Məhkəmə qərarları › İş №1(009)-263/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-263/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-263/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakışəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etməsi və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqarda ələ keçirərək dələduzluq etməsi müəyyən edilmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayında Fələstin dövlətinin vətəndaşı Zərərçəkmiş şəxs3 Khaleelə birlikdə mobil telefonun alqı-satqı ilə məşqul olub əldə etdiləcək qazancı böləcəklərinə dair yalandan vəd verib, bu adla işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” oteldə həmin dövrün milli manat məzənnəsi 5100 manat təşkil edən 3000 ABŞ dolları, 2 gündən sonra 2022-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Cinici” mağazasının qarşısında 1000 manat omaqla ümumilikdə 6100 manat məbləğində pul alaraq, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs3 Khaleelə ümumilikdə 6100 (altı min bir yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs2 birlikdə mobil telefonun alqı-satqı ilə məşqul olub əldə ediləcək qazancı böləcəklərinə dair yalandan vəd verib, işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” oteldə 800 manatı, 20 avqust 2022-ci il tarixdə işlədiyi həmin oteldə həmin dövrün milli manat məzənnəsi 8500 manat təşkil edən 5000 ABŞ dollar məbləğində pul alaraq, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 9300 (doqquz min üç yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayında X12 birlikdə mobil telefonun alqı-satqı ilə məşqul olub əldə ediləcək qazancı böləcəklərinə dair yalandan vəd verib, işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” oteldə həmin dövrün milli manat məzənnəsi 4250 manat təşkil edən 2500 ABŞ dolları, 2022-ci ilin avqust ayininin ortalarında Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Rigs” otelində həmin dövrün milli manat məzənnəsi 22100 manat təşkil edən 13000 ABŞ dolları və 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində yerləşən “Yelo Bank”-ın qarşısında həmin dövrün milli manat məzənnəsi 17000 manat təşkil edən 10000 ABŞ dolları omaqla ümumilikdə 43350 manat məbləğində pul alaraq, verdiyi vədinə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxs X15 ümumilikdə 43350 (qırx üç min üç yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında ünvan 3 ünvanda yerləşən “Xəqani Center” otelinə gece növbəsinin meneceri kimi işə düzəlmişdir. 2022-ci ilin mart ayında X9 işlədiyi “Xəqani Center” otelinə gəlmiş və orda qalmağa başlamışdır. X9 işlədyi oteldə qalan müddətdə onunla tanış olmuşdur. Onunla söhbət edən zaman X15 Amerika X1 “İpone” markalı mobil telefon gətirib sataraq gəlir əldə edəcəyini bildirmişdir. O, ondan həmin işi görmək üçün 2500 ABŞ dollar pul lazım olduğunu demişdir. X6 təklifi ilə razılaşmışdır. 2022-ci ilin mart ayının sonlarında o, işlədiyi oteldə ona 2500 ABŞ dolları pul vermişdir. O, X16 həmin pulu 1 aydan sonra qaytaracağını bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxtdan sonra X16 Azərbaycandan getmişdir. 2022-ci ilin avqust ayının əvvəlində o, X14 ölkəyə gəldiyini bilib onun qaldığı “Rigs” otelinə getmiş və onunla görüşüb ondan aldığı 2500 ABŞ dolları 5000 ABŞ dolları etdiyini bildirmişdir. O, ondan əlavə pul almaq üçün əlavə olaraq pul lazım olduğunu, biznesi genişləndirmək istədiyini 28 May metrosu ətrafında icarəyə mağaza götürüb telefon alveri ilə məşqul olacağını bildirmişdir. X8 hansı məbləğdə pul lazım olduğunu soruşmuş, o, ona əlavə olaraq 15000-20000 manat pul lazım olduğunu bildirmişdir. O, da ona həmin məbləğdə pulu verəcəyini bildirdib orada ona 13000 ABŞ dollar vermişdir. X10 veridyi 13000 ABŞ dolları 1 ay müddətinə verdiyini bildirmiş, o, da 1 aya onun pulunu qaytaracağını demişdir. 15 sentyabr 2022-ci il tarixdə X16 Bakıya gəlmişdir. O, onunla görüşmüş və ondan pulu istəmişdir. O, X15 1 həftəyə pulu verəcəyini bildirmişdir. Bundan sonra o, X11 əlavə pul almaq məqsədi ilə ona əlavə olaraq mobil telefonlar sifariş verdiyini və ona əlavə olaraq 10000 ABŞ dollar pul lazım olduğunu bildirmişdir. O, da etiraz etməmiş və onun istədiyi 10000 ABŞ dolları Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən “Yello bank” gedib orada 10000 ABŞ dollarını çıxarıb bankın qarşısında ona vermişdir. O, həmin pulu 1 həftəyə qaytaracağını bildirmiş o, da razılaşmışdır. 1 həftə keçdikdən sonra X7 görüşmüş və ona pulu qaytarmasını bildirmişdir. O, da 10 gün vaxt istəmiş və mobil telefonları gətirib payladığını 10 günə pulları yığıb qaytaracağını bildirmişdir. O, da onunla razılaşmışdır. 10 gün keçdikdən sonra o, onunla görüşüb pulları geri istəmiş, Təqsirləndirilən şəxs də ona pulların olmadığını bildirmişdir. X10 notariusa gedib onunla borc müqaviləsinə bağlamasını demiş, o, atasıyla görüşüb daha sonra onunla birlikdə müqavilə bağlayacağını bildirib ondan ayrılıb getmiş və bir daha onunla görüşməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ildən Zərərçəkmiş şəxs3 Khaleeli tanımışdır. 2022ci ilin aprelmay aylarında o, Zərərçəkmiş şəxs3 Khaleelə zəng edərək X4 telefon gətirib sataraq yaxşı pul qazanmaq olduğunu demiş və onun da həmin işə qoşulmasını təklif etmişdir. O, Zərərçəkmiş şəxs3 Khaleeldən nə qədər pulunun olduğunu soruşmuş, o, da 3000 ABŞ dollar pulunun olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 Khaleelə demişdir ki, əgər o, ona 5000 manat pul versə 20 günə 3000 manat pul qazanacağdır. Zərərçəkmiş şəxs3 Khaleel də onun təklifi ilə razılaşmışdır. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs3 Khaleel onun işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” otelinə gəlmiş və ona 3000 ABŞ dollar pul vermişdir. O, 3000 ABŞ dollarını Zərərçəkmiş şəxs3 Khaleeldən aldıqdan sonra 20 günə “İponell” markalı mobil telefon gətirəcəyimi və satıb ona əlavə olaraq 3000 manat verəcəyimi bildirmişdir. O, ona pulu verdikdən sonra çıxıb getmişdir. 2 gündən sonra o, təkrar Zərərçəkmiş şəxs3 Khaleelə zəng vurub mobil telefonları gətirməyə pul çatmadığını və əlavə olaraq 2000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 Khaleel isə 2000 manat pulum olmadığı ona 1000 manat pul verə biləcəyini bildirmişdir. O, da 1000 manatı ona verməsini qalan 1000 manatı özü təşkil edəcəyini demişdir. Zərərçəkmiş şəxs3 Khaleel Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin 1ci mərtəbəsində yerləşən “Cinici” mağazasının qarşısında onunla görüşmüş və 1000 manat pulu ona vermişdir. O, həmin pulu aldıqdan sonra mobil telefonları sifariş verdiyini, lakin pulu çatmadığını, ondan aldığı 1000 manat pulu da ora göndərəcəyini bildirmişdir. Təxminən 1 ay keçdikdən sonra “Malakan bağı” adlanan parkda Zərərçəkmiş şəxs3 Khaleelə görüşmüş. O, özü ilə istifadə olunmamış “Samsung Note” markalı mobil telefon gətirmişdir. Zərərçəkmiş şəxs3 Khaleel ondan soruşmuşdur ki, o, “İpone 11” markalı mobil telefon gətirəcəkmiş, bəs nə üçün “Samsung Note” markalı mobil telefon gətirmişdir. O, da ona demişdir ki, “Samsung Note” markalı mobil telefonun yaxşı satılır və çox pul qazanacaqlar. Zərərçəkmiş şəxs3 Khaleel ondan nə vaxt ona pul verəcəyini soruşmuş o, da ona mobil telefonları satıb onun pulunu verəcəyini demiş, o, da etiraz etməmişdirdi. Bir neçə gündən sonra o, Zərərçəkmiş şəxs3 Khaleelə görüşmüş və ona 500 manat pul vermiş və qalan pullarla təkrar mobil telfon sifariş verdiyini və onun ona verdiyi pulu artıracağım demişdir. Bir neçə vaxt keçdikdən sonra o, təkrar Zərərçəkmiş şəxs3 Khaleelə görüşmüş. Zərərçəkmiş şəxs3 Khaleel ondan pulunu istəmiş, həmin vaxt o, ona 450 manat pul vermiş və qalan pulla telefon sifariş verdiyini və ona sonda 25000 manat verəcəyini demişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 Khaleelə pul qazandıqlarını inandırmaq üçün 25000 manat düzələndə onunla birlikdə otel icarəyə götürüb işlədəcəklərini və çoxlu pul qazanacaqlarını demişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 Khaleel ondan pulunu istəməyə başlamışdır. O, da onun pulunu xərclədiyinə görə ona müxtəlif bəhanələr gətirməyə başlamış və sonradan isə telefonunu söndürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2022-ci ilin yanvar ayından tanıyır. Belə ki, 2022-ci ilin yanvar ayında o, Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” otelinə qece növbəsinin meneceri kimi işə düzəlmişdir. Onlar birlikdə 5-6 ay işlədikdən sonra onunla münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs2la söhbət edən zaman, söhbət əsnasında ona oteldə olan əmək haqqının az olduğunu əlavə qazanc əldə etmək üçün onunla birlikdə telefon alqı-satqısı ilə məşq ul olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs2 ondan telefon alqı-satqısı ilə necə məşqul olacaqlarını soruşmu, o, da ona bildirmişdir ki, onun dayısı xaricdən mobil telfonlar gətirir, o, da həmin mobil telefonları Bakı şəhərində satışı ilə məşqul olur. O, ilk olaraq mobil telefon gətirmək üçün ondan 800 manat pul istəmişdir. Özü də 800 manat pul qoyub 1600 manata hər biri 800 manat olmalqa 2 ədəd “İpone 11” markalı mobil telefon gətirəcəyini, həmin mobil telefonları 2400 manata Bakı şəhərində satdıqdan sonra əldə olunmuş pulla təkrar 3 ədəd mobil telefon gətirəcəyini bildirmişdir. Bu minvalla da o, mobil telefonların sayını və gəliri artıracaqmış. O, da onunla razılaşmış və 2022-ci ilin may ayının ortalarında işlədiyi “Xəqani Center” oteldə onaə 800 manat pul vermişdir. O, ondan pulu aldqıdan sonra mobil telefonun 12-14 günə gələcəyini bildirmişdir. Onun dediyi müddət gəlib başa çatdıqda o, ona bildirmişdir ki, aldıqları 2 ədəd “İpone 11” markalı mobil telefonu gətirib satıbdır və əldə olunan pulla 3 ədəd mobil telefon sifariş vermişdir. Beləliklə hər 15 gündən bir o, gətirdikləri mobil telefonları satıb təkrar mobil telefonlar sifariş veridikləri deyirmiş. 2022-ci ilin avqust o, Zərərçəkmiş şəxs2 yanına gəlib demişdir ki, əllərinə fürsət düşübdür, 10000 manat pul lazımdır, mobil telefon sifariş verəcəkdir, 15 günə həmin mobil telefonlar gələcək, telefonları satıb 10000 manat pul qazanacaqlar. Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Lakin o, israrla ona pul tapmasını bildirmişdir. 20 avqust 2022-ci il tarixdə Ələkbər işlədiyi “Xəqani Center” oteldə ona 5000 ABŞ dolları vermişdir. O, 5000 ABŞ dolları götürüb 10 gündən sonra ondan aldığı 5000 ABŞ dollarla bərabər əlavə gəlir kimi 5000 ABŞ dolları ümumilikdə 10000 ABŞ dolları verəcəyini bildirmişdir. Həmidin dediyi müddət gəlib çatanda o, ona bildirmişdir ki, 5-10 gün axşama olmuşdur, 10 günə mobil telefonlar gəlib çatacaq və ondan aldığı pulu gəlirlə birlikdə verəcəkdir. 2022-ci ilin sentyabr ayının əvvələrində Zərərçəkmiş şəxs2 ondan pulu istəmişdir, o, da ona demişdir ki, sentyabr ayının 10-da onun ad günüdür Şirvan şəhərinə gedib orda ad gününü qeyd edib, dayısından pulu götürüb gələcəkdir. 11 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 iş yoldaşlarıyla birlikdə Hacıqabul rayonuna gəlmişlər. Hacıqabul rayonunda Ələkbər ondan pulu istəmişdir o, da ona demişdir ki, dayısı deyib ki, böyük məbləğdə pulla Bakıya getməyin, yolda saxlayarlar, problem olar, sabah özü pulu Bakıya gətirəcəkdir. 12 sentyabr 2022-ci il tarixdə Ələkbər dayısının gəlib-gəlmədiyini soruşmuş, o, da ona dayısının gəldiyini “Sea breeze” olduğunu sabah pulu gətirəcəyini bildirmişdir. Səhəri gün o, təkrar ondan pulu soruşmuş, o, ona dayısının işi çıxdığını, Şiravana qayıtdığını, pulu əmisinə veridyini, əmisinin pulu gətirəcəyini bildirmişdir. 30 sentyabr 2022-ci il tarixdə o, Ələkbəri “Malakan bağı" adlanan parka çağırmışdır. Orda Ələkbərə etiraf etmişdir ki, onun külli miqdarda təxminən 100000 manata qədər borcu var, ondan aldığı pulları borcuna qaytarmışdır, heç bir mobil telefon satışı yoxdur, ona da pul qaytara bilmir, özünü öldürmək istəyir. Bundan sonra onun etdiyi məsələlərin üstü açıldığına görə onu işdən çıxarmışlar. O, X11 2500 ABŞ dolları, daha sonra 13000 ABŞ dolları və 10000 ABŞ dollar almışdır. Ümumilikdə o, X11 43350 manat pul almışdır. O, həmin pulu X11 X3 “İpone" markalı mobil telefon gətirib sataraq pul qazanmaq adı ilə almışdır. O, 2500 ABŞ dollarını 2022-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu. Xəqani küçəsində yerləşən “Xəqani Center” otelində, 13000 ABŞ dollarını 2022-ci ilin avqust ayının ortalarına Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyli küçəsində yerləşən "Rigs" otelində, 10000 ABŞ dollar isə 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerlşən “Yello bank” qarşısında almışdır. O, Zərərçəkmiş şəxs3 Khaleeldən 3000 ABŞ dolları bir, 1000 manat da bir amlışdır. Ümumilikdə Zərərçəkmiş şəxs3 Khaleeldən 6100 manat pul almışdır. O, həmin pulu Zərərçəkmiş şəxs3 Khaleeldən X3 "İpone 11” markalı mobil telefon gətirib sataraq pul qazanmaq üçün almışdır. O, 3000 ABŞ dollarını 2022-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Xəqani Center” otelində, 1000 manat pulu isə təxminən 2 güdən sonra 2022-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu. Xəqani küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Cinici” mağazasının qarşısında almışdır. O, Zərərçəkmiş şəxs2 800 manat 2022-ci ilin may ayının ortalarında, 5000 ABŞ dollarını isə 20 avqust 2022-ci il tarixdə almışdır. O, həmin pulları Zərərçəkmiş şəxs2la birlikdə xaricdən “İpone 11” markalı mobil telefon gətirib sataraq pul qazanmaq üçün almışdır. O, xarici ölkədən heç bir mobil telefon gətirib satmamışdır. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Khaleel və X11 pul alan zaman məqsədi biznes qurmaq olmuşdur. Təqsirləndirilən şəxs son sözündə biznes qurmaq istədiyini, lakin bacarmadığını, pulları iş qurmaq məqsədi ilə aldığını, lakin biznesin alınmadlğını, niyyətinin dələduzluq olmadığnı, ziyanın o qədər olmağını məhkəmədə öyrəndiyini bildirərək bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X14 məhkəməyədək icraat mərhələsində verilmiş ifadəsində göstərilmişdir ki, o, Rusiya Federasiyası, Moskva şəhəri, Voskresenevskiy rayon, ev 90. mənzil 92-da qeydiyyatda olmaqla, Özbəkistan Respublikası, Taşkənt şəhəri, Babacanova küçəsi ev 26, mənzil 28-də yaşayır. 2022-ci ilin mart ayında Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhəri, Xəqani küçəsində yerləşən “Xəqani” otelində qalırmış. Təqsirləndirilən şəxs oteldə administrator işləyirmiş. Orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs Amerika X1 “İpone” markalı mobil telefon gətirib sataraq gəlir əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun üçün ona pul lazım olduğunun bildirmişdir. O, Həmiddən hansı məbləğdə pul ehtiyac olduğunu soruşmuşdur. Həmid 2500 ABŞ dollar pul lazım olduğunu demişdir. O.da razılaşmışdır. 2022-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Mariot” otelə gəlmiş və orada Həmidə 2500 ABŞ dolları pul vermişdir. Həmid pulu ondan aldıqdan sonra 1 aydan sonra qaytaracağını bildirmişdir. O, da razılaşmışdır. 2022-ci ilin avqust ayının əvvəlində Təqsirləndirilən şəxs onun qaldığı “Rigs” otelinə gəlmiş və ona bildirmişdir ki, o, ondan aldığı 2500 ABŞ dollarını 5000 ABŞ dolları edibdir, lakin əlavə olaraq pul lazımdır ki, biznesi genişləndirsin. Həmid 28 May metrosu ətrafında icarəyə mağaza götürüb telefon alveri ilə məşqul olacağını bildirmişdir. O, Həmiddən hansı məbləğdə pula ehtiyac olduğunu soruşmuşdur. Həmid ona bildirmişdir ki, əlavə olaraq 15000-20000 manat pul lazımdır. O, da Həmidə onun istədiyi pulu verəcəyini bildirdib ona 13000 ABŞ dollar vermişdir. O, Həmidə 13000 ABŞ dollarını 1 ay müddətinə verdiyini bildirmişdir. Həmid də 1 ayın bəs edəcəyini bildirmişdir. Həmid ondan pulu götürüb 2022-ci ilin sentyabr ayında qaytaracağını bildirmişfit. O, Həmidə pulu verdikədn sonra işi ilə bağlı ölkədən çıxıb getmişdir. 15 sentyabr 2022-ci il tarixdə o, təkrar Bakı şəhərinə gəlmişdir. O, gələndən sonra Həmidlə görüşmüşdür. O, Həmiddən pulu istəmişdir. Həmid ona 1 həftəyə pulu verəcəyini bildirmişdir. O, da ona inanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, əlavə olaraq mobil telefonlar sifariş vermiş və ona əlavə olaraq 10000 ABŞ dollar pul lazımdır. O, da Həmidin dediyi 10000 ABŞ dolları Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən “Yello bank” gedib orada kartda olan 10000 ABŞ dollarını çıxarıb bankın qarşısında 10000 ABŞ dollarını Həmidə vermişdir. Həmid pulu ondan alıb 1 həftəyə verəcəyini bildirmişdir. O, da razılaşmışdır. 1 həftə keçdikdən sonra o, Həmidlə görüşmüş və ona pulu qaytarmasını bildirmişdir. Həmid ondan 10 gün vaxt istəmiş və mobil telefonları gətirib paylayıb 10 günə pulları yığıb qaytaracağını bildirmişdir. O, da Həmidlə razılaşmışdır. 10 gün keçdikdən sonra o, Həmidlə görüşmüş Həmid mobil telefon gətirmədiyini bildirmişdir. O, Həmiddən pulu hara xərclədiyini soruşmuş. Həmid pulu hara xərclədiyini deməmişdir. Bundan sonra Həmidin atası Nizami ilə əlaqə saxlamış və onunla görüşmüşdür. Nizami ondan Həmidə 10 gün vaxt verməsini xahiş etmiş, o, da razılaşmışdır. Lakin Nizaminin dediyi vaxt gəlib çatdıqda Həmid pulu düzəldə bilmədiyini bildirmişdir. O, Həmidə notariusa gedib onunla müqavilə bağlamasını demiş, Həmid də atası ilə görüşüb müqavilə bağlayacağını bildirib getmiş, lakin geri qayıtmamıdır. Bundan sonra o, şikayət etmişdir. O, Təqsirləndirilən şəxs 2500 ABŞ dolları, daha sonra 13000 ABŞ dolları və 10000 ABŞ dolları vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 40800 manat pul vermişdir. Mirzəyevə X3 “İpone” markalı mobil telefon gətirib sataraq pul qazanmaq üçün vermişdir. O, 2500 ABŞ dollarını 2022-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Xəqani” otelində, 13000 ABŞ dollarını 2022-ci ilin avqust ayının ortalarına Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Rigs” otelində, 10000 ABŞ dollarını isə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerlşən “Yello bank” qarşısında Həmidə vermişdir. Zərərçəkmiş şəxs X16 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 43350 (qırx üç min üç yüz əlli) manat məbləğində biznes ticarətinə görə vermişdir. Həmin şəxs borcu qaytarmaq fikrində deyil, onu aldadıb. Hər dəfə ona söz verir, günü-günə sataraq aldadıb. Hər dəfə ona söz verir, günü-günə sataraq aldadır. Borcu qaytarmaq fikri yoxdur. 1 ildir borcu ala bilmir, artıq yorulubdur. Hər dəfə gedib-gələb bilmir, buna imkanı yoxdur. Borcun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanıyır. Belə ki, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onun işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” otelinə gece növbəsinin meneceri kimi işə düzəlmişdir. Onlar birlikdə 5-6 ay işlədikdən sonra Həmid Mirzəyvlə münasibətləri yaranmışdır. O, onula söhbət edən zaman, söhbət əsnasında Həmid ona oteldə olan əmək haqqının az olduğunu əlavə qazanc əldə etmək üçün onunla birlikdə telefon alqı-satqısı ilə məşqul olmağı təklif etmişdir. O. Təqsirləndirilən şəxs telefon alqı-satqısı ilə necə məşqul olacaqlarını soruşmuşdur. Həmid ona bildirmişdir ki, onun dayısı xaricdən mobil telefonlar gətirir, o, da həmin mobil telefonları Bakı şəhərində satışı ilə məşqul olur. Təqsirləndirilən şəxs ilk olraq mobil telefon gətirmək üçün ondan 800 manat pul istəmişdir. Özü də 800 manat pul qoyub 1600 manata hər biri 800 manat olmalqa 2 ədəd “İpone 11” markalı mobil telefon gətirəcəyini, həmin mobil telefonları 2400 manata Bakı şəhərində satdıqdan sonra əldə olunmuş pulla təkrar 3 ədəd mobil telefon gətirəcəyini bildirmişdir. Bu minvalla da Həmid mobil telefonların sayını və gəliri artıracaqmış. O, da Təqsirləndirilən şəxslə razılaşmış və 2022- ci ilin may ayının ortalarında işlədiyi “Xəqani Center” oteldə Həmidə 800 manat pul vermişdir. Həmid ondan pulu aldqıdan sonra mobil telefonun 12-14 günə gələcəyini bildirmişdir. Həmidin dediyi müddət gəlib başa çatdıqda Həmid ona bildirmişdir ki, onların aldıqları 2 ədəd “İpone 11” markalı mobil telefonu gətirib satmışdır və əldə olunan pulla 3 ədəd mobil telefon sifariş vermişdir. Beləliklə hər 15 gündən bir Həmid ona gətirdikləri mobil telefonları satıb təkrar mobil telefonlar sifariş veridiyini deyirmiş. O, da onun dediklərinə inanmışdır. 2022-ci ilin avqust Həmid onun yanma gəlib denuçdur ki, əllərinə fürsət düşüb, 10000 manat pul lazımdır, mobil telefon sifariş verəcəyik, 15 günə həmin mobil telefonlar gələcək, telefonları satıb 10000 manat pul qazanacaqlar. O, da Həmidə həmin məbləğdə pulumun olmadığını bildirmişdir. Lakin Həmid israrla ona pul tapmasını bildirmişdir. Buna görə də o, bir nəfər tanışından 10000 manat borca pul istəmişdir. Lakin həmin şəxs 10000 manatının olmadığını və ona 5000 ABŞ dolları pul verə biləcəyini bildirmişdir. O, 5000 ABŞ dollar borc almış və 20 avqust 2022-ci il tarixdə işlədiyi “Xəqani Center” oteldə Təqsirləndirilən şəxs 5000 ABŞ dolları vermişdir. Həmid 5000 ABŞ dolları götürüb 10 gündən sonra ondan aldığı 5000 ABŞ dollarla bərabər əlavə gəlir kimi 5000 ABŞ dolları ümumilikdə 10000 ABŞ dolları verəcəyini bildirmişdir. Həmidin dediyi müddət gəlib çatanda Həmid ona bildirmişdir ki, 5-10 gün axsama olub, 10 günə mobil telefonlar gəlib çatacaq və ondan aldığı pulu gəlirlə birlikdə verəcəkdir. 2022-ci ilin sentyabr ayının əvvələrində o, Həmidən pulu istəmiş, Həmid ona sentyabr ayının 10-da onun ad gününün olduğunu Şirvan şəhərinə gedib orda ad gününü qeyd edib, dayısından pulu götürüb gələcəyi bildirmişdir. 11 sentyabr 2022-ci il tarixdə o, iş yoldaşları ilə birlikdə Hacıqabul rayonuna getmişdir ki, Hacıqabul rayonunda Həmidin ad gününü qeyd edib, ordan da pulları götürüb Bakıya qayıtsınlar. Hacıqabul rayonunda Həmid ona demişdir ki, dayısı ona deyib ki, böyük məbləğdə pulla Bakıya getməyin, yolda sizi saxlayarlar, sizə problem olar, sabah özü pulu Bakı gətirəcəkdir. 12 sentyabr 2022-ci il tarixdə o, Həmiddən dayısını gəlib-gəlmədiyini soruşmuş. Həmid ona demişdir ki, dayısı gəlib “Sea breeze” dir sabah pulu gətirəcəkdir. Səhəri gün o, təkrar Həmiddən pulu soruşmuş. Həmid ona demişdir ki, dayısının işi çıxıb, Şiravana qayıdıb, pulu verib əmisinə əmisi pulu gətirəcəkdir. Həmin ərəfədə 5000 ABŞ dolları borc aldığı şəxs ondann pulu istəməyə başladmış o, da Həmiddən pul istəməyə başlamışdır. Lakin Həmid ondan aldığı pulu qaytarmamışdır. O, da məcbur qalıb “BTB” bankdan 8500 manat kredit götürüb, aparıb borc aldığı şəxsə vermişdir. Həmid sentyabr ayının sonuna qədər ondan aldığı pulu və birgə əldə etdikləri gəlirləri verəcəyini bildirmişdir. 30 sentyabr 2022-ci il tarixdə Həmid onu “Malakan bağı” adlanan parka çağırmışdır. O, orda Həmidlə görüşmüş, Həmid ona etiraf etmişdir ki, onun külli miqdarda təxminən 100000 manata qədər borcu var, ondan aldığı pulları borcuna qaytarmışdır, heç bir mobil telefon satışı yoxdur, ona da pul qaytara bilmir, özünü öldürmək istəyir. O, da Həmidlə birlikdə atasının yanma getmişdir. Atası ona pulu qaytarcağını demişdir. Bundan sonra Həmidi işdən çıxrmışlar. O, da Həmidi tapa bilmədiyi üçün ondan polisə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs 800 manat 2022-ci ilin may ayının ortalarında, 5000 ABŞ dollarını isə 20 avqust 2022-ci il tarixdə vermişdir. O, həmin pulları Təqsirləndirilən şəxs birlikdə xaricdən “İpone 11” markalı mobil telefon gətirib sataraq pul qazanmaq üçün vermişdir. O, 5000 ABŞ dolları tanışından almış, sonradan bankdan kredit götürüb 5000 ABŞ dolları ona geri qaytarmışdır. Həmin şəxsin kimliyini açıqlamaq istəmədiyini, o, həmin şəxsin pulunu qaytardığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Khallel ifadəsində bildirmişdir ki, o, 2017-ci ildən Azərbaycan Respublikasında yaşayır. Hal-hazırda bələdçi işləyir. 2021-ci ildən işi ilə əlaqədar Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs “Salam Bakı” və “Xəqani” otelinin meneceri kimi tanımışdır. 2022-ci ilin aprel-may aylarında Həmid ona zəng edərək Amerika Birləşmiş Ştatlarıтdan telefon gətirib satarq yaxşı pul qazanmaq olduğunu demiş və onun da həmin işə qoşulmasını təklif etmişdir. Həmid ondan nə qədər pulunun olduğunu soruşmuş, o, da 3000 ABŞ dolları pulunun olduğunu demişdir. Həmid də ona demişdir ki, o, ona 5000 manat pul versə 20 günə 3000 manat pul qazanacaqlar. O, da Həmidin təklifi ilə razılaşmış və 2022-ci ilin may ayında Həmidin işlədiyi ünvan 3 ünvanda yerləşən “Xəqani Center” oteldə 3000 ABŞ dollar pul vermişdir. Həmid 3000 ABŞ dolları ondan aldıqdan sonra 20 günə “İponell” markalı mobil telefon gətirəcəyini və satıb ona əlavə olaraq 3000 manat verəcəyini bildirmişdir. O, Həmidə pulu verdikdən sonra ondan ayrılıb getmişdir. 2 gündən sonra Həmid ona zəng vurub mobil telefonları gətirməyə pul çatmadığını və əlavə olaraq 2000 manat lazım olduğunu bildirmişdir. O, isə Həmidə 2000 manat pulunun olmadığını ona yalnız 1000 manat pul verə biləcəyini bildirmişdir. Həmid də 1000 manatı ona verməsini qalan 1000 manatı özünün təşkil edəcəyini bildirmişdir. O, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Cinici” mağazasının qarşısında Həmidlə görüşmüş və ona 1000 manat pul vermişdir. Həmid pulu aldıqdan sonra ona demişdir ki, o, mobil telefonları sifariş vermiş, lakin pulu çatmamış, ondadn aldığı 1000 manat pulu da ora göndərəcəkdir. O, da Həmidin dediklərinə inanmışdır. Təxminən 1 ay keçdikdən sonra o, “Malakan bağı” adlanan parkda olan zaman Həmid onunla görüşmüşdür. O, özü ilə gətirdiyi istifadə olunmamış “Samsung Note” markalı mobil telefon göstərmişdir. O, Həmiddən “İpone 11” markalı mobil telefon gətirəcyi halda nə üçün “Samsung Note” markalı mobil telefon gətirdiyini soruşmuşdur. Həmid isə ona “Samsung Note” markalı mobil telefonun yaxşı satıldığını və çox pul qazanacaqlarını demişdir. O, da heçnə deməmişdir. Həmid ona mobil telefonu satıb onun pulunu verəcəyini demişdir. O, da etiraz etməmişdir. Bir neçə gündən sonra o, Həmidə pulun necə olduğunu soruşmuşdur. Həmid də ona 500 manat pul vermiş və qalan pullarla təkrar mobil telfon sifariş verdiyini və onun ona verdiyi pulu artıracağını demişdir. O, da Həmidin dediklərinə inanmışdır. Bir neçə vaxt keçdikdən sonra o, Həmidlə görüşmüş və ondan pulunu istəmişdir. Həmin vaxt Həmid ona 450 manat pul vermişdir. Həmid onun qalan pulu ilə telefon sifariş verdiyini və ona 25000 manat verəcəyini demişdir. Bundan başqa Həmid ona bildirmişdir ki, 25000 manat düzələndə o, onunla birlikdə otel icarəyə götürüb işlədəcək və çoxlu pul qazanacaqlar. O, da Həmidin dediklərinə inanmışdır. 2022-ci ilin sentyabr ayında o, Həmiddən pulunu istəməyə başlamışdır. Həmid də ona müxtəlif bəhanələr gələrək onu aldatmağa başlamışfır. Sonradan isə Həmid telefonu söndürmüşdür. Buna görə də o, Həmidin işlədiyi “Xəqani” otelinə getmişdir. Həmid oteldə olmamışdır. O, Həmidin iş yoldaşı Ələkbərədэn Həmid soruşmuş, o, da Həmidin ondan nə qədər pul aldığını soruşmuşdur. O, əvvəl başa düşməmiş, lakin sonradan Ələkbər ona demişdir ki, Həmid çox adamı aldadıb və onu işdən çıxarmışlar. Ələkbər Həmidin onu da aldatdığını bildirmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Həmid onu aldatmışdır. O, Təqsirləndirilən şəxs 3000 ABŞ dolları bir, 1000 manat da bir vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 6100 manat pul vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs X3 “İpone 11” markalı mobil telefon gətirib sataraq pul qazanmaq üçün vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi yer ünvan 3 ünvanda yerləşən “Xəqani Center” otelidir. Hadisə yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, X16 Təqsirləndirilən şəxs sonuncu dəfə pul verdiyi yer Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində yerləşən “Yelo Bank” qarşısıdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul verdiyi yer ünvan 4 ünvanda yerləşən “Xəqani Center” oteli və həmin otelin qarşısıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunan qərar Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 17:20-də elan olunmuşdur. Səbail Rayon Məhkəməsinin 1(009)-263/2023-ci il, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının 31 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 oktybar 2023-cü il tarixdə tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alıb belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun şəxsiyyətinə uyğundur və islah olunmasına təsir edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını məqsədəuyğun hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 25 oktyabr 2023-cü il tarixindən hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar