Məhkəmə qərarları › İş №1(009)-267/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-267/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-267/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yasamal rayonu, Ak.Şəfayət Mehdiyev küçəsi 1054 məhəlləsi, mənzil 71-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, bir ədəd qara rəngli selofana bükülmüş 19 (on doqquz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,11 qram; 2,67 qram; 1,43 qram; 2,52 qram; 2,73 qram; 2,61 qram; 2,66 qram; 2,57 qram; 2,51 qram; 2,70 qram; 1,57 qram; 2,03 qram; 2,12 qram; 2,31 qram; 1,60 qram; 3,01 qram; 2,56 qram; 2,63 qram; 2,35 qram olmaqla, cəmi təmiz çəkisi 44,69 qram olan bitki mənşəli kütlələr-tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd ağ kağız parçası bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, bir ədəd qara rəngli selofana bükülmüş 19 (on doqquz) ədəd kibrit qutusunda cəmi təmiz çəkisi 44,69 qram olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçənin sol iç cibində, bir ədəd ağ kağız parçası bükümdə təmiz çəkisi 0,693 qram olan narkotik vasitə heroini əynindəki tünd boz rəngli şalvarın sağ qabaq cibində və əynindəki qara rəngli gödəkçənin sol yan üst cibində narkotik vasitələrin satışı üçün istifadə etdiyi bir ədəd elektron tərəzini daşıyaraq üzərində saxlamış, 26 yanvar 2024-ci il tarixdə, saat 12 radələrində, Bakı şəhəri, Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sol iç cibində bir ədəd qara rəngli selofana bükülmüş 19 (on doqquz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,11 qram; 2,67 qram; 1,43 qram; 2,52 qram; 2,73 qram; 2,61 qram; 2,66 qram; 2,57 qram; 2,51 qram; 2,70 qram; 1,57 qram; 2,03 qram; 2,12 qram; 2,31 qram; 1,60 qram; 3,01 qram; 2,56 qram; 2,63 qram; 2,35 qram olmaqla cəmi təmiz çəkisi 44,69 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynindəki tünd boz rəngli şalvarın sağ qabaq cibində 01 (bir) ədəd ağ kağız parçası bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki qara rəngli gödəkçənin sol yan üst cibində narkotik vasitələrin satışı üçün istifadə etdiyi bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, onu ittihamda göstərilən yerdə deyil, dostunun evində yatdığı yerdə saat 09:00-09:30 radələrində gəlib aparmışlar, əynində boz şalvar deyil, qara şalvar olmuşdur, cibində telefon və tərəzi də olmamışdır. Orda ondan narkotik vasitənin və digər əşyaların onun adına qeydiyyatdan keçirilməsinə razılıq verməsini istəmişlər, əks halda qız dostunun adına rəsmiləşdirəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Səbail RPİ NMB-nin əməliyyat müvəkkili işləyir. Fəqan adlı bir şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə çoxlu sayda məlumat daxil olmuşdur. Hətta valideynlər gələrək rəsmi qaydada müraciətlər etmişlər ki, Fəqan adlı şəxs övladlarını bədbəxt edir. Bu şəxs kirayə mənzil tutaraq başqa ünvanda yaşayır. Əməliyyat qrupu yaradılmış və onun saxlanılması üçün işlər görülmüşdür. Yanvar ayında Fəqan adlı şəxs A.İsmayılov 52 küçəsində saxlanılaraq polis idarəsinə dəvət olunmuş, idarədə olarkən gödəkcəsindən 19 kibrit qutusunda marixuana və heroin aşkar edilmişdir. Üzərindən başqa nə çıxmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Səbail RPİ NMB-nin rəisi vəzifəsində işləyir. Baş Narkotiklər Mübarizə Bölməsindən Fəqan haqqında qonşuların şikayətləri əsasında dəfələrlə məktub gəlmişdir. Hətta votsap yazışmalarında İran vətəndaşından narkotik vasitə götürməsi sübut olunur. 26 yanvar 2024-cü il tarixində A.İsmayılov küçəsi 52 saylı evin qarşısında Fəqan adlı şəxsi tutaraq Səbail Rayon Polis İdarəsinə gətirmişlər. Təhqiqatçı üzərinə baxış keçirərkən üzərindən ağ və qara bükümlər, tərəzi və telefon çıxmışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayır. Səhər saat 10:00-11:00 arası Araz marketdən çıxıb evə gedərkən irəlidə 5-10 nəfər adamın toplaşdığını görmüş, ora yaxınlaşmışdır. Orda iki qapı olmuşdur, biri ev, biri isə dalan qapısıdır. Polislər həmin dalanın qapısından Fəqanı çıxarıb qara rəngli maşına oturtdular. Arxasınca da bir qızı apardılar, lakin qızı maşına mindirib-mindirmədiklərini görməmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 12:55 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış və şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən qara rəngli selofana bükülmüş 19 (on doqquz) ədəd kibrit qutusunu, əyinində olan tünd boz rəngli şalvarının sağ qabaq cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü və qara rəngli gödəkçənin sol yan üst cibindən bir ədəd gümüşü rəngli tərəzini çıxardıb masanın üzərinə qoydu. Həmin 19 ədəd kibrit qutusu açıldıqda spesifik iyə malik, yaşıl ota bənzər narkotik vasitəyə oxşar maddə və bir ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, gəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olundu. Təqsirləndirilən şəxs 19 (on doqquz) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olmasını, bir ədəd ağ rəngli kağıza bükülmüş maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri üç-dörd gün bundan əvvəl tanımadığı İran İslam Respublikasının vətəndaşı “Whatsap” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq Sabunçu rayonu, Zabrat qəsəbəsindən dəqiq ünvanı bilmədiyi yerə narkotik vasitələr qoyulmuş və həmin narkotik vasitələr onun tərəfindən götürülmüşdür. Həmin maddələri şəxsi istifadəsi və satışı üçün üzərində saxlayıb gəzdirdiyini, kibrit qutusunda olan maddələri 50-60 manata satmasını, aşkar olunmuş tərəzi isə narkotik vasitəyə oxşar maddələri satış zamanı miqdarını təyin etmək üçün lazım olduğunu bildirdi. Aşkar olunmuş 19 ədəd kibrit qutusunda olan yaşıl ota bənzər narkotik vasitəyə bənzər maddə, ağ rəngli selofana bükülmüş spesifik iyə malik, gəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə və həmçinin bir ədəd tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili şlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 7/160 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs......» yazısı və imzalar olan sintetik bağlamadakı qara rəngli polietilen bağlamanın içərisində 19 (on doqquz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,11 qram; 2,67 qram; 1,43 qram; 2,52 qram; 2,73 qram; 2,61 qram; 2,66 qram; 2,57 qram; 2,51 qram; 2,70 qram; 1,57 qram; 2,03 qram; 2,12 qram; 2,31 qram; 1,60 qram; 3,01 qram; 2,56 qram; 2,63 qram; 2,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 44,69 qramdır. Həmin ağ rəngli sintetik bağlamadakı 01 (bir) ədəd tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Tədqiqatda istifadə olundu -0,95 qram (hər obyektdən 0,05 qram) qalıq 43,74 qram (tədqiqatın dəyəri 78 manat). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 6/698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs......» ad, soyad və imzalar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tərəzinin üzərində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,643 qram (tədqiqatın dəyəri 110 manat). İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 27 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası DİN Səbail RPİ-si tərəfindən 44,69 qram bitki mənşəli kütlə qəbul edilmiş, 0,95 qram nümunə götürülmüş, 43,74 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 27 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası DİN Səbail RPİ-si tərəfindən 0,693 qram qəhvəyi kütlə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,643 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, 28 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə azad olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskin içərisində 01 ədəd videofayl vardır. Video-diskdə olan video-fayl açılaraq baxılan zaman müəyyən olundu ki, Səbail RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X7, Səbail RPİ-nin NMB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Səbail RPİ-nin inspektoru X4 və müdafiəçi qismində dəvət olunmuş X1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən qara rəngli selofana bükülmüş 19 (on doqquz) ədəd kibrit qutusunu, əyinində olan tünd boz rəngli şalvarının sağ qabaq cibindən bir ədəd ağ kağıza bükülmüş bükülünü və qara rəngli gödəkçənin sol yan üst cibindən bir ədəd gümüşü rəngli tərəzini çıxardıb masanın üzərinə qoydu. Həmin 19 ədəd kibrit qutusu açıldıqda spesifik iyə malik, yaşıl ota bənzər narkotik vasitəyə oxşar maddə və bir ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, gəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olundu. Təqsirləndirilən şəxs 19 (on doqquz) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olmasını, bir ədəd ağ rəngli kağıza bükülmüş maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri üç-dörd gün bundan əvvəl tanımadığı İran İslam Respublikasının vətəndaşı “Whatsap” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq Sabunçu rayonu, Zabrat qəsəbəsindən dəqiq ünvanı bilmədiyi yerə narkotik vasitələr qoyulmuş və həmin narkotik vasitələr onun tərəfindən götürülmüşdür. Həmin maddələri şəxsi istifadəsi və satışı üçün üzərində saxlayıb gəzdirdiyini, kibrit qutusunda olan maddələri 50-60 manata satmasını, aşkar olunmuş tərəzi isə narkotik vasitəyə oxşar maddələri satış zamanı miqdarını təyin etmək üçün lazım olduğunu bildirdi. Aşkar olunmuş 19 ədəd kibrit qutusunda olan yaşıl ota bənzər narkotik vasitəyə bənzər maddə, ağ rəngli selofana bükülmüş spesifik iyə malik, gəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə və həmçinin bir ədəd tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitə ona məxsus deyil. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 may 2024-cü il tarixli 3138 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin 24 iyun 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, 24 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma barədə 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatından sonrakı qalıq 0,643 qram narkotik vasitə heroin və 43,74 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd tərəzi saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-267/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə izah edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı iləyanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Belə ki, istintaq zamanı şəxsi axtarış və götürmə aparılması nəticəsində əldə edilmiş maddi sübutların, şahidlərin ifadələrin, ekspertiza rəylərin, sübut qisimində tanınmış videogörüntünün məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmiş faktlar ittihamın əsaslı olduğunu sübut edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını qanunla nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə azad olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədiyi halda xx.xx.2024-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı ağırlaşdıran və yüngüllədirən halları, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-267/2024 saylı Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,643 qram narkotik vasitə heroin, 43,74 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq cəmi 188 manat (bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 240020050 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 43.74 qram narkotik vasitə marixuana, 0,643 qram narkotik vasitə heroin və 1 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi 188 manat (bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq 110 (bir yüz on) manatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına, 78 (yetmiş səkkiz) manatı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar