Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-260/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeydiyyatsız evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X4 Rusiya Federasiyasına daxil olmasına dair həmin ölkənin federal orqanları tərəfindən qoyulmuş qadağanın ləğv etdirilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş tanışı Şahid öz əlaqələri vasitəsi ilə X6 Respublikasının Minsk şəhərində yerləşən hava limanından Rusiya Federasiyasının Moskva şəhərinə maneəsiz gedəcəyi təşkil edəcəyində inandırıb aldadaraq aralarında yaranmış münasibətlərə görə Şahid ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 03 sentyabr 2022-ci il tarixdə saat 13:16-da Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Asiman” marketdə quraşdırılmış “Milliön” ödəmə sisteminin apparatı vasitəsi ilə 1700 manat, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti 247A ünvanında yerləşən “Moskva” marketdə quraşdırılmış “Milliön” ödəmə sisteminin apparatı vasitəsi ilə 850 manat məbləğində Rövşən Elçiyevin qohumu Zərərçəkmiş şəxs məxsus və sonuncu tərəfindən təqdim edilən pulun anası X2 adma "xxxx" ASC-də açılmış 4169 7413 5087 0620 saylı kartın hesabına Şahid tərəfindən göndərilməsinə nail olduqdan sonra eyni niyyətlə əhatə olunan qəsdlə 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən “Dostluq” restoranının həyətyanı sahəsində əlavə olaraq Zərərçəkmiş şəxs əvvəlcədən Şahid eyni məqsədlə təqdim etdiyi, Azərbaycan manatına məzənnəsi ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları Şahid alıb ələ keçirərək verdiyi vədə əməl etmədən aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3570 manat miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ildə Ukraynanın Kiyev şəhərində olarkən Rafətlə tanış olmuşdur. Rafət o vaxtı sərnişin daşıma ilə məşğul olmuş, sonuncu ilə yaxşı münasibətləri yaranmışdır. Rafətlə söhbət əsnasında elə o vaxtı MDB ölkələrinə səfər edən həmvətəndaşların həmin ölkələrə girişi ilə bağlı problem yarandıqda həmin məhdudiyyətlərin aradan qaldırılması üçün pul müqabilində köməklik edə biləcək tanışın olduğunu bildirmişdir. Rafət ona təsdiq etmişdir ki, həqiqətən də bir neçə dəfə müştəriləri bu problemlərlə üzləşmiş və gələcəkdə lazım olarsa ona müraciət edəcək. O, Azərbaycana qayıdandan sonra təxminən 2022-ci ilin avqust ayının axırlarında Rafət ona müraciət edərək sonuncunun tanışına Rusiya Federasiyasına getmək üçün məhdudiyyətlərin aradan qaldırılmasından ötrü köməklik göstərməyini xahiş etmişdir. Həmin tanışının adını xatırlamır. Qeyd etdiyi tanışının vasitəsi ilə Rafətin tanışının işini görəcəyini güman edirmiş. Həmin tanışının Moskva şəhərinin hava limanlarında xidmət aparan sərhədçilərlə sıx əlaqələri olduğundan o, sonuncuya müraciət etmiş və tanışı ona bu işi 2000 ABŞ dollarına görəcəyinə söz vermişdir. Rafət ona müraciət edəndən sonra o, Rafətə bu iş üçün 2100 ABŞ dolları tələb olunacağı demişdir. 100 ABŞ doları qazanc olaraq istəmişdir. Fikirləşdim ki, Rafətin dediyi həmin adamın soyadında dəyişiklik olunarsa kompyuter sistemi onu başqa adam kimi görəcək və bununla da sonuncu maneəsiz Rusiyanın sərhədindən keçə bilər, beləliklə də, heç kəsə pul verməli olmayacaq pul özünə qalacaq. O, gedəcək adamın soyadının dəyişməsi məsələsini Rafələ deyəndən sonra sonuncu bir neçə gün ərzində bunu etmiş və onunla əlaqə saxlayıb hələlik pulun yalnız bir hissəsini, yəni 1000 ABŞ dolları ona verə biləcəyini demişdir. O, razılaşmış və Rafət onun sonuncuya şəkilini “Vhatsapp” proqrammı ilə göndərdiyi ananın bakn kartın hesabına 1700 manat, yəni 1000 ABŞ dolları göndərəndən sonra o Rafətin tanışının sərbəst gedə biləcəyini demişdir. Dəqiq tarix yadında deyil, 2022-ci ilin sentyabr ayının əvvələri olardı ki, o Rafətə demişdir ki, sonuncunun tanışı Belarusiya, oradan isə Moskva şəhərinə hava yolu ilə yola düşməlidir. Növbəti gün səhər saatlarında Rafət ona zəng vuraraq tanışının Belarusiyadan hava limanından Bakı şəhərinə məcburi qaytarıldığını demişdir. O, vəziyyətdən çıxmaq üçün Rafətə pul tam şəkildə çatdırılmadığı üçün tanışının işi alınmadığını bildirmişdir. Rafət əsəbləşərək həmin adama Bakıya qayıtmaq üçün 1000 manat dəyərində bilet aldığını və pulu ondan istəyəcəyini bildirmişdir. O, bu məsələni sonra aralarında həll edəcəklərini bildirmişdir. Rafət ona ödəmə terminalı vasitəsi ilə yenidən anası Şərqiyyə Məlikovanın adma olan kart hesabına 850 manat göndərmiş və qalan pulu da bir neçə günə çatdıracağını demişdir. Bir neçə gün sonra Rafət onunla Bakı şəhərində görüşmüş və o sonuncu ilə axşam saatlarında Şıxov qəsəbəsində yerləşən «Dostluq» restoranına gedərək orada oturub söhbət etmişdilər. Həmin restoranda Rafət ona yerdə qalan 600 ABŞ dolları vermişdir. O, bu pulu alandan sonra tanışıyla əlaqə saxlayıb 1100 ABŞ dolları müqabilində Rafətin tanışının işini həll etməyi xahiş etmiş, lakit tanışı işi görməkdən imtina etmişdir. Rafət sonuncu dəfə ona pul verəndən sonra tez-tez onunla əlaqə saxlayıb tanışının nə vaxt yola salınacığını soruşduqda o, müxtəlif bəhanələr gətirib vaxt qazanmağa çalışırmış, çünki Rafətin bu iş üçün ona verdiyi pulu artıq ehtiyaclarına xərcləmişdir. Rafət işin düzəlmədiyini başa düşüb pulu tələb etməyə başlamış, o isə pulu düzəldə bilmədiyi üçün Rafətdən qaçıb gizlənirmiş. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Təqsirləndirilən şəxs cinayət işinin materiallarında şəkili olan 4169 7413 5087 0620 nömrəli "xxxx" ASC-nin məhsulu olan VİSA tipli kartın anası Şərqiyyə Məlikovanın adma olan sosial pensiyanı almaq üçün bank kartın olduğunu, Rafətin həmin karta ona iki dəfəyə ümumilikdə 2550 manat pul göndərdiyini, cinayət işinin materiallarında olan "xxxx" MMC-nin ödəmə aparatının çap etdiyi iki ədəd qəbzin kserosurətlərində qeyd olunan ödənişlərin ifadəsində qeyd etdiyi kimi Rafətin tanışına görə etdiyi pul köçürmələrin olduğunu, həmin qəbzdəki Ş...M...Ə.... baş hərfləri olan şəxsin anası X2 adının baş hərfləri olduğunu, həmin pulları harada nağdlaşdırdığım xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs sonda, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını və ərizə təqdim edərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhərində yaşayır. Şahid uzun müddətdir ki, tanıyır. Rafət əvvəllər Gəncə-Moskva reysi üzrə dispetçer işləmişdir. X10 əvvəllər uzun müddət Rusiya Federasiyasının Moskva şəhərində yaşayıb orada işləyirmiş. Arabir Azərbaycana gəlibgedirmiş. Sonuncu dəfə Rövşən Elçiyev Azərbaycana gəlib yenidən Rusiya Federasiyasına qayıtmaq istəyərkən Rusiyanın dövlət orqanları tərəfindən girişinə icazə verilmədiyini bilmişdir. Həmin qadağanın nə ilə bağlı bağlı olduğunu öyrəndikdə sonuncu dəfə 3500 rus rubl miqdarında cərimələndiyini öyrənmişdir. Bu səbəbdən də Rövşən Rafətin sərhəd orqanları ilə tez-tez üzləşdiyini bilib sonuncuya bu məsələ ilə bağlı köməkliyin olunması üçün müraciət etmişdir. Rafət də Rövşənin məsələsini bir nəfər tanıdığı adamla müzakirə edəcəyini, cavab deyəcəyini demişdir. Nəticədə Rafətin adını sonradan Emin bildiyi tanışı Rövşənin məsələsi ilə bağlı pul müqabilində köməklik göstərəcəyinə vəd vermişdir. Lakin, Rövşən həmin ərəfədə işləmədiyindən ondan xahiş etmişdir ki, bu pulu sonuncunun əvəzinə o versin. Rafətin deməsindən həmin işin həlli üçün 2100 ABŞ dolları tələb olunmuşdur. Eyni zamanda Eminin deməsindən Rövşən sərhəddən rahat keçməsi üçün soyadında dəyişiklik etməli olmuşdur. Rövşən soyadının sonluğunu VVAQ vasitəsi ilə Elçioğluya dəyişdirmiş və o, Rafətdən xahiş etmişdir ki, veriləcək pulu hisə-hissə versin. Rafət Eminlə danışmış və Emin pulun hissə-hissə verilməsinə etiraz etməmişdir. 2022-ci il avqust ayının axırları-sentyabr ayının əvvəllərində Rafət ona demişdir ki, Emin adlı şəxs pulun bir hissəsini istəyir. Ona görə də 03 sentyabr 2022-ci il tarixdə o, Rafətlə Gəncə şəhərində görüşüb 1000 ABŞ dolları Rafətə vermişdir. Rafət isə bildiyinə görə həmin pulu Eminə ödəmə aparatı vasitəsi ilə göndərmişdir. Bundan sonra Rafət ona bildirmişdir ki, Emin Rövşənin birbaşa Moskva şəhərinin hava limanlarına deyil, Belarusiya vasitəsi ilə getməlidir. Bunun üçün Rövşənə Bakı-Minsk reysinə bilet almış və axşam saatlarında Rövşən Bakıya yola düşmüşdür. Səhəri gün səhər saatlarında Rövşənin Minsk aeroportundan şəhərə buraxılmadığını, geri qaytarıldığını bilmişdir. Rafət Eminlə məsələni dəqiqləşdirəndən sonra sonuncu pulun tam verilmədiyi üçün anlaşılmazlıq ucbatından Rövşənin işinin alınmadığını söyləmişdir. Rövşənin qayıdan günün səhərisi Emin pulun qalan hissəsini istədiyindən o, yenə də Gəncə şəhərində Rafətlə görüşüb Rafətə 500 ABŞ dolları pul vermişdir. Rafət onunla birlikdə pulu bankda manata çevirəndən sonra marketlərin birinə girib 850 manat pulu Emin adlı şəxsin bank kartına göndərmiş və qəbzi ona göstərmişdir. Səhərsi gün o, çatışmayan 600 ABŞ dolları düzəldib Gəncə şəhərində Rafətlə görüşüb sonuncuya vermiş və Rafət həmin pulu aparıb Bakı şəhərində Eminə çatdırmışdır. Rafətdən Rövşənin nə vaxt gedə biləcəyini soruşduqda sonuncu Eminin onlara bunu əlavə deyəcəyini bildirmişdir. Günlər keçirmiş, lakin Rafətdən heç bir xəbər olmadığını görüb tez-tez Rafətə zəng vurub Rövşənin nə vaxt gedəcəyini soruşurmuşlar. Rafət isə Eminlə telefonla danışırmış, Emin məsələni uzatmışdır. Ona görə də onlar bu işdən imtina etmiş və verdiyi pulu Rafətdən geri tələb etmişdir. O, pulunu Rafətdən tələb edirmiş, Rafət isə Emindən polisə şikayət etmişdir. Emin adlı şəxsin Rafəti aldatması nəticəsində ona 2100 ABŞ dolları, yəni manata nisbətdə 3570 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra Rövşən əvvəl Qazaxıstan Respublikasına sonra isə İran İslam Respublikasına işləməyə getmiş, hazırda da oradadır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciə edərək, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 2015-2019-cu illərdə Gəncə avtovağzalında Moskva reysində dispetçer işləmişdir. Həmin vaxtı onun həmçinin “Sprinter” markalı mikroavtobus olmuş, həmin mikroavtobus sərnişinləri Moskva şəhərinə aparıb-gətirirmişdir. Pandemiya ilə əlaqədar isə avtomobil yolları ilə sərnişin daşıma işləri dayanmış və o, alver işi ilə məşğul olmağa başlamışdır. Buna baxmayaraq daimi müştəriləri mənə zəng vurub aviabiletlərin tapılması ilə vasitəçilik etməyi xahiş etdiklərindən o, aviakassalarla əlaqəli işləyib vasitəçilik etdiyinə görə pulunu almaqla qazanc əldə edir. Emin adlı şəxsi o, 2022-ci ilin fevral ayında tanımışdır. Tanıyandan sonra bilmişdir ki, Eminin Rusiya Federasiyasında sərhəd orqanlarında əlaqələri vardır. Bakı şəhərinə gəldikdən sonra Eminlə bir neçə dəfə görüşmüş, aralarında yoldaşlıq münasibətləri yaranmışdır. Təxminən 2022-ci ilin avqust ayının axırlarında daimi müştərilərindən biri olan Rövşən ona müraciət edərək Moskva şəhərinə getmək istədiyini, lakin Moskva şəhərinə getmək üçün Rusiyanın federal orqanları tərəfindən qadağa qoyulduğunu deyib bu qadağanın aradan qaldırılması üçün nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. O, Rövşən adlı tanışına şəxsən bu sahədə tanışların olmadığını, lakin bu işin öhdəsindən gələ biləcək bir adamın olduğunu bildirmişdir. O Emini nəzərdə tutmuşdur. Bundan sonra o Eminlə əlaqə saxlamış və Rövşənin məsələsini sonuncuya danışdıqda Emin qadağanın əgər Azərbaycanın sərhəd orqanları ilə deyil, Rusiyanın dövlət orqanları ilə bağlı olduğu halda öz əlaqələri vasitəsi ilə pul müqabilində Rövşənə kömək edə biləcəyini bildirmişdir. Emin bir neçə gün sonra onunla əlaqə saxlayıb bu işi görmək üçün Rövşənin 2100 ABŞ dolları verməli olduğunu demişdir. O, Rövşənə bu barədə danışanda sonuncu onunla razılaşmış, lakin pulu birdən verə bilməyəcəyini söyləmişdir. O, Eminə bu barədə danışanda sonuncu problem olmadığını, lakin ümumi məbləğdən 1000 ABŞ dollarının əvvəlcədən verilməli olduğunu bildirmişdir. Rövşənlə bu məsələni razılaşdırandan sonra Eminlə əlaqə saxlayıb Rövşənin nə kimi sənədlərin verməli olduğunu soruşduqda Emin Rövşənin soyadının sonluğunda dəyişiklik etməli olduğunu bildirmişdir. Rövşən buna razılıq verəndən sonra VVAQ şöbəsinə gedib avqust ayının son günlərində soyadını Elçiyevdən Elçioğluya dəyişdirmişdir. Bundan sonra Rövşənin Gəncə şəhərində yaşayan kirvəsi Elxan onunla Gəncə şəhərində görüşmüş və Rövşənin işindən ötrü ona 1000 ABŞ dolları vermişdir. O, Eminlə danışmış və pulun bir hissəsinin onda olduğunu bildirmişdir. Gəncədə olduğundan Emin bu pulu sonuncunun bank kartına göndərdiyini demişdir. Emin ona «VVhatsapp» mobil tətbiqi vasitəsi ilə "xxxx"a aid kartın şəkilini göndərmiş və o, Elxanın verdiyi 1000 ABŞ dolları manata dəyişib 03 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən «Asiman» marketdəki milliön ödəmə terminalından Eminin kartına 1700 manat pul göndərmişdir. Emin pulu alandan sonra ondan Rövşənin pasportun şəkilini «Vhatsapp» tətbiqi ilə göndərməyini bildirmişdir. O, Rövşənin pasportun şəkilini Eminə göndərəndən sonra sonuncu tanışı ilə danışıb Rövşənin hansı qaydada uçub getməli olduğunu öyrənəcəyi, sonra onlara cavab verəcəyini bildirmişdir. Həmin gün Emin ona zəng vuraraq Rövşənin Bakı-Minsk aviareysi ilə Minsk şəhərinə getməli, oradan isə Moskva şəhərinə Minsk-Moskva reysi ilə uçub getməli olduğunu izah etmişdir. Rövşən Gəncə şəhərindəki aviakassalarından 04 sentyabr 2023-cü il tarixə aviabilet almış və həmin gün axşam saatlarında Bakı şəhərinə gəlmişdir ki, H.Əliyev adına Beynəlxalq Hava limanından Minsk şəhərinə uçub getsin. Həmin axşam o, bir daha Eminlə danışıb Rövşənin artıq hava limanında olduğunu və uçuşu gözlədiyini bildirmişdir. Emin isə onu əmin etmişdir ki, Rövşən sərbəst uçub gedə bilər, artıq tanışı ilə danışdığını pulu çatdırdığını söyləmişdir. Növbəti günə keçən gecə onun telefonuna xarici nömrədən zəng gəlmişdir. Zəng vuran Rövşən olmuşdur. Rövşən Minsk şəhərində hava limanında olduğunu, lakin təyarədən buraxılmadığını, məhdudiyyətin aradan qaldırılmadığını deyib, qeriyə dönmək üçün bilet alınmadığı halda 2 gün ərzində deport olunanlar üçün yerdə saxlanılacağını, sonra məcburən ölkədən çıxarılacağını demişdir. Sonra onunla Minsk hava limanında işləyən məsul şəxs danışıb izah etmişdir ki, Rusiya və Belarus bir ittifaqda olduqları üçün Rusiyaya daxil olmağa qadağa qoyulmuş şəxslərə Belarusiya dövlətinə də daxil olmağı qadağan olunur. O, məcbur olub gecə ilə tanışlarının vasitəsi ilə Rövşənə qayıtmaq üçün aviabilet tapmış və bir neçə saat sonra Rövşən Minsk- Bakı reysi ilə Bakıya qayıtmışdır. O həmin gecə Eminə zəng vurmuş, lakin sonuncunun nömrəsi sönülü vəziyyətdə olmuşdur. Səhəri gün o, Eminin telefonunun aktiv olduğunu bilən kimi sonuncu ilə əlaqə saxlayıb narazılığını bildirib məsələyə aydınlıq gətirməyi tələb etmişdir. Emin dəqiqləşdirib ona deyəcəyini bildirdiqdən təxminən 3-4 saat sonra ona zəng vurub güya işi görməli olan adamların arasında pulun tam çatdırılmaması ilə bağlı narazılıq düşdüyündən kiminsə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Rövşənin işinin alınmadığını bildirmişdir. O, bu problemin ona aid olmadığını, Emin adlı şəxsin özünün natamam məbləğə razılıq verdiyini xatırladıb səhlənkar yanaşdığına görə pis vəziyyətdə qaldığını demişdir. Emin narahat olmamalarını deyib pulun qalan hissəsi tam çatdırılandan sonra işi görməli olan həmin əməkdaşın növbəsi olduqda Rövşənin uçub gedə biləcəyini demişdir. Səhərsi gün günorta saatlarında Rövşənin kirvəsi Elxan onunla Gəncə şəhərində görüşmüş və Eminə çatdırmaq üçün ona əlavə olaraq 500 ABŞ dolları vermişdir. Həmin gün o, Elxanla birlikdə olanda Gəncə şəhərindən Eminin kartına 850 manat pul göndərmişdir. Bundan sonra Emin yerdə qalan 600 ABŞ dollarını da istəmiş və bildirmişdir ki, 600 ABŞ dolları verilən kimi Rövşənin işi həll olunacaq və sonuncu aviabilet alıb birbaşa Moskvaya uçub gedə bilər. O bunu Rövşənə danışmış və səhərsi gün Elxan onunla Gəncə şəhərində görüşüb 600 ABŞ dolları vermişdir. Ertəsi gün, yəni 08 sentyabr 2022-ci il tarixdə o, şəhərlər arası işləyən taksi maşını ilə Bakı şəhərinə gəlmişdir. Bakıya çatıb taksidən enəndə Eminə zəng vurmuş və təxminən yarım saatdan sonra Emin idarə etdiyi «Hummer» markalı **-BM-*** markalı avtomobil ilə gəlib onu qarşılamışdır. Oradan onlar əvvəl Babək prospektində yerləşən restorana gəlmiş, həmin restoranda Emin «Elçin müəllim" adlandırdığı 45-50 yaşlı kişi ilə görüşmüş və onların söhbət əsnasında Emin idarə etdiyi «Hummer» markalı avtomobili həmin kişidən aldığını, həmin gün rəsmilləşdirdiyini, gəldikləri yerin də həmin kişinin obyekti olduğunu bilmişdir. Orada onlar oturub çörək yemiş və pivə içmək üçün Emin onu Şıxov qəsəbəsində dənizkənarında yerləşən restoranların birinə aparmış, orada onlar oturmuş amma pivə içməmişdilər. Elə orada o, Eminə 600 ABŞ dolları pul vermiş və Emin bu pulu da tanışına çatdırandan sonra Rövşənin arxayan gedə biləcəyini demişdir. O, Rövşənin nə vaxt gedə biləcəyini soruşduqda Emin özünün ona xəbər verəcəyini söyləmişdir. Səhərsi gün o, şəxsi işlərini görəndən sonra Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gün sonra o, Eminə zəng vurmuş, Emin bir qədər də gözləməli olduğunu söyləmişdir. Bu tərəfdən də Rövşən tez-tez onunla əlaqə saxlayıb nə vaxt gedə biləcəyini soruşurmuş. O, Eminlə dəfələrlə əlaqə saxladıqda sonuncu hər dəfə işi uzadırmış. Nəticədə Eminin öhdəliyinə götürdüyü işi görmədiyindən o, pulu sonuncudan tələb etməyə başlamışdır. Lakin, Emin əvvəl müxtəlif bəhanələr gətirib pulun qaytarılmasını uzatmış, sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Nəticədə o, Emindən polisə şikayət etmişdir. Elxanın deməsindən bilmişdir ki, Rövşənin işindən ötrü sonuncunün ona təqdim olunan pul Elxanın özünün olmuşdur. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Şahid Təqsirləndirilən şəxs alınacaq pulu konkret olaraq hansı məsul şəxsə verəcəyini demədiyini, sonuncunun Rusiya Federasiyasında sərhəd orqanlarında tanışların olduğunu bilib özünün Təqsirləndirilən şəxs müraciət etdiyini, Təqsirləndirilən şəxs ona pulun konkret kimə veriləcəyini və ya verildiyini demədiyini, sadəcə «müəyyən adamlara vermişəm» ifadəsini iştətdiyini. Eminin sonuncuya verilmiş məbləğlərdən heç birini lazımi adamlara vermədən həmin pulu mənimsədiyini güman etdiyini, Eminin qeyri müəyyən adamlara veriləcək ifadəsini işlətməsi sonuncuya verdiyi pulu ələ keçirmək üçün bir bəhanə olduğunu bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər əvvəl verdikləri ifadələri təsdiq etmiş, Təqsirləndirilən şəxs Şahid ona təqdim etdiyi 600 ABŞ dolları və 2550 manat pulu əvəzsiz ələ keçirdiyini etiraf edərək həmin pulu ələ keçirməzdən əvvəl niyyətin hər hansı bir öhdəliyi yerinə yetirmək deyil, əmlakı ələ keçirmək olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Şahid istintaqa təqdim edərək cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin kserosurətindən görünür ki, sonuncunun ifadəsində qeyd etdiyi kimi 03 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Asiman” marketdə yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından alan şəxs <<M***** Ş***** 0***** QİZİ» kimi qeyd edilmiş şəxsin 416974******0620 saylı kart hesabına 1700 mnaat və 06 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti 247A ünvanında yerləşən «Moskva» marketdən həmin ödəmə sistemi vasitəsi ilə qeyd olunan kart hesabına 850 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs həmin kart hesabının onun anası X3 məxsus olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Şahid Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən “Dostluq” restoranının həyətyanı sahəsini işarə edərək məhz həmin restoranda 08 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Emin Məlikovla görüşüb tanışı Rövşən Elçiyevin məhdudiyyətin ləbv etdirilməsi üçün sonuncu dəfə Emin Məlikova 600 ABŞ dolları verdiyini bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhmuluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sank-Peterburq şəhər Primorski rayon məhkəməsinin xx.xx.202014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 yanvar 2023-cü il tarixdə axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmiş və 17 mart 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün 08 aprel 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmiş və bu səbəbdən də cinayət işi üzrə icraat təzələnmişdir. 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəllər seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri daha ciddi olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 may 2009-cu il tarixli X5, 16 sentyabr 2010-cu il tarixli X8 adında övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 429 (dörd yüz iyirmi doqquz) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-260/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-260/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver