Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-257/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlayaraq daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanın qarşısında olarkən 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş vəziyyətdə içərisində 0,230 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son bir ildir ki şüşə adlı narkotik vasitəni müxtəlif üsulla qəbul edir. Qəbul etdyi narkotik maddə olan şüşəni tanımadığı və anket məlumatlarını bilmədiyi şəxslərdən pul verib almaqla qəbul edirmiş. 12 sentyabr 2022-ci ildə səhər vaxtı Yasamal rayonu, Sovetski deyilən ərazidən 8 manata tanımadığı, adını və anket məlumatını bilmədiyi şəxsdən 8 manata özü qəbul etmək üçün bir ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə narkotik maddə olan şüşə almışdır. Həmin gün ünvan 3 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşaları olduqlarını deyərək narkotik maddə ilə bağlı şübhəli olmağına görə onu 8-ci polis bölməsinə gətirmişlər. Həmin zaman üzərinə şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Axtarış zamanı üzərində qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud üzərində sübut əhəmiyyəti kəsb edən əşya varsa onu könüllü təqdim etməyi təklif edildikdə üzərində olan özü qəbul etmək üçün Yasamal rayonu Sovetski deyilən ərazidən tanımadığı və anket məlumatın bilmədiyi şəxsdən 8 manata aldığı narkotik maddə olan şüşəni əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, törətmiş olduğu əməli etiraf etməsinin, narkomaniyadan müalicə almasının və tam olaraq sağalmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qanunsuz əldə edib saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 sentyabr 2022-ci il tarixdə Ümid adlı həmin şəxsin ünvan 4 ünvanın qarşısında olduğunu görüb ona mülki geyimdə yaxınlaşaraq polis əməkdaşları olmaqla bağlı xidməti vəsiqələrini göstərib təqdim etməklə onu şübhəli şəxs qismində saxlayaraq üzərində şəxsi axtarış və götürmə aparılması üçün 8-ci Polis Bölməsinə dəvət etdik və Ümid gəlməyə razılıq verəndən sonra onu 8-ci PB-nin inzibati binasına gətirdik. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixatrop maddə və qanunla qadağan edilmiş digər predmetlər vardırsa, könüllü təqdim etməsi təklif edildi, təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan göy rəngli cins parçadan olan şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan şüşə adlandırdığı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O bildirmişdi ki, bükümdəki narkotik maddə olan kristal şəkilli şüşədir, onu özü qəbul etmək üçün 12 sentyabr 2022-ci il tarixdə Yasamal rayonunda olan "Sovetski" adlanan ərazidən tanımadığı şəxsdən 8 manata almış və özü qəbul etmək üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qanunsuz əldə edib saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 sentyabr 2022-ci il tarixdə Ümid adlı həmin şəxsin ünvan 4 ünvanın qarşısında olduğunu görüb ona mülki geyimdə yaxınlaşaraq polis əməkdaşları olmaqla bağlı xidməti vəsiqələrini göstərib təqdim etməklə onu şübhəli şəxs qismində saxlayaraq üzərində şəxsi axtarış və götürmə aparılması üçün 8-ci Polis Bölməsinə dəvət etdik və Ümid gəlməyə razılıq verəndən sonra onu 8-ci PB-nin inzibati binasına gətirdik. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixatrop maddə və qanunla qadağan edilmiş digər predmetlər vardırsa, könüllü təqdim etməsi təklif edildi, təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan göy rəngli cins parçadan olan şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan şüşə adlandırdığı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O bildirmişdi ki, bükümdəki narkotik maddə olan kristal şəkilli şüşədir, onu özü qəbul etmək üçün 12 sentyabr 2022-ci il tarixdə Yasamal rayonunda olan "Sovetski" adlanan ərazidən tanımadığı şəxsdən 8 manata almış və özü qəbul etmək üçün üzərində gəzdirmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan və iş materiallarında olan video görüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilir ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarın sol yan cibində narkotik maddə şüşə olduğunu bildirir və təhqiqatçının təklifi ilə həmin cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarır və təhqiqatçının təklifi ilə həmin büküm selofanı açır, sonra siqaterin gümüşü rəngli kağız bükümünü açır və təhqiqatçıya verir, həmin bükümün içərisində ağ kristal şəkilli kütlə olması görünür, Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümdəki narkotik vasitə-kakosdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdəki təmiz çəkisi - 0, 230 qram ağ rəngli kristallardan ibarət maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan eilən psoxotrop maddələrin 1 siyahısına daxildirlər. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,230 qram ağ kristallar şəkilində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına 0.05 qram sərf edildikdən sonra qalan 0.180 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Ekspertiza xərci 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tıdbiri seçilməsi haqqında 14 sentyabr 2022ci il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Anar Bağırovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan görünür ki: Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 saylı MTCM-nin 23 oktyabr 2021ci il tarixli 498 saylı Aryışından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2018-ci il tarixdən cəzanın sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Səbail Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, və hazırki cinayət hadisəsinin isə 12 sentyabr 2022-ci il tarixində baş verdiyini, 23 oktyabr 2018-ci il tarixdən cəzanın sonu ilə azad olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 sentyabr 2022-ci il tarixli, 5194 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotimliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,180 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, ümumilikdə 02 (iki) gün müddətin ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 08 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,180 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-257/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-257/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver