Məhkəmə qərarları › İş №1(009)-27/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-27/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-27/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə, saat 13:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüquqi olmadan “İSUZU MD 22V markalı”, ** TJ *** qeydiyyat nişanlı avtomobili idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandırdıqdan sonra minməli və ya düşməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları dayanana qədər açmamalı olduğu halda bunlara əməl etməmiş, həmin hadisənin qarşısının alınmasına texniki imkanı olsa da buna əməl etməyib Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən “SOCAR” NQÇİ-nin inzibati binasının qarşısında sərnişinin düşməsi üçün avtobusu saxlayarkən sərnişin X8 gediş haqqını ödəyib açıq qapıdan enən zaman bir ayağı avtobusda, digər ayağı yerdə olarkən avtobusu irəliyə hərəkətə başlatdığından S.A.Əskərovanm yıxılması və nəticədə ehtiyatsızlıqdan müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol bud sümüyü boynunun qapalı yerini dəyişən sınığı ilə nəticələnin və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğa AZ-AGİR zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2011 -ci ildə Nigar adlı xanımla ailə qurmuş və birgə nigahdan 2 azyaşlı övladları vardır. Ailə qurduqdan sonra maddi cəhətdən çətinlik çəkdiyindən müxtəlif moykalarda maşın yuyan və ya fəhləlliklə məşqul olmuşdur. Onun sürücülük vəsiqəsi olmasa da avtomobil idarə etməyi bacarır. O, sonuncu dəfə Bayıl qəsəbəsi G.Əliyev küçəsində olan Məhərrəm adlı şəxsə məxsus moykada minik avtomobilləri və avtobusların yuyulması ilə də məşqul olarkən orada **-TJ-*** dövlət nömrə nişanlı 56 saylı sərnişin avtobusunda sürücüsü işləyən və əslən Bərdə rayonundan olan Turalla tanış olmuşdur. Həmin avtobusun rəhbəri onun bildiyinə görə Niyazi adlı şəxs olmuşdur. Tural Bayıl qəsəbəsində Gülbala Əliyev küçəsindəki “Ağdam” marketin yanında kirayədə yaşamışdır. Baş vermiş həmin hadisədən bir gün əvvəl, yəni 29 aprel 2022-ci ildə, söhbət zamanı o, özü də həmin marşrutda sürücü işləmək istədiyini və onun bu istəyini marşrut rəhbərliyinə çatdırmasını Turaldan xahiş etdikdə, Tural da ona demişdir ki, gəl bir gün mənim yanımda avtobusu idarə et, əgər bacarsan mən bu barədə avtobusun rəhbəri Niyazidən sənin işləməyin üçün xahiş edərəm. Bu söhbətdən sonra o, Turalın idarə etdiyi ** TJ *** nömrəli 56 saylı avtobusu xətt üzrə, yəni Səbail rayonunda olan “Vanikov” heykəlinin yanından G.Əliyev küçəsində yerləşən “Süleyman” marketin yanında olan xətt üzrə 2 dairə idarə etmişdir. Tural onun avtobusu idarə etdyini görüb ondan səhəri gün, yəni 30 aprel 2022-ci ildə vacib işi olduğu üçün ** TJ *** dövlət nömrə nişanlı 56 saylı avtobusu idarə etməsini xahiş etmişdr. Odurki, o, 30 aprel 2022-ci ildə, səhər saat 08:00dan Turalın idarə etdiyi ** TJ *** dövlət nömrə nişanlı 56 saylı sərnişin avtobusunu xətt üzrə idarə etməyə başlamış və bundan marşrutun dispeçeri Müşfiq müəllimin də xəbəri olmuşdur. Həmin gün, təxminən saat 13:30 radələrində Gülbala Əliyev küçəsindən qayıdan zaman “Şəhidlər” bulağının yanında şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs sərnişin kimi avtobusa minmiş və həmin vaxt avtobusda ondan başqa bir neçə nəfər sərnişin də olmuşdur. O, avtobusu G.Əliyev küçəsi ilə idarə edib “SOCAR”ın inzibati binası ilə üzbə-üz olan avtomobillərin yuyucu yerinin yanma çatarkən sərnişinlərdən bir nəfər tanımadığı cavan oğlan avtobusu saxlatdıraraq avtobusdan düşmüş və onun ardınca da Zərərçəkmiş şəxs gediş haqqını ödəmədən avtobusdan düşüb gedərkən ayağı yolun kənarında olan beton səkiyə ilişərək yerə yıxılmışdır. Bu zaman o, marşrutun dispetçeri ilə Şəfaqət xanıma yaxınlaşıb onu ayağa qaldırarkən onun hənsı səbəbdən yıxıldığını soruşduqda o, başı gicəlləndiyi üçün yerə yıxıldığını və yıxılmasında heç kimin o cümlədən onun heç bir günahı olmadığını bildirmişdir. Bundan sonra o, avtobusun sürücüsü Tural və dispetçer Müşfiqlə birlikdə Şəfaqət xanıma öz köməkliklərini təklif etdikdə Şəfaqət xanım heç bir şeyə ehtiyacı olmadığını yaxınlıqda yaşayan qızının evinə getmək istədiyini bildirmişdir. Bundan sonra o, işinə davam etmiş, xətti başa vurub qayıtdıqdan sonra Şəfaqət xanımın həkimə getdiyini eşitmiş və onun yıxılaraq xəsarət almasında heç bir günahı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə, özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxsin avtobusdan endikdən sonra bir neçə addım atdıqdan sonra başının gicəllənməsi nəticəsində yıxılmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri, eləcə də iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 30 aprel 2022-ci ildə nəvəsi Fatimənin ad günü olduğu üçün təxminən saat 11:30 radələrində təbrik etmək məqsədidə onların yaşadığı Səbail rayonu, Gülbala Əliyev küçəsindəki evlərinə getmiş və bir neçə saatdan sonra, təxminən saat 14 radələrində oradan çıxıb “Şəhidlər” bulağının qarşısında olan dayanacağa gedib 56 saylı sərnişin avtobusuna minmişdir. Avtobusla gəlib “SOCAR”-ın binasının qarşısında dayanarkən bir nəfər ondan əvvəl avtobusdan düşmüş, onun ardınca isə o, avtobusdan enən zaman bir ayağı avtobusda və bir ayağı da yerdə olarkən sürücü avtobusu idarə etdiyindən o, avtobusdan arxası üstə yerə yıxılmışdır. Bu zaman ətrafda olan şəxslər, sürücü, sonradan bildiyinə görə iki nəfər gəlib onu ayağa qaldırıb bir oturacağa əyləşdirmişlər. Bundan sonra zəng vurub baş vermiş hadisə barəsində qudası Adilə məlumat vermiş və Müşfiq adlı sürücü yanında olan Turalla onu qara rəngli avtomobillə qudası Adilin evinə gətirmişlər. Bundan sonra da onu yaxınlıqda olan rentgenə aparmışlar və orada ombasından sınıq xəsarəti alması müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, avtobusdan yıxıldıqdan sonra Təqsirləndirilən şəxs ona heç bir yardım göstərməməsini, məhz qudası Adil tərəfindən xəstəxanaya aparıldığını və xəstəxana xərclərinin özləri tərəfindən qarşılandığını, hadisə nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəyməsini və bununla bağlı məhkəməyə mülki iddia təqdim etdiyini və dəymiş ziyanın hazırki vaxtadək ödənilməməsini bildirmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Şəfaqət xanım onun qudası olmaqla oğlu Təbrizin arvadı Sənubərin anasıdır və aralarında əvvəlcədən heç bir ədavət və ya düşmənşilik olmamışdır. 30 aprel 2022-ci ildə nəvələri Fatimənin ad günü olduğu üçün Şəfaqət xanım təxminən saat 11 radələrində onların yaşadığı ünvana gəlmiş və əyləşib birlikdə nahar etdikdən sonra, təxminən saat 13:30 çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Şəfaqət xanım onun mobil telefon nömrəsinə zəng vuraraq Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində 56 saylı marşrut avtobusdan düşərkən sürücü onun düşməsini gözləməyib bir ayağı avtobusda digər ayağı isə yerdə olarkən avtobusu idarə etdiyindən o, yıxılaraq xəsarət aldığını bildirmiş və bir neçə dəqiqədən sonra qayıdıb onlara gəlmişdir. Bundan sonra Alan adlı bir nəfər sürücü 5 nəfər kənar şəxslərlə birlikdə onun yaşadığı ünvana gəlmiş və bundan sonra o, Şəfaqət xanımla birlikdə öz maşınında, onlar da gəldiyi “Mercedes 190 “ markalı, 04 - 213 dövlət nömrə nişanlı avtomobillə Badamdar qəsəbəsinə gəlib orada Şəfaqət xanımı rentgen müayinəsindən keçirdikdə onun omba sümüyündə sınıq olmasını demişlər. Bundan sonra həmin şəxslər çıxıb getmiş o, isə Şəfaqət xanımı “Medika Hospital”-a aparmışdır. Məhkəmə iclasında şahid X6 öz ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci ildə, təxminən saat 14 radələrində həmyerlisi Nəcibə ilə birlikdə övladlarına kirayə qalmağa ev tapmaq üçün yaşadıqları Hacıqabul rayonundan Səbail rayonu Gülbala Əliyev küçəsinə gəlib 56 saylı sərnişin avtobusuna minmişlər. Avtobus “SOCAR”-ın binasının yanında dayanarkən əvvəlcə avtobusdan bir nəfər 35-40 yaşlı kişi, onun ardınca isə şəxsiyyəti ona sonradan məlum olan Şəfaqət düşərkən onun bir ayağı avtobusda digər ayağı isə yerdə olan zaman avtobus hərəkətə başladığından Şəfaqət arxası üstə yerə yıxılmışdır. Bu zaman sürücü avtobusu saxlamış və onlar Şəfaqətə yaxınlaşarkən o, ombasında ağrılarının olduğunu bildirmişdir. Hətta Şəfaqətdən əvvəl avtobusdan düşən sərnişin də sürücünü danlayaraq belə bir hadisə törətməsində onun günahı olduğunu bildirmişdir. Baş vermiş hadisə nəticəsində Şəfaqət qışqıraraq ağlayan zaman tanımadığı şəxslər ona stul gətirib onu əyləşdirmişlər. Bu zaman avtobusda olan sərnişinlər tələsdikləri üçün avtobus sürücüsünü çağırdıqlarından sürücü avtobusu idarə edərək oradan uzaqlaşmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3, eyni məzmunlu ifadə verərək Şahid2 Ələsgər qızının ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o X22 küçəsində olan moykada avtomobil yuyucu sexində işləyən vaxtdan tanıyır. Belə ki, Kamran onun şəxsi avtomobilini və 56 saylı sərnişin daşıyan avtobusları yuyan vaxtdan tanıyır, aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyik olmamışdır. O, 56 saylı sərnişin daşıyan avtobusda sürücü kimi fəaliyyət göstərir. Həmin 56 saylı sərnişin daşıyan avtobusun biri ona məxsusdur, ikisi isə X3 məxsusdur. Həmin 56 saylı sərnişin daşıyan avtobus cəmi 3 ədəd olmaqla Səbail rayonu Gülbala Əliyev küçəsi Süleyman marketdən Vanikov heykəli arası istiqamətlərdə sərnişin daşımaqla məşquldur. Həmin avtobusları da sürücülər idarə edir. Təqsirləndirilən şəxs idarə etdiyti avtobusu 29 aprel 2022-ci ildə Turalın yanında 56 saylı sərnişin daşıyan ** TJ *** nömrəli avtobusu idarə etdiyini görmüşdür. 30 aprel 2022-ci ildə saat 13:30 radələrində tanışı Turalla o Gülbala Əliyev küçəsində olan Sokarla üzbəüz kafedən çıxıb orada olan dayanacağa tərəf gedən zaman onların yanlarından keçən 56 saylı ** TJ *** nömrəli avtobus keçib 5 metr irəlidə dayandığını görmüşdür. Həmin zaman avtobusda ilk olaraq bir nəfər oğlan düşmüş, onun da ardınca sonradan adını bildiyi Şəfaqət adlı xanım düşüb qarşıya doğru getdikdə qəfılətən yıxılaraq yolun kənarında olan beton səkiyə dəydi. Bu zaman o və Tural ona yaxınlaşaraq ayağa qaldırmış, bu zaman orada qadın ilə kişi sərnişinlərdən başqa digər şəxslər də olmuşdur. Həmin zaman o və Tural yaxınlaşaraq Şəfaqəti ayağa qaldırıb stul verib əyləşdirmiş, həmin qadın ombasından tutaraq ağrılar olduğunu bildirmiş, onlar ondan əvvəllər belə bir hadisələrin olması ilə bağlı maraqlandıqda o, bunun ilk dəfə idi ki, baş verdiyini demiş, başı qəfıldən gicəlləndiyi üçün baş verməsini qeyd etmişdir. Bu zaman ətrafda olan şəxslər dağılıb getmiş, Tural ilə o qalmışdır. Tural və o Şəfaqəti onun idarə etdiyi avtomobillə qızının evinə aparmışlar. Onlar Şəfaqəti qızının evlinə aparıb qoyub qayıtmış, az sonra Şəfaqətin qızının əri Turala zəng edərək atasının tək olmasını deyərək Şəfaqəti həkimə rentgenə aparmaqda köməklik etməyi demişdir. Onun üçün də o, Tural və Elnur ilə birlikdə onun avtomobili ilə gedib Şəfaqəti qızının evindən götürüb Badamdarda olan rentgenə aparmış, orada rentgen müayinəsi zamanı Şəfaqətin ombasında sınıq olmasını bilmişlər. Bundan sonra onlar oradan ayrılaraq qayıtmışlar. Həmin zaman Şəfaqətin qudası Adilin pulu olmadığı üçün rentgenin 15 manat pulunu məcbur olub o, vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, X22 küçəsində olan moykada onun şəxsi avtomobilini və 56 saylı sərnişin daşıyan avtobusları yuyan vaxtdan tanıyır. Lakin Kamranla heç bir yoldaşlıq və ya dostluq münasibəti olmamışdır. Onun Müşfiqlə yoldaşlıq münasibəti var, onlar əksər vaxtı bir də olurlar, Müşfiq 56 saylı səmişin daşıyan avtobusda sürücü kimidə fəaliyyət göstərir. Həmin 56 saylı sərnişin daşıyan avtobusun biri Müşfıqə məxsusdur, digər ikisi Niyaziyə məxsusdur. Həmin 56 saylı sərnişin daşıyan avtobus cəmi 3 ədəd olmaqla Bayıl rayonu Gülbala Əliyev küçəsi Süleyman marketdən Vanikov heykəli arası istiqamətlərdə səmişin daşımaqla məşquldur. Həmin avtobusları da sürücülər idarə edir. 30 aprel 2022-ci ildə saat 13:30 radələrində tanışı Müşfiqlə o Gülbala Əliyev küçəsində olan Sokarla üzbəüz “Aran” kafesindən çıxıb orada olan dayanacağa tərəf gedən zaman yanlarından keçən 56 saylı ** TJ *** nömrəli avtobus keçib 5 metr irəlidə dayandığını görmüşdür. Həmin zaman avtobusda ilk olaraq bir nəfər oğlan düşmüş, onun da ardınca sonradan adını bildiyi Şəfaqət adlı xanım düşüb qarşıya doğru getdikdə qəfildən yıxılaraq yolun kənarında olan beton səkiyə dəymişdir. Bu zaman o və Müşfiq ona yaxınlaşaraq ayağa qaldırmış, bu zaman orada qadın ilə kişi sərnişinlərdən başqa digər şəxslər də olmuşdur. Həmin zaman o və Müşfıq yaxınlaşaraq Şəfaqəti ayağa qaldırıb stul verib əyləşdirmişlər, həmin qadın ombasından tutaraq ağrılar olduğunu bildirdi, onlar ondan əvvəllər belə bir hadisələrin olması ilə bağlı maraqlandırqda o, bunun ilk dəfə idi ki, baş verdiyini dedi, başı qəfıldən gicəlləndiyi üçün baş verməsini qeyd etdi. Bu zaman ətrafda olan şəxslər dağılıb getmişlər. Sonra o və X17 idarə etdiyi avtomobillə Şəfaqətin qızının evinə aparmışlar. Onlar Şəfaqəti qızının evlinə aparıb qoyub qayıtmış, az sonra Şəfaqətin qızının əri Turala zəng edərək atasının tək olmasını deyərək Şəfaqəti həkimə rentgenə aparmaqda köməklik etməyi demişdir. Onun üçün də o, Tural və Elnur ilə birlikdə onun avtomobili ilə gedib Şəfaqəti qızının evindən götürüb Badamdarda olan rentgenə aparmış, orada rentgen müayinəsi zamanı Şəfaqətin ombasında sınıq olmasını bilmişlər. Bundan sonra onlar oradan ayrılaraq qayıtmışlar. Həmin zaman Şəfaqətin qudası Adilin pulu olmadığı üçün rentgenin 15 manat pulunu da məcbur olub Müşfıq vermişdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 ildir ki, 5 saylı Doğum evində akuşerka kimi işləyir. 30 aprel 2022-ci il tarixdə saat 13 radələrində o yaşadığı Gülbala Əliyev küçəsindən 56 saylı sərnişin daşıyan avtobusla işə gedirmiş. Həmin avtobusda ondan başqa digər bir neçə nəfər sərnişinlər də olmuşdur. Lakin o həmin sərnişinlərlə əlaqəsi olmadığı üçün onların kimliyi barədə heç nə deyə bilməz. 30 aprel 2022-ci ildə saat 13 radələrində işə getmək üçün mindiyi həmin 56 saylı sərnişin daşıyan avtobus Socarın qarşısında avtobus sürücüsü saxladı, bu zaman əvvəl bir oğlan maşından düşdü ardınca da avtobusdan enən sonradan adını bildiyi Şəfaqət adlı xanım avtobusdan enəndən sonra bir neçə metr piyada gedən zaman əli ilə başını tutan kimi olub yerə yıxıldı. Bu zaman avtobusda olan ondan başqa sərnişinlər səslənərək ona köməklik etməyi dedilər. Bu zaman aşağıda olan sonradan adını bildiyi Müşfıq, Tural sürücü Kamran Şəfaqətə yaxınlaşaraq ayağa qaldırıb stulda əyləşdirdilər. Həmin vaxt o və ondan başqa avtobusda olan sərnişinlə işə gecikdiyi üçün sürücünü çağırmışlar ki, avtobusu idarə edib onları işə aparsın. Sonra avtobus sürücüsü gəlib avtobusu idarə edərək onları işə aparmış. Bundan sonra onun heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixli 04 saylı ekspert rəyi onun tərəfindən tərtib edilmişdir. Zərərçəkmiş şəxs adına “Medika Hospital”-ın tərtib etdiyi 552/22 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o, xx.xx.2022-ci il tarixində həmin hospitala sol bud-çanaq oynağında kəskin ağrı və deformasiya şikayətləri ilə gətirilmiş, “sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi” cərrahi əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: Müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Sol bud sümüyü boynunun qapalı yerinidəyişən sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixində avtobusdan enərkən yıxılma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri xarakterik xüsusiyyətlərini və lokalizasiyasını nəzərə alıb demək olar ki, qeyd olunan xəsarətləri şəxsin avtobusdan enərkən, avtobusu tam tərk etmədən sürücünün avtobusu hərəkət etdirməsi və onun yıxılaraq bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gəlməsi daha çox inandırıcıdır. Medikal Hospital” MMC-nin 12 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Sol bud çanaq oynağının total endoprotezləşdirilməsi” cərrahi əməliyyatı üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC üzrə “Medika Hospital T.A” tibb müəssisəsinin kassasına toplam 3200 ödəniş edilmişdir (protez ödənişi daxil olmaqla) 23 avqust 2022-ci il tarixdə DİN-nin Baş X27 İdarəsindən daxil olmuş məktubdan görünür ki, X12 və X1 hüququ verilməmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanan 09 mart 2023-cü il tarixli, 3-52-2/2-00480/2023 saylı məktubdan görünür ki, X15 məxsus ** TJ *** dövlət qeydiyyat nişanlı avtobusa 2022-ci ilin aprel ayında "xxxx" MMC-nin müvəqqəti istismarında olan 176 nömrəli marşrut üzrə sərnişindaşıma fəaliyyət göstərməsi üçün fərqlənmə nişanı verilmişdir. Həmçinin yola düşməzdən əvvəl sürücüləri zəruri sənədlərlə (fərqlənmə nişanı, yol vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, icbari siğorta şəhadətnamələri, tələb olunan halda baqaj qəbzi və.s) və digər məlumatlarla daşıyıcı (onun səlahiyyəti şəxsi) təmin etməlidir. Həmçinin sürücülərin işə qəbulu və yaxud işdən azad edilməsi daşıyıcılar (müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanan 04 mart 2023-cü il tarixli, 3-13-3/2- 3587/2023 saylı məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanan 20 fevral 2023-cü il tarixli, 3-13-16/2-21375/2023 saylı məktubdan görünür ki, DİN Baş X27 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “İSUZU MD 22V MİKROAVTOBUS” markalı 10TJ175 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 19 mart 2022-ci il tarixdən X2 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə 19 mart 2022-ci il tarixdən 19 mart 2023-cü il tarixədək X7 istifadəsinə verilməsi barədə DİN Baş X27 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. X19 tərəfindən hadisə yerinə baxış keçirilmiş və yol-nəqliyyat hadisəsinin Səbail rayonu Gülbala Əliyev küçəsində yerləşən “SOCAR” NQÇİ-nin binasının qarşısında olması müəyyən edilərək fotoşəkillər çəkilib protokolla işə əlavə edilmişdir. 24 sentyabr 2022-ci il tarixli mülki iddiaçı qismində təyin edilməsi haqqında qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iddia ərizəsi təmin edilmiş və cinayət işi üzrə mulki iddiaçı qismində tanınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə-tibbi ekspertizasının 18 may 2022-ci il tarixli, 20 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxsnm adına “Medika Hospital”-ın tərtib etdiyi 552/22 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o, 30 aprel 2022-ci il tarixində həmin hospitala sol bud-çanaq oynağında kəskin ağrı və deformasiya şikayətləri ilə gətirilmiş, “sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi” cərrahi əməliyyatı icra olunmuş, 04 may 2022-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: Müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Sol bud sümüyü boynunun qapalı yerinidəyişən sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 30 aprel 2022-ci il tarixində avtobusdan enərkən yıxılma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının 30 avqust 2022-ci il tarixli 04 saylı ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxsnm adına “Medika Hospital”-ın tərtib etdiyi 552/22 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o, xx.xx.2022-ci il tarixində həmin hospitala sol bud-çanaq oynağında kəskin ağrı və deformasiya şikayətləri ilə gətirilmiş, “sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi” cərrahi əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Son klinik diaqnoz: Müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Sol bud sümüyü boynunun qapalı yerinidəyişən sınığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixində avtobusdan enərkən yıxılma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətləri xarakterik xüsusiyyətlərini və lokalizasiyasını nəzərə alıb demək olar ki, qeyd olunan xəsarətləri şəxsin avtobusdan enərkən, avtobusu tam tərk etmədən sürücünün avtobusu hərəkət etdirməsi və onun yıxılaraq bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gəlməsi daha çox inandırıcıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş məhkəmə yol-nəqliyyat ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 8/2247 nömrəli ekspert rəyindən görünür ki, İsuzu markalı ** TJ *** nömrəli avtobusun sürücüsü Təqsirləndirilən şəxsun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumkluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 sentyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ona ittiham elan edilmişdir. 23 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən üzrlü səbəb olmadan boyun qaçırdığından onun barəsində Səbail Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə həbsli axtarış elan edilmiş, Bakı İstintaq Təcridxanasının 27 yanvar 2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17 yanvar 2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəylərini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində az yaşlı uşağının olmasını, gənc olmasını və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə həbsli axtarış elan edilmiş, Bakı İstintaq Təcridxanasının 27 yanvar 2023cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17 yanvar 2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 17 yanvar 2023-cü il tarixdən hesablanmasını, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rümuna görə 55 (əlli beş) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş maddi ziyan həcmində ziyanın ödənilməsi tələbinə dair mülki iddiası Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ilə əlaqədar ittiham ilə əlaqədar verilmişdir. "xxxx" MMC-nin 12 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Sol bud çanaq oynağının total endoprotezləşdirilməsi” cərrahi əməliyyatı üçün 04 may 2022-ci il tarixdə "xxxx" MMC üzrə “Medika Hospital T.A” tibb müəssisəsinin kassasına toplam 3200 ödəniş edilmişdir (protez ödənişi daxil olmaqla). Həmçinin ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 55 (əlli beş) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulan ziyan məbləğinin 3200 (üç min iki yüz) manat hissəsinin və 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3255 (üç min iki yüz əlli beş) manatın ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, maddi sübutla və məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 3200 (üç min iki yüz) manat maddi ziyan və 55 (əlli beş) manat dövlət rüsumu, cəmi 3255 (üç min iki yüz əlli beş) manat pul vəsaiti tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 192 (yüz doxsan) manat pul tutulub, “Kapital Bank”-ın Bakı şəhəri 03 saylı Vəkil Bürosundakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar