Məhkəmə qərarları › İş №1(009)-264/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-264/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-264/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, “Uber” şirkətində taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyat olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək açılmış sadələşmiş icraata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Yekun prokoldan görünür ki, 04 iyul 2023-cü il tarixdə təxminən saat 07 radələrində piyada Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolundan piyada olaraq yolun sağ hissəsindən sol hissəsinə keçən zaman A.İsmayılov küçəsi ilə üzü Bibiheybət yolu istiqamətində sürücü Təqsirləndirilən şəxs AE 538912 seriya nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Toyota-Prius” markalı **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla saatda 20km surətlə önə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin yəni sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli olduğu halda avtomaşının ön hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş nəticədə sağ qalça sümüyünün sirkə kasasına uzanan yerini dəyişməyən qapalı sınığı,sağ budun yuxarı 1/3nin bayır səthinin qançırı,eləcə də,sağ bazunun aşağı 1/3-nin arxa və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin sıyrıqları ilə nəticələnən Az-Ağır bədən xəsarəti yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ay olar ki, o, özünə “Toyota- Prius” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürüb “Uber” şirkətinə qoşulub taksilik fəaliyyəti ilə məşğul olaraq idarə edir. 04 iyul 2023-cü il tarixdə təxminən saat 07 radələrində idarə etdiyi “Toyota-Prius” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi ilə üzü Bibiheybət yolu istiqamətində bir zolaqlı yolla hərəkətdə idi. Bibiheybət yolunun kəsişməsinə gəlib çatdıqda nəqliyyat vasitələrinin gəlmədiyini görüb üzü mərkəz istiqamətində hərəkətini davam etdirən zaman ani anda yolun sağ hissəsindən sol hissəsinə keçməkdə olan piyadanı görüb hadisənin qarşısını almaq məqsədi ilə əyləci basmış lakin buna baxmayaraq o, idarə etdiyi avtomaşınının ön hissəsi ilə həmin piyadanın böyründən vurmuş və o zərbənin təsirindən asfalt örtüyün üzərinə yıxılmışdı. Həmin vaxdı o, avtomaşını dərhal saxlayıb avtomaşından düşərək həmin piyadaya yaxınlaşıb idarə etdiyi avtomaşına əyləşdirib xəstəxanaya aparmışdı. Orada lazım olan tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Sonra Səbail RPİdən ona zəng gəlmiş və o, gələrək baş verənlər barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın onun tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində olan məhkəməyədək sadələşmiş iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, barəsində olan məhkəməyədək sadələşmiş iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə təxminən saat 07 radələrində öz işlərinin dalınca getmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolundan yolun əks tərəfinə keçmək istəyirdi. Həmin vaxtı yolda nəqliyyat vsitələrinin gəlmədiyini görüb yolun sağ hissəsindən sol hissəsinə keçən zaman ani anda A.İsmayılov küçəsindən üzü Bibiheybət yolu istiqamətində dönməkdə olan sonradan bildiyi “Toyota-Prius” markalı **- SM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşının ön hissəsi ilə onun böyründən vurmuş və o, zərbənin təsirindən asfalt örtüyün üzərinə yıxılmışdır. Həmin vaxtı onu vuran avtomaşının sürücüsü idarə etdiyi avtomaşını dərhal saxlayaraq avtomaşından düşüb ona köməklik göstərib idarə etdiyi avtomaşına əyləşdirib xəstəxanaya aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Bundan sonra Səbail RPl-dən ona zəng gəlmiş və o, gələrək baş verənlər barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkldə ödənildiyini, ona qarşı heç bir şikayəti, iddiası və tələbinin olmamasını, onunla barışdığını və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 07 iyul 2023-cü il tarixli 384 saylı rəyi ilə müəyyən edilmişdir ki, piyada Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ qalça sümüyünün sirkə kasasına uzanan yerini dəyişməyən qapalı sınığı,sağ budun yuxarı 1/3nin bayır səthinin qançırı,eləcə də,sağ bazunun aşağı 1/3-nin arxa və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2023-cü il tarixində,yolnəqliyyat hadisəsi,o,cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-Ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2023-cü il tarixli 3-16-16/2-8/2028 saylı rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən;l.”Toyota- Prius” markalı **-SM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqmda” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi tərəfindən verilmiş 2/17038 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəzyyəti yoxdur. AE 538912 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi xx.xx.2030-cu il tarixədək etibarlıdır. BA182886 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı 99SM130 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. 7E-3642 seriyalı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Toyota Prius markalı 99SM130 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin də öz növbəsində barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmədiyini bildirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulnuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının tədqiqatının dəyəri 85 (səksən beş) manat cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 114 (yüz on dörd) manat pul tutulub, Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar