Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-257/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X6 hüququ varisi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, Astara rayonu, Pəlikəş Ə/D, Sım kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib ona qarşı yaranmış etibarından sui istifadə edərək, sonuncu barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə istintaq olunmuş və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi üzrə dəymiş zərərin azaldılması və işin icraatına xitam verilməsinə köməklik göstərəcəyini vəd verib inandırmaqla, Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayından həmin ilin aprel ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istintaqa məlum olmayan marketdə qurlaşdırılmış terminal vasitəsilə istintaqa dəqiq məlum olmayan tarixlərdə 700, 300 və 1000 manat olmaqla hissə-hissə özünə məxsus olan “Kapital Bank” plastik bank kartının hesabına göndərilməsinə nail olub sonuncu 1000 manat məbləği isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ünvansız çayxanada alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 3000 manat pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla özgə əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 özünü geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib ona qarşı yaranmış etibarından sui istifadə edərək, sonuncunun barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 , 308.2 və 313-cü maddələri ilə istintaq olunmuş və hazırda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi üzrə dəymiş zərərin azaldılması və işin icraatına xitam verilməsinə köməklik göstərəcəyini vəd verib inandırmaqla zərərçəkmiş şəxsin tanışı Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, X12, Xəqani Aslanov küçəsi “Qardaşlar” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 600 manatın, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi “Araz” marketdə yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə 1500 manatın, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, X13, Xəqani Aslanov küçəsi “Qardaşlar” marketə yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 600 manatın, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi “Araz” marketdə yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə 5000 manatın, özünə məxsus olan “4169 73******9415” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına köçürülməsinə nail olub cəmi 7700 (yeddi min yeddi yüz) manat pulu əldə edib, sonuncu 2300 manat məbləği isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ünvansız çayxanada zərəçəkmiş şəxsin tanışı Zərərçəkmiş şəxs1 alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10000 manat pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib, aldatmaqla özgə əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə 10000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonucunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinin Lənkəran rayon Qeydiyyat və İmtahan Texniki baxış Şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandıraraq 2024cü ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu “Azneft” dairəsinin yaxınlığında yerləşən Dənizkənarı Milli Park ərazisində həmin tarixə olan valyuta məzənnəsi ilə 39950 manat (otuz doqquz min doqquz yüz əlli) təşkil edən 23500 (iyirmi üç min beş-yüz) ABŞ dolları pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 4-5 ildir ki, tanıyır və münasibətləri normal olmuşdur. 2023-cü ilin fevral ayının sonu mart ayının əvvəllərində Şahin onunla telefon əlaqəsi saxlayıb ona borc kimi vermiş olduğu 10000 manatı geri istəmişdir. O, Şahindən probleminin nə olduğunu soruşduqda Şahin ona barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi olduğunu demişdir. O da Şahinə kömək etmək üçün bu barədə maraqlanıb məlumat verəcəyini demiş, daha sonra bir neçə tanışından bu barədə maraqlanmış onlar isə işi həllinin mümkünsüz olduğunu demişlər. O isə əvəzində Şahinlə danışıb ona kömək edə biləcəyini deyib ondan 3000 manat pul istəmişdir. Şahin də cavabında həmin məbləği ona verə biləcəyini demişdir. Sonra isə bu məqsədlə ona göndərmiş olduğu hazırda seriya nömrəsini xatırlamadığı “Kapital Bank” kartının hesabına Şahin xatırlamadığı tarixlərdə və məbləğlərlə pullar göndərmiş, sonuncu dəfə isə miqdarını xatıralmadığı məbləğdə pulu 2023-cü ilin aprel ayının sonlarında Şahinin özündən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində adını xatırlmadığı çayxanada görüşüb almışdır. Beləlikə o, guya ki, Şahinin işini həll eləmək məqsədi ilə ondan cəmi 3000 manat pul almış və həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. Bundan başqa 2023-cü ilin iyun-iyul aylarında Şahin onunla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən çayxanada görüşərək tanışı X6 barəsində də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi olduğunu bildirib ondan kömək istəmişdir. O da Şahinə özünün yox amma tanışı olan Səbinə adlı şəxsin kömək edə biləcəyəni demişdir. Şahin də onun hansı yolla olursa olsun tanışına kömək etməsini tələb etdikdə o, Şahinə Səbinə ilə danışıb xəbər verəcəyini bildirmişdir. Bundan sonra onlar sağollaşmışlar, ancaq o heç kimlə danışmamış, çünki Səbinə adlı heç kimi tanımamışdır. Bir az maraqlandıqdan sonra işin həllinin mümkünsüz olduğunu öyrənmiş lakin, yenə də o, Şahinə zəng edib bu işin 10000 manata həll olacağını bildirmişdir. Bundan sonra Şahin Əmrahla danışmış və o, Şahin və Əmrah Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən çayxanada görüşmüşlər və o, Əmraha işin həlli üçün 10000 manat verməli olduğunu demişdir. Əmrah da həmin məbləğlə razılaşmışdır. Daha sonra onlara kart hesabını vermiş və hissə-hissə olmaqla ona ümumilikdə təxminən 8000 manat pul Şahin tərəfindən göndərilmişdir. Həmin puldan qalan 2000 manatı isə 2023-cü ilin avqust ayının sonlarında Şahinin özündən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində adını xatırlamadığı, çayxanada görüşüb almışdır. Beləlikə o, guya ki, Əmrahın işinin həll eləmək məqsədi ilə ondan cəmi 10000 manat pul almış və həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. Həmçinin o, bu işin həlli məqsədi ilə Şahindən almış olduğu 3000 manatdan 1500 manatını geri qaytarmış. Şahinə 1500 manat verəcəyi qalmışdır. Habelə Şahindən əl borcu olaraq almş olduğu10000 manatı da ona tam şəkildə geri qaytarmışdır. Bundan başqa X17 vasitəsi ilə almış olduğu 10000 manat puldan 9000 manatını geri qaytarmış, hazırda bu işdə 1000 manat geri qaytarmalı olduğu pul qalmışdır. Bundan başqa 2024-cü ilin iyun ayında ortaq tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs3 ilə Lənkəran şəhərində yerləşən restoranların birində tanış olmuşdur və söhbət zamanı o Bəhruza Astara rayonu, Sım kəndindəki məscidin axundu işlədiyini demişdir. Həmin gün söhbət əsnasında o, X14 sürücüsü Ədalət adlı şəxslə yaxın münasibəti olduğunu və Rafiq Eyyubova məxsus Bakı şəhəri “Ay İşığı" restoranında uzun müddət adminstrator kimi işlədiyini demişdir. Həmçinin bundan sonra o, bir neçə dəfə onunla Bakı şəhərinə gələn zaman birlikdə Bakı şəhərində yerləşən “Ay İşığı" restoranına Astara rayonundan meşə arısının balı gətirib vermişdir. Bəhruz da onun həmin restorana sərbəst gedib-gəldiyini görüb onun qeyd olunan restoranla həqiqətən əlaqəsinin olduğuna inanmışdır. 2024-cü ilin avqust ayının əvvəllərində Lənkəran şəhərində olan zaman söhbət zamanı Bəhruz ona Lənkəran rayonu “Qeydiyyat imtahan və texniki baxış şöbəsi”nin rəis müavini vəzifəsinə keçmək istədiyini demişdir. Bu zaman onun pula ehtiyacı olduğundan Bəhruzu aldatmaq niyyəti yaranmışdır. Bəhruzun təklifindən sonra o, yalandan Bərhuza təklif etmişdir ki, əgər istəyərsə Rafiq Eyyubovun sürücüsü Ədalətin vasitəsi ilə onu Lənkəran rayonu "Qeydiyyat imtahan və texniki baxış şöbəsi”-nin rəis müavini vəzifəsinə təyin olunmağına kömək edə bilər. Bəhruz ona etibar etdiyi üçün onun bu barədəki təklifi ilə razılaşmışdır. Bundan sonra o, guya Bəhruzun işini həll etmək üçün Bakı şəhərinə gəlmiş və 2-3 gün qaldıqdan sonra geri qayıdıb yalandan Bəhruza onun işini Rafiq Eyyubovun sürücüsü Ədalət ilə danışdığını qeyd olunan vəzifəyə təyin olunmağının qarşılığında ümumilikdə 200.000 min manat pul lazım olacağını, həmin məbləğdən 50000 manatını əvvəllcədən verməli olduğunu, qalan 150000 manatını isə həmin vəzifəyə təyin olunmağı ilə bağlı əmr çıxarıldıqdan sonra verəcəyini demişdir. O, da Bəhruza inanıb dedikləri ilə razılaşmışdır. Həmçinin o, yalandan Bəhruza bildirmişdir ki, Bəhruzdan alacağı 50000 manatı Ədalətin tapşırığı ilə Rafiq Eyyubovun katibəsi “Səbinə” adlı şəxsə verəcəkdir. Həqiqətdə o, nə Ədalət adlı şəxsi nə də Səbinə adlı şəxsi tanımamışdır, həmin adları özündən uydurmuşdur. Bəhruz da onun dediklərinə inandığı üçün həmin məbləği tamamlayıb bu barədə ona məlumat vermiş və bundan bir neçə gün sonra həmin 50000 manatı işi həll edəcək şəxslərə vermək məqsədi ilə 2024-cü ilin avqust ayının ortalarında Bəhruz, onun dostu X4 və o, Bəhruzun dostu Rəşada məxsus olan avtomobil ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Azneft” dairəsinin yaxınlığında yerləşən parka gəlmişdirlər. Onları həmin ünvana özü gətirmişdir. Həmin ünvanda heç kim olmamışdır, sadəcə olaraq əvvəllcədən qurduğu planı belə olmuşdur. O yalandan Bəhruza bildirmişdir ki, 50000 manatı parkın yaxınlığındakı restoranda olan adını uydurduğu “Səbinə” adlı qadına aparıb verəcək. Bəhruz da onun dediklərinə inandığı üçün parkın içində dostu Rəşadın yanında üzərində olan 50000 manat ekvivalentindəki 29000 ABŞ dolları pulu-ona vermişdir. O pulu alıb əlində saxladığı dini əşyalarını qoymaq üçün olan çantanın içinə qoyub yalandan “Səbinə” adlı qadına telefonla zəng vurmuş kimi etmiş və telefondakı şəxsin yaxınlıqdakı restoranda olduğunu onlara deyib pul ilə birlikdə parkla üz-üzə olan restorana gəlmişdir. Bir müddət, orada gözləyib, heç kimlə görüşmədən 50000 manatla birlikdə onların yanına qayıdıb gəlmişdir. Sonra isə onlar birlikdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxnlığında yerləşən “MyLife” otelinə getmişdirlər. Ora çatdıqdan sonra Bəhruz ondan nə baş verdiyini soruşduqda, o Bəhruza yalandan bildirmişdir ki, pulları “Səbinə” adlı qadına vermiş, “Səbinə” də həmin məbləğləri ondan götürüb xüsusi aparatdan keçirərək saxta olmadığına əmin olduqdan sonra sayaraq geri qaytarmışdır. Bəhruz ondan həmin pulları nə edəcəyini soruşduqda o Bəhruza həmin məbləğdən təxminən 10000 manat ekvivalentində 5500 ABŞ dollarını geri qaytarmış, 39950 manat ekvivalentində 23500 ABŞ dolları ilə işin ilkin hissəsini həll edəcəyini demiş və 39950 manat ekvivalentində 23500 ABŞ dollarını isə bir gün sonra, yəni sabah səhər saatlarında şəxsən aparıb Ədalətə verəcəyini bildirmişdir. Həmin gecəni onlar birlikdə qeyd olunan oteldə qalmışdırlar, səhər saatlarında o, təxminən 39950 manat ekvivalentində 23500 ABŞ dollarını guya ki, Ədalət adlı şəxsə vermək üçün götürüb getmiş, bir neçə saat sonra şəhərdə gəzib pulu başqa bir yerə qoymuş sonra isə geri qayıdıb yalandan həmin 23500 dolları tanışı Ədalətə verdiyini və təxminən 1 ay ərzində onun yeni vəzifəyə təyin olunması ilə bağlı əmr veriləcəyini demişdir. Bəhruz da ona inanıb gözləməyə başlamış, o isə sonradan gedib həmin məbləği qoyduğu yerdən götürüb və şəxsi məsrəflərinə sərf etmişdir. Vəd etdiyi müddət çatdıqda isə Bəhruz ondan bu barədə soruşduqda o Bəhruza müxtəlif bəhanələr deyərək vaxtı uzatmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-ci ildə Binə qəsəbəsində məscidlərin birində tanımış və həmin vaxtdan münasibəti yaranmışdır. Tanışlıq münasibətləri olan müddətdə əlaqələri yaxşı olmuşdur. Tam xatırlamadığı vaxtda təxminən 2021-ci ildən və 2022-ci ilə kimi o, Təqsirləndirilən şəxs borc kimi ümumilikdə 10000 manat pul vermişdir. Alim həmin borcları özünün və uşağının səhhəti ilə bağlı almışdır. 2012-ci ildən 2023-ci ilə qədər olan müddət ərzində Xəzər rayonu, 20 saylı Xüsusi əyani-qiyabi tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2022-ci ildə direktoru olduğu məktəbdə aparılan yoxlamalardan sonra barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2,308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həmin istintaq olunan cinayət işinə görə onun 90000 manat ödəmək öhdəliyi yaranmışdır. Bu səbəbdən də o, müxtəlif şəxslərdən pul axtarmağa başlamışdır. Həmin ərəfədə o, Təqsirləndirilən şəxs zəng edərək ona olan 10000 manat borcunun hamısının geri qaytarmasını tələb etmişdir. Bu vaxt Alim nə üçün borcun hamısm istədiyini soruşduqda o, Alimə hadisəni danışmışdır. Bu vaxt Alim bu işlə maraqlanıb ona yenidən zəng edəcəyini demişdir. Daha sonra Alim ona zəng edərək köməklik edə biləcəyini bildirmişdir. Alim ona olan 10000 manat borcundan əlavə ondan 3000 manat da tələb etmişdir. Alim bildirmişdir ki, həmin ümumi 13000 manat pul qarşılığında onun barəsində istintaq olunan cinayət işində mənimsəmiş kimi göstərilən 90000 manat məbləği 13000 manata endirəcək və ondan aldığı ümumi 13000 manat ilə həmin pulu dövlət hesabına ödəyəcək, bundan sonra isə həmin ödənişin qəbzini ona təqdim edəcəkdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, onu yenidən işinə bərpa edəcək və ona sığorta kimi 12000 manat pul ödəniləcəkdir. Həmin ərəfədə Nizami rayonu, 2 saylı, Xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində işləyən tanışı X15 barəsində də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunmuşdur. Bu səbəbdən də onlar mütəmadi olaraq əlaqə saxlayırmışlar. Həmin telefon əlaqələri zamanı Əmrah ondan barələrində olan cinayət işləri ilə bağlı hər hansı bir çıxış yolu tapa bilib-bilmədiyini soruşmuşdur. Əmrah Səfərov bu barədə ondan artıq bir neçə dəfə soruşmuş, daha sonra o, tanışı olan Alim adlı şəxsin vasitəsi ilə işini həll etməyə başladığını bildirmişdir. Əmrah da ondan həmin şəxsin ona da köməklik etməsini xahiş etmiş və onunla görüşmək istədiyini demişdir. Bundan sonra onlar Binə qəsəbəsində Ramizin çayxanası deyilən yerdə görüşmüşlər. Həmin görüş vaxtı Əmrah Alimə öz işi haqqında məlumat vermişdir. Alim də Əmrahın işini araşdırıb Əmraha cavab verəcəyini demişdir. Daha sonra onlar yenidən görüşmüş və Əmrahın işi barədə Alim məlumatlar vermişdir. Alim Əmrahın işinin həlli üçün 10000 manat pul lazım olduğunu, həmin pul qarşılığında Əmrah barəsində istintaq, olunan cinayət işinin xitam olunacağını, 10000 manat pulu dövlətə ödəyib qəbzini Əmraha təqdim edəcəyini bildirmişdir. Əmrah da onunla razılaşmış və pulu qısa müddət ərzində tapıb ona verəcəyini bildirmişdir. O, Alimdən Əmrahın da işə bərpa olunması məsələsini soruşmuş, Alim isə ona Əmrahı işə bərpa edə bilməyəcəyini və onun da işə bərpa olunacağı barədə Əmraha heç nə deməməsini tələb etmişdir. Alim ona bildirmişdir ki, Əmrahın işdə yol verdiyi nöqsanlar çoxdu bu səbəbdən də Əmrahı işə bərpa etmək mümkün olmayacaqdır. Alim tanışı olan Səbinə adlı şəxs ilə onların işlərini həll edəcəyini bildirmişdir. Bu məsələlərdən sonra Əmrah ona zəng edərək, Alim ilə danışdığını bildirmişdir. Həmçinin Əmrah ona demişdir ki, Alimə etibar etmədiyi üçün və Alim rayonda olduğu üçün pulu ona vermək istəyir. O da buna etiraz etməmişdir. Onlar Binə qəsəbəsində Ramizin çayxanası deyilən yerdə görüşmüş və Əmrah ona 3000 manatı təqdim etmişdir. O da bunun qarşılığında A4 kağızına öz xətti ilə yazıb Əmrahdan 3000 manatı aldığını qeyd etmişdir. Daha sonra Əmrah ona Binə qəsəbəsində yaşadığı evdə 600 manatı vermişdir. Lakin bu vaxt o, Əmraha heç bir sənəd verməmişdir. Sonuncu dəfə onlar Buzovna qəsəbəsində yerləşən 25 saylı notariusda 6400 manat məbləğində borc müqaviləsi bağlamışdırlar. Həmin vaxt o, 600 manat almasını da təsdiq edən sənəd imzalamış və Əmraha təqdim etmişdir. Həmin pulların təxminən 8000 manatını Təqsirləndirilən şəxs kart hesabına yerdə qalan 2000 manatını isə Alimə əlbəəl vermişdir. Alim bunun qarşılığında Əmrahın işlərini düzəltdiyini bildirmiş və Səbinə xanım adlı şəxs ilə danışıb Əmrahın işinə yaxın günlərdə xitam verdirəcəyini bildirmişdir. Həmin vaxtdan sonra barələrində istintaq olunan cinayət işinin gedişatında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etmişdir. Bu səbəbdən də o və Əmrah, Alimdən pullarını geri tələb etməyə başlamışdırlar. Lakin, Alim Səbinə adlı xanımdan pulu geri ala bilmədiyini bildirmişdir. Əmrah ona zəng edərək özünə məxsus avtomobilinə həbs qoyulması barədə məlumat vermişdir. Bu səbəbdən onlar üçü Binə qəsəbəsində görüşmüşlər. Alimdən pullarını tələb etdikdə Alim işin artıq yekunlaşdığını yaxın günlərdə işə xitam veriləcəyini və həbs məsələsinin formal olmasını demişdir. Bundan sonra onlar barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Onlar da yenidən Alim ilə danışıb pulu tələb etdikdə Alim müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Həmçinin pulu Səbinə adlı şəxsdən ala bilmədiyini, həmin pulu Səbinə adlı şəxsə verdikdə video çəkiliş belə etdiyini, lakin qadının pulu qaytarmaması səbəbindən də onu Saray qəsəbəsində polisə şikayət etdiyini demişdir. Həmin tarixdən də sonra o, yenidən müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Bu halda Əmrah Alimə çatan pulu ona verdiyi üçün həmin 10000 manatı ondan tələb etməyə başlamışdır. O, Əmraha Alim tərəfindən aldadıldığını bildirmiş və pulu qaytara bilməcəyini ona demişdir. Bundan sonra Əmrah Xəzər rayon icra probasiya şöbəsinə müraciət etmişdir. O da həmin müraciətdən sonra Əmraha ümumilikdə 1500 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 3000 manat puldan 1500 manatını ona geri qaytarmış, hazırda ona 1500 manat məbləğdə pul geri verməlidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X6 hüququ varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, mərhum X15 onun əri olmuşdur. Əmrah Səfərov ilə 12 iyun 1986-cı ildə ailə həyatı qurmuş, 30 dekabr 2024-cü il tarixdə Əmrah Səfərov vəfat etmişdir. O, mərhum həyat yoldaşı X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs, tanışları olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə ərindən almış olduğu 10000 manat puldan 9000 manatını ona geri qaytarmış və Alimin hazırda ona 1000 manat məbləğində geri qaytarmalı olduğu pul qalmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının DİN-nin YPX-nin Alayının 11-ci tağımında baş inspektor vəzifəsində, polis kapitanı rütbəsində işləmişdir. 2024-cü ilin iyun ayında ortaq tanışlarının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə Lənkəran şəhərində yerləşən restoranların birində tanış olmuşdur və söhbət zamanı Təqsirləndirilən şəxs, Astara rayonu Sım kəndindəki məscidin axundu işlədiyini ona demişdir. Həmin gün söhbət əsnasında Təqsirləndirilən şəxs, Rafiq Eyyubovun sürücüsü Ədalət adlı şəxslə yaxın münasibəti olduğunu və Rafiq Eyyubova məxsus Bakı şəhəri “Ay İşığı” restoranında uzun müddət administrator kimi işlədiyini demişdir. Həmçinin bundan sonra Alim bir neçə dəfə onunla Bakı şəhərinə gələn zaman Alimin Bakı şəhərində yerləşən “Ay İşığı” restoranına müştəri qismində deyil, oranın işçisi kimi sərbəst girib çıxdığını gördüyündən Alimin dediklərinə inanmışdır. Sonradan əlavə olaraq ona bildirmişdir ki, hazırda həmin restoranda işləmir, lakin həmin şadlıq sarayına Astara rayonundan meşə arısının balını gətirib verir, buna görə də oranın rəhbərliyi ilə yaxın əlaqəsi qalmaqda davam edir. 2024-cü ilin avqust ayının əvvəllərində Lənkəran şəhərində olan zaman söhbət əsnasında o, Təqsirləndirilən şəxs Lənkəran rayonu “Qeydiyyat imtahan və texniki baxış şöbəsi”nin rəis müavini vəzifəsinə keçmək istədiyini demişdir. Bu zaman Alim ona təklif etmişdir ki, əgər istəyərsə Rafiq Eiyyubovun sürücüsü Ədalətin vasitəsi ilə onu Lənkəran rayonu “Qeydiyyat imtahan və texniki baxış şöbəsinin rəis müavini vəzifəsinə təyin olunmasına kömək edə bilər. O da Alimin bu təklifi ilə razılaşmış və bu işdə köməklik göstərməsinə razılıq vermişdir. Bundan sonra o Bakı şəhərinə gəlmiş və 2-3 gün qaldıqdan sonra geri qayıdıb onun işini Rafiq Eyyubovun sürücüsü Ədalət ilə danışdığını qeyd olunan vəzifəyə təyin olunmasının qarşılığında ümumilikdə 200.000 min manat pul lazım olacağını, həmin məbləğdən 50000 manatını əvvəllcədən verməli olduğunu, qalan 150000 manatını isə həmin vəzifəyə təyin olunması ilə bağlı əmr çıxarıldıqdan sonra verəcəyini demişdir. O da Alimin təklifi ilə razılaşmış və Alim ona bildirmişdir ki. Alim ondan alacağı 50000 manatı Ədalətin tapşırığı üzrə Rafiq Eyyubovun katibəsi “Səbinə” adlı şəxsə verəcəkdir. Bundan bir neçə gün sonra 50000 manatı vermək məqsədi ilə 2024-cü ilin avqust ayının ortalarında o, dostu X4 və Təqsirləndirilən şəxs, dostu Rəşada məxsus olan avtomobil ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Azneft” dairəsinin yaxınlığında yerləşən parka gəlmişlər. Alimin deməsinə görə o, 50000 manatı parkın yaxınlığındakı restoranda olan “Səbinə” adlı qadına aparıb verəcəkdi. O da Alimin dediklərinə inandığı üçün parkın içində dostu Rəşadın yanında üzərində olan 50000 manat ekvivalentindəki 29000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Alim pulu ondan alıb əlində saxladığı dini əşyaları olan çantanın içinə qoyub kiməsə zəng vurmuş, telefondakı şəxs ona yaxınlıqdakı restoranda olduğunu demişdir. Alim də Səbinə adlı qadının yanına getmişdir.Bir az sona Alim gəlmiş ondan aldığı pulları da geri gətirmişdir. Sonra onlar “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən “MyLife” otelinə getmişlər. Oraya çatdıqda alimdən nə baş verdiyini soruşduqda Alim bildirmişdir ki, pulları “Səbinə” adlı qadına verib, Səbinə də həmin məbləğləri ondan götürüb xüsusi aparatdan keçirərək saxta olmadığına əmin olduqdan sonra sayaraq geri qaytarmışdır. O Alimdən həmin pulları nə edəcəyini soruşduqda Alim ona həmin məbləğdən təxminən 10000 manat ekvivalentində 5500 ABŞ dollarını geri qaytarıb, təxminən 40000 manat ekvivalentində 23500 ABŞ dollar ilə işin ilkin hissəsini həll edəcəyini demiş və təxminən 40000 manat ekvivalentində 23500 ABŞ dollarını isə bir gün sonra, yəni sabah səhər saatlarında şəxsən aparıb Ədalətə verəcəyini demişdir. Həmin gecəni onlar birlikdə qeyd olunan oteldə qalmış, səhər saatlarında Alim 40000 manat ekvivalentində 23500 ABŞ dolları pulu götürüb getmiş, bir neçə saat sonra geri qayıtmış və həmin 23500 dolları tanışı Ədalətə verdiyini demişdir. Təxminən 1 ay ərzində onun yeni vəzifəyə təyin olunması ilə bağlı əmr veriləcəyini demişdir. O da Alimə inanıb gözləməyə başlamış, lakin ona vəd edilən vaxt gəlib çatsa da heç bir dəyişiklik olmamışdır. Bu barədə o, Alimdən soruşduqda Alim ona müxtəlif bəhanələr deməyə başlamış, o da Alimin yalan danışdığına əmin olduqdan sonra bu barədə polisə şikayət etmişdir. Məhkəmə istintaqında ölmüş zərərçəkmiş şəxs X6 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İfadəsindən görünür ki, 2014-cü ildən 2022-ci ilə qədər olan müddət ərzində Nizami rayonu, 2 saylı Xüsusi əyani-qiyabi tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. 2022-ci ildə direktoru olduğu məktəbdə aparılan yoxlamalardan sonra barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həmçinin həmin ərəfədə Xəzər rayonu, 20 saylı Xüsusi əyaniqiyabi tam orta məktəbin direktoru vəzifəsində işləyən tanışı Zərərçəkmiş şəxs1 barəsində də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunmuşdur.Bu səbəbdən də onlar mütəmadi olaraq qə saxlamışlar. Həmin telefon əlaqələri zamanı o, Şahindən barələrində olan cinayət işləri ilə bağlı hər hansı bir çıxış yolu tapa bilib-bilmədiyini soruşmuşdur. Bu vaxt Şahin ona tanışı olan Alim adlı şəxsin vasitəsi ilə işini həll etməyə başladığını bildirmişdir. O da Şahindən həmin şəxsin ona da köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Şahin ona Alim ilə danışıb daha sonra geri dönüş edə biləcəyini demişdir. Bir az sonra Şahin ona zəng edərək Alimin razılıq verdiyini bildirmişdir. Onlar bu barədə görüşmək üçün razılaşmış və Binə qəsəbəsində çayxanalardan birində görüşmüşlər. Bu görüş vaxtı Alim ona bildirmişdir ki, barəsində olan cinayət işinin xitam olunması üçün 10000 manat işə bərpa olması üçün isə əlavə 3000 manat pul lazımdır. Həmçinin Alim ona vəd imişdir ki, işə bərpa olacağı halda ona əlavə olaraq 14000 manat kompensasiya əniləcək. Lakin, o, Alimdən işə bərpa məsələsini deyil barəsində istintaq olunan cinayət inə xitam verilməsinə köməklik etməsini xahiş etmişdir. Onlar arasındakı razılaşmaya görə 10000 manat müqabilində bu iş həll olunacaqdır. Bu görüşdən 1 gün sonra Şahin ona zəng edərək 3000 manat pul istəyib bildirmişdir ki, həmin pulu Alimə verəcək və Alim işləri həll etməyə başlayacaqdır. O da Şahinə bildirmişdir ki, Alimi tanımadığı, ona tam bələd olmadığı üçün pulu Şahinin özünə verəcək və Şahin də bununla razılaşmışdır. Bundan da bir gün sonra onlar Binə qəsəbəsində çayxanalardan birində görüşmüş və Şahinə 3000 manatı təqdim etmişdir. Şahin isə bunun əvəzində adi A4 kağızında öz xətti ilə yazıb ondan 3000 manat pul aldığını qeyd etmişdir. Daha sonra Şahin ona yenidən zəng edərək əlavə 2500 manat pul da lazım olduğunu bildirmişdir. Lakin o, həmin məbləği tapa bilməyəcəyini Şahinə demişdir. Həmçinin bu vaxt o, Alimə də zəng edərək həmin məbləği toparlaya bilməyəciyini ona da bildirmişdir. Bu vaxt Alim ona Şahinlə əlaqə saxlamalı olduğunu demişdir. Bu zəngdən bir az sonra Şahin yenidən ona zəng edərək Alimin 1900 manat pulu onun əvəzindən tapdığını və 600 manatı da onun tapmağını tələb etmişdir. O da Şahinlə razılaşmış və həmin 600 manat pulu aparıb Şahinə Binə qəsəbəsində yaşadığı evində vermişdir. Lakin bu vaxt Şahin ona hər hansı bir sənəd kağız təqdim etməmişdir. O, işin gedişatından narahat olduğu üçün Şahindən Alimlə birlikdə görüşməyi tələb etmişdir. Onlar yenidən Binə qəsəbəsində çayxanaların birində görüşmüşlər. Həmin görüş vaxtı Alim və Şahin ona yenidən vədlər verərək işin artıq həll olunma mərhələsində olduğunu bildirib onun tam rahat olmasını istəmişdir. Bundan da bir neçə gün sonra Şahin ona zəng edərək artıq işin yekunlaşdığını və geridə qalan 6400 manat pulu təcili gətirməsini tələb etmişdir. O da onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə Şahin ilə Buzovna qəsəbəsində yerləşən 25 saylı notariusa getmişlər. O, həmin 6400 manat pulu Şahinə notarius vasitəsi ilə vermiş və orada olarkən ondan aldığı 600 manat pul ilə bağlı da ona sənəd verməsini tələb etmişdir. Şahin də öz növbəsində yenidən bir A4 kağızında öz xətti ilə yazıb ondan 600 manat pulu aldığını təsdiq etmişdir. Onlar görüşəndən sonra da o, Şahinlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb işin nə yerdə olmasını maraqlanmışdır. Hər danışıqlarında Şahin ona işin artıq yekunlaşdığını vəd etmişdir. O, yenidən narahatlıq keçirdiyi üçün onlarla görüşməyi tələb etmişdir. Onlar yenidən Binə qəsəbəsində çayxanalardan birində görüşmüşdürlər. Həmin görüş vaxtı Şahin özü ona bildirmişdir ki, artıq iş yekunlaşıb və barələrində qərar qəbul olunmasını gözləyir. Həmin bəhs olunan qərara görə o, Şahinin əvvəlki vəzifəsinə Şahin isə onun əvvəlki vəzifəmə bərpa olunacaqlar.Bunları ona Şahin Alimin də itirakı olan görüşdə bildirmişdir. Alim isə Şahinin bu dediklərini təsdiq edib əlavə olaraq da qonaqlıq verməsini də ondan istəmişdir. Həmin görüşdən bir müddət sonra yəni, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən bildiriş formasında ona mesaj gəlmişdir. Həmin mesajda ona məxsus “Mercedes C” class markalı avtomobilinə həbs qoyulması barədə xəbərdarlıq əks olunmuşdur. O həmin mesajı görən kimi Şahinə zəng etmişdir. Şahin isə ona Alimə zəng etməsini bildirmişdir. O, Alim ilə əlaqə saxladıqda Alim müəyyən yanlış anlaşılma olduğunu və həmin mesajın kim tərəfindən göndərilməsini ondan soruşmuş o, Alimə mesajı göndərən Kamil adlı müstəntiqin nömrəsini və ona məxsus avtomobilə aid sənədlərin şəkillərini Alimə göndərmişdir. Alim isə ona narahat olmamasını və 40 dəqiqə ərzində məsələnin həll olunacağını demişdir. Lakin, Alimin dediyi müddət keçməsinə baxmyaraq heç bir müsbət nəticə olmadığını görüb Alimə dəfələrlə zəng etmişdir. Lakin, Alim onun zənglərini açmamışdır. Həmin gündən bir gün sonra yenidən Alimlə əlaqə saxladıqda Alim məsələnin bu gün həll olacağını demişdir. O, artıq bu işdə problem olduğunu görüb Alimdən pulunu geri tələb etmişdir. Alim də ona həmin pulu verdiyi şəxsdən alıb ona geri qaytaracağını vəd etmişdir. Lakin, yenə də hər hansı bir müsbət nəticə olmamışdır. Buna görə o, yenidən Alim ilə əlaqə saxlamış və Alim ona bildirmişdir ki, pulu verdiyi Şəbinə adlı şəxsdən alıb geri qaytaracaqdır. Bundan sonra Azərbaycan Respublikasının Baş prokurorluğundan 1 nəfər əməkdaş gəlib onun yaşadığı evin şəkillərini çəkmiş və evə həbs qoyulduğunu bildirmişdir. O, bu barədə də yenidən Alim ilə əlaqə saxlamış və Alim pulu verdiyi şəxsdən geri ala bilmədiyini demişdir. Bundan sonra isə Alim ilə dəfələrlə əlaqə saxlasa da Alim zənglərə cavab verib görüşməkdən yayınmışdır. O, bu barədə Şahinə irad bildirdikdə isə Şahin ona Alimin onu da aldatdığını və 13000 manat pulunun Alim tərəfindən ələ keçirilməsini də bildirmişdir. Bu hadisələrdən uzun müddət keçməsinə baxmyaraq Alim onunla görüşməkdən və pulunu geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. O da belə olan halda pulu tam olaraq Şahinə verdiyi üçün ondan pulunu tələb etmişdir. Lakin, o da pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, Buzovna qəsəbəsində yerləşən notariusa getmiş və oradan ona Xəzər rayon İcra probasiya şöbəsinə getməsini məsləhət görmüşdürlər. O da dərhal həmin orqana yaxınlaşmış, orada Elvin adlı əməkdaşın vasitəsi ilə o, Şahin ilə görüşmüş və ondan 1000 manat pulunu almışdır. Bundan sonra isa Şahin mütəmadi ödəniş edəcəyini bildirsə də yenidən ödəniş etməkdən yayınmışdır. Sonuncu dəfə isə Şahin onun kart hesabına 400 manat göndərmişdir. Ümumilikdə Şahin ondan aldığı 10000 manat pulun qarşılığında 1400 manat pul geri qaytarmışdır. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v.1). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.18). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.94). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, X15 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.104). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.115-116). İş materiallarında olan “axtarış elan edilməsi və eyni zamanda cinayət işi üzrə icraatın dayandırılması haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.118). İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ -nin İŞ-nə təqdim edilmişdir (c.i.v.127). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.128). İş materiallarında olan 14 aprel 2025-ci il tarixli "ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da tutulmuşdur (c.i.v.141). İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 4(003)-170/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 aprel 2025-ci il tarixdən hesablanmaqla 01 ay 04 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (c.i.v.155-160). İş materiallarında olan “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 13 may 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Səbail RPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir (c.i.v.162-163). İş materiallarında olan “cinayət işinin bir icraatda birləşdirilməsi barədə” 15 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir (c.i.v.170). İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir (c.i.v.185-186). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (c.i.v.187-188). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 08 iyul 2025-ci il tarixədək uzadılmışdır (c.i.v.204-207). İş materiallarında olan bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Zərərçəkmiş şəxs3 işinin həlli üçün ondan 29000 ABŞ dolları aldığını bildirir və əyləşdiyi masanın üzərindəki 3 ədəd dollar dəstəsini göstərərək həmin məbləğləri Zərərçəkmiş şəxs3 işinin həlli məqsədi ilə tanışları olan “Şəbinə” və “Nüşabə” adlı şəxslərə verəcəyini qeyd edir (c.i.v 27-28). İş üzrə tərtib edilmiş 25 may 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət aralağında sonuncu tərəfindən Təqsirləndirilən şəxs məxsus olan “4169 73******9415” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına hissə-hissə olmaqla cəmi 7700( yeddi min yeddi yüz) manatın daxil edilməsini təsdiq edən qəbzlər mövcuddur. Baxış zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:46:05-də Bakı şəhəri, Suraxanı rayonu, X12, Xəqani Aslanov küçəsi “Qardaşlar” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 600 manat Təqsirləndirilən şəxs məxsus olan“4169 73******9415” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi “Araz." marketdə yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə 1500 manat X5 məxsus olan“4169 73******9415” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına köçürülmüşdür (c.i.v.208). İş materiallarında olan AZ-İİ seriyalı, 478204 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə ölmüşdür (c.i.v.213). İş materiallarında olan “zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 əri X6 hüquqi varisi təyin edilmişdir (c.i.v.217). İş materiallarında olan 17 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılıb. (c.i.v.40-41). İş materiallarında olan Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(018)- 108/2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş və cəriməni tam ödəmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdı. İş materiallarında olan AZ-İİİ seriyalı, 379302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü ildə Astara rayonunda anadan olmuşdur. Ata qrafasında " Təqsirləndirilən şəxs", ana qrafasında "X1" qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 746090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə anadan olmuşdur. Ata qrafasında " Təqsirləndirilən şəxs", ana qrafasında "X1" qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 352706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə Astara rayonunda anadan olmuşdur. Ata qrafasında " Təqsirləndirilən şəxs", ana qrafasında "X1" qeyd edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs X9 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən həbsdə olduğu müddət nəzərə alınmaqla, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-257/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-257/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver