Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-26/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-2/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satiş məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artiq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,351 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən “İçərişəhər” metrostansiyasının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 06 sentyabr 2022-ci il tarixdə saat 17:00-da ünvan 4 ünvanda yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılaraq, İdarəyə dəvət edilmiş və həmin gün saat 17:30dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi. 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-ci ildən narkotik vasitə istifadə etdiyini, sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə səhər vaxtlarında narkotik vasitə heroin qəbul etdiyini və narkotik aludəçisi olduğunu, o, narkotik vasitə olan heroini ineksiya yolu ilə qəbul etdiyini, 06 sentyabr 2022-ci il tarixdə özü üçün istifadə etmək məqsədi ilə Yasamal rayonunda yerləşən “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 10 manata bir büküm narkotik vasitə olan heroin aldığını və üzərində saxlayaraq daşıdığını evə gedəndən sonra istifadə etmək istədiyini, 06 sentyabr 2022-ci il tarixdə Səbail rayonu, İçərişəhər metrosunun arxasından keçən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bildiklərini deyərək, Səbail Rayon Polis İdarəsinə dəvət etdiklərini, o ifşa olunacağını başa düşüb onlarla razılaşdığını və polis əməkdaşları ilə birlikdə Səbail Rayon Polis idarəsinə gəldiyini, Polis İdarəsinin inzibati otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkiliş edərək onun üzərinə baxış keçirilməsi və ilkin olaraq ona üzərində olan əşyaları çıxarıb təqdim etməyini təklif olunmuş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində olan 01 ədəd sarı kağıza bükülmüş heroini və özünə məxsus “ Philips” markalı mobil telefonu, 12 manat kağız əskinazları və 01 qutu “West” siqaretini çıxararaq könüllü olaraq masanın üzərinə qoyduğunu, bu barədə vəkilin və iştirakçıların iştirakı ilə protokol tərtib olunduğunu və o da həmin protokolu imzaladığını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Səbail Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkilli polis kapitanı Şahid1 istintaqa vermiş olduğu ifadəsində 06 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Səbail Rayon Polis İdarəsinə “Tərlan” adlı şəxsin Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının ətrafında narkotik vasitələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumat barədə İdarənin rəhbərliyinə məruzə olunduqdan sonra Səbail Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşlarından ibarət, yəni NMB-nin rəisi Çinar Nuriyev, CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edildiyi, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının arxasında zahiri görünüşcə Tərlan adlı şəxsə oxşar şəxsə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduğlarını bildirərək, həmin şəxsin şəxsiyyəti barədə maraqlandıqda özünü Təqsirləndirilən şəxs olması bildirdikdə, həmin vaxtı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Səbail RPİ-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Səbail Səbail Rayon Polis İdarəsinə yollandıqlarını, Səbail Səbail Rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduğunu, vəkil Təqsirləndirilən şəxs təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər- hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunduğunu, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü şəkildə həmin vaxtı əynində olan tünd göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd “Philips” markalı mobil telefonu, şalvarın arxa sağ cibindən 01 ədəd sarı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdiyini, şübhəli şəxs sarı rəngli kağız bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni öz şəxsi istfiadəsi üçün 20 manat pulun müqabilində qonşuluqda yaşayan “İsrafil” adlı şəxsdən aldığını bildirmiş, həmin kağız bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir əşya və ya predmet aşkar olunmamış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “Zərflər üçün 51 saylı” möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Philips” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən əlavə zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarış və götürmə Səbail RPİ-nin inzibati binasında xidməti iş otağında keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Səbail Səbail Rayon Polis İdarəsinin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı X5 tərəfindən videoçəkiliş aparılmış, bundan sonra şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalarla təsdiq edildiyini göstərmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Səbail Rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “məhkəmə kimyəvi ekspertizası” üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 6/4846 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N51” dairəi möhür əksi, “...təqsirləndirilən (imza) Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan bir ədəd zərifin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında cinayət işində olan DVD formatlı diskdəki videogörüntüyə baxış keçirilərək, 06 sentyabr 2022-ci il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürüldüyü müəyyən edilmişdir. Cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Bakı şəhəri Səbail RPİnin X4 təhvil verilmişdir. Səbail rayon prokuroru Natiq Əsədovun 08 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunub, saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,351 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,301 qram heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş məhkumluq haqqında arayışa əsasən Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. - Səbail Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 7(009)-2/2023 saylı qərarı ilə Səbail Rayon Məhkəməsinin 22 iyun 2022ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün hissəsi, 01 (bir) il 01 (bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəllənin 67.4-cü maddəsi). Bu səbəbdən, məhkəmə, Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 7(009)-2/2023 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məqəsəduyğun hesab edir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətinin 01 (günü) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs barəsinə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsini, barəsində “həbs” qətimkan tədbiri seçilməsini və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023cü il tarixli qərarı ilə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini və cəzçəkmə müddətinin əvvəlinin 11 aprel 2023-cü il tarixindən hesablanmasını əsaslı hesab edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 26 sentyabr 2022-ci il tarixli 5507 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 55 (əlli beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0,351 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,301 qram heroinin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 22 iyun 2022ci il tarixli hökmü ilə təyin edilmiş və Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş cəzanın çəkilməmiş 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Səbail Rayon Məhkəməsinin 05 yanvar 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,301 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-26/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-26/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver