Məhkəmə qərarları › İş №1(009)-26/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-26/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-26/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 Fəxəddin qızının, Müdafiəçi 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Ağcabədi rayon Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 3-cü küçə ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Altay” restoranına daş hasarı aşmaqla həyətdə olan bel sapı ilə restoranının giriş qapısının şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olub, heç kimin görmədiyi şəraitdə, sonuncuya məxsus 1 (bir) ədəd 70 manat dəyərində 700 qramlıq “Bear Force” markalı araq, 3 (üç) ədəd hər biri 3,5 manat olmaqla cəmi 10,5 manat dəyərində 0.5 litr “Efes Draft” markalı pivə, 1 (bir) ədəd 1,2 manat dəyərində 0.75 litr “Mia” markalı limonad, 1 (bir) ədəd 2,5 manat dəyərində 100 qramlıq “Fərda Nərşarab” 1 (bir) ədəd 7 manat dəyərində 95 qramlıq “Nescafe Classic” markalı kofe, 1 (bir) ədəd 120 manat dəyərində “Shure” markalı mikrofon kabellə, 1 (bir) ədəd 80 manat dəyərində “Sekaku” markalı mikrofon, 1 (bir) ədəd 3 manat dəyərində orta ölçülü parça oyuncaq, 2 (iki) ədəd hər biri 5 manat olmaqla cəmi 10 manat dəyərində masa örtüyü, 2 (iki) ədəd hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində “Karaca” markalı mətbəx bıçağı, 1 (bir) ədəd 1 manat dəyərində “Steik” markalı bıçaq, 1 (bir) ədəd 5 manat dəyərində adaptor USB ilə birlikdə, 1 (bir) ədəd 5 manat dəyərində kompyuter siçan, 1 (bir) ədəd 5 manat dəyərində sarı ağ rəngli, 12x11 sm ölçülü divar suviniri, 3 (üç) ədəd hər biri 3 manat olmaqla cəmi 9 manat dəyərində “Siemens” markalı elektron açar, 1 (bir) ədəd 10 manat dəyərində “tp-link” markalı LS1008G modelli hub, 1 (bir) ədəd 0 manat dəyərində gillette markalı stanok (istifadədə olduğundan qiymətsiz), 1 (bir) ədəd 0,5 manat dəyərində otverka, 1 (bir) ədəd 2 manat dəyərində “Shure” markalı zəncirbəndlə açılıb baqlanan eynək qabı, 1 (bir) ədəd 10 manat dəyərində “Guccı” markalı qara rəngli uzun müddət istifadədə olunmuş kişi saxlanc qabı, 1 (bir) ədəd 2 manat dəyərində “Topten” markalı istifadə olunmuş pena, 1 (bir) ədəd 1 manat dəyərində “Panasonic” markalı element, 1 (bir) ədəd 1,5 manat dəyərində “Duracell” markalı element, 1 (bir) ədəd 1 manat dəyərində plastik alışqan, 1 (bir) ədəd 0,2 manat dəyərində ağ rəngli maska, 1 (bir) ədəd 2 manat dəyərində kiçik ölçülü qaz balonu, 1 (bir) ədəd 20 manat dəyərində qara rəngli “Sekaku” markalı əl çantası, 1 (bir) ədəd 0,3 manat dəyərində telefon kabeli, 1 (bir) ədəd 0,5 manat dəyərində yaşıl rəngli damcı preparatı, 2 (iki) ədəd hər biri 0,5 manat olmaqla cəmi 1 manat dəyərində elektirik əşyası, 1 (bir) ədəd 0,5 manat dəyərində açar, 1 (bir) ədəd 200 manat dəyərində fotoşəkilli təqdim edilmiş “HP” markalı pavilion G6 modelli notebook adaptor gizli olaraq talayan zaman, orta dərəcəli alkoqol sərxoşluğu olduğundan özgənin əmlakını gizli yolla talamağa yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 585,70 manat məbləğində əmlakını oğurlamağa cəhd etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında Badamdar qəsəbəsində yerləşən “Altay” restoranında ofisant işləmiş, sonra restoranın sahibi ilə münasibətlərinin pisləşdiyi üzündən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul edərək əvvəllər işlədiyi “Altay” restoranına getmiş, hasardan aşmaqla restoranının həyətinə düşmüş, əsas giriş qapısının şüşəsini sındırmaqla dəhlizə oradan isə zala daxil olmuşdur. Restoranda olduğu zaman spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə restoranda mövcud müxtəlif əşyaları sellofan paketlərə yığmış, sonra restoranın zalında yuxulamışdır. Səhər saatlannda “Altay” restoranın işçiləri onu zalda görüb Zərərçəkmiş şəxs zəng edərək barəsində məlumat vermiş və onu yaxalamışlar. Onun niyyəti “Altay” restoranına daxil olaraq spirtli içki qəbul etməkdən ibarət olmuş, qabaqcadan oğurluq niyyəti olmamışdır. Bütün əşyalar qaytarılıb, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 3-cü küçədə yerləşən “Altay” restoranı ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 09:15 radələrində “Altay” restoranında santexnik işləyən Şahid1 onun telefonun nömrəsinə zəng edərək restoranda şübhəli şəxsin olduğunu bildirmişdir. Sonradan o, Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə zəng edərək bu barədə məlumat verərək “Altay” restoranına yollanmışdır. “Altay” restoranının həyətindən səs-küy eşitmiş, Təqsirləndirilən şəxs qonşu həyətə keçərək qaçdığını müşahidə etmiş, habelə restoranda usta işləyən Şahid2 ilə birlikdə sonuncunu yaxalamışdır. Həmin vaxt polis əməkdaşları “Altay” restoranına gəlmiş və Təqsirləndirilən şəxs tutaraq 41-ci polis bölməsinə aparmışlar. Həmçinin Təqsirləndirilən şəxs ona məxsus “Altay” restoranından oğurladığı əşyalar protokol tərtib edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs “Altay” restoranının giriş qapısının qıfılını zədələyərək açmış, qapının üzərində olan şüşəni sındırmış və kombi aparatını əzərək zədələmişdir. Restorana müyyən ziyan vurulmuş və ziyanın ödənilməsini tələb edir. Şikayətçidir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus “Altay” restoranında santexnik işləyir. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində “Altay” restoranında olduğu vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxsu görmüş, Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs “Altay” restoranına gələrək restoranda usta işləyən Şahid2lə birlikdə Təqsirləndirilən şəxs tutmuşlar. Təqsirləndirilən şəxs restorandan oğurladığı əşyaları torbaya yığmış, tutularkən əşyaları qaytarmışdır. Polislər gəlib Təqsirləndirilən şəxs polis bolməsinə aparmışlar. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2/3415 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2.105% promil alkoqol sərxoşluğunun dərəcəsi orta müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və bu barədə foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, 1 (bir) ədəd 700 qramlıq “Bear Force” markalı araq, 3 (üç) ədəd 0.5 litr “Efes Draft” markalı pivə, 1 (bir) ədəd 0.75 litr “Mia” markalı limonad, 1 (bir) ədəd 2 100 qramlıq Fərda Nərşarab” 1 (bir) ədəd 95 qramlıq “Nescafe Classic” markalı kofe, 1 (bir) ədəd “Shure” markalı mikrofon kabellə, 1 (bir) ədəd “Sekaku” markalı mikrofon, 1 (bir) ədəd orta ölçülü parça oyuncaq, 2 (iki) ədəd masa örtüyü, 2 (iki) ədəd “Karaca” markalı mətbəx bıçağı, 1 (bir) ədəd Steik markalı bıçaq, 1 (bir) ədəd adaptor USB ilə birlikdə, 1 (bir) ədəd kompyuter siçan, 1 (bir) ədəd sarı ağ rəngli, 12x11 sm ölçülü divar suviniri, 3 (üç) ədəd “Siemens” markalı elektron açar, 1 (bir) ədəd “tp-link” markalı LS1008G modelli hub, 1 (bir) ədəd gillette markalı stanok, 1 (bir) ədəd otverka, 1 (bir) ədəd “Shure” markalı, zəncirbəndlə açılıb baqlanan eynək qabı, 1 (bir) ədəd “Guccı” markalı, qara rəngli uzun müddət istifadədə olunmuş kişi saxlanc qabı, 1 (bir) ədəd “Topten” markalı istifadə olunmuş pena, 1 (bir) ədəd “Panasonic” markalı element, 1 (bir) ədəd “Duracell” markalı element, 1 (bir) ədəd plastik alışqan, 1 (bir) ədəd ağ rəngli maska, 1 (bir) ədəd kiçik ölçülü qaz balonu, 1 (bir) ədəd qara rəngli sekaku markalı əl çantası, 1 (bir) ədəd telefon kabeli, 1 (bir) ədəd yaşıl rəngli damcı preparatı, 2 (iki) ədəd elektirik əşyası, 1 (bir) ədəd açar, 1 (bir) ədəd “HP” markalı pavilion G6 modelli notebook adaptoru cinayət işi üzrə maddi sübut olaraq tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/1735 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 585.70 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət içinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və ifadəsinin yerində yoxlanılması zaman törətdiyi cinayət əməllərini əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs qəbzindən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 1 ədəd 700 qramlıq “Bear Force” markalı araq, 3 ədəd 0.5 litr “Efes Draft” markalı Pivə, 1 ədəd 0.75 litr “Mia” markalı limonad, 1 ədəd Fərda Nərşərab, 1 ədəd 95 qramlıq “Nescafe Classic” markalı Kofe, 1 ədəd “Shure” markalı mikrofon kabellə, 1 ədəd “Sekaku” markalı mikrofon, 1 ədəd parca oyuncaq, 2 ədəd masa örtüyü, 2 ədəd “Karaca” markah mətbət bıçağı, 1 ədəd “steik” bıçaq, 1 ədəd adaptor cərəyanı, 1 ədəd kompyuter siçanı, 1 ədəd divar suviniri, 3 ədəd “Siemens” markalı elektron açar, 1 ədəd tp-link, 1 ədəd gillette” markalı stanok, 1 ədəd otverka, 1 ədəd shure markalı eynək qabı, 1 ədəd guccı markalı kişi saxlanc qabı, 1 ədəd Topten markalı реnа, 1 əfəd “Panasonic” markalı element, 1 ədəd “Duracell” markalı element, 1 ədəd plastik asılqan, 1 ədəd ağ rəngli maska, 1 ədəd qaz balonu, 1 ədəd qara rəngli sekaku markalı əl çantası, 1 ədəd telefon kabeli, 1 ədəd yaşıl rəngli damcı preparatı, 2 ədəd elektirik əşyası, 1 ədəd açar və 1 ədəd “HP” markah notbook adaptoru istintaq şöbəsindən yararlı vəziyyətdə qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsilə, maddi sübutlarla və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəslərilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 4 ünvanı tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş maddi sübutların zərərçəkmiş şəxsə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Aqşın qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 340 (üç yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar