Məhkəmə qərarları › İş №1(009)-27/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-27/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-27/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində məhkəmənin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə - tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuananı 01 yanvar 2023-cü il tarixdə tanışı Şahid1 ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelində almaqla qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, DİN-in BNMİ-nə daxil olmuş məlumat əsasında 01 yanvar 2023-ci il tarixdə, saat 13:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o, həmin oteldə saxlanılıb, DİN-in BNMİ-nin inzibati binasına gətirildikdən sonra həmin gün, saat 17:40-dan etibarən üzərində şəxsi axtarış aparılan zaman bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,381 qram olan yaşılımtıl rəngli qurudulmuş çətənə (kannabus) narkotik vasitə olan qurudulmuş marixuana əynindəki yaşıl rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X5 təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadələri, şahid ifadələri, mənzilə baxış və götürmə, şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətlərinin protokolları, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində ünvan 3 ünvanında yerləşən “Tarqoviy”otelinin dəhlizində Şahid2 Şahid3 Rafık oğlu Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar.Bundan sonra o və tanışları ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların və otelin işçisinin iştirakı ilə müvəqqəti qaldıqları otelin 117 saylı otağında baxış və götürmə aparmışlar. Baxış zamanı Eldar yaşadıqları otağın çarpayısının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbadan ona məxsus olan 10 ədəd preqebalin həblərini o, özü təqdim etmişdir. Sonra aşkar olunmuş həblər boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən l(bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Poco” markalı mobil telefon, 1 (bir) ədəd özümə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sağ cibindən 1 (bir) ədəd azadlığın məhdudlaşdırma qurğusu aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, möhürləndi, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, l(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 01 (bir) ədəd azadlığı məhdudlaşdıran cihaz isə özünə qaytarılmışdır. Ondan aşkar olunmuş həblər və marexuananı tanışı Şahid1 Bakı şəhəri Səbail rayonu ərazisindən öz istifadəsi üçün 20 (iyirmi) manata əldə etmişdir. O, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və gənc olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Rafık oğlunun birlikdə müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən “Tarqoviy” adlı otelin 117 saylı otağında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı məqsədi ilə əldə edərək saxlamaları barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən raport tərtib edilmiş, bu barədə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna daxil edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri - Şahid6, Şahid8, Şahid7 və Şahid9, eyni zamanda BNM idarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanovun iştirakı ilə ünvan 3 ünvanında yerləşən “Tarqoviy” adlı otelə gəlmişlər. Qeyd olunan otelin işçisi Şahid4 həmin otelin 117 saylı otağına baxış keçirilməsi barədə edilən təklifə heç bir etirazı olmamadığını bildirmiş və etirazının olmaması barədə ərizə ilə müraciət etməyə razılaşmışdır. Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Rafık oğlunun iştirakı ilə qeyd olunan otelin 117 saylı otağına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Şahid1, Şahid3 Rafık oğlu, Təqsirləndirilən şəxs və Şahid2 qeyd olunan otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1, Şahid3 Rafık oğlu, Təqsirləndirilən şəxs və Şahid2 mənzildə olan çarpayının alt hissəsindən l(bir) ədəd sellofan torbanı çıxararaq təqdim edib, masanın üzərinə qoymuşlar. Şahid1 l(bir) ədəd sellofandan özünə aid 3 (üç) ədəd “ekstazy” həblərinə bənzər, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd plastik bank kartı, 3 (üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 175 dənə üzərində preqebalin yazısı olan həbləri, Şahid2 özünə aid olduğunu bildirərək 4 (dörd) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Təqsirləndirilən şəxs özünə aid olduğunu bildirərək 11 (on bir) ədəd “preqebalin”-ə bənzər həbləri, Şahid3 Rafık oğlu özünə məxsus olduğunu bildirərək 2(iki) ədəd preqabalin həblərinə bənzər həbləri masanın üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Şahid1 təqdim etdiyi marixuanaya bənzər 3 (üç) ədəd bükümün çəkisi 1 (bir) qram, 1 (bir) ədəd marixuanaya bənzər bükümün çəkisi 2,1 (iki tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 9,6 (doqquz tam onda altı) qram müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfimdən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin vasitəni Şahid1 həmin gün aldığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı şəxsdən Bakı şəhəri Yasamal rayonu ərazisindən öz istifadəsi üçün əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Axtarış və götürmədə iştirak edən Şahid4 ona verilən suallara cavab olaraq ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelində iznibatçı işlədiyini, həmin otlein 117 saylı otağının Şahid1 tərəfindən icarəyə götürüldüyünü, Zeyğəm Əmrahovun, Şahid3 və Şahid2 həmin otağa Şahid1 yanma gəldiklərini bildirmişdir. Axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra tərəflərindən Şahid1, Zeyğəm Əmrahov, Şahid3 və Şahid2 üzərlərində narkotik vasitə olmasında şübhəli bilinərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək aparılmışlar. BNM idarəsində adları qeyd edilən şəxslərin üzərinə şəxsi axtarış və götürmə aparılması üçün təhqiqatçı tərəfindən hər biri üçün vəkil təyin edilmiş və hüquqları izah edildikdən sonra üzərlərində qanunsuz sənəd, əşya varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüş, başqa qadağan olunmuş əşya, madə və ya predmet aşkar edilməmişdir. Şahid2 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 1,5 (bir tam onda beş) qram müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmə aparılan növbəti şübhəli şəxs Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim edilməsi təklif edilmişdir. Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən l(bir) ədəd plastik bank kartı, l(bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid1 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 2,8 (iki tam onda səkkiz) qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Barəsində axtarış və götürmə aparılan növbəti şübhəli şəxs Şahid3 Rafık oğluna üzərində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim edilməsi təklif edilmiş, Şahid3 Rafık oğlu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid3 təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9 (beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Barəsində axtarış və götürmə aparılan digər şübhəli şəxs X7 üzərində olması ehtimal edilən narkotik vasitə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sağ cibindən l(bir) ədəd azadlığın məhdudlaşdırma qurğusu aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək kütlənin çəkisinin 5,9 (beş tam onda doqquz) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid7, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid8, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid9 eyni məzmunlu ifadələr verərək digər Şahid5 ifadəsində göstərdiklərini mahiyyəti üzrə bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə, saat 13:00 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində tanışları Təqsirləndirilən şəxs, Şahid3 Rafık oğlu və Şahid2 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, sorğu aparmağa başlamışlar. Bundan sonra o və tanışları ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların, otelin işçisinin iştirakı ilə müvəqqəti qaldıqları, həmin otelin 117 nömrəli otağında axtarış və götürmə aparmışlar. O, yaşadıqları otaqda olan çarpayının altından içərisində narkotik vasutələr və psixotrop maddələr olan 01 (bir) ədəd sellofan torbanı çıxararaq polislərə təqdim etmişdir.Həmin torbadan özünə aid 03 (üç) ədəd exstazy, 01 (bir) ədəd sellofan bükümdə metanfatimini, 01 (bir) ədəd bükümdə marixuananı, 03 (üç) ədəd bükümdə marixuananı, l(bir) ədəd elkrton tərəzini, 01 (bir) ədəd plastik bank kartını, 175 dənə preqebalin həblərini təqdim etmiş, həmin madələrdən həblər olanları istisna olmaqla digər kütlələr elektron tərəzidə çəkilmiş, sonra elektron tərəzi də daxil olamqla, sellofanda olan digər əşyalarla birlikdə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri onun, tanışlarının və təhqiqatçmm özü tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan l(bir) ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 4098-5844-6505-2130 nömrəli l(bir) ədəd plastik bank kartı, l(bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd “Redmi” markalı mobil telefon, l(bir) ədəd plastik bank kartı və l(bir) ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra ondan götürülmüşdür. Qeyd olunan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri onlayn vasitəsi ilə tanımadığı şəxsin vasitəsi ilə “zakladka” deyilən qaydada, yəni hansısa məkana qoyulur və oradan deyilən yerə gedərək götürmə üsulu ilə əldə etmişdir, etiraf edir ki, həmin maddələrin satışı ilə məşğul olur. “Tarqovu” adlanan otelin otağında aparılan video çəkiliş zamanı etdiyi əməli etiraf etmişdir və indidə bildirir ki, Zeygəmə sonuncuda aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni pul qarşılığında vermiş, Şahid3 isə hədiyyə kimi vermişdir. Oteldə otaq kirayə tutmağının da səbəbi bu olmuşdur. Aldığı narkotik vasitənin pulunu tanımadığı şəxsə ona verilən hesab nömrəsinə köçürməklə ödəyir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, yaxud psixoloji təzyiqlər olmayıb. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən ünvan 4 ünvanda yerləşən oteldən qeydiyyatçı (resepşen) işləmişdir. 01 yanvar 2023-cü il tarixdə saat 13 radələrində otelə mülki geyimdə 6 nəfər şəxs yaxınlaşmış. Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ona 31 dekabr 2022-ci il tarixdən otelin 117 saylı otağını bir günlük kirayə götürmüş Şahid1 və dostlarında narkotik vasitə olması barədə məlumat aldıqlarını, məlumatın yoxlanılması üçün otağa baxış keçirmək istədiklərini bildirmiş, onun razılığını soruşmuş, razıdırsa bu barədə ərizə ilə müraciət etməli olduğunu izah etmişlər. O, razı olduğunu bildrmiş və bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Otaqda qalanlardan Şahid1 otaqlarına baxış keçirilməsi barədə təklifə tərəddüd etsə də, sonra razılaşmış və bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Sonra o, Şahid1 və 3 dostu otelin dəhlizində dayanmış, özünü təhqiqatçı adlandıran şəxs onlara hüquq və vəzifələrini izah edib, videoçəkiliş aparılmaqla otelin 117 saylı otağına baxış keçiriləcəyini bildirmişdir. Edilən təklifdən sonra Şahid1 yataq dəstinin altından sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş, torbanın içərisində dərmanlar, narkotik vasitələr aşkar edilmişdir. Otaqda qalanlardan hansında nə qədər narkotik vasitə olmasını xatırlamır. Amma sellofan torbadan çıxan vasitələrin çox hissəsi Şahid1 məxsus olmuşdur. Lakin digər üç nəfər də, özlərinə məxsus dərman, narkotik vasitə olmasını bildirmişlər. Üç nəfərdən biri narkotik vasitəni Eldar dan aldığını, digəri Eldarın ona hədiyyə verdiyini bildirmişdir. Bunları Eldar da etiraf etmişdir. Aşkar edilmiş vasitələr qablaşdırılmış, möhrlənmişdir. Bundan sonra Eldarla birlikdə digər 3 nəfər şəxs üzərlərində narkotik vasitə olub-olmamasının aydınlaşdırılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Rafiq oğlu ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Əsgərov X14 Zeygəm Rahim oğlu Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o və tanışları ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların və otelin işçisinin iştirakı ilə müvəqqəti tutduqları otelin 117 saylı otağına baxış keçirməyə başlamışlar. Baxış zamanı Eldar yaşadıqları otağın çarpayısının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbadada ona məxsus olan 2 ədəd preqebalin həblərini o, özü baxış keçirən təhqiqatçıya təqdim etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələrimi izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynimdə olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən l(bir) ədəd üzərində 051-505- 04-20 simkart nömrəsi olan l(bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təhqiqata təqdim etdiyi narkotik vasitə olan marexuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Oteldəki müvəqqəti qaldıqları otaqdan aşakar edilmiş 2 ədəd preqebalin və üzərimdən aşkar olunmuş marexuana özünə məxsusdur. Həmin vasitələri tanışı Şahid1 hədiyyə kimi Bakı şəhəri Səbail rayonu ərazisindən öz istifadəsi üçün ona verib, heç kimə həmin vasitələrdən satmamış, başqa heç yerdə saxlamamışdır. Şahid1 əvvəllər pul qarşılığında narkotik vasitə, yaxud psixotrop madə almamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki yaxud psixoloji təzyiqlər olmayıb. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Təqsirləndirilən şəxs, Şahid3 Rafık oğlu və Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o və tanışları ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra onlar, otelin işçisi və polis işçiləri ilə yaşadıqları mənzilə baxış keçirməyə başlamışlar. Baxış zamanı Eldar yaşadıqları otaqda çarpayının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. O, həmin torbadan özünə məxsus 4(dörd) ədəd bükümdə marixuananı təqdim etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onları hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah ounduqdan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı onu üzərində olan, qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən l(bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi axtarış davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və metamfetaminin kütləsinin 1,5 qram olduğu bildirilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Onda aşkar edilmiş həmin kütləni 1 (bir) sosial şəbəkə vasitəsi ilə tanıdığı “Anar” adlı şəxsdən Bakı şəhəri Yasamal rayonu ərazisindən öz istifadəsi üçün 50(əlli) manata əldə etmiş, heç kimə narkotik vasitə satmamış, başqa heç yerdə narkotik vasitə saxlamır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 02 yanvar 2023-cü il tarixli 6/04 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Şahid1 üzərindən aşkar edilmiş kütlə; şübhəli şəxs: Şahid1-imza, Müdafıəçi-imza, təhqiqatçı: A.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi -2,245 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Vət.Şahid2 üzərindən aşkar edilmiş kütlə; Şahid2 -imza; müdafıəçi-imza: təhqiqatçı: A.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi -1,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Azərbaycan Respublikası DİN Zər fər üçün №7” dairəvi möhür əksi və “..Şahid1 Çambulat oğlunun, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Rafık oğlunun yaşadıqları hotelin otağından aşkar edilmiş kütlə. ..İştrikaçılar R. Hacıyev, E. Mehdiyev, Şahid2, Z. Əmrahov, Şahid3-imzalar; Qablaşdırdı: A.Aslanov imza., "yazı əlavəsi qeyd edilmiş kağız zərfin içərisində: - 01 ədəd üzərində “X6 yaşadığı ünvandan özünə məxsus...imza” yazı əlavəsi qeyd edilmiş zərfi açdıqda 10 ədəd ağ rəngli kapsulalar preqabalin tərkibli dərman preparatıdır və 10 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qramdır və 01 ədəd üzərində “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan konvalyutun içərisində bir ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); - 01 ədəd kağız zərfdə üzərində “Şahid3 Rafiq oğlunun yaşadığı ünvandan aşkar edilmiş ...imza” yazı əlavəsi qeyd edilmiş kağız zərfdə 1 ədəd ağ rəngli kapsula preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,15 qramdır və 01 ədəd üzərində “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan konvalyutun içərisində bir ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); - 01 ədəd ağ rəngli polietilen bağlamada üzərində “Şahid1 Çambulat oğlunun yaşadığı ünvandan aşkar edilmiş ...imza” yazı əlavəsi qeyd edilmiş ağ rəngli polietilen bağlamada 01 ədəd polietilen bükümdəki təmiz çəkisi - 9,365 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd polietilen paketlərdə təmiz çəkiləri - 0,225 qram, 0,940 qram, ümumi təmiz çəkisi-1,165 qram açıq yaşıl rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkiblidir (“ekstazi”); 01 ədəd açıq yaşıl rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli 01 ədəd həbin təsir edici maddəsinin miqdarı -0,21 qramdır, (“ekstazi”); üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 38 ədəd ağ rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 38 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı -5,7 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla); üzərində “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 137 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 137 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 41,1 qramdır, (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); 01 ədəd gümüşü metal rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi -12,777 qramdır. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Metamfetamin və “MDMA” 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in İ siyahısına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-bioloji ekspertizasının 02 yanvar 20232-cü il tarixli 7/05 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘‘X8 üzərindən aşkar edilmiş... ” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,204 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,381 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şahid1 Çambulat oğlunun...yaşadıqları otelin otağından aşkar edilmiş... ” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0,457qram və üç ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,234qram, 0,353qram, 0,246 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - l,29qranıdır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şahid2 yaşadığı... ” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd kağız bükülüdə və bir ədəd açıq vəziyyətdə ayrı- ayrılıqda təmiz çəkiləri: l,49qram, l,75qram, l,82qram, 0,39qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,45 qramdır. Tədqiqata təqdim olunmuş marexuanalar (dörd ədəd kağız paketdə olan) tərkibinə görə eynidirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 16 may 2023-cü il tarixli 2953 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, psixostimulyatorların və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman pereparatları olan pereqabalinin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin baxış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən 01 yanvar 2023cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbiri olaraq icra edilmiş, bunun üçün təhqiqatçı tərəfindən qərarlar qəbul edilərək, baxış və götürmədə iştirak edən şəxslərə elan edilmiş, həmçinin barələrində şübhə edilən və götürmə aparılacaq şəxslərin və otelin adminstratorunun yaşayış yerinə baxış keçirilməsinə dair razılıqları barədə ərizələri alınaraq materiallara əlavə edilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Şahid1, Şahid3 Rafık oğlu, Təqsirləndirilən şəxs və Şahid2 bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1, Şahid3 Rafık oğlu, Təqsirləndirilən şəxs və Şahid2 mənzildə olan çarpayının alt hissəsindən 1 (bir) ədəd sellofan torbanı təqdim edərək stolun üzərinə qoymuşdur. Şahid1 1 (bir) ədəd sellofandan özünə aid 3 (üç) ədəd “ekstazy” həblərinə bənzər, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd üzərində 4098 0944 2112 7018 nömrəsi olan plastik bank kartı, 3(üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 175 ədəd üzərində preqebalin yazısı olan həbləri, Şahid2 təqdim edilmiş həmin sellofan torbadan özünə aid 4(dörd)ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Təqsirləndirilən şəxs həmin sellofan torbadan özünə aid 11 (on bir) ədəd “preqebalin” həblərinə bənzər həbləri, Şahid3 Rafık oğlu da öz növbəsində bu torbadan özünə aid 2(iki) ədəd preqabalin həblərinə bənzər həbləri təqdim edərək masanın üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Şahid1 təqdim etdiyi marixuanaya bənzər 3(üç) ədəd bükümün çəkisi 1 (bir) qram, 1 (bir) ədəd marixuanaya bənzər bükümün çəkisi 2,1 (iki tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 9,6(doqquz tam onda altı) qram omüəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Şahid1 aldığını, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şahid3 Rafık oğlu verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Şahid1 adlı şəxsdən bu gün Bakı şəhəri Səbail rayonu ərazisində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl sosial şəbəkə vasitəsi Bakı şəhəri Nizami rayonu ərazisindən əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin tanışlarına bağışladığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisindən öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitə satdığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən 01 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş Şahid1, Şahid3 Rafık oğlu, Təqsirləndirilən şəxs və Şahid2 ilə birgə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı sonuncular 01 yanvar 2023ci il tarixdə, saat 13:00-da ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində piyada hərəkətdə olan zaman saxlanılmış, müvəqqəti yaşadıqları “Tarqoviy” otelində baxış istintaq hərəkəti başa çatdıqdan sonra BNMİnin inzibati binasına gətirilmişlər. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 yanvar 2023-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İlk olaraq şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şübhəli şəxsin şəxsi axtarışı davam etdirilmiş, digər predmetlər aşkar edilməmişdir. Daha sonra Şahid2 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin l,5 (bir tam onda beş) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 4098-5844-6505-2130 nömrəli 1 (bir) ədəd plastik bank kartı, 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid1 təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisinin 2,8 (iki tam onda səkkiz) qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid3 Rafık oğlunu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 Rafık oğlu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Şahid3 təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9(beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Poco” markalı mobil telefon, şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi, şalvarının arxa cibindən azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9(beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüş, azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı qaytarılmışdır. İş materiallarında olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, videogörüntü 33 dəqiqə 33 saniyə müddətdə davam edir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Anar Aslanov olduğunu bildirən şəxs xidməti otağında ondan solda ayaq üstə dayanmış mülki formada olan şəxsdən başlayaraq soldan sağa dayanmış şəxslərdən sıra ilə özlərini təqdim etmələrini istəyir. Birinci şəxs BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid7, ondan solda dayanmış şəxs Şahid2 olduğunu, ondan solda dayanmış şəxs Şahid1 olduğunu, ondan solda dayanmış şəxs Şahid3 Rafık oğlu olduğunu, ondan solda dayanmış şəxs Təqsirləndirilən şəxs olduğunu, ondan solda giriş qapısının qarşısında daynmış şəxs BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid8 olduğunu, ondan solda biraz qarşıda dayanmış şəxs BNMİ-nin Xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 olduğunu, ondan solda dayanmış şəxs BNMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid5 olduğunu bildirir, otağın girişindən solda, təhqiqatçı ilə üz-üzə masanın sağ tərəfində oturmuş şəxsin vəkil X12 olduğunu, ondan solda oturmuş şəxsin vəkil X3 olduğunu, ondan solda oturmuş şəxsin X13 olduğunu, ondan solda oturmuş şəxsin X18 olduğunu bildirir. Təhqiqatçı Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Rafık oğlunun üzərinə şəxsi axtarış və götürmə aparacağını, prosesual hərəkəti azərbaycan dilində aparacağını bildirir, saxlanılma səbəbini, hüquq və vəzifələrini izah edir və adları çəkilən şəxslərə üzərlərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü təqdim etmələrini təklif edir. Şahid2 əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli, kiçik ölçülü, içərisində ağ rəngdə maddə olan salafan torbanı çıxararaq masanın üzərinə qoyur və həmin maddənin metamfetamin olduğunu bildirir, təhqiqatçı tərəfindən üzərinə baxış keçirilən zaman Şahid2 şalvarının sağ yan cibindən çıxarılan “Redmi” markalı mobil telefonu götürür, sonuncu telefon nömrəsini bildirir, Şahid2 üzərindən başqa əşya aşkar edilmir. Təhqiqatçı Şahid2 üzərindən aşkar edilmiş, içərisində ağ rəngli, kiçik kristal hissəciklər olan maddənin metamfetaminə bənzədiyini bildirərərk tərəzidə çəkir, 1,5 qram olmasını elan edir, zərfin üzərində Şahid2, onun hüquqlarını müdafiə edən vəkili Emil Babışovun adını soyadını qeyd edir, həmin şəxslər tərəfindən zərfin üstü imzalanır, sonra həmin maddəni içi boş zərfdə qablaşdırır və 7 saylı möhürlə möhürləyir. Sonra masaya Şahid1 yaxınlaşır, ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilir, Şahid1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı Redmi markalı mobil telefonun markasını və t nömrəsini əhqiqatçıya bildirməklə təqdim edir, sonra əynində olan şalvarın sol yan cibindən şəffaf rəngli, kiçik ölçülü, içərisində ağ rəngdə maddə olan salafan torbanı çıxararaq masanın üzərinə qoyur və həmin maddənin metamfetamin olduğunu bildirir, sonta təhqiqatçı tərəfindən Şahid1 üzəri axtarılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən sonuncuya məxsus olan şəxsiyyət vəsiqəsi və bir ədəd leobanka məxsus bank kartı aşkar edilərək götürülür, Şahid1 həmin kartdan narkotik vasitənin alışı, satışı ilə bağlı istifadə etmədiyini bildirir. Şahid1 üzərindən başqa qanunsuz hər hnası bir əşya aşkar edilmir. Təhqiqatçı Şahid1 üzərindən aşkar edilmiş, içərisində ağ rəngli, kiçik kristal hissəciklər olan maddənin metamfetaminə bənzədiyini bildirərərk tərəzidə çəkir, 2,8 qram olmasını elan edir, təhqiqatçı zərfin üzərində Şahid1 və onun hüquqlarını müdafiə edən vəkili Nofəl Əhmədovun adını soyadını qeyd edir, həmin şəxslər tərəfindən zərfin üstü imzalanır, sonra həmin maddəni içi boş zərfdə qablaşdırır və 7 saylı möhürlə möhürləyir. Sonra masaya Şahid3 Rafık oğlu yaxınlaşır, təhqiqatçı ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif edir, Şahid3 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində tünd yaşıl rəngli bitkiyə bənzər maddə olan salafan torbanı masanın üzərinə qoyaraq salafan torbanın içərisində marixuana olduğunu bildirir. Təhqiqatçı tərəfindən Şahid3 üərinə baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefon aşkarb edilərək götürülür, üzərinə baxış zamanı Şahid3 başqa hər hansı əşya aşkar edilmir. Təhqiqatçı Şahid3 üzərindən aşkar edilmiş, içərisində tünd yaşıl rəngli ot bitkisi olan kiçik ölçülü şəffaf rəngli salafanı tərəzidə çəkir, 5,6 qram olması müəyyən edilir, təhqiqatçı zərfin üzərində Şahid3 və onun hüquqlarını müdafiə edən vəkili Rasim Almuradovun adını soyadını qeyd edir, həmin şəxslər tərəfindən zərfin üstü imzalanır, sonra həmin maddəni içi boş zərfdə qablaşdırır və 7 saylı möhürlə möhürləyir. Sonra masaya Təqsirləndirilən şəxs yaxınlaşır, təhqiqatçı ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən içərisində tünd yaşıl rəngli bitkiyə bənzər maddə olan salafan torbanı masanın üzərinə qoyaraq selofan torbanın içərisində marixuana olduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd Poco markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülür, üzərinə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs başqa hər hansı qanunsuz əşya aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində tünd yaşıl rəngli ot bitkisi olan kiçik ölçülü şəffaf rəngli salafanı tərəzidə çəkir 5,9 qram olduğunu müəyyən edir, təhqiqatçı zərfin üzərində Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkili Mehman Muradlının adlarını soyadlarını qeyd edir, həmin şəxslər tərəfindən zərfin üstü imzalanır, sonra həmin maddəni içi boş zərfdə qablaşdırır və 7 saylı möhürlə möhürləyir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən aldığını soruşur, sonuncu ondan aşkar edilmiş narkotik vasitə olan marixuananı 20 manata tanışı Şahid1 aldığını bildirir. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, heç kimə satmadılğım və hədiyyə etmədiyini bildirir. X25 üzərindən aşkar edilmiş narkotik vasitəni Şahid1 əldə etdiyini bildirir. Şahid3 narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, heç kimə satmadılğım və hədiyyə etmədiyini bildirir. Şahid2 isə sorğu zamanı üzərindən aşkar edilmiş metamfetamini “zakladka” vasitəsi ilə əldə etdiyini, tanımadığı şəxsdən onlayn qaydada 50 manata aldığını və Yasamal rayonu ərazisindən götürdüyünü bildirir. Şahid2 psixotrop madəni öz istifadəsi üçün əldə etdiyini, heç kimə satmadılğım bildirir. Təhqiqatçı Şahid1 Cam bulat oğlundan üzərindən aşkar edilmiş psixotrop maddəni və qaldığı oteldən aşkar edilmiş narkotik vasitə, psixotrop madə və güclü təsiredici vasitələri necə əldə etdiyini soruşur, Şahid1 həmin vasitələri “zakladka” vasitəsi ilə əldə etdiyini, tanımadığı şəxsdən onlayn qaydada 100 manata aldığını və Yasamal rayonu ərazisindən götürdüyünü bildirir. Şahid1 Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə, eləcədə güclü təsiredici vasitələri onun verdiyini bildirir. Təhqiqatçı vəkillərin sualı olub- olmadığını bildirir, saxlanılan şəxslərə polis tərəfindən fiziki-psixoloji təzyiq olubolmadığını vəklillər soruşur, həmin şəxslər elə bir halın olımadığmı bildirirlər. Təhqiqatçı istintaq hərəkətinin başa çatdığını elan edir. İş materiallarına əlavə edilmiş digər video görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, video görüntü 27 dəqiqə 28 saniyə davam edir. ünvan 3 ünvanında yerləşən “Tarqoviy” adlı otelin 117 saylı otağın qarşısında dəhlizdə ayaq üstə dayanmış özünü təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Anar Aslanov olduğunu bildirən şəxs dəhlizdə ayaq üstə, onunla üz-üzə dayanmış mülki formada olan şəxsdən başlayaraq soldan sağa dayanmış şəxslərdən sıra ilə özlərini təqdim etmələrini istəyir. Birinci şəxs BNMİ-nin Xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6, ondan solda dayanmış şəxs BNMİ-nin əməliyyat müvəkkili Şahid7, ondan solda dayanmış şəxs BNMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Şahid5, ondan solda dayanmış şəxs oteldə qeydiyyatçı olduğunu bildirərərk Şahid4 olduğunu, ondan solda dayanmış şəxs BNMİ-nin əməliyyat müvəkkili Şahid8 olduğunu, ondan solda dayanmış şəxs Şahid3 Rafık oğlu olduğunu, ondan solda dayanmış şəxs Şahid2 olduğunu, ondan solda daynmış şəxs Təqsirləndirilən şəxs olduğunu, ondan solda dayanmış şəxs Şahid1 olduğunu bildirirlər. Təhqiqatçı adları çəkilən şəxslərin iştirakı ilə otelin inzibati otağına baxış keçirəcəyi barədə məlumat verir və baxışın azərbaycan dilində aparılacağını qeyd edərək bu dildə hamının bildiyini soruşur, iştirakçılar qeyd olunan dildə bildiklərini qeyd edirlər. Təhqiqatçı adları çəkilən Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanıldıqlarını, həmin şəxslərin etdikləri əməli etiraf eütdiklərini bildirir və Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olub-olmadığını, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri qaldıqları otelin otağında saxladıqlarını çəkilişdən əvvəl etiraf etdiyini soruşur. Şahid1 qeyd olunanlarla razı olduğunu bildirir. Təhqiqatçı otelin qeyd olunan otağında yaşayan Şahid1, Şahid3, Şahid2, Təqsirləndirilən şəxs və otelin qeydiyyatçısı Şahid4 həmin otağa baxış keçirilməsi ilə bağlı etirazlarının olmaması barədə ərizələri verdiklərini bildirir və otağı göstərmələrini və narkotik vasitələri təqdim etmələrini təklif edir. Həmin vaxt Şahid1 oteldəki 117 saylı otağına yaxınlaşaraq qapısını açarla açır, iştirakçılar otağa daxil olur. Təhqiqatçı Şahid1 Şahid3, Şahid2, Təqsirləndirilən şəxs tanıdığını soruşur, Şahid1 qeyd olunan şəxsləri tanıdığını bildirir. Təhqiqatçı digərlərinə də eyni sualı verir, hamısı biri-birlərini tanıdıqlarını deyirlər. Təhqiqatçı Şahid1 otağın nömrəsini soruşur, sonuncu otağın 117 saylı olduğunu, xx.xx.2022-ci il tarixdə onun tərəfindən müvəqqəti götürüldüyünü və digər üç tanışının da onunla birlikdə həmin otaqda qaldığını və narkotik vasitələri və psixotrop maddələri qeyd olunan otaqda saxladığını bildirir. Şahid1 həmin maddələri təqdim etməsi təklif edilir. Şahid1 otaqda olan yataq dəstinin altından salafan torbanı çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı salafan torbanı açır, torbada dərman pereparatları, tərəzi görünür. Təhqiqatçı salafan torbada olan əşyaların tək Şahid1 aid olduğunu, yaxud digər üç nəfərə də aid olduğunu soruşur. Şahid1 ona və digər üç tanışma aid olan əşyaların oldunu bildirir. Təhqiqatçı Şahid1 özünə aid olanları salafan torbadan çıxarıb təqdim etməsini bildirir. Şahid1 salafan torbadan dərman pereparatlarım çıxararaq masanın üzərinə qoyur, təhqiqatçı bildirir ki, pereqabalin 8 list çıxararılaraq masanın üzərinə qoyur, sonra şəffaf salafanda 3 ədəd kiçik ölçülü büküm içərisində açıq yaşıl rəngli biri həb digəri toz halında olan bükümləri masanın üzərinə qoyur və güclü təsiredici maddə olduğunu bildirir, sonra daha 1 həb masanın üzərinə qoyur, sonra 2 ədəd yarım list dərman həblərini çıxararaq masanın üzərinə qoyur, sonra 1 ədəd qızılı rəngli bank kartını, 1 ədəd kiçik ölçülü, içərisində quru ota bənzər maddə olan salafan torbanı çıxararaq maasanın üzərinə qoyur və nəşə olduğunu bildirir, təhqiqatçı kartın üzərində olan rəqəmlərini deyir, Şahid1 salafan torbadan daha 3 ədəd içərisində quru ot bitkisinə bənzər maddə olan kiçik ölçülü şəffaf salafan torbanı maasanın üzərinə qoyaraq və hər üç salafanda nəşə olduğunu bildirir. Sonra Şahid1 masanın üzərinə qoyduğu tərəzini götürərək sonuncudan həmin tərəzini nə üçün istifadə etdiyini soruğur. Şahid1 narkotik vasitələri çəkmək üçün tərəzidən istifadə etdiyini bildirir. Şahid1 salafan torbadan içərisində həblər olan yarı listi çıxararaq masanın üzərinə qoyur. Masaya Şahid2 yaxınlaşaraq salafan torbadan içərisində ayrı-ayrı 4 ədəd ağ kağıza bükülü olan kiçik ölçülü şəffaf salafan torbanı çıxararq təhqiqatçıya təqdim edir və salafan torbada olan dörd ədəd bükülünün nəşə olduğunu və ona məxsus olduğunu bildirir. Sonra maasaya Təqsirləndirilən şəxs yaxınlaşaraq qara rəngli siqaret qutusunu salafan torbadan götürərək təhqiqatçıya təqdim edir, qutudan 11 ədəd dəırman həbi aşkar edilir. Sonra masaya Şahid3 Rafık oğlu yaxınlaşıb, torbadan 2 ədəd həbi çıxararaq təhqiqatçıya təqdim edir və ona aid olduğunu bildirir. Sonra Şahid1 ona aid olduğunu bildirərərk salafan torbada olan daha bir neçə həbi çıxararaq pereqabalin olduğunu bildirməklə masanın üzərinə qoyur, eyni zamanda salafan torbadan ağ rəngdə görünən kiçik ölçülü, şəffaf salafanda olan bükülünü çıxararaq masanın üzərinə qoyur və həmin bükülüdə olan maddənin patı olduğunu bildirir. Təhqiqatçı aşkar edilmiş maddələri qablaşdırmağa başlayır, tərəzidə aşkar edilmiş nəşə adalanan marexuananı çəkir, 3 ədədi 1 qram, ayrı salafan torbada olan 2,1 qram olur, şəffaf salafan torbada olan patı adalanan maddəni tərəzidə çəkir, 9,6 qram olur, sonra tərəzinidə salafan torbaya qoyaraq qablaşdırır. Sonra masanın üzərində olan, Şahid3 aid 2 ədəd həbi içi boş zərfdə qablaşdıraraq zərfin üstündə adını yazır, sonra Z. Əmrahova məxsus, içərisində həblər olan qara rəngli siqaret qutusunu boş zərfdə qablaşdıraraq Təqsirləndirilən şəxs adını zərfin üzərində qeyd edir, sonra Şahid2 aid olan içərisində 4 ədəd ayrı ayrı bükümlərdə nəşə adlanana narkotik vasitə olan şəffaf salafan torbanı boş zərfə qoyaraq qablaşdırır və Şahid2 adını zərfdə qeyd edir. Zərflər salafan torbaya qoyulur və sonra daha içi boş böyük zərfdə qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, zərfin üzərində iştirakçıların adı yazılır, həmin şəxslər tərəfindən imzalanır. Təhqiqatçı aşkar edilmiş madələrin ayrı-ayrılıqda Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs məxsus olduğunu soruşur, həmin şəxslər onlara məxsus olduqlarını bildirirlər, həmin maddələri Şahid1 tanımadığı şəxdən onlayn şəkildə yəni “zakladka” şəklində əldə etdiyini, 31 dekabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisinə qoyulduğunu və oradan götürdüyünü, satdıqdan sonra pulu göndərəcəyini bildirir. Şahid2 ona məxsus olan narkotik vasitəni onlayn şəkildə 31 dekabr 2022-ci il tarixdə 50 manata aldığını və “ zakladka” fornmasında Qara Qarayev ərazisindən götürdüyünü, öz istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs ona aid olan güclü təsiredici maddələri Şahid1 15-20 manat qarşılığında aldığını bildirir. Şahid3 ondan aşkar edilmiş güclü təsiredici maddəni Şahid1 ona hədiyyə kimi verdiyini bildirir. Təhqiqatçının sualına cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs güclü təsiredici madəni pul ilə satdığını, lakin Şahid3 hədiyə kimi verdiyini bildirir. Təhqiqatçı Şahid1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün BNM İdarəsinə dəvət ediləcəklərini bildirərərək baxışın başa çatdığını elan edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı Bakı Probasiya İdarəsinə sorğu verilərək alınmış 06 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Bakı Probasiya İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 06 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 25 oktyabr 2023-cü il tarixinə 09 ay 29 gün gününü çəkmiş, 04 ay 26 günü isə çəkilməmiş qalmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü ildə saxlanılaraq Səbail MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü ildə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Bakı Probasiya İdarəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs tərəfindən təyin edilmiş cəzanın 04 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Bakı şəhəri Səbaili Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək, 25 oktyabr 2023-cü il tarixindən 27 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmənarkoloji ekspertizasının 16 may 2023-cü il tarixli 2953 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, psixostimulyatorların və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman pereparatları olan pereqabalinin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 58 (əlli səkkiz) manat 50 (əlli) qəpik təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutların içərisində ümumilikdə 10 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Пребалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-187/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 04 (dörd) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək və 25 oktyabr 2023-cü il tarixindən 27 fevral 2024cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 6 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutların içərisində ümumilikdə 10 ədəd ağ rəngli kapsulları, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Пребалин Крка 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,381 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 58 (əlli səkkiz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat pul tutulub, 21 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Xətai rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM:AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar