Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-27/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Qurban oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Neftçilər prospekti 71 ünvanda yerləşən yaşayış binasının qapıya quraşdırılmış yalnız sakinlər tərəfindən açarla açılıb-bağlanan qapısından binanın 2-ci blokuna qanunsuz daxil olaraq həmin blokun üçüncü mərtəbəsində İsveçrə Konfederasiyasının vətəndaşı Zərərçəkmiş şəxs kirayədə yaşadığı 2 nömrəli mənzilin giriş qapısının sol tərəfində saxlanılmış vəziyyətdə olan, sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində 1 (bir) ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş «Speedster» markalı, “MTB CYCLENTECH” modelli dəyişən sürətli, tam komplektli İsveçrə istehsallı velosipedi gizli yolla talayaraq zərərçəkmiş Alberto Hernandesə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla ourluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilsə də, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17-18 radələridə Bakı şəhərində İçərişəhər metrostansiyasının yaxınlığında gəzirmiş, yaxın tanışı ona uşaq yeməyi almasını xahiş etmiş, o da pul olmadığı üçün pul verə biləcək adam axtarırmış. O, Prezident Administrasiyasının qarşısındakı yol ilə “Azneft” dairəsi istiqamətinə gəzərək gəlmiş, oradan “Bəhramgur” heykəli istiqamətinə dönmüş, yolu gələndə sağ tərəfdə binalar olan küçəyə keçmiş, oradan binanın həyətinə girmişdir. Binanın ikinci blokunun qapısının açıq olduğunu görmüş və bloka girib yuxarı mərtəbələrə qalxmış, üçüncü mərtəbədə mənzillərdən birinin qarşısında bir neçə velosiped qoyulduğunu görmüşdür. O, velosipedlərdən qırmızı rəngli, üzərində ağ rənglə “Speedster” sözləri yazılan velosipedi götürüb üçüncü mərtəbədən aşağı düşürmüş, orada həyətdən çıxıb velosipedi əli ilə Nərimanov heykəlinin qarşısına qədər aparmışdır. Oradan velosipedi sürərək yaşadığı Bakıxanov qəsəbəsinə getmişdir. Kirayədə yaşadığı evin qonşuluğunda yaşayan Pərviz adlı şəxsə velosipedi göstərib bacısının oğluna məxsus olduğunu bildirmiş və həmin velosipedi Pərvizə 100 (yüz) manata satmışdır. Pərviz 50 (əlli) manatını vermiş, qalan 50 (əlli) manatını sonra verəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə o Yasamal rayonunda Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbal rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmiş və bölmədə velosipedin oğurladığını və satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, blokun qapısında kilid olsa da, o bloka daxil olarkən blokun giriş qapısı açıq olmuş, bloka daxil olmaq üçün kilidi zədələməmiş və sərbəst şəkildə bloka gormişdir. Məhkəmədən törətdiyi əməli CM-nin 177.1-ci maddəsinə tövsif edilməsini, səmimi etirafını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və oğurlanmış velosipedin zərərçəkmiş şəxsə qaytarılmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərəçəkmiş şəxs İsveçrə Konfederasiyasının vətəndaşı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1979-cu ildə X1 şəhərində anadan olmuş, xx xxxxxx 2020-ci il tarixdən etibarən İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirinin müavini vəziifəsində işləyir. Ailəlidir üç uşağı var, ünvan 2 mənzil 2 ünvanında kirayədə yaşayır. Yaşadığı mənzil dörd mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşir. Blokda yaşadığı mənzilinin qarşısından dördüncü mərtəbəyə qalxan pilləkən yolu bağlanılaraq qapı qoyulmuşdur. Qapının qarşısında meydançada uşaqlara və özünə məxsus olan velosipedləri, uşaqların samokatları və uşaq arabasını qoyurlar. xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da meydançada velosipedlərin dağınıq vəziyyətdə olduğunu və ona məxsus olan qırmızı rəngli, “Speedster” markalı velosipedin yerində olmadığını görmüş və məlum olmuşdur ki, velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona məxsus olan “Speedster” markalı velosipedi 2018-ci ildə İsveçrənin Aarau şəhərindən almışdır. Blokun sakinlərində açarlar vardır, qapı sakinlər tərəfindən açılıb bağlanılır, ola bilsin ki, təsadüfən kimsə tərəfindən açılıb, lakin bağlanılması unudulub. Velosipedi yerində xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarındagörmüşdür. Velosipedi saxladığı yerdə zəncir və yaxud hər hansı bir kilidlə bağlamır, çünki blok davamlı bağlı olduğu üçün buna ehtiyac olmur.Ona məxsus olan “Speedster” markalı velosipedin istehsal tarixi barədə məlumatı yoxdur. İsveçrənin Azərbaycandakı Səfirliyinin xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanlanmış notasında qeyd olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Səbail rayon Polis İdarəsi oğurlanmış velosipedi X4 cənab Zərərçəkmiş şəxs geri qaytarmışdır. Bu münasibətlə cənab Hernandez velosiped tapıldığı üçün öz şikayət ərizəsini geri götürdüyünü və bu işlə bağlı hər hansı bir əlavə iddiasının olmadığını bəyan edib. O, əlavə edib ki, öz diplomatik toxunulmazlığından imtina etməyib və bu məsələ ilə bağlı hər hansı bir əlaqə diplomatik kanallar vasitəsi ilə həyata keçirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyir. İş günü səhər saat 07.00-dan saat 12.00-dək davam edir. Ümumi beş bloku təmizləyir, bir binada iki blok, digər iki binada bir blok oun xidmət etdiyi sahəyə aiddir. O bloklara sərbəst şəkildə daxil olur və təmizləyir, blokların qapısı həmişə açıq olur, həmin bloklara sərbəst şəkildə istəilən şəxs daxil ola bilər. Sakinlər də blokların meydançasında velosiped, uşaq arabası və digər əşyalar saxlayırlar. Həmin binaların yerləşdiyi ünvanı dəqiq bilmir. Oğurluq olan binanın da ünvanını bilmir, lakin məlumatı olmuşdur ki, “Azneft” İstehsalat Birliyinin inzibati binasının yanında və “ÜNS” teatrının yanında olan dayanacağın arxasındakı binanın blokundan velosiped oğurlanmışdır. Çünki oğurluq hadisəsi baş verəndən sonra 58 saylı Mənzil-İstismar Sahəsinin işçilərini yığıb onlardan oğurluq hadisəsi barədə soruşmuşlar. Oğurluq baş verdiyi blokun qapısını örtülü vəziyyətdə görmüşdür, lakin qapının bağlı olub-olmaması barədə məlumat yoxdur, bloku təmizləməsə də hərdən həyəti süpürür. Bundan başqa binanın həyət tərəfdən girişində şlaqbaum qoyulmuşdur. Şahid3 məhkəməyə oğurluq baş verdiyi blokun giriş qapısının əlamətlərini xatırlamadığı üçün heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyir. Onun xidmət etdiyi ərazi Adil İsgəndərov küçəsində 6 nömrəli orta məktəbin yanında yerləşən binalardır. Velosiped oğurluğu olan bina yolun kənarında yerləşir, binanın bloklarında kimin tərəfindən təmizlik işləri aparıldığını bilmir. Blokun qapısını örtülü vəziyyətdə görmüş, həmin binanın həyətinə daxil olmadığına görə blokun qapısının bağlı və ya sadəcə örtülü vəziyyətdə olduğu barədə məlumatı yoxdur. İşlədiyi blokların qapıları həmişə açıq olur, həmin bloklara sərbəst şəkildə istəilən şəxs daxil ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016cı ildən Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyir. Səbail rayonu, Neftçilər küçəsi, 71 saylı ev onun xidməti ərazisinə daxildir. Həmin bina dörd mərtəbəli, üç blokdan ibarətdir, yeddi mənzil vardır. Birinci, ikinci və üçüncü mərtəbədə yaşayış mənzilləri yerləşir, dördüncü mərtəbə “SOCAR”-a aiddir. Mənzillərdə əsasən xarici diplomatik nümayəndələr kirayə müqaviləsi əsasında yaşayırlar. Hər üç blokun girişində qoyulmuş qapılar açarla açılıb bağlanılır və açarlar binada yaşayan sakinlərdə olur. Blokda domofon quraşdırılmamışdır, qapı yalnız açarla bağlanıb-açılır, açarı olmayan şəxs bloka daxil ola bilmir. xx xxxxxx 2020-ci il tarixdə İsveçrə səfirinin müavini Zərərçəkmiş şəxs məxsus olan velosiped qeyd olunan evin, yəni Neftçilər küçəsi, ev 71, 2 saylı mənzilinin qarşısından, blokun içindən oğurlanmışdır. Oğurluq olmuş 2 saylı mənzil binanın ikinci blokunun üçüncü mərtəbəsindədir. Binanın dördüncü mərtəbəsinə qalxan pilləkənlər üçüncü mərtəbədən bağlanmış, dördüncü mərtəbə Neft Şirkətinə məxsusdur və giriş-çıxışı binanın digər tərəfindəndir. Qeyd olunan binanın həyətinə girişdə şlaqbaum qoyulmuşdur, pultla idarə edilir və həyətə avtomaşınları ilə girib-çıxan bina sakinlərində olan pultdan şlaqbaumu qaldırmaq üçün istifadə edilir. Bina mühafizə olunmur, binanın təmizlik işlərini özəl şirkət həyata keçirir. xx xxxxxx 2020-ci ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı kamera görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxs əlində əsa ilə şlaqbaumın yanından həyətə daxil olur, biraz keçdikdən sonra əlində velosipedlə həyətdən çıxır və Axundov bağı istiqamətində gedir. Böyük ehtimalla blokun mənzillərində yaşayan sakinlərdən hər hansı biri tərəfindən qapı açıldıqdan sonra açarla bağlanılması unudulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. O, Vüqarı 5-6 aydır ki, tanıyır. Vüqarın onlarla qonşuluqda yaşayan bacısı Ülviyyənin evinə gedib-gəldiyini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısındakı məhəllədə domino oynayırmış. Həmin vaxt Vüqar gəlmişdir. O, Vüqarın tər içində olduğunu görmüş və nə üçün belə tərlədiyini soruşanda sonuncu velosiped sürdüyünü bildirmişdir. O, zarafat üçün demişdir ki «idmanla məşğul olursan ?», Vüqar isə “yox” deyərək cavab vermişdir. O, Vüqardan nə velosiped olduğunu soruşanda, Vüqar bacısının uşağının velosipedi olduğunu bildirmiş və ehtiyacları olduğu üçün velosipedi satmaq istədiyini demişdir. O, velosipedin qiymətinin neçə olduğunu və neçəyə satdığını soruşanda, Vüqar velosipedin qiymətinin 300-400 manat olduğunu və 100 manata satdığını bildirmişdir. O, qardaşının uşağının yaxın müddətdə ad günü olacağı münasibəti ilə uşağa velosipedi hədiyyə almaq istəmişdir. Vüqar velosipedi gətirmiş, o, qırmızı rəngli üzərində ağ rənglə “speedster” sözü yazılmış velosipedə baxandan sonra razılaşmış və 100 manatın 50 (əlli) manatını nağd vermiş, qalan 50 (əlli) manatı isə iki gün ərzində verəcəyini bildirmiş, velosipedi Vüqardan almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində məhəllədə olan zaman polis əməkdaşları gəlmiş və ona yaxınlaşaraq maşına dəvət etmişlər. Maşına yaxınlaşanda arxa qapını açıb Vüqarı göstərmişlər və tanıdığını soruşanda Vüqarı tanıdığını, qonşuluqda yaşadığını bildirmişdir. Polislər Vüqarın ona velosiped satdığını və həmin velosipedin oğurluq olduğunu bildirəndə, o, Vüqarın ona velosiped satdığnı, lakin velosipedin oğurluq olması barədə məlumatının olmadığını bildirmişdir. O, evdən velosipedi gətirib polislərə təqdim etmişdir. O, Vüqarın bacısının uşaqlarının həmin velosipeddən istifadə etməsinə, yəni sürməsinə fikir verməmiş, Vüqarın özü belə demiş və ehtiyacı olduğunu bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/2963 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Speedster” markalı, «MTB CYCLENTECH» modelli dəyişən sürətli, tam komplektli velosipedin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 850, 0 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxxxx 2020-ci il tarixdə Şahid1 tərəfindən könüllü təqdim edilərkən götürülmüş 1 ədəd “Speedster” markalı, “MTB CYCLENTECH” modelli velosiped maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “MTB CYCLENTECH” modelli “Speedster” markalı velosiped iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmışdır. Zərərçəkmiş şəxs İsveçrə Konfederasiyasının vətəndaşı Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı ərizədən görünür ki, ona məxsus olan “MTB CYCLENTECH” modelli “Speedster” markalı velosiped ona istintaq orqanı tərəfindən təqdim edilmiş, bununla bağlı heç bir şikayət və tələbi yoxdur, velosiped yaxşı vəziyyətdədir. xx xxxxxx 2020-ci il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-404/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 4(009)-669/2020 saylı qərarından görünür ki, apelyasiya şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)-404/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(004)-138/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş tələbnaməsinə əsasən: Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətinə şərti sınaq müddəti təyin edilmiş; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərarı ilə xx xxx 2009-cu il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən cəzanın çəkilməmiş 08 ay 5 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx xxxxxxx 2010-cu il tarixdə cəzanın sonu ilə azad olunmuş; Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətsə də, buna binaya (saxlanc yeri) qanunsuz daxil olmaq yolu ilə etməmişdir. Belə ki, işdəki sübutlardan da görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 71 saylı binanın ikinci blokun giriş qapısı açarla açılıb-bağlanmasına baxmayaraq oğurluq baş verən zaman qapı açıq vəziyyətdə olmuşdur. Giriş qapısının kiliində də hər hansı zədə izi yoxdur. Təqsirləndirilən şəxs qapının açıq olduğunu görüb bloka daxil olmuş və üçüncü mərtəbənin meydançasında olan velosipedi oğurlamışdır. Ümumiyyətlə verilmiş ittihamda Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Neftçilər prospekti 71 ünvanında yerləşən yaşayış binasının qapıya quraşdırılmış yalnız sakinlər tərəfindən açarla açılıb-bağlanan qapısından binanın ikinci blokuna qanunsuz daxil olaraq həmin blokun üçüncü mərtəbəsindən velosipedi oğurlanması göstərilsə də, bloka qanunsuz daxil olmanın nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində binaya (saxlanc yeri) qanunsuz daxil olmağın nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin mənasına görə daxil olma qanunsuz olmalıdır. Ona görə də yaşayış sahəsinə, binaya və ya saxlanc yerinə daxil olmanın qanunvericiliklə müəyyən edillmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə həmin yerlərə daxil olma CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əlaməti yaradacaqdır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma şəxs maneələri aradan qaldırmaq və talaaq istədiyi əmlakı əlçatan tmək üçün əlavə səylər göstərir, mənzilin və ya başqa tikilinin qapısını, pəncərəsini sındırır, divarını, döşəməsini, tavanı dağıdır. Daxil olma müxtəlif üsullarla həyata keçirilə bilər. Sındırma yolu ilə daxil olma dedikdə, təqsirli şəxsin yaşayış sahəsinə, binaya anbara və başqa saxlanc yerlərinə girərək orada olan əmlakı aşkar edib ələ keçirmə məqsədi ilə divarların, tavanın, döşəmənin, qapıların, pəncərələrin sökülməsi, sındırıb qırılması, qoparılıb çıxarılması, dağıdılması, eləcə də qapılarda, pəncərələrdə, nəfəsliklərdə və s. olan qıfıl, cəftə, dəmir barmaqlıqların sındırılması, qoparılması, deformasiyaya uğradılması, yəni tamlığının pozulması yolu ilə işəri gorməsi başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Bunlara müxtəlif istehsal və ya başqa inzibati tyinatlı tikililəri və s. aid etmək olar. Belə tikili və qurğular daimi vəya müvəqqəti ( məsələn, çadır, quraşdırılan ev və s.) stasionar və səyyari ( məsələn, vaqon) ola bilər. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 71 saylı binanın ikinci blokunun üçüncü mərtəbəsinin meydançasında olan velosipedi oğurlaması cinayətinin binanın blokuna qanunsuz daxil olma yolu ilə törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə, yəni blokun qapısının açıq olduğunu görərək bloka daxil olduğunu və velosipedi götürməsi mümkün olduğundan, əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi hissəsində heç bir mübahisə görünmür, bu hal nə ittiham nə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Lakin hadisənin təqsirləndirilən şəxsin əməli qanunsuz daxil olma yolu ilə törədilməsi ilə bağlı müdafiə tərəfindən mübahisələndirilmiş, CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi iddia edilmişdir. İttiham tərəfi isə ittihamı müdafiə etmək mövqeyində qalmış, fikrini yalnız blokun qapısında kilid olduğundan mühafizə olunan sahəyə aid edildiyini və yalnız açarla açılıb-bağlanması ilə bloka daxil olmaq mümkün olduğu ilə əsaslandırmışdır. Belə ki, ibtidai istintaq orqanı əməlin qanunsuz daxil olma yolu ilə törədilməsi kimi tövsifini oğurluq baş verdiyi blokun qapısı yalnız açarla açılıb-bağlandığına görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 71 saylı evin giriş qapısında kilid olduğu və yanız binanın sakinləri tərəfindən açarla açılıbbağlandığı blokda baş verməsi, əməlin CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməsinə kifayət etmir. Bunun üçün blokun maddədə göstərildiyi kimi yaşayış sahəsi, bina və ya saxlanc yeri hesab edilməsi tələb olunur. Sakinlər tərəfindən blokda hər hansı əşyaların saxlanılması blokun saxlanc yeri kimi qiymətləndirilməsi və ya blokun qapısına kilid quraşdırılması, bununla da bloka giriş-çıxışı sakinlərin dairəsi ilə məhdudlaşdırlması kimi hərəkətlərin edilməsi blokun yaşayış sahəsi və ya bina kimi hesab olunmasına dəlalət etmir. Həmçinin blokun giriş qapısında kilid olsa da, Təqsirləndirilən şəxs tərəfindən bloka daxil olmaq üçün kilidi sındırması və ya başqa yolla qapıya zərər yetirməsi halları aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qapının açıq vəziyyətdə olduğunu görərək bloka daxil olmuş, yəni bloka daxil olmaq üçün hər hansı maneəni aradan qaldırmamış, sərbəst şəkildə bloka girmişdir. Hazırki işdə əməlin binaya qanunsuz daxil olma yolu ilə törədilməsi görünmür. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı cinayət işini CM-nın 177.1-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız blokun qapısında kilid quraşdırıldığına istinad edərək şəxsin əməlini qanunsuz daxil olma yolu ilə oğurluq kimi qiymətləndirib CM-nın 177.2.3-cü maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Belə ki, şahidlər ifadələrində yaşayış binasının blokunun qapısının örtülü və ya bağlı vəziyyətdə olması ilə bağlı dəqiq məlumat bildirməməsinə, qapıda hər hansı zədə izinin olması sübutlarla inkar olunmasına baxmayaraq ittihamda şəxsin qanunsuz olaraq binaya daxil olub oğurluq etməsi göstərilir, lakin bunun sübuta yetirilməsi görünmür. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, daxil olma qanunsuz olmalıdır. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin ilk növbədə qanunsuz daxil olmaqla oğurluq etməsinə yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi binaya qanunsuz daxil olmağa yönəlməmiş, hadisə yalnız hər hansı əşyanı qanunsuz götürərək mənfəət əldə etmək nəticəsində baş vermişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif olunmalı və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunduğunu, bundan əvvəl soyğunçuluq cinayətini törətdiyini, cəzanı çəkib qurtadıqdan sonra islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 850 (səkkiz yüz əlli) manat dəyərində olan 1 (bir) ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş «Speedster» markalı, “MTB CYCLENTECH” modelli dəyişən sürətli, tam komplektli İsveçrə istehsallı velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 850 (səkkiz yüz əlli) manat dəyərində olan 1 (bir) ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş «Speedster» markalı, “MTB CYCLENTECH” modelli dəyişən sürətli, tam komplektli İsveçrə istehsallı velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Qurban oğlu tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-27/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-27/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver