Məhkəmə qərarları › İş №1(009)-261/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-261/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-261/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lerik rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, Lerik şəhəri, N.Nərimanov küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində ünvansız fərdi yaşıyış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus «BMC» markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtobusla Nefçilər prospekti ilə «Azneft» dairəsi istiqamətində hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduqları halda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bunu etməyərək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanda yerləşən «Kukla teatırı»nın qarşısında, onun hərəkətdə olduğu zolaqda dayanmış, Şahid idarə etdiyi «Mersedes Bens E 250» markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan həmin vaxt avtobusda olan sərnişin Zərərçəkmiş şəxs sol bazu sümüyünün böyük qabarının qopması xarakterli yerdəyişmiş sınığı, eləcədə alın nahiyyəsinin və sol diz oynağı nahiyəsinin ön səthinin qançırları kimi sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, "xxxx" MMC-də 10 saylı marşrut xətti üzrə avtobus sürücüsü vəzifəsində işləyir. 14 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində avtobusu idarə etdiyi zaman qarşısında hərəkətdə olan «Mersedes Benz» markalı avtomaşın anidən saxlamış və o, həmin an hadisənin qarşısını almaq üçün əyləcə basmış, lakin hadisənin qarşısını ala bilməmiş və həmin maşını arxadan vurmuşdur. Həmin vaxt avtobusda 10 nəfərə yaxın sərnişin olmuş, Nərgiz xanımın yıxıldığını görmüş və yaxınlaşaraq onu qaldırmış, telefon nömrəsini zərərçəkmiş şəxsə vermiş nə lazım olarsa ona zəng vurmasını bildirmişdir. Zərərçəkmiş isə ona təcili yardım çağırmasını bildirmişdir. Daha sonra zərərçəkmiş onu taksi ilə evinə göndərməsini bildirmiş və o, taksi çağırıb zərərçəkmişi evinə göndərmişdir. Səhərisi günü zərərçəkmiş ona zəng vuraraq qolunun əzildiyini və gəlib onu həkimə aparmasını bildirmiş, o, isə Respublika Baş Dövlət Yol Polis İdarəsində olduğunu və onunla daha sonra əlaqə saxlayacağını demişdir. Bir müddət sonra ona polis idarəsindən zəng gəldiyini zərərçəkmişin çiynin sındığını və haqqında şikayət olduğunu bildirmişlər. O, zərərçəkmişlə görüşüb xəstəxanaya getmiş və ona rentgen çəkdirmiş, həkim onlara heç bir sınıq olmadığını bildirmişdir. Bundan sonra zərərçəkmiş ekspertizaya getmiş və ekspertin rəyinə əsasən sağlamlığına az ağır zərərvurmaya aid rəy verilmişdir. O, həmin rəylə razılaşmamış, təkrar ekpertiza təyin edilmiş və rəy eyni olmuşdur. Məhkəmədən hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində avtobusda olan zaman avtobus sürücüsü anidən əyləcə basmış və qarşıda dayanan Mercedes markalı avtomaşını vurmuş və toqquşma nəticəsində o, özünü saxlaya bilməmiş, iki oturacağın bitişən istiqamətinə yıxılmış və nəticədə sol qolu sınmış və sol diz nahiyəsindən xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində «Kukla» teatırının qarşısında yolda olarkən işıqfor ani yanmış və o, maşını saxlamışdır. Daha sonra Baku Busun sürücüsü onun idarə etdiyi Mercedes markalı avtomaşını arxdan vurmuşdur. Hadisədən sonra həmin vaxt avtobusda bir qadın xəsarət almış, qolunun və ayağının ağrıdığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs onu taksi ilə evinə göndərmişdir. Ona dəyən zərər tam şəkildə ödənilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, HK-449 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol bazu sümüyünün böyük qabarının az yerdəyişən qapalı sınığı, eləcə də alın nahiyəsinin və sol diz oynağı nahiyəsinin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aitdirlər. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 491 saylı təkrari ekspertizalar şöbəsinin rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol bazu sümüyünün böyük qabarının qopma xarakterli yerdəyişməsiz sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aitdir. Məhkəmə Eskspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 8/2652 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən BMC markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Mersedes Benz E250 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tətqiqi xüsusi bilik tələb etmir. 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Lənkaran RQİTBŞ tərəfindən 09 may 2015-ci il tarixdə verilmiş AB seriyalı 675781 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BCD dərəcəli sürücülük hüququ vardır və 2025-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən AD nömrəli 782765 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Bens E250” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən Şahid adına qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı onun əməlində inzibati xəta tərkibi olub olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuşdur, yəni sürücü Təqsirləndirilən şəxs BMC markalı avtobusu «Neftçilər» prospekti ilə «Azneft» dairəsi istiqamətində qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşısında onunla eyni istiqamətdə, eyni zolaqda düzünə hərəkdə olan Mersedes Benz E250 markalı avtomobilin arxa hissəsi ilə toqquşması onu izah edir ki, hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs təhlükəsizliyi təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də BMC markalı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğünsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Səbail RPİ-nin X2 Şöbəsinə göndərilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, H/hesabı AZ75AİİB********************, VÖEN **********) köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 156.4, 180.3, 193, 197-198, 344-347, 354, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X2 Şöbəsinə göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, H/hesabı AZ75AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar