Məhkəmə qərarları › İş №1(009)-270/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-270/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-270/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 11 fevral 1992-ci ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Xəzər rayonu, Qala qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasında, Rəqamsal İnkişaf Nazirliyi "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətində mühafizə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə xidməti dərəcəsinin artırılması məqsədilə Dəniz və Liman Agentliyin inzibati binasına imtahan vermək üçün gəlmiş Abbasov oğlunu tanışı Şahid vasitəsi ilə müəyyən ödəniş müqabilində iştirakı olmadan keçirməklə və xidməti dərəcəsini artırılmasına dair diplom almasını yalan vədlər verib inandırıb aldadaraq 30 noyabr 2022-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yerləşən Dövlət Dəniz və Liman Agentliyi inzibati binasının zirzəmisində yerləşən avtodayanacaqda, Şahid vasitəsi 2.700 manat nağd pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ziyan vuraraq dəlduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etrr.ə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasında, Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətində mühafizəçi işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə, xidməti dərəcəsinin artırılması məqsədi ilə Dövlət Dəniz və Liman Agentliyin inzibati binasında verdiyi imtahandan kəsilmiş Zərərçəkmiş şəxs1 müəyyən ödəniş müqabilində imtahanda iştirakı olmadan keçirməklə,xidməti dərəcəsini artırılmasına dair diplom almasını təşkil edəcəyinə yalan vədlər verib inandırıb aldadaraq, 14 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanında yerləşən Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasının qarşısında ilkin olaraq 800 manatını və 13 yanvar 2023-cü il tarixdə, saat 12:09 dəqiqədə, Qəhərəman Salmanovun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 6 ünvanında “ABB”-in mobil tətbiqi vasitəsi ilə onun təqdim etdiyi bank hesabına göndərilmiş 400 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs1 cəmi 1.200 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir,hərdən düşdükcə fəhləlik edərək çörək pulu qazanır,əvvəllər məhkum olmamış və heç bir cinayət əməli törətməmış- dir.O,əvvəllər yəni 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayının axırına kimi ünvan 8 ünvanda yerləşən Dövlət Dəniz və Liman Agentliyində mühafizəçi işləmiş,həmin Aqentliyin mühafizə xidmətindən öz arzusu ilə işdər çıxmışdır.Naıl Namazu o, Dövlət Dəniz və Liman Agentliyində mühafizəçi kimi xidmət apararkən,sonuncunun həmin Agentliyə gəlib-gedərkən tanış olmuş,X6 dənizində fəaliyyət göstərən birində mexanik vəzifəsində işləməsini bilmiş,aralarında normal münasibətlər yaranmış.Na gə¬dənizdə işləyən əməkdaşlar kimi xidməti dərəcələrini artırmaq üçün Agentliyə vaxtaşırı gəlib imtahan vermişdir.Təlimata görə həmin şəxslər imtahan verə bildikləri halda dərəcə haqlarının artmasına səbəb olurmuş.2022-ci ilin noyabr ayında Nail tanışı ilə bır neçə Agetlikdə imtahan vermiş,lakin imtahandan keçə bilməmiş kəsilmişlər.Həmin imlanasında işləyən Ceyhun adlı şəxslə o, yaxın münasibətləri olduğundan.sonuncu müəyyə müqabilində itahamdan adam keçirə biləcəyini ona demişdir. O.da Nail ilə söhbər zamanı sonuncunun imtahandan keçə bilmədiyini öyrənmiş,bu zaman o, Nailə adamı olması.müəyyə müqabilində imtahandan keçirə biləcəyini, lakin həmin şəxsin kim olmasını Nailə demə imtahanın qiyməti ilə maraqlandıqda o, Ceyhundan öyrənmiş və 2.500 manat xərci olmasın üzərinə öz xeyrini qoymaqla Nailə 2.700 manata başa gələcəyini demiş,Nail də bu qıy-ətə razılaşmışdı. Sonra 2022-ci ilin noyabr ayının axırlarında dəqiq tarixini xatırlamadığı günü saa: '2 radələrində Nail ona Dövlət Dəniz və Liman Agentliyinin zirzəmisində yerləşən avtodayanacaqca 2700 manat nağd pul, Fuad adlı şəxsin xidməti vəsiqəsinin surətini və şəklini vermişdir ki,o,Fuadı imtahandan keçirsin.O, pulu və sənədləri götürüb özündə saxlamış və bu barədə Ceyhuna bildirmişdir,Ceyhun ona müəyyən vaxt gözləməsini bildirmiş,həmin ərəfədə Ceyhunu işdən çıxarıldığından o,Fuadın diplom məsələsini həll edə bilməmişdir.Sonralar o.Naildən bu iş üçün aldığı pulu özü üçün xərcləmişdir. Sonra o.Naildən aldığı 2.700manat pulu qaytrara bilmədiyim üçün Nailin və Fuadın zənglərinə cavab verməmişdir. O. Naildən Fuadın diplom məsələsini həll etmək üçün aldığı 2.700 manatı qısa müddət ərzində ödəyəcəyinə söz verərək,Naildən aldığı pulu heç kəsə vermə¬miş özü üçün xərcləmişdir.Bundan başqa,o,2022-ci ilin noyabr ayında Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasına xidməti dərəcənin artırılması üçün imtahana gəlmiş və limtahanı verə bilməyib kəsilmiş Zərərçəkmiş şəxs1 ilə tanış olmuş,sonuncuya imtahandan keçib diplom alması üçün kömək edə biləcəyini bildirərək,əlaqə nömrəsini götürmüş,eyni zamanda öz mobil nömrəsini Qəhrəmana vermiş,sonra həmin nömrə ilə əlaqə saxlayıb, 1.200 manat müqabilində növbəti imtahandan iştirakı olmadan keçirərək,bir ay ərzində bu barədə diplom təşkil edəcəyinə söz vermişdir. Qəhrəman da bu şərtlərlə razılaşaraq 14 noyabr 2022-ci il tarixdə,axşam saat 19 radələrində.ünvan 9 ünvanında yerləşən Dövlət Dəniz və Liman Agent¬liyinin inzibati binasının qarşılsına gəlib,bu işin həlli üçün təklikdə ona 800 manat pul vermiş,qalan 400 manatı hissəsini Qəhrəmanla diplom hazır olub təqdim olunduqdan sonra verəcəyinə razılaşmışlar.Bundan sonra,müəyyən müddət keçmiş və 13 yanvar 2023-cü il tarixdə,o, yenə mobil telefonun “vatsap” proqramı ilə Qəhrəmana zəng edib,üç günə imtahandan keçməsinə dair diplom hazır olacağını deyərək,pulun qalan 400 manatını “vatsap”-la göndərdiyi bank kart hesabına gön¬dərməsini xahiş etmişdir.Qəhrəman da 13 yanvar 2023-cü il tarixdə,saat 12 radələrində,400 manat pulu “ABB”-in mobil tətbiqi vasitəsilə onun göndərdiyi kart nömrəsinə köçürmüşdür.Bir neçə gün keçdikdən sonra,Qəhrəman ona zəng edib diplomun hazır olması ilə maraqlanmış,o,da on günə hazır olacağını demiş,o,Qəhrəmandan aldığı pulları özü üçün xərclədiyindən,həmin müddət ərzində həmin pul məbləğini düzəldib sonuncuya qaytarmağı fikirləşmiş,Lakin Qəhrəmana verəcəyi pulu düzəldə bilmədiyindən,sonralar Qəhrəmanın zənglərinə cavab vermədən əlaqəyə girməkdən yayınmışdır.O, itmahandan keçirmək üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 heç bir kəslə görüşdürməməsini,diplom işlərini kiminlə həll edəcəyini deməməsini,sonuncuları Ceyhun adlı şəxslə görüşdürməməsini,etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını göstərmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın iyirmi beş faizinin dövlət büdcəsinə ödənildiyini və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" QSC-nin X8 Donanmasında 2-ci mexanik vəzifəsində işləyir,xidməti vəzifəsini dəyişməsi ilə əlaqədar olaraq hər beş ildən bir imtahan verir. 14 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Dəniz və Liman Agentliyinə xidməti dərəcəsini artırması ilə əlaqədar verdiyi imtahandan kəsilmiş, həmin gün imtahandan çıxdıqdan sonra, həmin Aqentliyin inzibati binasında mühafizəçi işləyən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq imtahanın nəticəsi ilə maraqlanmış və onun imtahamdan keçmədiyini öyrəndikdə, kənara çağıraraq müəyyən ödəniş müqabilində imtahandan keçməsini təsdiq edən setrifika təşkil edə biləcəyini demişdir. Əsəd ondan telefon nömrəsini alıb “vatsap” proqramı ilə zəng edib əlaqə saxlayıb, rəhbərliklə danışmasını və 1.200 manata bir ay ərzində ona sertifikat təşkil edə biləcəyinə söz vermişdir.O.da Əsədin təklifi ilə razılaşmış, 14 noyabr 2022-ci il tarixdə saat 19 radələrində.ünvan 5 ünvanında yerləşən Dövlət Dəniz və Liman Agentliyinin qarşısında,Əsədlə görüşmüş və təklikdə sonuncuya 800manat vermiş, pulun qalan 400 manatını sertifikat hazır olduqdan sonra verəcəyinə razılaşmışlar.Sonra 13 yanvar 2023-cü il tarixdə Əsəd ona “vatsap” proqramı ilə zəng edib,sertifikatın üç günə hazır olacağını deyərək,pulun qalan 400 manatını istəyərək,“vatsap" proqramı vasitəsilə göndərdiyi bank hesab köçürməsini xahiş etmişdir.O.da 400 manat pulu 13 yanvar 2023-cü il tarixdə,saat 12:09 dəqiqdə, Əsədin göndərdiyi hesaba yaşadığı Səbail rayonu, Yeni ünvan 6 ünvanında, “ABB”-in mobil tətbiqi vasitəsilə göndərmiş,apardığı köçürmə əməliyyatına görə onun hesabından əlavə iki manat pul bank tərəfindən tutulmuş,apardığı köçürməni təsdiq edən qəbzin surətini istintaq təqdim etmişdir.Üç gün keçdikdən sonra o,Əsədə zəng edərək sertifikatın hazır olub- olmaması ilə maraqlanmış,Əsəd sertifikatın on günə hazır olacağını ona bildirmiş,sonra isə müxtəlif vaxtlarda Əsədə zəng vursa da,sonuncu ondan vaxt istəyərək sertifikat tezliklə hazır olacağına yalan vədlər vermiiş,2023-cü ilin aprel ayının əvvəllərində o,Əsədi görmək üçün Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasına getdikdə,orada Əsədi işdən çıxarılması ona məlum olmuşdur.Sonra o,Əsədlə telefon əlaqəsi saxlayıb pulunu geri istədikdə,sonuncu 10 günə qaytaracağına söz versə də,pulunu qaytarmadıqda o,polisə şikayər ərizəsi verərək,Əsədin dələduzluq yolu ilə 1.200 manat pulunu ələ keçirməsini göstərmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 8-də qeydiyyatda olmaqla yaşayır, 2006-cı ildən Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi İdarəsinin gəmilərində müxtəlif vəzifələrdə işləmiş,2016-cı ildən isə “Omeqa” gəmisində kapitanın növdə kəməkçisi vəzifəsində işləyir. Şahid uzun illərdi yəni təxminən 2008-ci ildə tanııyır,birlikdə Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi İdarəsində müxtəlif vəzifələrdə işləmiş və işləməkdə davam edir.2022-ci ilin noyabr ayında o,iş yoldaşı Şahidla birlikdə ünvan 10 ünvanda yerləşən Dövlət Dəniz və Liman Agentliyinə xidməti dərəcələrini artırmaq üçün sənədlərini təqdim etməklə imtahandan keçmək məqsədi gedib-gələrkən,həmin Agentlikdə keçirilən imtahandan o, 2-3 dəfə kəsilmişdir. Həmin ərəfədə tanışı Nail ona bir nəfər tanışı olmasını, imtahan komissiyasında adamı olmasını və həmin adamın vasitəsi ilə müəyyən ödəniş müqabilində imtahandan adam keçirə biləcəyini demiş,o.Naildən həmin şəxsin vasitəsi ilə imtahandan keçmək üçün nə qədər pul tələb olunmasını öyrənməsini xahiş etmiş,Nail də öyrənib ona 2.700 manat müqabilində həll edə biləcəyini,həmin məbləği verdikdən sonra heç imtaha girmək lazım olmamasını,həmin şəxs özü hər şeyi təşkil edib,hazır xidməti dərəcənin artması barədə diplomu təqdim edəcəyini bildirmişdir.O, Nailin təklifi ilə razılaşdıqdan sonra,2.700 manatı Nailə həmin Agentliyin qarşısında öz avtomobilimdə 30 noyabr 2022-ci il tarixdə saat 12 radələrində vermiş,Nail də həmin pulu götürüb Dövlət Dəniz və Liman Agentliyinin zirzəmisində yerləşən avtodayanacaqa gedib,orada işi həll edən şəxsə verib qayıtmış və təxminən bir ay ərzində diplom məsələsi həll olunacağını ona bildirmişdir.Nail pulu verdiyi şəxsin adını ona deməmiş.həmin şəxsə pulu verməsinə dair hər hansı bir qəbz və ya iltizam almamışdır. O, imtihandan keçməsinə dair diplom aldıqdan sonra,işlədiyi gəmidə növbə köməkçi vəzifəsindən, baş köməkçi vəzifəsinə keçməli idi,bu hal onun əmək haqqınında artmasına səbəb olmalı idi. Nail dediyi bir ay keçdikdən sonra o.Naillə əlaqə saxlayıb,diplomla maraqlanmış, Nail də həmin şəxslə maraqlanaraq hər dəfə müəyyən vaxt möhlət istəmişdir. 2023-cü ilin yanvar ayının sonlarında Nailə işin çox uzandığı,bu işin yalan olmasını deyərək pulunu geri qaytarmasını bildirmiş, həmin dövrdə Nail onu aparıb əvvəllər Agentlikdə mühafizədə işləyən Əsəd adlı şəxslə tanış etmiş,həmin vaxt artıq Əsədin iş yerini dəyişmiş, “Tele-qüllə” restoranında mühafizəçi işləmişdir. O, Naillə birlikdə Əsədlə görüşdüyü zaman sonuncu qısa müddət ərzində işi həll olunacağına söz vermiş,Əsəd ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermiş,o, mütəmadi Əsədin istifadə etdiyi mobil nömrə ilə əlaqə saxladıqda,sonuncu müxtəlif bəhanələrlə yenə vaxtı uzatmış,sonralar isə ümumiyyətcə onun telefon zənglərinə cavab verməmişdir.Sonra o,Əsədin iş yerinə getdikdə,sonuncunun iş yerindən də qovulmasını öyrənmişdir.Sonra o.Naillə məsləhət etmiş,Əsədə pulu Nail əlbə-əl verdiyi üçün sonunsu Səbail RPİ-nin 8-ci PB-nə gedərək Təqsirləndirilən şəxs aldadaraq 2.700 manat pulun ələ keçirməsi barədə şikayət ərizəsini vermişdir.Əsədə pulu Nail versə də,həmin pul ona məxsus və işinin həll edilməsi üçün verilməsiniona 2.700 manat maddi ziyan dəyməsini,Əsəd pulu Naildən almasını, lakin işi həll etməsi üçün onu heç bir kəs ilə görüşdürməməsini, heç bir kəsin qəbuluna aparmamasını, hər hansı bir praktiki iş görməməsini, Əsəd imtahan məsələsini kiminlə həll edəcəyini ona deməməsini, ümumiyyətcə Nail Əsəd barədə ona sonda iş uzandıqda və həll olunmadıqda bildirməsini,yəni 2023-cü ilin yanvarına kimi o, heç Əsədi də tanımamasını, həmçinin Əsədin işi kimin vasitəsi ilə görməsini və ya imtahan komissiyasında Ceyhun adda şəxs olmaması bilməməsini, bu adda adam haqda eşitməməsini göstərmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən Azərbaycan Respublikası Dəniz Gəmiçiliyi idarəsinin gəmilərində müxtəlif vəzifələrdə işləmiş,2019-cu ildən isə “Şahdağ” gəmisində növdətçi mexanik kimi işləyir.Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından tanıyır,sonuncunu o,ünvan 11 ünvanda yerləşən Dövlət Dəniz və Liman Agentliyinə gedib-gələrkən tanımış,Əsəd həmin Agetlikdə Rabitə və Texnologiya Nazirliyinin hərbiləşdirilmiş mühafizə xidmətində işləmiş və həmin Agetliyin inzibati binanın girişdə dayanıb xidmər aparmışdır. 2022-ci ilin noyabr ayında o,iş yoldaşı və tanışı Zərərçəkmiş şəxs2la həmin Agetliyiyə xidməti dərəcələrini artırmaq üçün sənədlərini təqdim etməklə imtahandan keçmək məqsədi gedib-gələrkən Əsədlə tanış olmuş,Əsəd ona müəyyən pul məbləği müqabilində imtahandan keçməkdə köməklik edə biləcəyini demişdir. O, Əsədin təklifi barədə Fuada dedikdə,sonuncu imtahandan pul verməklə keçmək istədiyini bildirərək nə qədər pul tələb olunmasını öyrənməsini ondan xahiş etmişdir. O, da Əsəddən soruşduqda,bu işin 2.700 manat müqabilində həll edə biləcəyini,həmin məbləği verdikdən sonra heç imtaha girmək lazım olmamasını,özü hər şeyi təşkil edib,hazır xidməti dərəcənin artması barədə diplomu təqdim edəcəyini bildirmişdir. Fuad Əsədin təklifi ilə razılaşdıqdan sonra, 2.700 manatı ona vermiş o,elə həmin günü yəni 30 noyabr 2022-ci il tarixdə saat 12 radələrində, həmin Dövlət Dəniz və Liman Agentliyinin zirzəmisində yerləşən avtodayanacaqda Əsədə vermiş,sonuncuya pulun veril¬məsinə dair hər hansı bir qəbz və ya iltizam almamışdır.Əsəd pulu ondan alarkən bir ay ərzində imtahandan keçirib diplomu verəcəyinə söz vermişdir.Zərərçəkmiş şəxs2 həmin imtihandan keçdikdən sonra, işlədiyi gəmidə növbə köməkçi vəzifəsindən,baş köməkçi vəzifəsinə keçməli idi.Sonralar Əsəd imtahının nəticəsinə dair diplomun verilməsini müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. 2023-cü ilin yanvar ayının sonlarında Fuad ondan pulunu geri tələb etməyə başlamış, o, da Fuadı aparıb Əsəd ilə tanış edərək,pulu Əsədə verməsini bildirmiş,Əsəd də Fuadın özünə qısa müddət ərzində onun vasitə ilə aldığı pulu qaytaracağına söz vermişdir.Müəyyən vaxtdan o,Fuad-dan Əsəd yenə vədlər verərək vaxtı uzatmasını öyrənmişdir. 2023-cü ilin təxminən mart ayında, Əsəd telefon zənglərinə cavab vermədiyinə görə,o,Fuadla birlikdə Əsəddən pulu tələb etmək üçün iş yerinə getdikdə,orada Əsəd barəsində vətəndaşların iş düzəltmək adı ilə müxtəlif məbləğlərdə pul almasına dair şikayətlər daxil olması səbəbindən işdən çıxarılmasını öyrənmişdir.Bundan sonra o, Fuadla məsləhət edib, Əsəddən şikayət vermək qərarına gəlmiş,Səbail RPİ-nin 8-ci PB-nə gedərək,Təqsirləndirilən şəxs aldadaraq 2.700 manat pulun ələ keçirməsi barədə şikayət ərizəsi vermişdir.O,Əsədə verdiyi pul Fuada məxsus və sonuncunun işini həll edilməsi üçün verilsədə, həmin məbləği Əsədə əlbə-əl özü verdiyindən,sonuncu barədə ilkin şikayət ərizəsini özü verməsini,Əsəd isə Fuadı imtahandan keçirib diplomunu verməli olmasını,o,pulu Əsədə verərkən yanınlarında heç kəs olmamasını, sonralar Əsəd Fuadla söhbət etdiyi zaman ondan 2.700 manat pulu almasını etiraf etməsini,Əsəd imtahan məsələsini kiminlə həll edəcəyini deməməsini.hər hansı bir şəxsin adını çəkməməsini,imtahan komissiyasında Ceyhun adlı şəxsin olubolmamasını bilməsini,bu adda şəxs barədə Əsəd ona heç bir söz deməməsini,yalnız imtahan komissiyasında tanışı olmasını və bu işi həll edə biləcəyinə onun vasitəsi ilə Fuada söz verməsini göstərmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyindən daxil olmuş 30 may 2023-cü il tarixli 327-106/2-440/2023 saylı məktubdan görünür ki, hazırda Agetlikdə “Ceyhun” adlı şəxs işləmir. X4 adlı şəxs 03 dekabr 2021 -ci il tarixdən 14 iyul 2022-ci il tarixinədək Agentlikdə “müfəttiş” vəzifəsində işləmiş, işlədiyi dövrdə əmək funksiyalarını Agentliyin inzibati binasında deyil, müvafiq limanlarda icra etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş 10 iyul 2023-cü il tarixli 02HMİ-050 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasında mühafizə xidmətinin göstərilməsi məqsədi ilə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur.Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasından “Teleradio” istehsalat Birliyi (Teleqüllə kompleksi) obyektinə keçirilmişdir. Haqqında araşdırma tədbirlərinin aparıldığı üçün xx.xx.2023-cü il tarixdən barəsində qərar qəbul olunan müddətədək işdən kənarlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi 13 yanvar 2023-cü il tarixli mobil tədbiq vasitəsi ilə pul vəsaitinin köçürülməsinə dair qəbzin surətindən görünür ki, 13 yanvar 2023-cü il tarixdə saat 12:09 dəqiqədə 4127**** ****5068 saylı bank hesabından 402 (dörd yüz iki) manat “İB**********” saylı hesaba köçürülmüşdür. Həmin qəbzin sürəti iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir. 21 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və 23 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-210/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, “həbs” qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-210/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Səbail RPİ-nin 14 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, X3 13 sentyabr 2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir və bu səbəbdən iş üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, X2 cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizə və ona əlavə olunmuş qəbzdən görünür ki, ona elan olunmuş ittihamın məbləğinin 25 (iyirmi beş) faizi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Ərizədə təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Belə olan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar