Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-27/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs evini qarşısında şəxsiyyətləri istintaq məlum olmayan “Maqa” adlandrılan şəxs və qeyriləri ilə birlidə olarkən, gecə saatları olmasına baxmayaraq ictimai yer olan küçədə ucadan danışıb güldükləri üçün, həmin ünvandakı evdə yaşayan Zərərçəkmiş şəxs küçəyə çıxaraq yata bilmədiyini, bir qədər sakitliyə riayət etmələrini xahiş etdikdə, sonuncunun bu barədə dediklərini özləri üçün irad kimi qəbul edib bunu özləri üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla bir qrup şəxs hahnda birləşib əsassız mübahisə yaradaraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşyayış və davranış qaydalarına məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanı kobud surətdə pozan, habelə şəxslər üzərində zor tətbiq edilmsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əsash səbəb olmadan nalayiq ifadələr işlətməklə əvvəlcə Təqsirləndirilən şəxs yumruqla Coşqun Ağazdənin baş nahiyəsinə zərbə vuraraq hadisə yerində uzaqlaşıb qaçsalar da, xx.xx.2023-cü il tarixdə saat 00:12 radələrində yenidən həmin ünvana qayıdıb xuliqanlıq hərəkətlərini davam etdirərək, yenə də Zərərçəkmiş şəxs əsassız olaraq mübahisəyə cəlb edib, bu dəfə ictimai yerdə səs-küyə toplaşmış yaxınlıqda yaşayan qonşuların və hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla əvvəlcə Təqsirləndirilən şəxs daha sonra isə şəxsiyyəti isitntaqa məlum olmayan “Maqa” adlandırılan şəxs Zərərçəkmiş şəxs yumuruq zərbələri, disgə şəxsiyyəti istintaqa məlum olmayan şəxs isə taxta parçası ilə zərbələr vuraraq qəsdən Zərərçəkmiş şəxs ümumilikdə başın sol təpə nahiyəsinin və sağ saidin orta 1/3-nin arxa səthinin qançırları ilə müşaiyət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsin təyin edilməyən xəsarətlər həmçinin fizik ağrılar yetirməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilirək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı ünvanın yaxınlığında dostları Nicat, Elvin və bibisi oğlu X5 ilə bilrikdə küçədə dayanıb söhbət etmişlər. Təxminən 20-30 dəqiqə sonra evdən bir nəfər sonradan adını Coşqun olduğunu bildiyi şəxs bayıra çıxıb onları nəlayiq ifadələrlə təhqir edib dayandıqları yerdən çıxıb getmələrini bildirmişdi. O, Coşquna onlarla belə sərt danışmamasım, qonşu olduqlarını, sakit formada getmələrini bildirməsini deyib öz iradını bildirmişdi. Lakin Coşqun yenə onlarla nəlayiq ifadələrlə danışmağa davam etmiş, o da sonuncunun üzərinə getmək istəmiş, bu zaman Elvin onu saxlayaraq sakitləşdirməyə çalışmış və məsələni həll edəcəyini bildirmişdi. Elvin Coşquna yaxınlaşaraq təhqir etməyə ehtiyac olmadığını və oradan gedəcəklərini bildirmiş, bu zaman Coşqun təkrar onun ünvanına nəlayiq sözlər işlətmiş və o da Coşqunun ünvanına nəlayiq sözlər işlətmiş və yumruqla sonuncunun başından zərbə vurmuşdu. Bu zaman Coşqun evə gedib evdən əlində əşya ilə bayıra çıxmışdı. Həmin vaxt onlar da oradan qaçıb uzaqlaşmışdılar. Təxminən 1 saatdan sonra onlar təkrar geri qayıtmış və yaşadıqları küçədə dayanıb söhbət etməyə başlamış, bu zaman Coşqun təkrar evdən bayıra çıxaraq onların üzərinə gəlmişdi. Coşqun bir qədər əvvəl özünü kimin vurduğunu soruşduqda o, Coşquna onu özünün vurduğunu demişdi. Coşqun onu yaşadığı evin giriş qapısına tərəf çağırıb orada məsələni həll etməyi bildirmişdi. O, Coşqunla birlikdə sonuncunun yaşadığı evin giriş qapısına tərəf gedəndə aralarında sözlə mübahisə baş vermiş və o, yumruqla Coşqunun sifətinə bir zərbə vurmuşdu. Bu zaman Coşqun yaşadığı evə qaçıb evdən dəmir götürüb bayıra çıxmışdı. O, Elvin və Nicat bir istiqamətə, Orxan isə başqa istiqamətə qaçmışdı. Daha sonra ona məlum olmuşdu ki, Coşqun və Coşqunun atası həmin küçə ilə keçən Orxanın tanışı Talehlə münaqişə ediblər, Orxan və Taleh Coşqun və atasına taxta parçası atmışlar. Həmin vaxt səs- küyə anası Şahid3 bayıra çıxmış, həmin vaxt Coşqunun atası Mais onun anasına yumruq zərbəsi atmışdır. Lakin o, həmin hadisəsinin şahidi olmamışdır. Həmin hadisə baş verən zaman orada o, Elvin, Nicat, bibisi oğlu Orxan və baş vermiş hadisə zamanı səs-küyə kənardan toplaşan şəxslər olmuş, hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. X4 qonşuluqda kirayəşin qaldığını bilirdi, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdı.Yuxarıda göstərdiyi şəxslərdan başqa hadisə yerinə gələn şəxslər olmuşdur, orada ondan başqa olan 3 nəfər şəxs Nicat, Elvin və Orxanı tanıyır, digər şəxsləri tanımır. Hadisə zamanı onun əlində hər hansı bir əşya olmamış, Nicat və Orxanın əlində isə taxta parçası olmuşdur. Ona təqdim olunmuş videogörüntüdə olan və Zərərçəkmiş şəxs vuran şəxs o, olmuşdur. O, Maqa adlı şəxs tanımır. Bəlkə orada olan şəxslərdən biri olubdur, lakin o, özündən başqa kiminsə Coşqun və Maisi vurmasını görməmişdir. Videogörüntüdə göründüyü kimi Zərərçəkmiş şəxs vuran şəxs odur, ondan sonra Maqa adlı şəxsin Coşqunu vurması barədə heç nə deyə bilmir. Həmin hadisə zamanı onun əlində hər hansı bir əşya olmamış, Nicat və Orxanın əlində isə taxta parçası olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs onlarla qonşuluqda kirayədə yaşayırdı. 20 aprel 2023-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdə olan zaman küçədə səsküy gəldiyini eşidib arvadı Esmira ilə birlikdə bayıra çıxmışdı. Bayıra çıxan zaman sonradan Coşqunun atası Mais olduğunu bildiyi şəxsin meyvə-tərəvəz yerində işlədiyini bildiyi Taleh adlı uşağı divara dirəyib söydüyünü və vurmaq istədiyini görmüşdü. O, Maisə yaxınlaşıb nə etdiyini və nə üçün uşağı vurmaq istədiyini soruşduqda, sonuncu yaxşı elədiyini bildirmişdi. Həmin vaxt Talehi Maisin əlindən almışdı. Mais həmin vaxt nəlayiq söyüşlə danışmış, o, Maisə öz iradını bildirmiş və evimin qarşısında söyüş söyməməsini demişdi. Bu zaman Mais orada olan uşaqların arxası ilə qaçmış, o da arvadı Esmira ilə birlikdə yaşadığı evin yanından adamların toplaşdıqları yerə tərəf getmişdi. Ora çatan zaman bacısı oğlu Orxanın orada olduğunu görmüşdü. Orxandan nə baş verdiyini soruşduqda sonuncu ona heç nə olmadığını və orada daynadığını bildirmişdi. O, Orxana evə getməsini demiş, Orxan evə getmişdi. O da arvadı Esmira ilə birlikdə evə qayıtmışdı. Sonradan ona məlum olmuşdu ki, oğlu Kənanla Orxan dostları Nicat və Elvinlə birlikdə Coşqunla dalaşmışlar. O, hadisə yerinə gələndə orada çoxlu sayda insanlar toplaşmışdı. Həmin şəxslərdən Orxan və Talehi tanıyır. O, hadisə yerinə getdikdən sonra baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinin səbəbi uşaqların Coşqunun yaşadığı evin yanında küçədə söhbət edən zaman sonuncunun bayıra çıxıb uşaqlara nəlayiq sözlərlə getmələrini deməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Dilqəm İsmayılovla eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli, 193 saylı məhkəmə-tibbi ekspertizanın ekspert rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın sol təpə nahiyəsinin və sağ saidin orta 1/3-nin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə taxta parçası (bel sapı) ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Şahid1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, cinayət işi üzrə əməl AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən AR Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli 47/2-25352 saylı AR DİN Səbail RPİ-nin ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 2 ədəd fayl var. Həmin fayllardan biri 02 dəqiqə 58 saniyədən ibarətdir. Həmin diskdə olan videogörüntülərdən görünür ki, həyət evlərinin qarşısında, küçədə 6-7 nəfər cavan oğlanlar bir nəfərlə mübahisə edir. Bu zaman həmin oğlanlardan biri mübahisə etdiyi şəxsi bir qədər kənara çəkib aparmaq istəyir və bu zaman sağ əli həmin şəxsin baş və sifət nahiyəsindən bir neçə dəfə əl zərbəsi ilə yumruq vurur, Bundan sonra həmin oğlan digər ora yığılan oğlanlarla birlikdə qaçaraq evlərin arasında gözdən itirlər. Həmin fayllardan ikincisi 02 dəqiqə 50 saniyədən ibarətdir. Həmin diskdə olan videogörüntülərdən görünür ki, görüntülər xx.xx.2023-cü il saat 00.12 radələrindən başlayır, hava artıq qaralır, fərdi yaşayış evlərinin qarşısında olan küçədə 5 ədəd avtomobil dayanmışdır. Bir neçə saniyə sonra küçənin müxtəlif istiqamətlərindən gələn 6 nəfər cavan oğlanlar bir yerə yığılır, həmin vaxt onlarla Coşqun Ağazədənin aralarında münaqişə baş verir, orada olan oğlanlardan biri Coşqunu yumruqla vurduqdan sonra Coşqun evə daxil olur və oradan öz atası ilə birlikdə küçəyə çıxır. Küçədə yığılan həmin şəxslərdən iki nəfərinin əlində taxta parçasının olması müşahidə olunur. Həmin oğlanlar öz aralarında bir neçə saniyə mübahisə etdikdən sonra onlardan 3-4 nəfəri qaçaraq oradan uzaqlaşmağa çalışır. Bu zaman 2 nəfər əynində ağ rəngli, qısaqol köynək olan oğlanlar həmin qaçan oğlanların arxasınca qaçır və onlardan biri əlində olan bel sapını qaçan oğlanların arxasınca atır. Lakin bel sapının həmin qaçan şəxslərdən hansınasa dəyibdəyməməsi görünmür. Bundan sonra həmin 2 nəfər əynində ağ rəngli, qısaqol köynək olan oğlanlar fərdi yaşayış evlərinin yanma qayıdır. Bir neçə saniyədən sonra 6 nəfər oğlanlar yenə də həmin küçənin ortasında bir yerə yığılırlar. Həmin oğlanlardan birinin, əynində uzunqol qara rəngli köynək olan oğlanın əlində taxta parçasının olması görünür. Baxışda iştirak edən şəxslər bildirdilər ki, videogörüntüdə əks olunan hər iki görüntülər xx.xx.2023-cü il tarixdə saat 00:12 radələrində ünvan 1 ünvanda baş vermiş ikinci hadisəyə aiddir, Təqsirləndirilən şəxs bildirir ki, həmin birinci videogörüntüdə Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuran şəxs onun özüdür. Həmçinin diskə keçirilən baxış zamanı videogörüntülərdən də görünür ki, həmin hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir əşya və ya predmet olmamışdır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, bir ədəd DVD-R disk, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol və ekspertiza rəyi iş üzrə sübut növü kimi qəbul olunmuş vi işin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən Maqa, Orxan və Nicat adlı şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan 07 noyabr 2023-cü qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 29 aprel 2024-cü il tarixdə tərəfimdən iş üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ tərəfindən AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən cinayət işi açılmış və iş hal-hazırda icraatdadır. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin könüllü təqdim olunması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 07 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayət və tələbi olmadığını qeyd etmişdir. Cinayət işinin icraatına xitam veilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki günün hesablanmaqla 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki günün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-27/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-27/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver