Məhkəmə qərarları › İş №1(009)-269/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-269/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-269/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs27 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs22 1500 manat məbləğində, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs29 1500 manat məbləğində, 10 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs40 1500 manat məbləğində, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs47 3000 manat məbləğində, 11 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs43 30000 manat məbləğində, 13 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs50 1500 manat məbləğində, 15 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs53 2000 manat məbləğində, 25 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində, 01 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs55 2000 manat məbləğində, 05 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 2700 manat məbləğində, 10 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 2000 manat məbləğində, 11 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs58 2000 manat məbləğində, 15 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs23 ümumilikdə 2700 manat məbləğində, 15 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs24 ümumilikdə 3700 manat məbləğində, 15 noyabr 2021-ci il Zərərçəkmiş şəxs59 2700 manat məbləğində məbləğində, 15 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs60 3700 manat məbləğində, 16 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs31 2800 manat məbləğində, 19 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs32 18500 manat məbləğində, 23 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs37 2850 manat məbləğində, 24 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs38 2500 manat məbləğində, 24 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs34 2850 manat məbləğində, 24 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs42 2740 manat məbləğində, 29 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs46 5000 manat məbləğində, 30 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs51 2850 manat məbləğində, 02 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs25 5700 manat məbləğində, 06 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs54 4000 manat məbləğində, 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs57 3000 manat məbləğində, 13 dekabr 2021-ci il tarixdə ümumilikdə Zərərçəkmiş şəxs30 4800 manat məbləğində, 18 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs56 3800 manat məbləğində, 21 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ümumilikdə 3200 manat məbləğində, 21 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs10 6400 manat məbləğində, 24 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs15 6700 manat məbləğində, 24 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs25 12500 manat məbləğində, 27 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs18 1600 manat məbləğində, 27 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs20 1600 manat məbləğində, 27 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 3200 manat məbləğində, 28 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs12 3200 manat məbləğində, 29 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs16 3000 manat məbləğində, 30 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs35 2000 manat məbləğində, 05 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs13 11700 manat məbləğində, 06 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 4000 manat məbləğində, 08 oktyabr 2021-ci il vD 08 yanvar 2022-ci il tarixlərində Zərərçəkmiş şəxs33 4000 manat məbləğində, 10 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 3500 manat məbləğində, 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ümumilikdə 3900 manat məbləğində, 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 3800 manat məbləğində, 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs39 3500 manat məbləğində, 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs41 3900 manat məbləğində, 15 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs41 8000 manat məbləğində, 27 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs44 3500 manat məbləğində, 28 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs28 3000 manat məbləğində, 31 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 3000 manat məbləğində, 02 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs19 4000 manat məbləğində, 02 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs45 3500 manat məbləğində, 04 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs48 3800 manat məbləğində, 07 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs26 3500 manat məbləğində, 02 noyabr 2021-ci il və xx.xx.2022-ci il tarixdələrində Zərərçəkmiş şəxs5 2535 manat məbləğində, 29 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 3125 manat məbləğində, 08 oktyabr 2021-ci il tarixdə xx.xx.2022-ci il tarixdə ümumilikdə Zərərçəkmiş şəxs36 2100 manat məbləğində, 03 noyabr 2021-ci il tarixdə xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs21 ümumilikdə 4100 manat məbləğində, 02 dekabr 2021-ci il və xx.xx.2022-ci il tarixlərində ümumilikdə Zərərçəkmiş şəxs49 3050 manat məbləğində, 16 fevral 2022-ci il tarixdə ümumilikdə Zərərçəkmiş şəxs52 3000 manat məbləğində, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 3600 manat məbləğində, 02 fevral 2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Zərərçəkmiş şəxs27 ümumilikdə 3900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı yazılı vəsatət verərək bildirdi ki, 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə X2 hava limanında saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Daha sonra 30 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. Belə olduğu təqdirdə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 epizod üzrə ittiham elan edildikdən sonra həmin ittiham üzrə sorğu verilib ekstradisiya həyata keçirilsə də, ekstradisiya olunduqdan sonra ona Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 61 epizod üzrə ittiham elan edilmiş, yəni ittiham verilməyə qədərki ittihama münasibətdə ağırlaşdırılmış, lakin bu barədə müvafiq razılıq alınmamışdır. Bu hal hazırki iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını və təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin bir ay müddətinə uzadılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslər vəsatətə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Müdafiəçi2 vəsatətə etiraz etməyərək, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək Təqsirləndirilən şəxs3 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Müdafiəçi1 vəsatətə etiraz etmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Müdafiəçi4 vəsatətə etiraz etmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Müdafiəçi3 vəsatətə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs3 vəsatətə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs2 vəsatətə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs1 vəsatətə etiraz etmədi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı, cinayət işinin materialları və dövlət ittihamçısının vəsatəti öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ********* saylı cinayət işi 23 mart 2023-cü il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmışdır. 01 aprel 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində ittiham elan edilməsi üçün şübhəli şəxs qismində tutulması və axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. 12 aprel 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsi haqqında qərar qəbul edilmişdir. 19 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 X2 hava limanında saxlanılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-in əməkdaşları tərəfindən Azərbaycan Respublikasına ekstradisiya olunaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. 31 avqust 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və 28 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 19 iyun 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 30 iyun 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. 230020156 saylı cinayət işi üzrə ittiham aktı 24 iyul 2023-cü il tarixdə Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən imzalanmış və cinayət işi baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 498.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan verilmiş şəxs onun verilməsindən əvvəl törədilmiş, lakin törədilməsinə görə verilmədiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz. Verilmə haqqında sorğuda nəzərdə tutulmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına yalnız bu Qanunun 2-ci maddəsinin tələbləri nəzərə alınmaqla razılıq verilə bilər. 13 dekabr 1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 14-cü maddəsinin İ bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla, ekstradisiya edilmiş şəxs, ekstradisiya edildiyi cinayətdən başqa, özünün verilməsinədək törədilmiş hər hansı bir cinayətə görə cinayət təqibinə məruz qala bilməz, hökmün və ya tutma barədə qərarın icrası məqsədi ilə məhkum edilə və ya tutula bilməz və şəxsi azadlığı heç bir səbəbə görə məhdudlaşdırıla bilməz: a) onu ekstradisiya edən Tərəf razı olarsa; razılıq barədə sorğu 12-ci maddədə göstərilən sənədlərin və ekstradisiya edilən şəxsin müvafiq cinayətlə bağlı verdiyi hər hansı bəyanatın hüquqi qeydi ilə birlikdə göndərilir. Razılıq o hallarda verilir ki, barəsində sorğu edilən cinayət bu Konvensiyanın müddəalarına uyğun olaraq ekstradisiya üçün əsas olsun; b) həmin şəxs ekstradisiya edildiyi Tərəfin ərazisini tərk etmək imkanına malik olduğu halda özünün tam azad edilməsindən sonra 45 gün ərzində bunu etməzsə yaxud həmin ərazini tərk etdikdən sonra oraya qayıdarsa. Həmin Konvensiyanın 14-cü maddəsinin İİİ bəndinə əsasən törədilməsi barədə ittiham irəli sürülən cinayətin təsviri cinayət təqibi gedişində dəyişdikdə, verilən şəxsin cinayət təqibinə başlanılır yaxud onun barəsində yalnız buna görə hökm çıxarılır ki, cinayət özünün yeni təsvirinə uyğun olaraq öz tərkib hissələrinə görə, ekstradisiyanın həyata keçirilməsinə imkan verən cinayətdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 epizod üzrə ittiham elan edildikdən sonra həmin ittiham üzrə sorğu verilib ekstradisiya həyata keçirilmiş, ekstradisiya olunduqdan sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 61 epizod üzrə ittiham elan edilmiş, yəni ittiham ektradisiyaya qədərki ittihama münasibətdə ağırlaşdırılmış, lakin bu barədə müvafiq razılıq alınmamışdır. Göstərilənlərə əsaslanaraq məhkəmə qeyd edir ki, bu hal hazırki iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının Cinayət Prosessual Məcəllənin CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntusunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-269/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 18 noyabr 2023-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 18 noyabr 2023-cü il tarixədək uzadılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Bədəlzadə barəsində xüsusi qərar çıxarımalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 18 noyabr 2023-cü il tarixədək uzadılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Bədəlzadə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar