Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-269/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X9 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 noyabr 2025-ci il tarixdə saat 11.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X3 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd sellofan bükümdə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmş xeyli miqdarda 6,60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-cü il tarixdə saat 15:30-da Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvann qarşısında saxlanılaraq Səbail RPİ-nin ünvan 5 ünvanda yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:30-dan etibarən orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq əynində olan göy rəngli cins şalvarnn sağ yan cibində daşıdığı şəffaf rəngli 1 (bir) ədəd sellofan bükümdə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmş 6,60 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə dostunun evində olmuşlar. 3 nəfər olmuşlar. Polislər qapını döymüş və hər üçünü 8-ci Polis Bölməsinə aparmışlar. Təxminən yarım saat sonra digərlərini orda saxlayıb onu götürüb Səbail Rayon Polis İdarəsinə gətirmişlər və qeyd etmişlər ki, narkotik istifadə etmişdir. Marixuana çəkmir, pis təsir edir. Səkkiz kiloqram olan nəşə onun olmamışdır. Sadəcə bölmədə işgəncə etmişlər və ona görə qəbul etmək məcburiyyətində qalmışdır. Marixuana istifadə etməmişdir, amma heroin istifadə etmişdir. Lakin ittihamda qeyd edilən marixuanadan heç bir məlumatı yoxdur. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı rəhmətə gedib, uşaqlara baxan yoxdur. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə şəxsin narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumata əsasən şəxs Səbail rayonu, Elçin Əzizov küçəsi, ev 10 ünvanının qarşısında saxlanılaraq bölməyə gətirilmiş və üzərinə baxış keçirilmişdir. Baxış nəticəsində şəxs üzərində saxladığı bir büküm marixuananı təqdim etmişdir. Şəxs ilkin ifadəsində marixuananı “İnstagram” sosial şəbəkəsində tanış olduğu iranlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə Elçin Əzizov küçəsində şəxsi saxlayaraq bölməyə aparmışlar. Təhqiqatçının otağında şəxsin üzərinə baxış keçirərkən üzərində marixuana aşkarlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin Şahid3 ibtidai istintaqa vermiş ifadəsində bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Səbail RPİ-nin NMB-nə xx.xx.1978-ci il təvəllüdlü, Masallı rayonu, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 23-də qeydiyyatda olan və ünvan 6-da yaşayan X9 Səbail rayonun inzibati ərazisində narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Səbail RPİ-nin rəisinə xx.xx.2025-ci il tarixdə raportla müraciət edilmiş və X17 barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin raport və qərar əsasında Səbail RPİ-nin rəisi tərəfindən ondan, Səbail RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid1, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X10 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.1978-ci il təvəllüdlü, Masallı rayonu, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 23-də qeydiyyatda olan və ünvan 6-da yaşayan X17 xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. X9 üzərində müdafiə hüquqları təmin olunmaqla Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X14 xidməti otağında onun, Səbail RPİ- nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Səbail RPİ-nin KTQ-nin inspektoru, polis kapitanı X5 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmədən əvvəl X17 şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təkilfdən sonra X17 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli ota bənzər maddəni masanın üsərinə qoymuşdur. Ondan aşkar edilmiş həmin maddənin nə olduğunu soruşduqda, Q.Ş.Nəcəfov maddənin marixuana olmasını bildirərək bir həftə bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının Əli adlı vətəndaşı tərəfindən ona verildiyini, bir hissəsini üzərində saxsladığını, bir hissəsini isə Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesində köhnə “traktor bazası” adlanan yerdə yarımtikilidə saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. X15 qarşı Səbail RPİ-nə gətirilərkən və polis idarəsində olduğu zaman hər hansı bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X9 üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükülmüş içərisində yaşıl rəngli ota bənzər maddə olan bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən X17 bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Cinayət işində olan baxış və götürülmə apaılması haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesində köhnə “traktor-bazası” adlanan yerdə yarım tikilinin içərisindən iki ədəd sellofanlara bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik kütlələr aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 7/634 saylı, 24 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. X9 üzərindən..." yazısı və imzalar olan kağız paketdəki 01(bir)ədəd sellofan bükülüdə təmiz çəkisi- 6,60qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş sintetik çantadakı iki ədəd qara rəngli polietilen bağlamalarda: üzərində "Saxlanılan şəxs Q.S.Nəcəfovun təqdim etmiş..." yazısı və imzalar olan 1-qara rəngli polietilen bağlamada təmiz çəkisi-4090qram, üzərində "Vət. Q.S.Nəcəfovun saxlamış olduğu..." yazısı və imzalar olan 2-ci qara rəngli polietilen bağlamada təmiz çəkisi-4060qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-8156,6 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi-8156,6qram(1-3Neli ob), tədqiqata istifadə olundu-0,45qram, (sellofan bükümdən 0,05qram, hər qara rəngli polietilen bağlamadan isə 0,2qram götürüldü)qalıq-8156, 15qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Respublika Narkoloji Mərkəzinin 26 aprel 2025-ci il il tarixli 2407 №-li rəyindən görünür ki, X11 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 23 aprel 2025-ci il tarixdə X17 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 15:30-dan tutulmuş hesab edilmişdir. 24 aprel 2025-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 24 aprel 2025-ci il tarixdə iş üzrə X9 əynində olan göy rəngli cins şalvarnın sağ yan cibində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,60 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazrlanmş narkotik vasitəqurudulmuş marixuana, eləcə də həmin gün onun saxladğı Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesində köhnə “traktor-bazası" adlanan yerdə olan dəlikdən dama-dama torbanın içərisindən iki ədəd səffaf sellofan bükümlərdə içərisində yaşıl rəngli spesifik iyə malik olan təmiz çəkiləri - 4090 qram və 4060 qram ümumi çəkiıləri 8156,6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən olan kustar üsulla hazrlanmş narkotik vasitə-qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 25 aprel 2025-ci il tarixdə X17 Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 25 aprel 2025-ci il tarixdə X17 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən dərhal azad edilmişdir. 25 aprel 2025-ci il tarixdə X17 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 iyun 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X17: -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qəti olaraq toplanmaqla ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 03 ay 29 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(005)-73/2021 saylı hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X9 istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-837/2022 saylı qərarı ilə X17 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə təyin edilən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 03 (üç) ay 10 (on) gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 29 (iyirmi doqquz) gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 29 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla X17 polis əməkdaşları tərəfindən saxlanılan zaman onun narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində köhnə “traktor bazası” adlanan yerdə yarımtikilidə saxladığını bildirməsi və həmin ünvandan polis əməkdaşları tərəfindən 8150 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı üzrə Qadir Nəcəfov cinayət məsuliyyətindən azad olunmuşdur. X9 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd plastik qutuda təmiz çəkisi 6,60 qram və 8150 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və Səbai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-269/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixli qərarı ilə X17 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli tarixli məktubuna əsasən X17 xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X17 xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, X9 iki uşağı var: xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X9 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X9 özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, yəni narkotik vasitə istifadə etsə də, marixuana istifadə etmədiyini deməsi iş materiallarında olan sənədlər, sübutlar və ifadələr ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, X9 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X16 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 ibtidai istintaq dövründə 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə X9 azadlığının faktiki olaraq 11 sentyabr 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X17 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X15 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 26 aprel 2025-ci il il tarixli 2407 nömrəli rəyinə əsasən X15 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8156,15 qram (ilkin təmiz çəkisi 8156,6) kustar üsulla hazırlanmış narkotik vasitə-marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat X8 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X9 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2025-ci il tarixdən hesablansın. X9 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8156,15 qram (ilkin təmiz çəkisi 8156,6) kustar üsulla hazırlanmış narkotik vasitə-marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 396 (üç yüz doxsan altı) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-269/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-269/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver