Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-271/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Əhmədavar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən “Bermud” gecə klubunun qarşısında Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbilə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmaqla qorxu və narahatçılıq hissinə səbəb olub Zərərçəkmiş şəxsnm üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə onun sinə nahiyəsindən itələyərək ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması, eləcə də, sol təpə və sol diz oynağı nahiyələrinin qançırları, sağ əlin arxa səthinin, sol əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs “mülayim dərəcədə ifadə olunmuş nevrastesniya, özünə xəsarət yetirmələr” diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-xx.xx.2022, xxxx.2022-xx.xx.2022-ci il tarixlərdə müayinədə olmuşdur. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəməyədək sadələşdirlmiş icraat materialına baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, həmçinin bildirmişdir ki, əsəb xətəliyindən əziyyət çəkir. Bununla bağlı Respublika Psixatriya Xəstəxanasında müalicədə olmuşdur. İş üzrə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə yekun protokolu və məhkəməyədək sadələşdirilmiş icraat materialı öyrənilərkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 293-1.0-cı maddəsinə əsasən ibtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına aşağıdakı hallarda yol verilmir: 293-1.0.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə; 293-1.0.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduqda; 293-1.0.3. iki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda; 293-1.0.4. zərər çəkmiş və ya təqsirləndirilən şəxs təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etdikdə. Belə ki, hazırlıq iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xəstəlikdən əziyyət çəkdiyini bildirmiş, məhkəmə tərəfindən qeyd edilən halın araşdırılması - Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda olubolmaması, olduğu təqdirdə hansı diaqnozla olması barədə məlumatların əldə edilməsi məqsədi ilə Respublika Psixiatriya Xəstəxanasına sorğu verilmişdir. Respublika Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 11799 nömrəli məktubuna əsasən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə xəstəxanada müayinə olunmuş və “mülayim dərəcədə ifadə olunmuş nevrastesniya, özünə xəsarət yetirmələrlə” diaqnozu qoyulmuşdur. Göründüyü kimi təhqiqat orqanı tərəfindən yuxarıda qeyd olunan hallar araşdırılmadan, şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmasının mümkünlüyü müəyyən edilmədən təhqiqat böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmışdır. Belə ki, məhkəmə tərəfindən müvafiq halın araşdırılması məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə sorğu göndərilmiş, sorğuda “mülayim dərəcədə ifadə olunmuş nevrastesniya, özünə xəsarət yetirmələrlə” diaqnozunun Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli 4525 saylı məktubuna əsasən həmin suala cavab verilməsi üçün Təqsirləndirilən şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin olunmalıdır. Göründüyü kimi ibtidai araşdırma zamanı qeyd edilən hal araşdırılmamış, məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların müəyyən edilməsi məqsədi ilə müvafiq qərar (məhkəmə psixiatrik ekspertizanın təyin edilməsi) qəbul edilməmiş, həmçinin məhkəmə hazırlıq iclası zamanı qeyd edilən halın müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyin normalarına ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 300.1-ci maddəsində məhkəmə hazırlıq iclasının keçirilməsinin nəticələri barədə qəbul olunan qərarlar sırasında ekspertizanın təyin edilməsi barədə qərar öz əksini tapmamışdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Cinayət Prosessual Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.9-cu maddəsinə əsasən məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntusu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən də məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntuya yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialına baxılmasına xitam verilməli və məhkəməyədək sadələşdirlmiş icraat materialı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntusuna yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299, 300.1.5, 303.3.9, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialının baxılmasına xitam verilsin və məhkəməyədək sadələşdirlmiş icraat materialı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X3 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-271/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-271/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver