Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-266/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə 11 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs barəsində aparılan araşdırmanın dayandırılması vədi ilə inandırıb aldadaraq, 2023-ci ilin oktyabr ayının əvvəllərində, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında 3000 manat nağd pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dəlduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin əvvəllərindən tanımış, normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində borc kimi bir ay müddətinə 2300 manat pul almış, sonralar maddi imkanı olmadığından qaytara bilməmişdir. Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində Səbail rayonu ərazisində 3000 manat pulu almasını xatılamam bildirsə də, sonralar həmin məbləği Zərərçəkmiş şəxs işini həll etmək adı ilə alıb şəxsi işləri üçün xərcləməsini etiraf edərək, həmin məbləği qısa müddətə ödəyəcəyini vəd etmiş, lakin sonradan pulu qaytara bilməmişdir. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini və barışdıqlarını nəzərə alaraq icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən avqust ayında barəsində Səbail Rayon Polis İdarəsində araşdırma aparılmış, həmin dövrdə o, yaranmış problemi həll edilməsi üçün yollar axtararkən, keçmiş polis əməkdaşı olmuş tanışı Təqsirləndirilən şəxs ona polisdə tanışları olmasını və onun problemini 3000 manat müqabilində həll edə biləcəyini demişdir. O Tofiqi tanıdığından və inandığında sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra o,Tofiqin istədiyi 3000 manatı toplamış, 2023-cü ilin oktyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günü saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında Tofiqlə təklikdə görüşüb həmin pul məbləğini sonuncuya vermişdir. Həmin pulu Tofiq ondan alması barədə heç bir qəbz və ya iltizam verməmiş, sonralar o, dəfələrlə Tofiqin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən sonuncu hər dəfə işini həll edəcəyinə söz vermiş, sonralar isə mobil nömrəsini blok edərək zənglərinə cavab verməmişdir. O da məcbur olub Tofiq tərəfindən aldadılaraq pulunun ələ keçirməsi barədə şikayət ərizəsi vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. 27 mart 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 28 mart 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 02 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. 02 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. 08 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Səbail rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və X2 təhvil verilmişdir. 10 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 10 may 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 12 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 12 iyun 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. 27 iyun 2024-cü il tarixli qərarla icraatı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-266/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Rayon Polis İdarəsinin X2 yerləşdirilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmişnotarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********187 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənmişdir, heç bir şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, icraatda olan iş üzrə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 3000 (üç min) manat məbləğində maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, onunla barşdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və o dərhal məhkəmə iclası zalında həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və o dərhal məhkəmə iclası zalında həbsdən azad olunsun. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-266/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-266/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver