Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-259/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, sonuncunun tanışı X4 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs5 eribarından sui- istifadə edərək, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Mühafizə İdarəsinə polis serjantı kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayının 10-da Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşərək ondan ilk öncə 15.000 manat, 2021-ci ilin fevral ayının 20-də guya tibbi komissiyadan keçməsi üçün Bakı şəhəri, Yasamal rayonu, “Space TV”nin qarşısında 5.000 manat, 2021-ci ilin fevral ayının 25-də Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında əlavə olaraq 1.000 manat, ümumilikdə hissə-hissə olmaqla 21.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə zabit kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr, “Heydər Parkı” adlanan ərazidəki çayxanada Zərərçəkmiş şəxs3 ilə görüşərək ondan ilk öncə 13.000 manat, 1 həftə sonra isə həmin yerdə yenidən görüşərək əlavə olaraq 7.000 manat, ümumilikdə hissə-hissə olmaqla 20.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4 etibarından sui- istifadə edərək, ona məxsus 214.000 manat vəsaiti borclu olduğu şəxsdən alaraq ona geri qaytarılmasını təmin edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2020-ci ilin sentyabr ayının 11-də Bakı şəhəri, Nərimanov rayonu, “Atatürk” parkında Zərərçəkmiş şəxs4 ilə görüşərək ondan ilk öncə 12.000 manat, 1 həftə sonra isə həmin yerdə yenidən görüşərək əlavə olaraq 8.800 manat, ümumilikdə hissə-hissə olmaqla 20.800 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müsabiqədən kənar işə düzəldəcəyinə dair Şahid1 və Şahid2 etibarından sui-istifadə etməklə yalan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X7 Türk küçəsində X2 məxsus 25000 manat məbləğində pulu. Yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduqluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs6 etibarından sui- istifadə edərək, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə şöbəsinə polis serjantı kimi işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 2021-ci ilin iyun ayında ünvan 1 ünvanında yerləşən “Excelsior” mehmanxanasının həyətində Zərərçəkmiş şəxs6 ilə görüşərək ondan 12.000 manat məbləğində pulu, yəni xeyli miqdarda əmlakı qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək, sonuncunun tanışı X4 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 2020-ci ilin iyul ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 Yanvar” dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını, yəni 20.000 manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün (cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə sonuncu epizodun Bakı şəhəri Nərimanov Rayonu ərazisində törədildiyini nəzərə alaraq, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin cinayət əməlinin başa çatdığı yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə baxılması üçün göndərilməsini təklif etmişdir. Eyni zamanda iş aidiyyat üzrə göndəriləcəyi təqdirdə Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 cinayət hadisəsinin Bakı şəhərinin bir neçə rayonu ərazisində baş vediyini nəzərə alaraq istintaq orqanının haqlı olaraq cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə göndərildiyindən prosesin uzanmasının qarşısının alınması üçün işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs1 tərəfindən bütün epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam həcmdə ödənilməsini, Təqsirləndirilən şəxs1 həbsdə qalmasına zərurət olmadığını nəzərə alaraq həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını, Təqsirləndirilən şəxs1 tərəfindən bütün epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam həcmdə ödənilməsini, Təqsirləndirilən şəxs1 həbsdə qalmasına zərurət olmadığını nəzərə alaraq həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam həcmdə ödədiyini nəzərə alaraq işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 işin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-nin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəllənin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror CPM-nin 74.8-ci maddəsinə, yəni ibtidai istintaqın Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarərəsində aparıldığına istinad edərək cinayət işini baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər Bakı şəhərinin ərazisində və sonuncu əməl isə Bakı şəhəri, Nərimanov Rayon ərazisində baş vermişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 törətdiyi sonuncu əməlin dəqiq hansı ərazidə baş verdiyini araşdırmadan həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer ilə kifayətlənmişdir. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Göründüyü kimi Təqsirləndirilən şəxs1 son əməlini Bakı şəhəri Nərimanov rayonu ərazisində törətmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs son əməlini Bakı şəhəri Nərimanov rayonu ərazisində başa çatdırdığından və qeyd edilən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə sonuncu cinayətin başa çatdığı yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. CPM-nin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 4(009)- 478/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 20 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası keçirilənə və hazırlıq iclasının qərarı qəbul edilənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma hissəsində qərarın icrası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına həvalə edilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-259/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-259/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver