Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-261/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs11 Ədil qızı və Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən “Pro Bono” Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvəllər məhkum olunmamış, “onlinexeber.com” xəbər portalının direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Meyvə-tərəvəz bazası ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazində yaşamış və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan cinayətdən xəbərsiz “Xoşqədəm” adlı şəxsin vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs11 Ədil qızına işlədiyi Bakı şəhəri, Səbail rayonu, O.Nemanzadə küçəsində yerləşən 162 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi üzrə əmək müqaviləsinin 3 (üç) il müddətinə uzadılmasına dair biləbilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanıb, bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda, əvvəlcədən bu kimi cinayət törətmək niyyətində olaraq bunun müqabilində onun üçün hər hansı bir işi görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq, bu adla özünün guya geniş əlaqələrinin olduğunu, aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsi ilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalandan vəd verib aldatmaqla 2023-cü ilin mart ayında Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, 39 saylı evin, 3 saylı mənzilində 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs11 Ədil qızına məxsus 1.500 (min beş yüz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin iyun ayında sonuncudan nağd şəkildə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən "Öz yerimiz” adlı restoranda 2.000 (iki min) manat, bu hadisədən təxminən bir həftə sonra istifadəsində olan 4098 5844 9605 6894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində köçürdüyü 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus ümümilikdə 2.178 (iki min yüz yetmiş səkkiz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə dörd otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 02 iyul 2023-cü il tarixdə saat 12:29-da cinayətdən xəbərsiz Şahid1 istifadəsində olan 4098 5844 9450 9217 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 2.000 (iki min) manat, 08 iyul 2023-cü il tarixdə saat 16:44-də həmin bank kartı hesabına köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Öz yerimiz” adlı restoranda Şahid1 vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 2.173 (iki min üç yüz yetmiş üç ) manat məbləğində özgənin əmlakını etibıırdan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə üç otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin iyul ayında ünvan 3 ünvanında yerləşən kişi salonunun qarşısında 2.000 (iki min) manat, bu hadisədən bir neçə gün sonra həmin ünvanda 173 (yüz yetmiş üç) manat, 28 iyul 2023cü il tarixdə isə istifadəsində olan 4098 5844 9605 6894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına həmin ünvandan köçürdüyü 150 (yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2.323 (iki min üç yüz iyirmi üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz X2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə üç otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Öz yerimiz” adlı restoranda 1.000 (min) manat, 17 avqust 2023-cü il tarixdə isə istifadəsində olan 4098 5844 9605 6894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına Bakı şəhəri, Suraxanı rayonu ərazisindən köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1.173 (min yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs16 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 13 avqust 2023-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, 4-cü MKR, İskəndərov küçəsində yerləşən “Alvadi” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbərsiz Şahid1 bildirdiyi 416973******3668 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 2.000 (iki min) manat, bu hadisədən bir neçə gün sonra həmin bank kartı hesabına həmin ünvandan köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisində Şahid1 vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs16 məxsus ümumilikdə 2.173 (iki min yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə üç otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin avqust ayında ünvan 5 ünvanında yerləşən “Yasamal Mall”-ın qarşısında 1.980 (min doqquz yüz səksən) manat, bundan təxminən 10 gün sonra Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Üç Tac” yaşayış kompleksinin yaxınlığında 147 (yüz qırx yeddi) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 2.127 (iki min yüz iyirmi yeddi) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən notariat kontorunun yaxınlığında 2.000 (iki min) manat, bundan təxminən bir ay sonra Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Biz Plus” idman zalının qarşısında 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 2.178 (iki min yüz yetmiş səkkiz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs7 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 10 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Koroğlu” parkının yaxınlığında cinayətdən xəbərsiz Şahid1 verdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində sonuncudan alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs7 məxsus 2.000 (iki min) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs12 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə dörd otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 02 sentyabr 2023-cü il tarixdə, ssat 12:18-də “Leo Bank”-a məxsus mobil tətbiqi vasitəsi ilə cinayətdən xəbərsiz Şahid1 bildirdiyi 409858******1934 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı sabına köçürdüyü 173 (yüz yetmiş üç) manat, 2023-cü ilin sentyabr ayının təxminən ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Şahid1 verdiyi 1.000 (min) manat, 25 sentyabr 2023-cü il tarixdə saat 17:18-də ünvan 7 ünvanında yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə Şahid1 bildirdiyi 409858**97071934 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 1.000 (min) manat məbləğində pul vəsaitini həmin tarixlərdə sonuncudan Bakı şəhəri, Nərimanov rayonu ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs12 məxsus ümumilikdə 2.173 (iki min yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs13 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan üç otaqlı güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin noyabr ayında ünvan 8 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında 2.500 (iki min beş yüz) manat, bundan bir neçə gün sonra Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən “Odun” kafesində 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs13 məxsus ümumilikdə 2.673 (iki min altı yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs17 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun cinayətdən xəbərsiz Şahid1 2023-cü ilin oktyabr ayında verdiyi 2.000 (iki min) manat, bundan təxminən bir ay sonra Şahid1 bildirdiyi 409858**97071934 nömrəli ‘‘Unibank” ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisində sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs17 məxsus ümumilikdə 2.173 (iki min yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 24 noyabr 2023-cü il tarixdə, saat 16:41-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan **********056894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 300 (üç yüz) manat, bundan bir neçə gün sonra həmin bank kartı hesabına ünvan 9 ünvanından köçürdüyü 400 (dörd yüz) manat və bundan bir neçə gün sonra həmin bank kartı hesabına sonuncu ünvanda köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 873 (səkkiz yüz yetmiş üç) manat məbləğində özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz X2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs9 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 20 sentyabr 2023-cü il tarixdə saat 23:19-da ünvan 10 ünvanında yerləşən “Real” marketdə olan “PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan **********056894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 2.000 (iki min) manat, 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində borc müqaviləsi adı altında Zərərçəkmiş şəxs9 4.000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 6.000 (altı min) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs18 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda əlilliyə görə əmək pensiyası ilə təmin olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldatmaqla sonuncudan 11 dekabr 2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs18 məxsus 1.500 (min beş yüz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs14 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda əlilliyə görə əmək pensiyası ilə təmin olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 17 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 12 ünvanında 1.700 (min yeddi yüz) manat məbləğində pul vəsaitini alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs14 məxsus 1.700 (min yeddi yüz) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs15 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X4 satışda olan iki ədəd güzəştli mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 24 dekabr 2023-cü il tarixdə, saat 16:35-də ünvan 13 ünvanında yerləşən “Akay” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan **********056894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 2.200 (iki min iki yüz) manat, 27 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində borc müqaviləsi adı altında rəsmiləşdirməklə Zərərçəkmiş şəxs15 2.200 (iki min iki yüz) manat, 30 dekabr 2023-cü il tarixdə, saat 09:58-də ünvan 13 ünvanında yerləşən “Akay” marketdə quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 173 (yüz yetmiş üç) manat, 30 dekabr 2023-cü il tarixdə saat 09:59-da ünvan 13 ünvanında yerləşən “Akay” marketdə olan “Mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs15 məxsus ümumilikdə 4.746 (dörd min yeddi yüz qırx altı) manat məbləğində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan cinayətdən xəbərsiz “Təranə” adlı şəxsin vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs10 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə üç otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncunun 07 yanvar 2024-cü il tarixdə, saat 16:56-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən “Bazarstore” supermarketdə “Mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan **********056894 nömrəli "xxxx" ASC-ə məxsus bank kartı hesabına köçürdüyü 2.000 (iki min) manat, 08 yanvar 2024-cü il tarixdə saat 12:14-də həmin ünvanda “Mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 2.500 (iki min beş yüz) manat, 10 yanvar 2024-cü il tarixdə, saat 22:39-da həmin ünvanda “PashaPay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartı hesabına köçürdüyü 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz X2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs19 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib inam və etibarını qazanaraq hər hansı bir səlahiyyətə malik olmadığı halda Azərbaycan Respublikası Mənzil X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi mənzillərdən güzəştli şərtlərlə iki ədəd iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair yalandan vəd verib aldatmaqla sonuncudan 05 noyabr 2023-cü il tarixdə ünvan 15 ünvanmda yerləşən 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində borc müqaviləsi adı altında 2.000 (iki min) manat, 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində borc müqaviləsi adı altında 2.000 (iki min) manat, bundan təxminən bir həftə sonra Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Su İdmanı Sarayının yaxınlığında 600 (altı yüz) manat, 10 fevral 2024-cü il tarixdə günorta saatlarında yaşadığı ünvan 17 ünvanında 4.700 (dörd min yeddi yüz) manat, 15 fevral 2024-cü il tarixdə səhər saatlarında sonuncu ünvanda 4.700 (dörd min yeddi yüz) manat, 17 fevral 2024-cü il tarixdə günorta saatlarında sonuncu ünvanda 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs19 məxsus ümumilikdə 14.600 (on dörd min altı yüz) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, bu iş üzrə bir neçə nəfər var ki, onları ümumiyyətlə tanımır, birinci dəfə Kürdəxanıda görmüşdür. Onu əvvəl CM-nin 182-ci maddə ilə tutmuşlar, sonra 178-ci maddə ilə cinayət işi başlamışlar. Dilşad adamlardan 20 min manatdan çox pul almışdır. Vətəndaşların hamısının nömrəsini müstəntiqə Dilşad özü vermişdir. Həbs olunana qədər ondan heç kəs şikayətçi olmamışdır. Göstərilən məbləğlər çox böyük məbləğlərdi. Zərərçəkmiş şəxs17 ilk dəfə məhkəmədə görmüşdür, onunla heç bir əlaqəsi, telefon danışıqları olmamışdır. Rusifin işində ona 1400 manat pul çatmışdır. Pulu isə ona bu iş üzrə şahid qismində keçən Şahid1 vermişdir. Heç kimi aldatmaq məqsədi olmamışdır. Həmin məbləğləri zəhmət haqqı kimi alırmış. Zərərçəkmiş şəxs17 1400 manat, Zərərçəkmiş şəxs12 1400 manat, Zərərçəkmiş şəxs13 1400 manat, Zərərçəkmiş şəxs3 1350 manat, Zərərçəkmiş şəxs15 2800 manat, Zərərçəkmiş şəxs14 900 manat pul çatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 bildirmişdir ki, Ramili ilk dəfə məhkəmədə görmüşdür, 2000 manat pulu ondan Dilşad almışdır, 173 manat pulu isə Dilşadın kartına göndərmişdir. Ramildən isə şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 bildirmişdir ki, Ramili ilk dəfə Kürdəxanıda görmüşdür. O, Dilşadı tanımışdır, Dilşad Ramili ona xalasıoğlu kimi təqdim etmişdir. Dilşada 2000 manat pul vermişdir, 173 manat isə kartına atmışdır. Ramillə ünsiyyəti olmamışdır. Sadəcə Dilşad yanında Ramillə telefonda danışıb. Ramildən şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 bildirmişdir ki, Dilşadla Ramil pulu istəmişlər, pulu Dilşada vermək istədikdə o, Ramili göstərək işi onun gördüyünü bildirmişdir. O da 2500 manat və 173 manat pulu Ramilə vermişdir. Ramili Dilşadın vasitəsilə tanımışdır, hər ikisindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Ramil ona DTX əməkdaşı olduğunu bildirmiş, o da inanmış, 2000 manat, 150 manat və 173 manat, cəmi 2323 manat pulu ona vermişdir. Ramildən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 bildirmişdir ki, Ramili Dilşad vasitəsi ilə tanımışdır. Onu bir dəfə görmüşdür. Pulu Dilşada uzadanda o bildirmişdir ki, bu işi Ramil görəcək, pulu ona ver, o da 1500 manat pulu Ramilə vermişdir. Dilşad və Ramildən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Dilşadla tanış olmuş, ona bu prosesi izah etmiş, iş alınmasa pulunun geri qaytarılacağını bildirmişdir. Buna görə də arxayın olmuş, pulu vermişdir. 2000 manat pulu Dilşadın kartına,173 manat pulu isə Ramilin kartına göndərmişdir. Bütün yazışmalar telefonunda qalır, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 bildirmişdir ki, Ramili Ülfət vasitəsilə tanımışdır, keçən ilin oktyabrın 5-də borc müqaviləsi ilə Ramil ondan 2 sosial evin alınması üçün 4000 manat, sonra isə sığorta pulunu almışdır. Fevralın 10-da 4700 manat, fevralın 15-də isə 700 manat pulu evində vermişdir, ev isə alınmamışdır. 14600 manat pulu birbaşa Ramilin özünə vermişdir. İş alınmadıqda pulu qaytarmadığını görüb polisə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 bildirmişdir ki, işlədiyi uşaq bağçasının yanında marketi işlədən şəhid Əlinin anası Təranə adlı xanım onu Ramilə yönəltmişdir. Ramil onlardan pul istəmiş, bankdan pul götürərək 7000 manat pulu bir həftə ərzində hissə-hissə evlərinin yanında Bazarstore marketindən Ramilin kartına atmışdır, səhərisi günü pulunu geri tələb etmişdir. Ramil 2000 manatı qaytarmış, 5000 manatı isə qalmışdır. Şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 bildirmişdir ki, Ramili Dilşad vasitəsilə tanımışdır. Bankdan pul götürərək 2400 manat bir, 2400 manat da bir Ramilin kartına pul göndərmişdir. 173 manatı da iki dəfə göndərmişdir. Kirayədə yaşayır, pulunu geri istəyir, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 bildirmişdir ki, 2023-cü ilin dekabrın 22-də Ramillə görüşmüş, Dilşadla ikisi onun evinə gəlmişlər. Əlillik düzəltmək üçün sənədləri və sənədlərin içərisindəki 1700 manat pulu onlara vermişdir, o heç bir yerə şikayət etməmişdir, polisdən onu çağıranda bilmişdir ki, işi düzəlmir. Şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Ramili ilk dəfə dostu Ülfət vasitəsilə tanımışdır. Bu prosesi Dilşad aparırdı. Mənzillə bağlı 2000 manat pulu Dilşada vermişdır. Sonradan onun dələduz olduğunu bilmişdir. Ülfət ona bu pulun 1300 manatının Ramilə, 700 manatının isə Dilşada çatdığını bildirmişdir. Ona pul qaytarılmayıb, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 bildirmişdir ki, Ramili şəxsən tanımır, adını eşitsə də, özünü görməmişdir. Dilşadı isə iş yoldaşının vasitəsilə tanımışdır. Sosial layihə ilə bağlı birinci dəfə Dilşad 2000 manat pul istəmiş və həmin pulun Ramilə çatacağını bildirmişdir. Həmin pulu, sonradan sənədləşmə üçün də 173 manat pulu karta göndərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Dilşadı çoxdan tanıyır, onun telefonunda sosial evlərlə bağlı işlərdə yardım etdiyini görmüşdür. Görüşəndə dedi ki, Ramil xalası oğludur, sonra isə dedi ki, dayısı oğludur. Görüşdə özü, Ramil, Dilşad və Ülfət olmuşdur. 2000 manat pulu bir dəfə, 173 manat pulu da bir dəfə əlbəəl Dilşada vermişdir. Dilşad bütün işləri Ramilin görəcəyini demişdir. Həm Dilşaddan, həm də Ramildən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 Ədil qızı bildirmişdir ki, əvvəl müəllim işləmiş, hal-hazırda təqaüdçüdür. Bir valideyni bu işlərlə bağlı onu Ramillə tanış eləmişdir. Ramil ona polisdə işlədiyini bildirmişdir. 3750 manat pulu bir, 2 dəfə olmaqla 300 manat, yəni 600 manat pulu da bir Ramilə vermişdir. Həmin puldan ona qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Ramilin yanında mətbuat katibi işləyir, Leyla xanım və başqa adını bilmədiyi bir xanım Binəqədidə notariusun qabağında pul verməli idilər. Dilşad da orda olmuşdur, o, könüllü işçi olmuşdur. Ərizə tərtib edildi, hər iki xanım 2000 manat və 2000 manatdan çox pulu Ramilə vermələri barədə “pulu verdi” hissəsində imza atdılar, Ramil isə "pulu aldı” hissəsində imza atdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, elan paylaşmaqla məşğuldur. Ramili 2023-cü ilin yanvar-fevral aylarından tanıyır. Onu rəhmətlik Ülfət vasitəsilə tanımışdır. Ramil dövlət işində işlədiyini bidirmişdir, Aysel isə onun mətbuat katibi olmuşdur. Gətirdiyi hər adama görə ona xidmət haqqı verirdi. Bu işlərin qeyri-qanuni olduğunu bilməmişdir. Ramil sənədləri ona toplatdırır, o da gətirib təhvil verirmiş, onun elanları vasitəsilə müraciət edirdilər, Ramillə isə özləri görüşürdü. Bir neçəsi ilə Ramil ASAN Xidmətdə borc müqaviləsi bağlamışdır. Pulu onun kartına atırdılar, o isə öz növbəsində Ramilə verirmiş. Müştəriləri Ramillə o görüşdürmüş, amma eləsi olurdu görüşmürdü. Bütün iş prosesini Ramil ona yazılı şəkildə atırdı. Məsələn, deyirdi ki, sənədlər 45 gün ərzində təsdiqlənəcək. 6 ay müddətində qalan sənədləri pulla birlikdə verirdilər, eləsi olurdu, Ramil müəllimlə notariusa gedib müqavilə bağlayırdı, bəzilərini Ramil müəllim öz möhürü ilə təsdiqləyirdi. O ancaq xidmət haqqımı almışdır. Ramillə aralarında hansısa xidmətin göstərilməsinə dair müqavilə bağlanmamışdır. Ramilin telefonuna zəng çatmayanda vətəndaşlar narazılıq etməyə başlamışlar. Ona Arazdan 120 manat, Aynurdan 240 manat, Fərmayıldan 120 manat, Faiqdən 100 manat, Muraddan 120 manat, Seymurdan 600 manat, Şəfadan 120 manat, Rusifdən 620 manat, Elşəndən 620 manat, Gülşəndən 250 manat pul çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ramil Nəsibəyə sosial evlərin alınmasında köməklik edəcəyini bildirmişdir. Nəsibə Ramilə 2000 manat pul verəndə şahid olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onu da çağırmışdılar. Gedib izahat vermişdir. Sonradan həmin pulun Nəsibəyə qaytarıldığını bilmişdir. İş materiallarında olan 08 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd bank çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 239 İİİ cild). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman telefonun “WhatsApp” bölməsində Zərərçəkmiş şəxs4 məxsus +994 55 748 24 68 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 99 380 14 00 mobil telefon nömrələrinin arasında sms yazışmaları aşkar edildiyindən 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi X8 təhvil verilmişdir. (səh 252 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 242 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk və 03 ədəd bank çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 244 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk, 01 ədəd bank çıxarışı və 01 ədəd borc müqaviləsi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 244 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk, 02 ədəd bank çıxarışı və yazılı mesajları özündə əks etdirən fotogörüntülər sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 249 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış mesajlaşmaları özündə əks etdirən 01 ədəd CD disk, 01 ədəd bank çıxarışı və yazılı mesajların fotogörüntüləri sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 239 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 245 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, 02 ədəd bank çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 239 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, 03 ədəd bank çıxarışı və 01 ədəd borc müqaviləsi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 239 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, aralarında aparılmış səsli yazışmaları özündə əks etdirən 01 ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 247 İİİ cild). İş materiallarında olan 09 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, 08 mart 2024-cü il tarixdə 20:15-də Təqsirləndirilən şəxs tutulmuşdur. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli 4(005)-347/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 4(005)-729/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 avqust 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi X8 təhvil verilmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, 04 ədəd bank çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 249 İİİ cild). İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli cinayət işinin birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilir. İş materiallarında olan Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21522/24 saylı axtarış işi açılmışdır və xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu ərazisində saxlanılaraq İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 06 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X6 görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd bank çıxarışı sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 249 İİİ cild). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs18 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aralarında aparılmış səsli danışıqları özündə əks etdirən 01 ədəd CD disk, bank çıxarışı və 02 ədəd borc müqaviləsi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 243 İİİ cild). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs adına olan 01 ədəd “Leobank”a məxsus 4098 **** **** 6894 hesabından çıxarışı- 01 ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh 253 İİİ cild). İş materiallarında olan 14 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 11 mart 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZ-İ seriyalı, 998865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X1” qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 370946 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X1” qeyd edilmişdir. İş materiallarında olan TQS 027 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan xəstəlik tarixçəsinin çıxarışdan görünür ki, X1 2014-cü il tarixdən vərəm xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan 022795 nömrəli vəsiqənin surətindən görünür ki, X10 ömürlük əlildir. Zərərçəkmiş şəxs8 ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı övladının olmasını, həyat yoldaşının xəstəlikdən əziyyət çəkməsini, atasının ömürlük əlill olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Nərimanov rayon Məhkəməsinin 09 mart 2024-cü il tarixli 4(005)- 347/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 ədəd maddi sübut kimi tanınan və DİN-in BMCMİ-nin maddi X8 təhvil verilmiş “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 11 (on bir) ədəd disk və borc müqavilələri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) gün müddət, bir günə bir gün hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə 1 ədəd maddi sübut kimi tanınan və DİN-in BMCMİ-nin maddi X8 təhvil verilmiş “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 11 (on bir) ədəd disk və borc müqavilələri cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən 20 gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-261/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-261/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver