Məhkəmə qərarları › İş №1(009)-254/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-254/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-254/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonu, Kveno Bolnisi kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gürcüstan Respublikasının Bolnisi rayonu, Kveno Bolnisi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 sentyabr 2024-cü il tarixdə saat 12:15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs1 qızma məxsus Bakı şəhəri Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən «Ramin market»in giriş qapısını dəmir alətlə açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin marketə daxil olub, ordan 194 manat nağd pul, hər biri 10 manat dəyərində 02 ədəd mobil danışıq konturu və 36 manat dəyərində müxtəlif markalı siqaret qutularını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 19 fevral 2023-cü il tarixdə, saat 03:30 radələrində Zərərçəkmiş şəxs2 Calal oğluna məxsus ünvan 2 ünvanında yerləşən «Kiosk 02» köşkünün giriş qapısının qıfılına müdaxilə edib açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin köşkə daxil olub oradan 1600 manat dəyərində müxtəlif markalarda tütün məhsullarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Səbail rayonu M.Hüseynov küçəsində yerləşən qəzet köşkünün qapısını sındırıb qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin köşkə daxil olub oradan hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 4 manat 10 qəpik olan 35 blok «SOBRANİE», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 14 blok «ROTHMANS», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 18 blok «VİNCESTER», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 60 qəpik olan 13 blok «PALMAL», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 21 blok «VİNSTON», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 3 manat 80 qəpik olan 22 blok «KENT», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 3 manat olan 17 blok «LD», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 2 blok «VİCROY», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat olan 4 blok «KİNSTON», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 3 manat olan 2 blok «DAVİDOFF», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 2 blok «PRİMA», hər blokda 10 qutu olmaqla bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 13 blok «MAGNA» siqaretləri və bir ədədinin qiyməti 5 manat olmaqla 80 ədəd «GÖZ MUNCUĞU», bir ədədinin qiyməti 2 manat olmaqla 100 ədəd «ŞANS ULDUZU», bir ədədinin qiyməti 2 manat olmaqla 100 ədəd «ANİ 50», bir ədədinin qiyməti 1 manat olmaqla 200 ədəd «TAP QAZAN» lotoreya biletlərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 6270 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədilə 21 aprel 2023-cü il tarixdə, saat 05 radələrində X4 məxsus ünvan 3 ünvanında yerləşən adsız ərzaq dükanın dəmir jalüzinin qıffıllarım dəmir parçası ilə sındırmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin dükana daxil olaraq oradakı rəflərə yığılmış olan müxtəlif markalı tütün məhsullarını, spirtli içkiləri, maye yağları, 18 ədəd alışqanı və 50 manat məbləğində qəpik pulları gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs4 ümumulikdə 1360 manat məbləğində madi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,792 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Səbail rayonu, A.İsmayılov küçəsində olan 48 nömrəli evin qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 14:30 dan etibarən üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,792 qram xeyli miqdar çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır narkotik vasitə və psixotrop maddələri istifadə edir və aludəçisidir. Narkomaniyadan əziyyət çəkdiyi üçün törətdiyi cinayət əməllərini dəqiq xatırlamır, lakin oğurluq etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək istəmiş, lakin narkomaniyadan əziyyət çəkdiyi və işləmədiyi üçün ödəyə bilməmişdir. Artıq müalicə alır və işə başlamışdır. Dəymiş zərəri ödəyəcəyinə söz verir. Gürcüstanda sonuncu dəfə 2019-cu ilin yay aylarında olmuş, sonra getməmiş, Azərbaycanda yaşamaq üçün rəsmi icazəni 2019-cu ilin yay aylarında almışdır. Əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini, narkomaniyadan müalicə aldığını nəzərə alaraq barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvələ qədər Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində icarəyə köşk işlətmişdir. 02 mart 2023-cü il tarixdə səhər saatlarında köşkə gələrkən oğurluq hadisəsinin baş verdiyini görmüş, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə bu barədə məlumat vermişdir. Köşkdə olan siqaretlər, lotoreya biletləri, konturlar oğurlanmış və ona təxminən 6500 (altı min beş yüz) manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində evinin giriş hissəsində ailəsi ilə birlikdə ərzaq mağazası işlədir. Hadisə təxminən iki əvvəl baş vermişdir. Mağazaya daxil olarkən siqaretlərin və içkilərin oğurlandığını görmüşdür. Hadisə nəticəsində ona 1500 (bir min beş yüz) manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən dəymiş ziyanın ödənilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, dəymiş ziyan ödənilməsə də, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Səbail rayonu, ünvan 6 ünvanında yaşayır, Səbail rayonu, Ş.Allahverdiyev küçəsində yerləşən «Raminmarket» ona məxsusdur və o orada özi işləyir. xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində o dükanı açan zaman dükanın giriş qapısının üzərində olan qıfılın sındırıldığını görmüş, içəri girib dükana baxış keçirmiş və kassada olan 194 manat pulun, müxtəlif adlarda siqaretlərin və 02 ədəd 10 manatlıq konturların oğurlandığını aşkar etmişdir. Dükanın kamera görüntülərinə baxış keçirmiş və təxminən 35 yaşlarında bir nəfər tanımadığı şəxsin oğurluq etməsini görmüşdür Həmin şəxsi ilk dəfə görmüşdür. Həmin oğurluq nəticəsində ona ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsində şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Sonradan öyrənmişdir ki, ona məxsus dükandan oğurluq edən şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. Zərərçəkmiş şəxs2 Calal oğlu məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, dəymiş ziyan ödənilməsə də, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 Calal oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşadığı evinin giriş hissəsində atası Cəlala məxsus “Siqar” adlı köşkü işlədir. Həmin köşkdə müxtəlif markalı siqaretlər, enerji içkiləri, müxtəlif adda olan tumlar və sair bu kimi əşyaların alqısatqısı ilə məşqul olur. İşlətdiyi həmin köşkü hər gün səhər tezdən saat 07 radələrində açır, axşam da saat 24 radələrində bağlayır. O, 19 fevral 2024-cü ildə axşam saat 01 radələrində həmişə olduğu kimi işlətdiyi köşkü bağlayaraq evin getmişdir. Həmin günün səhəri saat 07 radələrində köşkü açmaq üçün gəldikdə köşkün qapısının gərilmə nəticəsində açılmasını görüb, həmin zaman köşkün içərisinə girib baxdıqda köşkdən naməlum şəxs tərəfindən cəmi 1600 manat dəyərində müxtəlif adda siqaretlərin oğurlanmasını aşkar etmişdir. Həmin zaman o bu barədə DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin oğurluq hadisəsi zaman köşkdən “Kent”, “Vinston” və “Vest” markalı siqaretlər oğurlanmışdır. O həmin siqaretlər topdan satış yerlərindən ucuz qiymətə alaraq gətirib bir az baha qiymətə satmaqla maddi cəhətdən qazandığı pulla şəxsi ehtiyaclarını ödəyirmiş. O həmin oğurluq hadisəsinin kin tərəfindən törədilməsini bilmir və bununla da bağlı şübhələndiyi şəxs yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X8 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində Təqsirləndirilən şəxs olduğu ünvana ünvan 8i əlamətlərinə görə qeyd edilən Coşqun adlı şəxsə oxşar olan şəxsi saxlayıb üzərinə baxış keçirilməsi məqsədi ilə onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşıb 8-ci Polis Bölməsinə gəlmişdir. Təhqiqatçınm xidməti otağında saat 14:30 dəqiqədə özünün, Şahbaz Səfərovun, vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristal şəklində, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, onu xx.xx.2024-cü il tarixdə Bayıl qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində özü qəbul etmək üçün aldığını, uzun müddət psixotrop maddəni qəbul etdiyini və narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmadığını demişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 13 fevral 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən psixotrop maddəni masanın üzərinə qoymuşdur. Həmin maddənin ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması aşkar edilir. Sorğusual zamanı o, metamfetamini 1 ilə yaxındır istifadə etdiyini, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindən özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş psixotrop maddə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/877 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №52” dairəvi möhür əksi,“ Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,792 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,792 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,742 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin 15 fevral 2024-cü il tarixli 976 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 26 dekabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 28 dekabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 mart 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən dayandırılmışdır. 09 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 09 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 18 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 07 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 07 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. 08 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 08 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 29 aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəi cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 29 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 30 aprel 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir 01 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 05 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 11 sentyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04.10-da Yasamal rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 11 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 11 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 11 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 19 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 09 oktyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 13 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmişdir. 18 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 01 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. 14 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 15 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 15 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. 15 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 25 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işnə birləşdirilərək sonuncu cinayət işinin nömrəsi altında bir icraat aparılmışdır. 07 aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında bir icraatda aparılmışdır. 10 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,792 qram olan psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi hesab edilmiş və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,742 qram hissəsi saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. 23 aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. 23 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 23 aprel 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 29 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 31 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. 31 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-25/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxarılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza sınaq müddəti 02 (iki) müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Calal oğlunun məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, heç bir şikayət və tələbi yoxdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02 (iki) il şərti sınaq müddəti təyin edilmişdir. - Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinin icraatı xx.xx.2022-ci il tarixdə CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi hal-hazırda icraatdadır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Calal oğlunun heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-25/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxarılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza sınaq müddəti 02 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. X9 sınaq müddəti ərzində 26 dekabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(009)- 25/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək, 29 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək, 10 sentyabr 2023-cü il tarixdən saat 04.10-dan 11 sentyabr 2023-cü il tarixədək, 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdə, 13 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək, 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 13 (on üç) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 15 fevral 2024-cü il tarixli 976 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,742 qram olan (ilkin təmiz çəkisi 0,792 qram) kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/877 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(009)-25/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(009)-25/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək, 29 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək, 10 sentyabr 2023-cü il tarixdən saat 04.10-dan 11 sentyabr 2023-cü il tarixədək, 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdə, 13 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək, 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 13 (on üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 17 (on yeddi ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,742 qram olan (ilkin təmiz çəkisi 0,792 qram) kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 14 fevral 2024-cü il tarixli 3-16-16/2-6/877 saylı məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar