Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-269/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qarakollu ərazi dairəsi, Gorazıllı kəndində qeydiyyatda olan, ünvan 7sında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 avqust 2024-cü il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,785 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2024-cü il tarixdə saat 20:10-da həmin ünvanın qarşısında saxlanılaraq ünvan 3 Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada həmin tarixdə saat 21:00dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,785 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetmin istifadə etməyə başlamışdır. 15 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetmin almışdır. O, həmin bükümü əynindəki göy rəngi cins şalvarının sağ yan cibinə qoyub gizlədərək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 15 aprel 2024-cü il tarixdə saat 20:10 radələrində cibindəki psixotrop maddə olan metamfetmin ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 2 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər və birlikdə bölmənin inzibati binasına gəlmişlər. Əməlindən səmimi peşman olduğunu və müalicə almasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, «Vəkil» adlı şəxs Səbail rayonu, 8-ci Polis Bölməsinin inzibati ərazisində narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı ilə məşğul olur. Vəkil adlı şəxsin yerini müəyyən edib xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə alınmış məlumatda qeyd edilən Vəkil adlı şəxsə oxşar olan şəxsi narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı şübhəsi ilə saxlamışlar və üzərinə şəxsi axtarış və götürmə aparılması məqsədilə onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər. Bölmədə yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlamazdan əvvəl təhqiqatçı tərəfindən, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi onlar tərəfindən saxlanılıb 8-ci Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş və sonra şəxsi axtarış və götürmənin protokolu iştirakçılara elan edilmişdir. Videoçəkilişdən istifadə edilməsinə etiraz daxil olmadıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə qərar şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilmiş, ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və sonra təhqiqatçı ona təklif etmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən həmin bükülü açılmış və orada ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan paltarları, ayaq geyimləri yoxlanılmış, lakin qanunla qadağan edilən hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs, həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olmasını, onu xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 (on) manata özü qəbul etmək üçün aldığını, üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvana qayıtdığını bildirmişdir. Şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, «Vəkil» adlı şəxs Səbail rayonu, 8-ci Polis Bölməsinin inzibati ərazisində narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı ilə məşğul olur onun cinayət əməlinin ifşa olunması, cinayət törədərkən və ya cinayət törətdikdən sonra yaxalanması məqsədi ilə saxlanılması üçün 8-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun tərkibində olmuşdur. Vəkil adlı şəxsin yerini müəyyən edib xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə alınmış məlumatda qeyd edilən Vəkil adlı şəxsə oxşar olan şəxsi narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı şübhəsi ilə saxlamışlar və üzərinə şəxsi axtarış və götürmə aparılması məqsədilə onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər. Bölmədə yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü ildə Naxçıvan MR-da anadan olmuş, Füzuli rayonu Qarakollu kəndində qeydiyyatda olan və Səbail rayonu ərazisində yerləşən NQÇ idarəsinin həyətində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tutulub bölməyə gətirilməsi barədə bölmə rəisinə raportla məruzə etdikdən sonra rəisin təliqəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması bölmənin baş təhqiqatçısı Mahir Feyzullayevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən, şübhəli şəxs kimi bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmək üçün bölməyə 3 saylı vəkil bürosundan vəkil X4 dəvət olunmuş və vəkilin, onun, 8-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə bölmənin xidməti otağında təhqiqatçı Mahir Feyzullayev tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 21:00 dəqiqədə şəxsi axtarış və götürmə prosesual hərəkətinin keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlamazdan əvvəl təhqiqatçı tərəfindən, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi onlar tərəfindən saxlanılıb 8-ci Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş və sonra şəxsi axtarış və götürmənin protokolu iştirakçılara elan edilmişdir. Videoçəkilişdən istifadə edilməsinə etiraz daxil olmadıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə qərar şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilmiş, ona hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və sonra təhqiqatçı ona təklif etmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən həmin bükülü açılmış və orada ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan paltarları, ayaq geyimləri yoxlanılmış, lakin qanunla qadağan edilən hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs, həmin bükümdəki kütlənin «patı» olmasını, onu xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını, üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvana qayıtdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofan bükümündə olan kütlə təhqiqatçı tərəfindən boş kağız zərfə qablaşdırılaraq üzərində qeydlər aparılmaqla o və digər iştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmiş və zərfin üzərində DİN-nin «Zərflər üçün 52 nömrəli möhürü vurulmaqla zərfdəki kütlə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatı üçün götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol iştirakçılara oxunduqdan sonra o da daxil olmaqla iştirakçılar həmin protokolda yazılanların doğruluğunu öz imzaları ilə təsdiq etmişlər və bununla da şəxsi axtarış və götürmə prosesual hərəkəti başa çatmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə saat 21:25 dəqiqədə başa çatmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona qarşı hər hansı formada təzyiq edilməmiş, zor göstərilməmişdir. Ona daxil olan əməliyyat məlumatında Vəkil adlı şəxsin narkotik vasitələrin əldə edilməsi, üstündə gəzdirməsi və satışı ilə məşğul olması barədə deyilmiş, ona görə də o raportlarında, sənədləşmədə məlumatda deyilən kimi yazmışdır, lakin saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə patını özü qəbul etmək üçün tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Onun narkotik vasitə satması barədə başqa məlumatı yoxdur. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və Bakı şəhəri, Yasamal rayonu, «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığın bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2031 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün NQ52» möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm...» və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,785 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,785 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,735 qram. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir.. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2697 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 15 aprel 2024-cü il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 16 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. 17 aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 17 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 17 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 17 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 09 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs götürülmüş 0,785 qram xeyli miqdarda psixotrop maddə metamfetamin maddi sübut kimi hesab edilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,735 qram hissəsi Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlan yerinə təhvil verilmişdir. 09 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə etdiyi şəxs barədə cinayət işində material ayrılaraq aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə göndərilməklə istintaqı aparılır. 10 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş 0,785 qram xeyli miqdarda psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2024cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Azad Həyat” Reabilitasiya Mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “Azad Həyat” Reabilitasiya Mərkəzində stasionar müalicədədir. Müalicə xx.xx.2024-cü il tarixədək davam edəcək. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını və nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2697 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,735 qram olan (ilkin təmiz çəki 0,785 qram) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,735 qram (ilkin təmiz çəki 0,785 qram) olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 228 (iki yüz iyirmi səkkiz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-269/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-269/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver