Məhkəmə qərarları › İş №1(009)-254/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-254/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-254/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxx 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, Füzuli rayonu, Qayıdış qəsəbəsi 8 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 11 oktyabr 2023-cü il tarixdə saat 12.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,65 qram bitki mənşəli kütə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid1 10 manat pulun qarşılığında əldə edib, üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və qəbul etməsində şübhəli bilindiyinə görə həmin tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanı yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və inzibati binanın xidməti otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,65 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,65 qram bitki mənşəli kütə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Şahid1 10 manat pulun qarşılığında əldə edib, üzərində saxlamaqla daşıyaraq birgə istifadə etmələri üçün dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 vermiş, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və qəbul etməsində şübhəli bilindiyinə görə həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və inzibati binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,65 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. 31 yanvar 2023- cü il tarixdə saat 17:30 radələrində fəhlə kimi işlədiyi Bakı şəhəri Xətai rayonu Zığ qəsəbəsində yerləşən tikintidən çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Ayxan adlı şəxslə görüşsün və özünün istifadə etməsi üçün Ayxandan aldığı marixuananı Ayxandan götürüb ona çatdırsın. Təqsirləndirilən şəxs1 də etiraz etməmiş və o, Ayxanın mobil telefon nömrəsini Elgünə vermişdir . Bundan sonra Ayxandan narkotik vasitə almaq üçün Ayxanın əvvəlcədən ona vermiş olduğu bank kartına 10 manat köçürmüşdür. 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında o, Təqsirləndirilən şəxs1lə görüşmüş və Təqsirləndirilən şəxs1 Ayxan adlı şəxsdən aldığı bir büküm marixuananı ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığına getmiş, az sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. O əynində olan boz rəngli gödəkçənin yan cibindən içərisində marixuana olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyulmaqla qablaşdırılmışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edib Ayxan adlı şəxsdən özünün istifadə etməsi üçün marixuananı götürüb ona çatdırmasını demiş və Ayxan adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. O, etiraz etməyərək Bayıl qəsəbəsinə gedib Ayxanla görüşmüş və Ayxanın ona verdiyi bir ədəd bükümdə marixuananı cibinə qoyub həmin günü saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzinin yaxınlığına getmişdir. Orada Təqsirləndirilən şəxs2la görüşmüş və Ayxandan aldığı bir ədəd bükümdə marixuananın ona vermişdir. Bundan sonra onunla birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Veqas Optik”in yaxınlığına getmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onları Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Orada o, şübhəli şəxs qismində tutulmuş və üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qeyriqanuni əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şahid1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə o, dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs2 eşitmişdir Daha sonra protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, tərtib edilmiş protokola imza etmişdir.Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(004)-412/2023 saylı hökmü ilə məhkum edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında Məmməd adlı şəxslə görüşmüş və 140 manata həmin şəxsdən sataraq qazanc əldə etməsi üçün 10 qram narkotik vasitə olan marixuana almışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Sübhan adlı tanışı onun mobil telefonuna zəng edərək özünün istifadə etməsi üçün marixuana almaq istədiyini bildirmiş, o, etiraz etməmiş və Sübhan onun bank kartı hesabına 10 manat göndərmişdir. Bundan sonra Sübhan yenidən ona zəng edərək Elgün adlı şəxsin gəlib onunla görüşəcəyini və aldığı narkotik vasitə marixuananı Elgün adlı şəxsə verməsini demişdir. O, Sübhanla razılaşmış və həmin gün saat 17 radələrində Elgün adlı şəxslə Bakı şəhəri Səbail raoynu Bayıl qəsəbəsi ərazisində görüşüb Sübhana çatdırması üçün bir ədəd bükümdə marixuana vermişdir. Həmin gün gecə saatlarında polis əməkdaşları yaşadığı evin qarşısında ona yaxınlaşaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış aparılmış və heç bir qeyriqanuni əşya, predmet yaxud maddə aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə satmaq üçün saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuana vardır. Sonra polis əməkdaşları ilə birlikdə o, yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilinə getmiş və polis əməkdaşları tərəfindən yaşadığı evə axtarış keçirilmişdir. O, baxış zamanı könüllü olaraq evin yataq otağındakı özünə məxsus qara rəngli bel çantasının içərisində saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuananı, həmçinin 01 ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər qablaşdırılmış, protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, tərtib edilmiş protokola imza etmişdir. O, yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Məmməd adlı şəxsdən almış və həmin marixuananın çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzidən istifadə etmişdir. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi və daşıması ilə məşğul olmaları barədə daxil olmuş məlumatlar əsasında yaradılmış əməliyyat qrupunun tərkibində olmuşdur. Qeyd edilən şəxsləri 31 yanvar 2023-cü il tarixdə ünvan 6 ünvanın yaxınlığında müəyyən etmişlər. Onlara yaxınlaşaraq polis xidməti vəsiqələrini təqdim edib Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin cibindən bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş bükümlər açıldıqda içərisində içərisində yaşıl rəngli bitki mənşəli, spesifik qoxuya malik, narkotik vasitə marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitəni tanışı Ayxan adlı şəxsin bank kartı hesabına əvvəldən 10 manat pul köçürərək aldığını, sonra tanışı Təqsirləndirilən şəxs1 moped sürdüyü üçün Ayxan adlı şəxsin yanına göndərdiyini, Elgünün, Sübhanın aldığı narkotik vasitə qurudulmuş marixuananı Ayxan adlı şəxsdən Səbail rayonu Bayıl qəsəbəsi ərazisindən götürüb “28 Mall” Ticarət Mərkəzinin qarşısında aparıb Sübhana verdiyini, sonra Elgünlə ikisinin Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi 26 ünvanın qarşısına getdikləri vaxt saxlanıldıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılsa da, onun üzərindən qanunla qadağan olunan heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs2 xahişi ilə Ayxan adlı şəxslə 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində götürüb “28 Mall” Ticarət Mərkəzinin qarşısında aparıb Sübhana vermişdir. Bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da, tərtib olunmuş protokola imza etmişdir. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı o, əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən isə bir ədəd qara rəngli “Xiaomi RedMi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 10 manata Ayxan adlı tanışından aldığını, təxminən bir aydır, həmin narkotik vasitə marixuanadan istifadə etdiyini, polis əməkdaşları tərəfindən “İçərişəhər” metrosunun yanında, Bünyad Sərdarov küçəsində saxlanıldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Toğrul Əsgərli özünü təqdim edir, daha sonra Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3, həmin Bölməsinin polis sahə inspektoru Şahid4 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qarışıq rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edir və üzərində qanunla qadağan olunmuş heç bir nə olmadığını bildirir. Daha sonra təhqiqatçı Toğrul Əsgərli tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları və ayaqqabıları yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 01 fevral 2023-cü il tarixli, 7/146 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs2...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 5,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuananın ümumi təmiz çəkisi 5,60 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 5,55 qram. Marixuananın ümumi təmiz çəkisi 5,65 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 5,60 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. 01 fevral 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs2 üzərindən, Şahid1 yaşadığı ünvan 7 ünvanından, Şahid2 “Toyota Prius” markalı **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobilindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 18 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işindən iş üzrə təqsirləndirilən şəxlər Şöbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrı icrrata ********* nömrəli cinayət işi ayrılmışdır. 31 yanvar 2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. 31 yanvar 2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Səbail rayon prokurorunun 02 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Respublika Narkoloji Mərkəzinin 02 mart 2023-cü il tarixli 1201 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Respublika Narkoloji Mərkəzinin 02 mart 2023-cü il tarixli 1202 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 04 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,60 qram olan (ilkin təmiz çəki 5,65 qram) narkotik vasitə - qurudulmuş marixuananın maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə bioloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 7/150 nömrəli rəyindən görünür ki, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 5,60 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 5,55 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(004)-412/2023 saylı hökmü ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri –Füzuli rayonu, Qayıdış qəsəbəsi 8 ünvanında yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 ekspert komissiyasının 02 mart 2023-cü il tarixli 1201 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 ekspert komissiyasının 02 mart 2023-cü il tarixli 1202 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,55 qram olan (ilkin təmiz çəki 5,65 qram) kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət-Prosessual Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatı xərcinin 48 (qırx səkkiz) manat hissəsi Təqsirləndirilən şəxs2, 30 (otuz) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Füzuli rayonu, Qayıdış qəsəbəsi 8 ünvanında yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatı xərcinin 48 (qırx səkkiz) manat hissəsi Təqsirləndirilən şəxs2, 30 (otuz) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,55 qram olan (ilkin təmiz çəki 5,65 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 ( üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 ( üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar