psixotrop maddənin bükümü olduğunu və polis tərəfindən yaxalanmasını başa düşüb, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 41-ci PB-nin inzibati binasına gəlmiş,orada xidməti otaqların birində,polis əməkdaşlarının sorğularına əsasən özünü təqdim edib anket məlumatlarını bildirmiş- dir.Sonra polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah edilərək,hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilməklə təqdim edilmiş,polis əməkdaçı video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qəbul etdiyi qərarla onu və müdafiəçini tanış edilmişdir.Bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarışa başlamaz-dan əvvəl, üzərində qeyri-qanuni əşya və ya narkotik tərkibli maddə varsa təqdim etməsini təklif etdikdə,o, ynindəki boz rəngli cins şalvarının sol arxa cibindən içərisində şəxsiyyət vəsiqəsi və bank kartları olan qəhvəyi rəngli pul qabını,sol yan cibindən bir ədəd alışqanı və içərisində bir ədəd qızılı rəngli kağıza bükülü “patı”kimi tanıdığı psixotrop maddə metamfetaninə oxşar kütlə olan “X7” markalı siqaret qutusunu çıxarıb masa üzərinə qoyaraq təqdim etmişdir.Polis əməkdaşı onun təqdim etdiyi bükümü açaraq içərisində nə olmasını soruşduqda,o, bükümün içərisində psixotrop maddə “patı” adlanan yəni metamfetamin olmasını,həmin psixotrop maddənin bükümünü tutulmamışdan bir gün əvvəl Bakı şəhəri,Nizami rayonu ərazisində Qara Qarayev metrostansiyasının yaxınlığında olarkən orada təsədüfən rastlaşdığı tanımadığı şəxsdən 25 manata almasını,həmin şəxsin adını və yaşadığı ünvanını bilmədiyini,üzərində saxlamaqda məqsədi sonralar tək şəkildə çəkmək olmasını bildirmişdir.Bundan sonra polis əməkdaşı onun üzərində əlavə axtarış aparmış, lakin üzərində başqa hər hansı bir əşya aşkar edilməmişdir.Sonra polis əməkdaşı onun təqdim etdiyi bir ədəd bükümü bir ədəd boş zərfə qoyub möhürləmiş.həmin zərf onun,baxışda iştirak edən müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır.Sonra polis əməkdaşı üzərində keçirilmiş şəxsi axtarış¬la bağlı protokol tərtib etmiş,həmin protokol ucadan oxunduqdan sonra düzgünlüyünü o,müdafiəçi və polis əməkdaşları imza etmişlər.Üzərində qanunsuz olaraq psixotrop maddə olan metamfeta- minin bükümünü daşımaqla saxladığına görə səmimi peşmandır.Həmçinin əvvəllər heç bir növ narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasını,yalnız tək özü üçün hərdən tanımadığı şəxslərdən az miqdarda aldığı psixotrop maddə olan metamfetamini gizli şəkildə çəkərək qəbul etməsini,üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini aldığı şəxsin zahiri görünüşünü xatırlamasını,anket məlumatlarını,yaşadığı ünvanı və əlaqə nömrəsini bilməməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci PBnin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki,o,19 fevral 2024-cü il tarixdə Səbail RPİnin 41-ci PB-də xidmətdə olarkən Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. 19 fevral 2024-cü il tarixdə saat 16:50-də Bakı şəhəri Səbail rayonu,Salyan yolu,dalan 8,ev 26 ünvanı qarşısında o,və kiçik əməliyyat müvəkili Şahid2 birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğundan onu 41-ci PB-nə dəvət etmişlər. Müdafiəçi etiraz etmədən onlarla birlikdə 41-ci PB-nin inzibati binasına gəlmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın qabaq cibindən bir ədəd alışqan ,bir ədəd siqaret qutusunu,əynindəki şalvarın arxa cibindən içərisində bir ədəd pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisində bir ədəd qızılı rəngli büküm aşkar edilmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ kristalik hissəciklərdən ibarət psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü içərisində psixotrop maddə olan metamfetamini Qara Qarayev metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm ekspertizaya göndərilməsi məqsədilə bir ədəd boş zərfə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə, saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarımın sol arxa cibindən içərisində şəxsiyyət vəsiqəsi, metro kartı, “Kapital bank”, “Leo Bank” və “Paşa bank”a məxsus bank kartları olan qəhvəyi rəngli pul qabını, sol yan cibindən 01 ədəd alışqanı və içərisində qızılı rəngli kağıza bükülü “Patı” kimi tanıdığı narkotik maddəyə oxşar kütlə olan “X7” markalı siqaret qutusunu təqdim etdi. Vətəndaş üzərindəki siqaret qutusunun içərisində aşkar edilmiş qızılı kağıza bükülmüş bükülünün içərisində “Patı” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün 18 fevral 2024-cü il tarixdə axşam saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən özü istifadə etmək üçün 25 (iyirmi beş) manata bir büküm aldığını və üzərində saxladığını bildirdi. Aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənərək götürüldü. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1012 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 239”möhür əksi,“Şübhəli şəxs Təqsirləndirilən şəxs...”və s.soyadlar,imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.327 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfe-tamindir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 1 ədəd bükümdə 0.327 qram psixotrop maddə metamfetamin qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.277 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli “video diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı,sonuncu Səbail RPİ-nin 41-ci PB-nin inzibati binada xidməti otaqda,PB-nin təhqiqatçı polis leytenantı F.Rzayevin təklifi ilə əynindəki boz rəngli cins şalvarının qabaq sol cibində saxladığı, içərisində ağ rəngli kristalik şəkilli psixotrop maddəyə oxşar kütlənin bir ədəd bükümü olan bir ədəd “X7” markalı siqaret qutusunu çıxardıb təqdim etməsi əks olunmuş,həmin video görüntülər köçürül¬müş bir ədəd “DVD” formatlı “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, saxlanıldığı MSY-dən dərhal azad edilməsi və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli 3553 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin.kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 22 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təqsirli bilinərək, ona 01 il 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, bir ədəd “DVD” formatlı “CD” diski, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1012 №-li və məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli 3553 Ns-li rəyləri, şəxsi axtarış və götürmə protokolu, 19 fevral 2024-cü tarixli şəxsi axtarış və götürmə aparılması protokolu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş təmiz çəkisi 0.327 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi,dalan 8,ev 26 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0.277 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi,dalan 8,ev 26 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.277 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhər 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-253/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-253/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver