Məhkəmə qərarları › İş №1(009)-262/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-262/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-262/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kürdəmir rayon Karrar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edib, sonuncunun bacısı oğlu X1 Sumqayıt Ağır Cinayətlər Məhkəməsində olan işinin müsbət istiqamətdə həll etdirəcəyinə vəd verib inandıraraq, bu adla 07 fevral 2023cü il tarixdə saat 11:30 radələrində Zərərçəkmiş şəxs sonuncunun tanışı Şahid vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu A.Abbaszadə küçəsi ilə İ.Nəbiyev küçəsinin kəsişməsində, X5 yaxınlığında 1700 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-c maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, əvvəllər iki dəfə məhkum olunmuşdur, sonuncu dəfə 2014-cü ildə tanışını döydüyü üçün Binəqədi rayon məhəkəməsi tərəfindən barəsində 1 il müddətində islah işi verilmişdir. Tamaranı əvvəldən tanımışdır, Bəhlulu da tanışı Tamaraya görə tanımışdı. Tamara ilə aralarında olan söhbət zamam deməsinə görə onun tanıdığı Bəhlulun bacısı oğlunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsində olan işinin müsbət mənada həll olunması üçün köməklik olunmasını dedikdə buna razılıq vermişdi. Bundan sonra sonra 06 fevral 2023-cü ildə bir üçüzdə Bakı şəhərində NZS qəsəbəsində görüşmüş, oradan da taksi ilə birlikdə Səbail rayonu “Oxfort” adlı məktəbinin yanına gəlmişlər. Həmin zaman orada yolun kənarında olan kafenin ikinci mərtəbəsində əyləşib cay içmişlər və bu zaman aralarında olan söhbət zamanı bu işin həlli üçün 5000 manat pul istəmişdi. Lakin Bəhlul hazırda o qədər pulu olmasını demişdi, söhbət əsasında belə bir razılaşma oldu ki, Bəhlul üstündə üstündə 1700 manat pulunun olmasını dediyi üçün bunu bilmişdir. Bəhlulun yanında etibar qazanmaq üçün ilk gündə pulu əldə etmək istəməmişdir. Belə ki, həmin zaman onların yanında öz mobil telefonu ilə güya müəllimə zəng etmiş ki, onunla bu iş barədə danışsın, lakin müəllimin işdə olmadığını deyib səhər yenədə eyni yerdə görüşməyi demişdi. Səhəri gün yəni, 07 fevral 2023-cü ildə saat 11 radələrində “Oxfort” orta məktəbin yanında üçü də həmin kafedə görüşmüşlər. Aralarında olan söhbət zamanı yenə də istifadəsində olan mobil telefonla guya müəllimə zəng edib onunla damışmışdır. Bundan sonra Bəhlul pulu Tamaraya vermiş, Tamarada həmin 1700 manat pulu ona vermişdi. Həmin işin kimin vasitəsi ilə həll edəcəyini deməmişdi, bununla bağlı sörüşduqda həmin adamın adını demədən ona müəllim kimi bildirmişdi. Həqiqətəndə maddi cəhətdən imkanın zəif olduğundan pulu ələ keçirmək üçün belə işi həll edəcəyinə söz vermişdi. Bəhlulun qohumunun işini həll olunması ilə bağlı Bəhlulun onun heç bir maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını və azadlıqda olarsa dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclaslarında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Binəqədi rayonu və digər rayonlarda Mühafızə polisində polis nəfəri kimi işləmiş, hazırda 2-ci qrup əlildir və təqaüddədir. X3 ilə aralarında əwəldən heç bir ədavət və ya düşmənçili olmamışdır. Tamaranı 08 fevral 2023cü ildə DİN-nə zəng edərək və 41-ci polis bölməsinə ərizə ilə etdiyi müraciətdən xəbəri olmuşdur. Belə ki, bacısı oğlu Əlisultanm işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində müsbət mənada həll olunması üçün Tamaranın vasitəsi ilə tanıdığı Rüzigara 1700 manat pul vermişdir. Həmin pul özünə məxsus pul olmuşdur. Belə ki, 06 fevral 2023-cü ildə uzaq qohumluq əlaqələri olan Tamaranın yaşadığı ünvana getmiş, orada olan söhbət zamanı bacısı oğlu Əlisəfanın barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinin olmasını demiş və onun bu işinə müsbət mənada köməklik etmək üçün adam axtarmağını bildirmişdi. Həmin söhbət zamanı Tamara bu işə görə belə bir adam tammasını deyib yanından öz şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun, həmin zaman adını bildiyi Rüzgarın ***-***-**-** nömrəsinə zəng edərək dediyi işlə bağlı onunla danışmışdı. Həmin zaman Tamaranın dediyi adamın adının Rüzgar olduğunu bilmişdi. Rüzgar bu işin qiymətinin 5000 manat olmasını demişdir. Həmin gün, yəni 06 fevral 2023cü ildə saat 14-15 radələrində Tamara ilə birlıkdə Rüzgarla görüşmək üçün Bakı şəhərində NZS qəsəbəsinə gəlib orada görüş, orada olan zaman aralarında olan danışıqdan belə oldu ki, Rüzgar bu işin həll üçün 5000 manat pul istədikdə 5000 manat pulu tam olaraq verməyə maddi imkanm olmadığını demişdi. Bundan sonra belə qərara gəlmiş ki, üstündə olan 1700 manat pulu versin, qalan puluda sonra verər. “Oxford” məktəbinin yaxınlığnda olan kafedə görüşüb söhbət etmiş, aralarında olan bu danışıq zamanı Rüzgara bu işi kimin həll edəcəyini soruşduqda o, adını demədiyi lakin həmin şəxsin adını hörmət əlaməti olaraq müəllim kimi adlandırmışdı. Səbail rayonu A.Abbaszadə küçəsinə “Oxford” məktəbinin yanında olan zaman Rüzgar demişdi ki, guya işin həlli üçün adını demədiyi bir müəllimin vasitəsi ilə edəcəkdir. Belə oldu ki, birlikdə taksi ilə oradan uzaqlaşmışlar və yoda Rüzgar taksidən düşmüşdü, Tamara ilə evinə getmişdi. Həmin vaxtı Rüzgara pul verməmişdi, pul özündə saxlamışdı. Bundan sonra həmin günü səhəri, yəni 07 fevral 2023-cü ildə saat 11:30 radələrində Tamara ilə birlikdə əwəl görüşdükləri yerə, yəni Səbail rayonu A.Abbaszadə küçəsində “Oxford” məktəbinin yanına gəlmiş və Rüzgarla orada görüşmüş, əwəldən danışdıqları kimi bacısı oğlunun işinin müsbət mənada həll olunması üçün özündə olan 1700 manat pulu piyada olaraq gedən zaman Səbail polisinə gedən yolda, Nəbatat bağının yanında Tamaraya vedi ki, sonuncu da həmin pulu Rüzgara versin. Həmin zaman Tamarada aldığı 1700 manat pulu Səbail polisinə gedən yolda, Nəbatat bağının yanında Rüzgara vermişdir. Bundan sonra Rüzgarla birlikdəəvvəl görüşdükləri kafeyə getmiş, kafedə olan zaman Rüzgar öz mobil telefonu ilə kiminləsə zəng edib danışmışdı, lakin həmin şəxsin adını və nömrəsini, harada, hansı vəzifədə işləməsi və ya hansı işlə məşqul olmasını belə bilməmişdi. Ümumiyətlə Rüzgar belə bir məlumat verməmişdir. Rüzgara zəng gəldiyi üçün kiminləsə danışdıqdan sonra əynində olan qara rəngli gödəkçəsini kafedə stolun başında qoyub danışdığı adamla görüşməyə getmişdi. Lakin gec gəldiyi üçün Rüzgarı həmin kafedə 1 saat yarım gözləmiş, gəlmədiyinə görə ona zəng etmiş, lakin Rüzgar zəngə cavab verməmişdi. Belə olduqdan sonra Tamara ilə birlikdə ikisidə orada çıxıb evlərinə getmişlər. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əvvəllər Xətai rayonunda olan Çəmşid Naxçıvanski adına hərbi məktəbin yanında yerləşən mağazada işləmişdir, Bəhlulla uzaq qohumluq əlaqələri var, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin Rüzgari da bir neçə ildir ki, tanımışdır, onunla da aralarında əwəldən heç bir ədavət və ya düşmənçilik olmamışdır. 06 fevral 2023-cü ildə Bəhlul yaşadığı ünvana gələrək aralarında olan söhbət zamanı onun bacısı oğlu Əlisultanın barəsində Sumqayıt Ağır Cinayətlər məhkəməsində cinayət işinin olmasını və bu işdə ona müsbət mənada köməklik edilməsi üçün adam axtarmasını dedikdə istifadəsində olan mobil telefonla əwəldən tanıdığı Rüzgara zəng etmiş, aralarında olan söhbət zamanı Ruzigara uzaq qohumu olan Bəhlulun bacısı oğlu Əlisultanın Sumqayıt Appelyasiya Məhkəməsində olan işinə köməklik olunması ilə bağlı danışdıqda Ruzidar bu işə 5000 manata qədər pul lazım olacağını demişdir. Ona görə də həmin gün, yəni 6 fevral 2023-cü ildə saat 14-15 radələrində Bəhlulla birlikdə Rüzgarla görüşmək üçün NZS qəsəbəsinə getmiş, NZS-də Rüzgarla görüşmüşlər, bununla bağlı söhbət etmişlər. Belə ki, bu işlə bağlı Rüzgar adını demədiyi bir müəllimin köməklik edəcəyini deyib danışaraq birlikdə oradan Səbail rayonu Badamdar qəsəbəsibndə olan Oxford orta məktəbin yanma gəlmişlər. Həmin zaman üçüdə orada olan kafedə əyləşib Bəhlulun bacısı oğlu Əlisultanın Sumqayıt Appelyasiya Məhkəməsində olan işinin müsbət mənada həll olunmasına dair aralarında söhbət etmişlər. Aralarında olan söhbət zamanı Rüzgar yenə də bu işin qiymətinin 5000 manat olmasını dedikdə Bəhluq 5000 manatı bir dəfəyə verməyə maddi imkanı olmadığını bildirmişdi. Rüzgarla Bəhlul belə razılığa gəldilər ki, aralarında olan işin müsbət mənada həll olunması üçün Bəhlul ilkin olaraq 1700 manat pul verəcək, iş həll olunduqdan sonra isə 3300 manat pul verəcəkdir. Həmin söhbətdən sonra Rüzgar istifadəsində olan mobil telefonla bu işin həll olunması üçün nömrəsini demədiyi, adını konkret olaraq bildirmədiyi və harada işləməsi barədə məlumat vermədiyi şəxsin mobil telefonuna zəng etmiş, həmin şəxs cavab vermədiyini deyərək başı qarışıq olduğunu bildirmişdi. Belə oldu ki, səhəri gün, yəni 7 fevral 2023-cü ildə saat 11:30 radələrində Bəhlul və Rüzgarla birlikdə Badamda qəsəbəsində görüşmüşlər və piyada gedən zaman Bəhlul qardaşı oğlunun işinin məhkəmədə müsbət mənada həll olunmasına görə gətirdiyi 1700 pulu ona vermiş, həmin pulu Səbail polis idarəsinin yaxınlığında, Nəbatət bağının yanında yolda Rüzgara vermişdir. Bundan sonra yenə də əvvəlki kimi Badamdar qəsəbəsində olan “Oxford” orta məktəbin yanında əwəl oturduqları kafedə əyləşib söhbəti davam etmişlər. Söhbət edən zaman Rüzgarın mobil telefonuna zəng gəlmiş, Rüzgar telefonda kiminləsə danışaraq tələsik surətdə əynində olan gödəkcəsində unudaraq oturduğu stulun bağında qoyub tez bir zamanda qayıdacağını deyərək onu gözləməyi demişdir. Bundan sonra Bəhlulla həmin kafedə 1 saatdan artıq dayanıb Rüzgarı gözləsələr də Rüzgar gəlməmişdir. Rüzgarın mobil telefona zəng etsədə Rüzgar gəlmədiyindən oradan çıxıb yaşadığı ünvana getmişdi. Həmin gecə istifadəsində olan mobil telefonla DİN-nin 102 nömrəsinə zəng edib Rüzgarın etdiyi dələduzluq hadisəsi barəsində məlumat vermişdi. Belə ki, Rüzgarın bu hərəkətinə əsəbləşdiyi üçün qohumu Bəhlulun bacısı oğlunun işinin müsbət mənada həll olunbmasına görə 5000 manat pul almasını desədə lakin əslində Bəhluldan alıb Rüzigara 1700 manat pul vermişdir. İfadəsinin əwəlində qeyd etdiyi kimi tanışı Təqsirləndirilən şəxs əwəllər kiminsə işinə bu qaydada köməklik etməsi halları olmamışdır və Rüzigarın bir işlə bağlı iştirakçı olmasını eşitməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki: Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 27 oktyabr 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3, 187, 38 və 70-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 avqust 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 yanvar 2007-ci il tarixdə Səyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 1 il 04 ay 8 gün müddəti vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Xətai Rayon Polis İdarəsinin 21 mart 2012-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə başlanılmış cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin53.1.4cü maddəsinə əsasən dayandırılmışdır. Binəqədi Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə, saat 05:30 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qeyd olunan qərar Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə, 10:15-də elan edilmişdir. Axtarış elan edilməsi haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 26 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-262/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə saat 17:10da saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-262/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-262/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilmiş və o tapılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq 13 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixə, 24 iyun 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixə, 20 sentyabr 2023-cü il 21 sentyabr 2023-cü il tarixədək tutulduğu və 13 oktyabr 2023-cü il tarixdən 07 dekabr 2023cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixə, 24 iyun 2023cü il tarixdən 26 iyun 2023-cü il tarixə, 20 sentyabr 2023-cü il 21 sentyabr 2023-cü il tarixədək tutulduğu və 13 oktyabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək həbsdə olduğu müddət cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 il 04 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu ərazisini tərk etməmək, Kürdəmir rayon, Karrar kəndində ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Kürdəmir rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 288 (iki yüz səksən səkkiz) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar