Məhkəmə qərarları › İş №1(009)-26/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-26/2021

25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-26/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti (hazırda Zərifə Əliyevə küçəsi) ev 35, mənzil 41A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Səbail RPİ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu Azərbaycan prospekti 30 ünvanın yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərində və əşyalarında şəxsi axtarış və götürmə aparılan zaman çiynindən asılmış vəziyətdə gəzdirdiyi qəhvəyi rəngli, üzərində “LOUİS VUTTİON” yazısı olan çantasının içində olan qara rəngli üzərində “SAMSUNG” yazısı olan qulaqcıq qutusunun içindən bir ədəd şəffaf sellofan bükümdə 0,297 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan heroini çəkmək yolu ilə qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Binəqədi rayonunda yaşayan bibisigilə qonaq getmiş, xx.xx.2020-ci il tarixdə gecə saat 04:00 radələrində yaşadığı ünvana gəlmək məqsədi ilə taksiyə minərək yaşadığı evindən bir qədər aralıda düşmüş və gəzə-gəzə evinin istiqamətində irəlləmişdir. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və sonra onu xidməti maşınlarına əyləşdirib polis bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqların birində polis əməkdaşları oğurluqla məşqul olmağını və narkotik vasitədən istifadə edibetməməyini soruşduqda o bildirmişdir ki, heç zaman oğurluq etməmiş, lakin hərdən narkotik vasitə heroindən istifadə edir və üzərində gəzdirdiyi çantasında narkotik vasitə heroinin olduğunu səmimi etiraf etmişdir. Bundan sonra hüquqlarının müdafiə etmək üçün vəkil dəvət olunaraq ona təqdim olunmuşdur.Sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərində və sağ ciyin nahiyəsində asılı vəziyətdə gəzdirdiyi qəhvəyi rəngli çantasına baxış keçirilmişdir. Çantasından bir ədəd azyaşlı uşağı üçün atasının aldığı oyuncaq tapanca, meyvə doğramaq və digər təsərüfat eytiyaclarını ödəmək üçün bir ədəd qatlanan cib bıçağı və bir ədəd qara rəngli üzərində «SAMSUNG» yazısı olan qulaqcıq qutusunun içərisində saxladığı şəffaf sellofana bükülmüş halda saxladığı narkotik vasitə olan heroin aşkar olunmuş və polis əməkdaşları tərəfindən həmin əşyalar götürülmüşdür. Həmin narkotiki vasitə olan heroini o, tutulmazdan bir gün əvvəl “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata almışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət-axtarış xətti üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən Səbail RPİ-nin PPXB-nün polis nəfərləri üzərində silaha bənzər əşya olan Təqsirləndirilən şəxs adlı şəxsi gətirmiş və bu səbəbdən də onun üzərinə baxış keçirilməsi zərurəti yaranmışdır. Həmin şəxsin gətirilməsi ilə bağlı araşdırmanın aparılması bölmənin təhqiqatçısı Elmar Məmmədova həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi Təqsirləndirilən şəxs və iştirakçıların diqqətinə çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs üzərində və sağ ciyin nahiyəsində asılı vəziyətdə gəzdirdiyi qəhvəyi rəngli, üzərində “LOUİS VUTTİON” yazısı olan çantasından bir ədəd tapancaya oxşar predmet, bir ədəd qatlanan cib bıçağı və bir ədəd qara rəngli üzərində “SAMSUNG” yazısı olan qulaqcıq qutusunun içərisində saxladığı şəffaf sellofanda olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümun içindəki narkotik maddə olan heriondir və onu bir müddət əvvəl “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Sellofan büküm və aşkar olunmuş digər predmetlər ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. İştirakçılar həmin zərflərə imza etmişlər. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarışın nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 6656 saylı avtopatrulda inzibati ərazidə xidmətdə olarkən Azərbaycan prospektində yerləşən internet klubun jalüzlərinin 3 nəfər şəxs tərəfindən açlımağa cəhd edilməsini görmüşlər və onlara yaxınlaşarkən həmin şəxslər oradan qaçmışlar. Onlar həmin şəxslərin arxasınca qaçıb əvvəlcə birini tutmuşlar, daha sonra isə Nigar Rəfibəyli küçəsində qaçan digər iki nəfər şəxsin əlamətləri ilə uyğun gələn şəxsləri saxlayaraq 9-cu PB-nə gətirmişlər. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs adlı şəxsi saxlayarkən onun üzərində olan çantadan silaha bənzər predmetin olduğunu görmüşlər və bu səbəbdən də raportla polis bölməsinin rəhbərliyinə müraciət edərək onun üzərinə baxış keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntü olan CD diskə baxış protokolundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-nin 9-cu PBnin təhqiqatçısı Elmar Məmmədov, onunla üzbə-üz sağ tərəfdə 3№-li Hüquq Məsləhətxanasının vəkili X8 əyləşmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövrriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs sağ çiyin nahiyəsindən asılı vəziyyətdə olan üzərində “Louıs Vuıtton” yazıları həkk olunmuş qəhvəyi rəngli dəri çantanın içərisindən 1 ədəd tapançaya oxşar predmet, 1 ədəd “Samsung” firmasına məxsus qulaqcığının qutusunu və bir ədəd cib bıçağını təqdim etdi. Qulaqcığa məxsus qara rəngli qutuya baxış zamanı bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Baxış zamanı Təqsirləndirilən şəxs tapançanın oyuncaq olduğunu və onu azyaşlı oğlu üçün əldə etdiyini, qulaqcığın qutusunda olan maddənin _ narkotik vasitə olan “heroin” olduğunu bildirərək həmin narkotik vasitəni “Sovetski” deyilən ərazidən tanımadığı şəxsdən 10 manat qarşılığında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2-3 ildir ki, narkotik vasitə istifadə etdiyini qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdəki narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd silaha oxşar predmet və 01 ədəd bıçaq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 3 ədəd zərfdə qablaşdırılaraq «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. 23 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materiallarının məhkəmə ekspertizasının 10 avqust 2020-ci il tarixli 6/1499 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,297 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,297 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir və 0,247 qram qalıq qalmışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. . 23 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,297 qram narkotik maddə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış, 0,247 qram narkotik vasitə olan heroin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 2662 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-balistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 3/889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tapanca formalı predmet – kustar üsulla hazırlanmış, 6 mm diametrli plastmas kürəciklər atan yaylı mexanizmli oyuncaq tapancadır – odlu silah, qaz silahı və pnevmatik silah hesab edilmir, saxdır, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-balistik ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 3/890 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq sənayə üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X6 həbsdən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-165/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-165/2020 saylı, 29 dekabr 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs : - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. - Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 127.2.3 və 221.2.1 maddələri ilə 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxxxxxx 2015-ci il tarixdə cəzasının sonu azad olunmuşdur. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 5 saylı Mənzil-kommunal İstismar tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 178 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 35 saylı evin, 41A saylı mənzilində 1998-ci il tarixdən qeydiyyatdadır. Göstərilən ünvanda yaşadığı müddət qonşulardan onun haqqında heç bir şikayət və başqa təşkilatlardan heç bir təqsirləndirici material daxil olmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Əli Ağamalıyev və xx.xx.2015-ci il təvəllüdlü Cahid Ağamalıyev adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş CD diskində olan videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını himayəsində iki azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) ay 13 (on üç) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 06 ( altı) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ( hazırda Zərifə Əliyeva küçəsi) ev 35, 41A saylı mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2662 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram (ilkin təmiz çəkisi 0,297) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 242 (iki yüz qırx iki ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) ay 13 (on üç) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) ay 06 ( altı) gün ona təyin təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ( hazırda Zərifə Əliyeva küçəsi) ev 35, 41A saylı mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk (şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,247 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 242 (iki yüz qırx iki ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X8 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 258 (iki yüz əlli səkkiz) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış ) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar