Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-258/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvansız evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 11.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 24 mart 2023-cü il tarixdə saat 07:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən özəl tikilidə olan zaman əvvəldən tanıdığı Zərərçəkmiş şəxs Abdullyeviçin birlikdə qaldılqarı otaqdan çölə çıxmasını fürsət bilib sonuncuya məxsus olan mobil telefonda olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb özünə məxsus olan “Samsung Galaxy” markalı mobil telefona yerləşdirərək, həmin mobil telefona quraşdırmış olduğu “Lucky Boxes” adlı onlayn mərc oyununa daxil olub əvvəlcədən əzbərlədiyi Zərərçəkmiş şəxs məxsus “Bir Bank” plastik kartının “4169 7388 4945 6227” seriya nömrəsinin oyunun hesabına daxil etdikdən sonra ***- ***-**-** saylı mobil nömrəyə gələn təhlükəsizlik şifrələrindən (8402 və 8647) istifadə etməklə saat 07:13 də 1000 (bir min) manat və saat 07:14-də 180 (bir yüz səksən) manat, cəmi 1180 ( bir min yüz səksən) manat pulu həmin oyunun hesabına köçürməklə qeyd olunan məbləği yenidən özünün istifadəsində olan "xxxx" plastik kartın hesabına köçürdükən sonra, həmin kart vasitəsi ilə 1180 ( bir min yüz səksən) manat məbləği Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırmaqla götürmüş, bununla da o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1180 ( bir min yüz səksən) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Abdullyeviçi əvvəlcədən tanıyır. Bir neçə gün olardı ki, o Mahamarasul ilə birlikdə Mahamarasulun yaşadığı və işlədiyi Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən özəl tikilidə qalırdı. Bu günlər ərzində bir dəfə Mahamrasul ona özünün istifadəsində olan “BirBank” plastik kartını göstərmiş və o, həmin kartın üzərindəki seriya nömrələrini əzbərləmişdir. 24 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü yaşayış masivvində yerləşən özəl tikilidə olan zaman saat təxminən 07:00 radələrində onlar ikisi də yuxudan oyanmış və Zərərçəkmiş şəxs üzünü yumaq üçün birlikdə qaldıqları otaqdan çölə çıxmışdır. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün Mahamarasulun otaqdan çıxmasını fürsət bilib yatağın üzərində olan Mahamrasula məxsus mobil telefonu götürüb içindəki mobil nömrəni telefondan çıxarıb öz “Samsung Galaxy” markalı mobil telefona yerləşdirmiş, sonra isə həmin mobil kartı öz mobil telefonuna quraşdırdığı “Lucky Boxes” adlı onlayn mərc oyununa daxil olub əvvəlcədən əzbərlədiyi Zərərçəkmiş şəxs Abdullyeviçə məxsus “BirBank” plastik kartının seriya nömrəsinin oyunun hesabına daxil etmiş, sonra mobil nömrəyə gələn təhlükəsizlik şifrələrindən istifadə etməklə birinci dəfə 1000 manat və ikinci dəfə 180 manat, cəmi 1180 manat pulu həmin oyunun hesabına köçürməklə Zərərçəkmiş şəxs kartından pul oğurlamışdır. Dərhal həmin mobil nömrəni Mahamarasulun çarpayısının üzərinə atmış və onun yanından çıxmışdır. Sonra oyunu oynamış, oynadıqdan sonra oyundan qalan 20-30 manat məbləği Siyavuş adlı tanışının kartına köçürmüş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırmaq istəmiş, lakin kartı bankomatdan çıxarda bilməmiş, kartın vaxtı bitdiyinə görə bankomatda qalmışdır. Məhkəmə iclasında vurulmuş maddi ziyandan 200 manat zərərçəkmiş şəxsə qaytarmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə özünün yaşadığı və işlədiyi Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü yaşayış masivvində yerləşən özəl tikilidə qalımışdır. Bu günlər ərzində bir dəfə o, özünə məxsus olan istifadəsindəki “Bir Bank” plastik kartını Təqsirləndirilən şəxs göstərib, telefonunda həmin “Bir Bank” tətbiqinə daxil ola bilmədiyini ona demişdir, Niyaməddin də ona bu barədə kömək etmişdir. 24 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü yaşayış masivvində yerləşən özəl tikilidə olan zaman saat təxminən 07:00 radələrində ikisi də yuxudan oyanmış və o, üzünü yumaq üçün birlikdə qaldıqlar otaqdan çölə çıxmışdır. Bu zaman onun telefonu yatağın üzərində qalmışdır. O təxminən 10-15 dəqiqə çöldə qaldıqdan sonra geri qayıdan zaman Niyaməddinin otaqda olmadığını görüb, getdiyini anlamışdır. Sonra isə telefonunu əlinə götürüb, ora quraşdırmış olduğu “Bir Bank” mobil tətbiqinə daxil olan zaman hesabında cəmi 15 manat məbləğin qaldığını görmüşdür. Pulunun oğurlandığını anlayan kimi dərhal polis bölməsinə getmiş və bu barədə ərizə yazmışdır. Polis bölməsində olan zaman telefonuna qoymuş olduğu ***-***-**-** saylı mobil nömrənin telefonunda olmadığını bilmişdir. Bundan sonra pulunun oğurlamasında Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Sonradan Niyaməddin polis bölməsinə dəvət olunmuş və törətmiş olduğu əməli səmimi etiraf etmişdir. Dəymiş ziyan qaytarılmadığından təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. 25 mart 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 25 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16.10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 27 mart 2023-cü il qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 27 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o X3 həbsdən azad olunmuşdur. 27 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 04 aprel 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A03” markalı mobil telefonun mesajlar bölməsindəki "xxxx"dan daxil olmuş birinci mesajın məzmununda, 24 mart 2023-cü il tarixdə saat 07:13-də 8402 saylı təhlükəsizlik şifrəsi vasitəsi ilə 1000 AZN pul 4169**6227 seriyalı “BİRBANK CASHBACK PLUS” kartının hesabından başqa hesaba köçürülüməsi təsdiq olunur. Həmin mobil telefonun mesajlar bölməsindəki "xxxx"dan daxil olmuş ikinci mesajın məzmununda, 24 mart 2023-cü il tarixdə saat 07:14-də 8647 saylı təhlükəsizlik şifrəsi vasitəsi ilə 180 AZN pul 4169**6227 seriyalı “BİRBANK CASHBACK PLUS” kartının hesabından başqa hesaba köçürülüməsi təsdiq olunur. 30 aprel 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışda 4169 73******6227 seriyalı “BİRBANK CASHBACK PLUS” kartının hesabından 24 mart 2023-cü il tarixdə **********000380 kodu ilə birinici dəfə 1000 manat, ikinci dəfə isə 180 manat nəğd pulun başqa hesaba yüklənməsi, yəni köçürülüməsi təsdiq olunur. 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 20 iyun 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şirvan rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 20 iyun 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorunun 20 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs" qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X3 həbsdən azad edilmişdir. 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzasını tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. - Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda (təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onun Zərərçəkmiş şəxs Abdullyeviçə məxsus “BirBank” plastik kartının seriya nömrəsini “Lucky Boxes” adlı onlayn mərc oyununun hesabına daxil etmiş, sonra mobil nömrəyə gələn təhlükəsizlik şifrələrindən istifadə etməklə birinci dəfə 1000 manat və ikinci dəfə 180 manat, cəmi 1180 manat pulu həmin oyunun hesabına köçürməklə Zərərçəkmiş şəxs kartından pul oğurlaması və həmin məbləği Siyavuş adlı tanışının kartına köçürməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırması göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Abdullyeviçə məxsus “BirBank” plastik kartının seriya nömrəsini “Lucky Boxes” adlı onlayn mərc oyununun hesabına daxil etmiş, sonra mobil nömrəyə gələn təhlükəsizlik şifrələrindən istifadə etməklə birinci dəfə 1000 manat və ikinci dəfə 180 manat, cəmi 1180 manat pulu həmin oyunun hesabına köçürməklə Zərərçəkmiş şəxs kartından pul oğurlamışdır. Oynadıqdan sonra oyundan qalan 20-30 manat məbləği Siyavuş adlı tanışının kartına köçürmüş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırmaq istəmiş, lakin kartı bankomatdan çıxarda bilməmiş, kartın vaxtı bitdiyinə görə bankomatda qalmışdır. Lakin məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o 1180 manatı nağdlaşdırmamış, “Lucky Boxes” adlı onlayn mərc oyununa daxil olub əvvəlcədən birinci dəfə 1000 manat və ikinci dəfə 180 manat, cəmi 1180 manat pulu həmin oyunun hesabına köçürməklə Zərərçəkmiş şəxs kartından pul oğurlamışdır. Sonra oyunu oynamış, oynadıqdan sonra oyundan qalan 20-30 manat məbləği Siyavuş adlı tanışının kartına köçürmüş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırmaq istəmiş, lakin kartı bankomatdan çıxarda bilməmiş, kartın vaxtı bitdiyinə görə bankomatda qalmışdır. Göründüyü kimi, baş vermiş hadisə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəyə uyğun qiymətləndirilməlidir. Belə olan halda həmin epizodun hazırkı ittiham üzrə məhkəmə baxışına heç bir aidiyyət və bağlılığının olmamasını nəzərə alınaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə əsas götürülməli və ona elan olunmuş ittihamda 1180 manatı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırması ilə bağlı hissə ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək, 20 iyun 2023-cü il tarixdə həbsdə saxlanıldığı müddətinin 03 (üç) günü 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək, 20 iyun 2023-cü il tarixdə həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda 1180 ( bir min yüz səksən ) manatı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” marketinə quraşdırılmış “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırması ilə bağlı hissə ittihamın məzmunundan xaric edilsin. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-258/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-258/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver