Məhkəmə qərarları › İş №1(009)-272/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-272/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-272/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.2001-ci ildə Kürdəmir rayonu Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına sifariş əsasında satılması üçün avtomobillər gətirən “ABC Global LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi və regional meneceri Nümayəndə bir neçə ay ərzində avtomobil sifariş verən müxtəlif müştərilər təqdim etməklə avtomobillərin satışını həyata keçirib onun etibarını qazandıqdan sonra, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində 8 nəfər müştəriyə avtomobil satışını təmin edəcəyini bildirərək, Rafiq Murtuzov, Mürşüd Mürşüdov, Samir Hacıyev, Məftun Şirzadlı, Elvin Niyazov, Murad Namazov adlı müştərilərdən aldığı avtomobillərin daşınması üçün tələb olunan ümumilikdə Azərbaycan manatı ilə 22865 manat olan 13450 ABŞ dolları daşınma xərcini, ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində, habelə X9 29 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdə aldığı Azərbaycan manatı ilə 4335 manat edən 2550 ABŞ dolları daşınma xərcini, Şamilli Katib Vahid oğlundan 12 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Şəki Qala» restoranının qarşısında aldığı Azərbaycan manatı ilə 4080 manat edən 2400 ABŞ dolları daşınma xərcin ümumilikdə 8 nəfər müştəridən aldığı daşınma xərci olan Azərbaycan manatı ilə 31.280 manat edən 18400 ABŞ dolları pulu “ABC Global LTD” şirkətinə ödəməyib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək faktiki olaraq zərərçəkmiş hüquqi şəxs “ABC Global LTD” şirkətinə ümumilikdə 31280 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Hyundai Accent” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 15 noyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında sonuncudan Azərbaycan manatı ilə 8500 manat edən 5000 ABŞ dolları pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 ona qarşı yaranmış etibarından sui- istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində sonuncudan avtomobilin daşınma xərci olan Azərbaycan manatı ilə 4080 manat edən 2400 ABŞ dolları pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs6 4080 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 15 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində sonuncudan avtomobilin daşınma xərci olan Azərbaycan manatı ilə 3910 manat edən 2300 ABŞ dolları pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs10 3910 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 21 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində sonuncudan avtomobilin daşınma xərci olan Azərbaycan manatı ilə 3825 manat olan 2250 ABŞ dolları pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs13 3825 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Kia Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 24 noyabr 2022-ci il tarixdə saat 18:07-də ünvan 7 ünvanında yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “E- manat” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs3 onun istifadəsində olan 416973*****7896 nömrəli “Kapital Bank” hesabına göndərmiş olduğu avtomobilin daşınma xərci olan 510 manat pulu, həmin gün saat 19:09-da Bərdə şəhəri, Bakı küçəsində yerləşən «Piramida» markedə quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 onun istifadəsində olan 60595844 nömrəli «Leo» bank hesabına göndərmiş olduğu avtomobilin daşınma xərci olan 3.650 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 4160 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından iki ədəd “Kia-Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 02 dekabr 2022-ci il tarixdə birinci avtomobil üçün müqavilə xərci olaraq Azərbaycan manatı ilə 510 manat edən 300 ABŞ dolları pulu, 08 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində birinci avtomobilin daşınma xərci olaraq Azərbaycan manatı ilə 1700 manat edən 1000 ABŞ dolları pulu, 20 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində ikinci avtomobil üçün müqavilə xərci olan Azərbaycan manatı ilə 510 manat edən 300 ABŞ dolları pulu, 26 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Alyans” biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”- nin ofisində ikinci avtomobil və yol xərci olaraq Azərbaycan manatı ilə 18020 manat edən 10600 ABŞ dolları pulu, 29 mart 2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən 11 saylı notariat ofisinin qarşısında avtomobilin gömrük rəsmiləşdirilməsi üçün 7000 manat pulu sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs11 ümumilikdə 27740 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Kia Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 31 yanvar 2023-cü il tarixdə ünvan 9 ünvanında "xxxx" ASC-nin inzibati binasının içərisində sonuncudan avtomobilin daşınma xərci olan Azərbaycan manatı ilə 4080 manat edən 2400 ABŞ dolları pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs9 4080 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından iki ədəd biri “Kia Sorento”, digəri “Hyundai Santafe” markalı avtomobilləri gətirəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının əvvəllərində ünvan 10 ünvanında yerləşən «Avtostore» avto aksessuar mağazasının içərisində sonuncudan 23800 manat pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs12 23800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Kia Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 16 fevral 2023-cü il tarixdə, ünvan 11 ünvanında yerləşən «Bravo» marketin yaxınlığında 500 manat pulu, 18 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 528-ci Məhəllədə yerləşən 53 saylı notariat ofisində 11400 manat pulu, 30 may 2023-cü il tarixdə, saat 20:42-də ünvan 12 ünvanında yerləşən «Bolmart» supermarketində yerləşən «mpay» ödəmə terminalı vasitəsilə Oruc Urşanovun onun «Vhatsapp» tətbiqindən göndərmiş olduğu 416973****3336 saylı hesab nömrəsinə Zərərçəkmiş şəxs1 köçürmüş olduğu 600 (altı yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 12500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ona qarşı yaranmış etibarından suiistifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Kia Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 01 mart 2023-cü il tarixdə ünvan 13 ünvanında yerləşən «Alyans» biznes mərkəzinin inzibati binasındakı “ABC Global LTD”-nin ofisində sonuncudan Şahid2 vasitəsi İlə 500 manat pulu, 04 mart 2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən 21 saylı notariat ofisində 13100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ küçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 13600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 ona qarşı yaranmış etibarından sui- istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən ünvan 16 alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs7 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd «Kia Sorento» markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 16 noyabr 2022ci il tarixdə, saat 17:01-də «Leo» banka aid hesaba ünvan 17 ünvanında yerləşən «Bolmart» mağazasında yerləşən ödəmə terminalı vasitəsilə köçürmüş olduğu 2210 manat pulu, həmin gün ünvan 18 ünvanında yerləşən «Malakan» bağında verdiyi 2560 manat pulu, 07 aprel 2023-cü il tarixdə ünvan 19 ünvanında yerləşən 46 saylı notariat ofisində onun həmin kart hesabına köçürdüyü 7000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 11770 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 ona qarşı yaranmış etibarından suiistifadə edərək sonuncunun Cənubf Koreya Respublikasından gətirəcəyi “Kia Sorento” markalı avtomobilin gömrük rüsumunu həll edəcəyi adı ilə yalan vəd verib aldadaraq 09 fevral 2023-cü il tarixdə, saat 17:45-də ünvan 20 ünvanında yerləşən «Tavaçı» restoranında ondan 2000 manat pul alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs9 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 onlara qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya Cənubi Koreya Respublikasından bir ədəd “Kia Sorento” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldadaraq 16 fevral 2023-cü il tarixdə, ünvan 11 ünvanında yerləşən «Bravo» marketin yaxınlığında 500 manat pulu, 18 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 528-ci Məhəllədə yerləşən 53 saylı notariat ofisində 11400 manat pulu, 30 may 2023-cü il tarixdə, saat 20:42-də ünvan 12 ünvanında yerləşən «Bolmart» supermarketində yerləşən «mpay» ödəmə terminalı vasitəsilə onun Təqsirləndirilən şəxs1 «Vhatsapp» tətbiqindən göndərmiş olduğu 416973****3336 saylı hesab nömrəsinə Zərərçəkmiş şəxs1 köçürmüş olduğu 600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 12500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı X7 həbsdən azad olunmasına köməklik göstərməsi üçün vəkil tapacağına yalan vəd verib aldadaraq 28 may 2023- cü il tarixdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində 1300 manat pulunu, 29 may 2023-cü il tarixdə həmin ünvanda 1000 manat pulunu, 02 iyun 2023-cü il tarixdə həmin ünvanda 6500 manat pulunu, 05 iyun 2023-cü il tarixdə həmin ünvanda 4700 manat pulunu, 07 iyun 2023-cü il tarixdə həmin ünvanda 3500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 17000 manat məbləğində xeyli miqdardada maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “ABC Global LTD” MC-yə, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11,Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs11 vurulmuş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ziyan ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, təxminən üç ildən artıq müddətdir ki, Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 2023-cü ilin fevral ayının əvvəllərində Yusif onun mağazasında olarkən Yusiflə söhbət zamanı Yusif hazırda sifarişlə Cənubi Koreyadan Azərbaycan Respublikasına avtomobillər gətirməklə məşğul olduğunu bildirmişdir. Həmçinin Yusif mobil telefonunda saytda yerləşdirilmiş avtomobillərin gətirilməsinə dair şəkillər və videoları ona göstərmişdir. Bundan sonra Yusif ona bildirmişdir ki, hazırda özündə iki ədəd biri «Kia Sorento» və «Hyundai Santafe» markalı avtomobilləri vardır və həmin avtomobillər yoldadır, bir ay müddətinə Bakı şəhərinə çatacaqdır. Yusif həmin avtomobilləri onun üçün münasib qiymətə təşkil edə biləcəyini bildirmişdir. «Kia Sorento» markalı avtomobil üçün 8000 ABŞ dollar, «Hyundai Santafe» markalı avtomobil üçün isə 6000 ABŞ dolları məbləğində, milli pul vahidi ilə 23800 manat pul istəmişdir. O, Yusiflə razılaşmış və bir iki gün sonra Yusiflə zəngləşib mağazada görüşmüş və atası Şahid4 yanında 23800 manat pulu həmin avtomobilləri gətirməsi üçün əlbə-əl Yusifə vermişdir. Yusif ona avtomobilləri bir ay müddətinə Bakı şəhərində gömrük postunda təhvil verəcəyini vəd vermişdir.Yusifin ona vəd verdiyi müddət bitmiş, lakin avtomobillər ona təhvil verilməmişdir. Yusif ona 23800 manat ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdə o, özünə «Kia Sorento» markalı avtomobil almaq istəyirmiş. Bu məsələ ilə bağlı dostu Rahul ilə görüşüb söhbət edərkən sonuncu ona məsləhət edib bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 Cənubi Koreyadan istənilən avtomobili Azərbaycan Respublikasına gətizdirir. 2022-ci ilin oktyabr ayında o, Yusiflə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən «Alyans» biznes mərkəzində görüşmüş və Yusifə «Kia Sorento» markalı avtomobil almaq istədiyini demişdir. Yusif 7000 ABŞ dollar pulu invoysla Cənubi Koreyaya ona verdiyi hesab nömrəsinə ödəniş etməyini və bunun əsasında avtomobilin sifariş olunacağını bildirmişdir. 16 noyabr 2022-ci il tarixdə, saat 17:01-də o, Yusifin ona verdiyi «Leo» banka aid, hazırda xatırlamadığı hesaba ünvan 17 ünvanında yerləşən «Bolmart» mağazasında yerləşən ödəmə terminalı vasitəsilə 2210 manat pul göndərmişdir. Həmin gün o, ünvan 18 ünvanında yerləşən «Malakan» bağında Yusif ilə görüşüb, orada Yusifə əlbə-əl 2560 manat pul vermişdir. Lakin Yusif ona hər-hansı bir qəbz təqdim etməmişdir. Bundan sonra 17 noyabr 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə həmin hesab nömrəsinə 7021 ABŞ dollar ödəniş etmişdir. 03 aprel 2023-cü il tarixdə Yusif mobil telefon vasitəsi ilə ona mesaj yazmışdır ki, avtomobil 5-ci gün yəni ayın 7-də Bakıya çatır, gömrük rüsumunu ödəmək lazımdır. O, Yusifdən gömrük rüsumunun nə qədəf olduğunu soruşmuşdur. Yusif ona rüsumun 10000 manat təşkil etdiyini bildirmiş, amma avtomobili qohumu vasitəsi ilə 7000 manata rəsmiləşdirə biləcəyini demiş, yəni gömrük rüsumunu həl edəcəkmiş. O, Yusifə inanmış və 07 aprel 2023-cü il tarixdə Yusiflə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küşəsi 23 ünvanında yerləşən 46 saylı notariat ofisinin qarşısında görüşmüşdür. Yusif ona demişdir ki, «gəl girək notariusa və orada aramızda borc müqaviləsi bağlayaq və sonra sən pulu mənə ver». O, Yusifə inanmış və notariusa girmişlər. 7000 manat pulu o, həmin notariat ofisində yerləşən “Günay” bank vasitəsi ilə Yusifin adma keçirtmişdir. Bu barədə notarial qaydada rəsmiləşdirmə aparılmışdır. Yusif hətta ondan etibarnamə də verməyini istəmiş və o, Yusifə inanıb etibarnamə də vermişdir. Belə ki, Yusiflə onun arasında borc müqaviləsi bağlamaqlarına səbəb Yusifin onun üçün avtomobil gətirmək üçün sənədləşdirmək puluna onu inandırması olmuşdur. Yusif ona ümumilikdə 11770 manat ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 2022-ci ilin dekabr ayında o, özü üçün «Kia Sorento» markalı avtomobil almaq istəmişdir. Həmin ərəfədə o, «instagram» sosial şəbəkəsində təsadüfən Təqsirləndirilən şəxs1 elanını görərək həmin nömrə ilə əlaqə saxlamışdır. 2022-ci ilin dekabr ayının sonunda o, Yusiflə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən «Alyans» biznes mərkəzində görüşmüş və Yusifə «Kia Sorento» markalı avtomobil almaq istədiyini demişdir. Yusif 3 ay müddətində həmin avtomobili Cənubi Koreyadan Azərbaycan Respublikasına gətirib təhvil verəcəyini bildirmişdir. Bu məqsədlə o, 31 yanvar 2023-cü il tarixdə ünvan 9 ünvanında "xxxx" ASC-nin İnzibati binasının içərisində Yusiflə görüşüb orada Yusifə əlbə-əl 8300 ABŞ dollar pul vermişdir. Yusif onun yanında həmin bank vasitəsilə şirkətin hesabına 4500 ABŞ dollar pul köçürmüşdür. Həmin ödəniş qəbzi onda mövcuddur. 2023-cü ilin aprel ayında şirkətdən xatırlamadığı şəxs ona zəng edərək Cənubi Koreyadan Azərbaycan Respublikasına gətiriləcək «Kia Sorento» markalı avtomobilin qiyməti, yəni 5900 ABŞ dollar pulun ödənildiyini, lakin yol xərci üçün 2400 ABŞ dollar pulu ödəmək lazım olduğunu bildirmişdir. O, isə həmin şəxsə qeyd olunan 2400 ABŞ dollar pulu yol xərci üçün Yusifə əlbə-əl verdiyini bildirmişdir. O, hətta həmin şəxslərə bildirmişdir ki, «mən sizi tanımıram, mənim danışığım Yusiflə olmuşdur.» Həmin şirkətdən ona bildirmişlər ki, yol xərcini ödəməsəniz avtomobil ölkəyə gətirilməyəcəkdir. Bundan sonra o, Yusiflə əlaqə saxlasa da, Yusif telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Yusif «vhatsapp» tətbiqində ona səsli ismarıc göndərərək bildirmişdir ki, «avtomobili mən sənə tapmışam, mən də cavabdehəm». Lakin sonradan o, öyrənmişdir ki, Yusif ondan başqa şəxslərə qarşı da eyni üsulla dələduzluq etdiyi üçün saxlanılmş və barəsində Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Beləliklə Yusif onun üçün Cənubi Koreyadan Azərbaycan Respublikasına gətiriləcək «Kia Sorento» markalı avtomobilin qiyməti, yəni 5900 ABŞ dollar pulu şirkətə ödəmiş, lakin yol xərci olan 2400 ABŞ dollar pulu şirkətə ödəməyərək ona 2400 ABŞ dollar maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa bildirmişdir ki, o, Yusifin vasitəsilə Orucla tanış olmuşdur. Yusif ona qarşı dələduzluq etdikdən sonra Oruc bildirmişdir ki, avtomobili gətizdirsin, avtomobilin gömrük rüsumunu özü həll edəcək, 2000 manat pul istəmişdir. Belə ki, Orucun ona vəd verdiyi kimi avtomobilin gömrük rüsumunun həll etməsi üçün 09 fevral 2023-cü il tarixdə, saat 17:45-də ünvan 20 ünvanında yerləşən «Tavaçı» restoranında Oruca əlbə-əl 2000 manat pul vermişdir. Lakin Oruc da vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Yusif tərəfindən ziyanı ona tam ödənilmiş, Yusifə qarşı onun şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Lakin Təqsirləndirilən şəxs2 qarşı şikayətçidir, ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş “ABC Global LTD” şirkətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, X10 və o, şərik olaraq Cənubi Koreyadan Azərbaycan Respublikasına müxtəlif avtomobillər gətirib, satmaqla məşğul olurlar. Fəaliyyətləri Zərərçəkmiş şəxs14 LTD şirkətində həyata keçirilir. O, həmin şirkətin Azərbaycan Respublikasında nümayəndəsi və regional meneceridir. Belə ki, fəaliyyəti müştərilərin istəyinə uyğun olaraq avtomobillərin seçilməsi, daşınması və müştəriyə təqdim edilməsindən ibarətdir. X18 Koreyada yaşayır və Babəkin fəaliyyəti müştərilərin seçiminə uyğun avtomaşınlar tapmaq və gəmi ilə Azərbaycan Respublikasına göndərməkdən ibarətdir. Onun fəaliyyəti isə müştəriləri tapmaq, onların seçiminə uyğun olan avtomaşınları qəbul etmək, müştərilərə ödəniş etmələri üçün invoysları vermək və digər ödənişləri vaxth-vaxtmda etməkdən ibarətdir. Təqsirləndirilən şəxs1 isə müştəri gətirən şəxslərdən biri olmuşdur. Müştərilər yaxınlaşaraq istəklərini bildirdikdən və müştəriyə uyğun avtomobilləri onlayn tapdıqdan sonra müştəriyə həmin avtomobilin gətirilməsi üçün nəzərdə tutulan yol xərcini ödəmək üçün müştəriyə invoys verilir ki, müştəri tərəfindən bankda ödəniş edilir. Təqsirləndirilən şəxs1 da müştərilər taparaq eyni qaydada iş aparmışdır. Gəminin yaxınlaşmasına 10 gün qalmış yol xərcləri ödənilməli olduğundan Yusifə yol xərci ilə bağlı invoyslar verilirvə ödənilməsi tələb olunmuşdur. Əvvəllər iş axarında getmişdir. Yusiflə bu yolla təxminən 8-9 ay işləmiş və heç bir problem olmamışdır. 2021-ci ilin sentyabr ayında Yusif tərəfindən 2 nəfərə avtomobil satılmışdır. Həmin şəxslər Rafiq Murtuzov və Mürşüd Mürşüdov olmuşdur. 2021-ci ilin noyabr ayında həmin şəxslərin avtomobilləri “Poti” limanına çatmaqda olduğundan o, Yusifdən həmin avtomobillərin daşınması üçün yol xərclərinin ödənilməsini tələb etmişdir. Həmin vaxtdan 3 gün keçməsinə baxmayaraq, yol xərcləri ödənilməmiş və buna görə də o, Yusifdən pulları tələb etmişdir. Bundan sonra Yusif həmin şəxslərin telefon nömrələrini onlardan gizlədərək həmin müştərilərlə əlaqə saxlamaqlarına mane olmuşdur. Daha sonra isə həmin şəxslərin mobil nömrələrinə zəng çatmadığım bildirmişdir. Həmin vaxtlarda o və Babək Yusifə inanmışlar. Babək həmin 2 nəfər müştərinin avtomobillərinin yol pullarını öz cibindən xərclərini ödəməsələr həmin müştərilərə avtomaşınlarını təhvil verməyəcək. Yusif tərəfindən gətirilən müştərilərin avtomaşınları gələndə Yusif tərəfindən avtomobillər qəbul edilir və həmin avtomobillərin açarları və sənədləri Yusifin özündə qalırmış. Eyni ilə həmin 2 nəfər müştəriyə məxsus olan avtomaşınların açarları və sənədləri Yusifdə olmuşdur. Bir müddət sonra Yusif avtomobilləri çıxarmadığına görə soruşmuşdur ki, «həmin şəxslər avtomaşınlarını niyə götürmürlər?». Çünki avtomobillər gömrükdə qaldığı hər günə əlavə ödəniş tələb olunurmuş. Buna görə də, Yusifdən həmin şəxşlərin mobil nömrələrini verməsini tələb etmişdir. Həmin vaxt Yusif həmin şəxslərin mobil nömrələrini ona vermişdir. O, dərhal həmin mobil nömrələrə zəng vursa da, hər ikisi də telefona cavab verməmişdir. Sonradan məlum olmuşdur ki, Yusif özünə həmin müştərilərin mobil nömrələrinə uyğun nömrələr almış və özü istifadə etmişdir. Həmçinin həmin müştərilərin adından ona sms yazılmışdır ki, «İlyas bəy biz sizdən üzr istəyirik, ailə daxili problem olduğundan avtomobilləri götürə bilməmişik, qısa müddətdə yol pulunu ödəyib avtomobili sizdən götürəcəyik». Bir müddət sonra Yusif Türkiyə Respublikasına getmiş və həmin ərəfədə o, gömrüyə getmişdir ki, avtomobillərlə maraqlansın. Ona məlum olmuşdur ki, həmin avtomobillər gömrükdə yoxdur. Həmin an o, Yusifə zəng edərək avtomaşınların gömrükdə olmadığını bildirmişdir. Yusif də özünü bilməməzliyə qoyaraq mümkün olmadığını, avtomaşınların gömrükdə olduğunu demişdir. Həmin günü o, gömrükdə avtomaşınları axtarsa da tapa bilməmişdir. Yenidən Yusifə zəng etmiş və Yusif ona bildirmişdir ki, «yəqin avtomaşınları oradan qaçırıblar, əmisi (dayısı) polisdir, şəhərə gələn kimi həll edəcək». Səhəri gün o, yenidən gömrüyə gedərək orada aləmi bir birinə qatandan sonra ona bildirilmişdir ki, həmin avtomobillər 22 dekabr 2021-ci il tarixdə gömrükdən çıxarılmışdır. Həmin gün Yusifə zəng edərək həmin avtomobillərin sənədlərini və açarlarını tələb etmişdir. Sonra Yusifin atası ona 2 avtomobilin açarlarını vermişdir. Sonradan məlum olmuşdur ki, Yusifin atası tərəfindən ona verilən açarlar başqa avtomobillərin açarlan imiş. Yusif şəhərə qayıdandan sonra ofisə gəlib bildirmişdir ki, həmin şəxslərin özbaşına hərəkətləri barədə polisə şikayət etmiş, guya polis tərəfindən Rafiq Murtuzovun izahatı alınmışdır. Rafiq Murtuzov guya polisdə izahat verəndə bildirmişdir ki, ailəsində problemlər olduğundan avtomobillərin daşınması üçün yol pulunu ödəyə bilməmişdir. Həmin söhbətlərdən bir neçə gün sonra Yusif onlara bir miqdar pul gətirib vermiş və bildirmişdir ki, guya bu ödəniş polis tərəfindən Rafiq Murtuzovdan alınmışdır. Həmin vaxtlarda növbəti avtomaşınları gətirən gəmi “Poti” limanına çatmaq üzrə olmuşdur. Həmin gəmidə isə Yusifin yenə 2 müştərisinə məxsus avtomaşın olmuşdur. Həmin avtomaşınlar Samir Hacıyev və Məftun Şirzadlı adlı şəxslər üçün gətirilmişdir. Gəminin yaxınlaşmasına az qaldığı üçün Yusifdən gətirilən müştərilərdən avtomaşının daşınması pulu məsələsini həll etməsini tələb etmişdir. Yusif yenə həmin oyunları oynamağa başlamışdır. O, Yusifə bir gün vaxt qoyaraq həmin avtomaşınların yol xərclərini ödəməsini bildirmişdir. Yusif ona demişdir ki, Samir Hacıyev guya PPX-də işləyir və hal-hazırda dağətəyi rayonda olduğuna görə əlaqə saxlaya bilmir. O, Yusifdən həmin adamların mobil nömrələrini tələb etdikdə eyni qaydada onların nömrələrinə uyğun nömrələr vermiş və o, zəng eləsə də, zənginə cavab verən olmamışdır. Bir neçə gün sonra onun nömrəsimə guya Samir Hacıyev tərəfindən mesaj gəlmiş və yol xərcinin qısa zamanda ödəniləcəyini bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, Yusif onları aldatmışdır. Həmin vaxt Yusiflə söhbət edərək bildirmişdir ki, bu pulları mənimsəmişdir. Yusif isə qışqıraraq şər böhtan atdığını deyib ofisdən çıxıb getmişdir. O, Samir Hacıyevi tapıb sms yazmışdır. Samir mobil nömrəsini (***-***-**-**) ona təqdim edəndə aydın olmuşdur ki, Yusif bu nömrəyə bənzər nömrə (***-***-**-**) çıxartdırıb və ona Samirin adından smslər yazmışdır. Sonra Samirdən avtomaşının yol pulunu niyə ödəmədiyini soruşduqda Samir ona demşdir ki, yol pulunu 2021-ci ilin noyabr ayında Yusifin bank kartına köçürmüşdür. Hətta ona sms yazdığını bildirəndə Samir demişdir ki, sms yazmayıb. Sonradan məlum olmuşdur ki, Yusif Samirə bildirib ki, yol pulunu hansısa probleminə xərcləyib və bir günə pulu hazır edəcəkdir. O, Yusifə zəng vursa yol pulunu bir günə verəcəyini deməsini xahiş etmişdir. Məftun da avtomaşının gətirilməsi üçün yol pulunu 2021-ci ilin noyabr ayında Yusifə ödəmişdir. Eyni senari digər müştəri olan Katib Şamilli ilə də yaşanmışdır. Bundan sonra Yusif onunla görüşə gəlməmişdir. O, məcbur olub Yusifin atasına zəng etmişdir ki, oğlu onu aldadıb və təcili görüşməlidir. Bundan sonra Yusif onunla görüşmüş və o, hər şeyi düzgün danışmasını tələb etdikdə Yusif hərşeyi etiraf etmişdir. Sonra güya qızla harasa gedəndə polis tərəfindən saxlanması və yanındaki qızın üstündən narkotik vasitə çıxdığından bütün pulları həmin polisə verdiyini bildirmişdir. Həmçinin müştərilərin nömrələrinə uyğun mobil nömrə almasını və müştərilərin adından ona sms yazmasını etiraf etmişdir. Yusifin etirafım o, səs yazısı şəklində qeydə almışdır. Həmin vaxta qədər Yusif tərəfindən Katib Şamilli, Elvin Niyazov, Murad Namazov və Aqil Qarayev adlı şəxslərə avtomobil satılmışdır. O, Yusifdən hər şeyi etiraf etməsini tələb etdikdə, Elvin Niyazovun yol pullarını mənimsədiyini etiraf etmişdir. X8 instragam səhifəsinə yazaraq gətirələcək avtomaşını soruşduqda, o, Muraddan avtomaşının daşınması üçün yol pulunu nə vaxt ödəyəcəyini soruşduqda, Murad da avtomaşının daşınma pulunu çoxdan Yusifə verdiyini bildirmişdir. Yusif doqquz nəfər müştərinin avtomaşının daşıma pullarını alaraq onların etibarından sui-istifadə edərək 2021 -ci ilin sentyabr ayından 2022-ci in fevral ayının əvvəllərinə qədər olan müddət ərzində 12700 ABŞ dollar məbləğində pulu ələ keçirmişdir. “ABC Global LTD” şirkətinə vurulmuş ziyan tam ödənilmişdir. Bununla bağlı notariat qaydada ərizə verilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 2022-ci ilin noyabr ayının əvvəllərində o, özü üçün «X34» markalı avtomobil almaq istəyirmiş. Həmin ərəfədə o, «instagram» sosial şəbəkəsində təsadüfən Təqsirləndirilən şəxs1 elanını görərək həmin elanda olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlayıb, istintaq zamanı adını bildiyi Yusiflə danışmışdır. Söhbət əsnasında o, Yusifə yol xərci daxil 12000 manata kimi olan «X34» markalı avtomobil almaq istədiyini bildirmişdir. Yusif də ona Cənubi Koreya Respublikasında satılan 2009-cu il buraxılışlı «X34» markalı avtomobilin şəklini göndərmişdir. O, həmin avtomobili bəyənmişdir. Belə ki, o, həmin avtomobilin qiyməti və gətirilmə tarixi ilə maraqlanmışdır. Yusif həmin avtomobili 7300 ABŞ dollar pulun müqabilində Bakı şəhərinə gətirib ona təhvil verəcəyinə vəd vermişdir. O, da Yusifə inanıb razılaşmışdır. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və 15 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Alyans» ticarət mərkəzində yerləşən ofisində Yusifə əlbə-əl 2300 ABŞ dollar pul vermişdir. Bundan sonra 18 noyabr 2022-ci il tarixdə o, Yusifin ona vermiş olduğu invoys üçün ünvan 23 ünvanında yerləşən "xxxx" ASC-nin Xaçmaz filialında şirkətin hesabına 5000 ABŞ dollar pul köçürmüşdür. 18 mart 2023-cü il tarixdə sifariş etdiyi «X34» markalı avtomobil Gürcüstan Respublikasının «Poti» limanına çatsa da, Bakı şəhərinə gətirilməmişdir. O, bundan sonra Yusifə zəng edərək avtomobili Bakı şəhərinə gətirməli olduğunu bildirmişdir. Yusif də hər dəfə müxtəlif bəhanələr gətirərək müddət uzatmağa başlamışdır. O, Yusifdən pulunu geri tələb etdikdə Oruc adlı şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək Prezident aparatında işlədiyini və Yusifin qohumu olduğunu deyərək Yusifin ondan aldığı pulun qaytarılacağına söz versə də, uzun müddət onu aldatmışdır. Daha sonra Oruc onun pulunun qaytarılmayacağım bildirmişdir. O, Yusifin onu aldatdığını başa düşdüyü üçün məcbur olub öz vəsaiti hesabına başqa bir daşıma şirkətinə 2300 ABŞ dollar pul ödəyərək avtomobili Bakı şəhərinə gətirmişdir. Beləliklə Yusif ona 2300 ABŞ dollar ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 2022-ci ilin noyabr ayının ortalarında o, özünə xaricdən avtomobil gətirzdirmək istəyirmiş. Həmin ərəfədə o, «instagram» sosial şəbəkəsinin «autoimport-co» səhifəsinə təsadüfən xaricdən avtomobillərin gətirilməsinə dair elan görərək həmin elanda yerləşdirilmiş nömrə ilə əlaqə saxlayıb, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Yusif telefon vasitəsilə işlədiyi ofisin yerləşdiyi ünvanı ona izah etmişdir. O, da Yusifin ona dediyi, yəni ünvan 3 ünvanında yerləşən «Alyans» ticarət mərkəzində yerləşən ofisinə getmişdir. Həmin ofisdə X31 Respublikasından gətirmiş olduğu çox sayda avtomobillərin ödəniş cədvəllərini ona göstərmişdir. Bundan sonra o, «X34» markalı avtomobil seçmiş və 18 noyabr 2022-ci il tarixdə Yusifə invoys yazdırmağı tələb etmişdir. Yusif həmin gün invoys yazdırmış və «Vhatsapp» tətbiqi vasitəsilə ona göndərmişdir. Yusif ona bildirmişdir ki, 7500 ABŞ dollar puldan 5.250 ABŞ dollar pulu göndərdiyi invoysa ödəsin. O, pulu nə üçün qeyd olunan məbləğdə yazdırmasını soruşduqda Yusif avtomobilin gömrük sənədləşməsinə az məbləğdə pul ödəyəcəyini bildirmişdir. O, Yusifə inanmış və Yusifin dediyi 5250 ABŞ dollar pulu 21 noyabr 2022-ci il tarixdə "xxxx" ASC-də şirkətə ödəmişdir. Həmin gün ünvan 3 ünvanında yerləşən «Alyans» ticarət mərkəzində yerləşən ofisdə Yusiflə görüşüb orada Yusifə əlbə-əl 2250 ABŞ dollar pul vermişdir. Yusif ona narahat olmamağmı və 90 gün ərzində avtomobilin Bakı şəhərinə gələcəyini və ona təhvil veriləcəyini bildirmiş,lakin verdiyi vədi icra etməmiçdir.Yusif ona 2250 ABŞ dollar ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Şahid5 onun oğludur. 2022-ci ilin dekabr ayının əvvəlində o, özü üçün «Kia Sorento» markalı avtomobil almaq istəmişdir. Həmin vaxt oğlu Əmrah və o, «İnstagram» sosial şəbəkəsində «Kia Sorento» markalı avtomobil elanını görüb, həmin elanda olan ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlayıb, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Söhbət əsnasında Yusif, Cənubi Koreya Respublikasından avtomobillər gətirdiyini deyərək bəyəndiyi avtomobillərin linkini göndərməyini bildirmişdir. O, da Cənubi Koreya Respublikasında satılan «Kia Sorento» markalı avtomobilin linkini Yusifə göndərmişdir. Yusif linkə baxıb həmin avtomobili 60 gün ərzində Bakı şəhərinə gətirib burada ona təhvil verəcəyini bildirmişdir. O, da Yusiflə razılaşmış və 02 dekabr 2022-ci il tarixdə Yusiflə avtomobilin gətirməsi üçün öz aralsrında müqavilə bağlamışdır. Yusifə əlbə-əl 300 ABŞ dollar pul vermişdir. 8 dekabr 2022-ci il tarixdə o, həmin avtomobilin gətirilməsi üçün "xxxx" vasitəsilə şirkətə 10000 ABŞ dollar pul köçürmüşdür. Bundan başqa o, Yusifin işlədiyi ünvan 3 ünvanında yerləşən «Alyans» biznes mərkəzində oğlu Əmrahın yanında Yusifə avtomobilin gətirilməsi üçün yol xərcinə görə əlbə-əl 1000 ABŞ dollar pul vermişdir. Bundan başqa o, əlavə «Kia Sorento» markalı avtomobil almaq istədiyini Yusifə bildirmişdir. Yusif də onu tam arxavın etmişdir ki, həmin avtomobili də gətirib Bakı şəhərində ona təhvil verəcəkdir. Bunun üçün 20 dekabr 2022-ci il tarixdə Yusiflə avtomobilin gətirilməsi üçün aralarında müqavilə bağlayıb Yusifə əlbə-əl 300 ABŞ dollar pul vermişdir. Bundan sonra 26 dekabr 2022-ci il tarixdə o, ünvan 3 ünvanında yerləşən «Alyans» biznes mərkəzində Yusifə avtomobili Bakı şəhərinə gətirib ona təhvil verməsi üçün avtomobil və yol xərci olaraq 10.600 ABŞ dollar pul vermişdir. Həmin vaxtı oğlu Əmrah da yanında olmuşdur. Belə ki, həmin vaxtı Yusif öz xətti ilə ondan 10600 ABŞ dollar pulu avtomobil gətirmək adı ilə almasına dair qəbz yazıb öz imzası ilə təsdiqləmişdir. Həmin qəbzi o və oğlu Əmrah da öz imzaları ilə təsdiq etmişlər. Beləliklə o, X24 Respublikasından iki ədəd «Kia Sorento» markalı avtomobili Azərbaycan Respublikasına gətirib Bakı şəhərində ona təhvil verməsi üçün Yusifə əlbə-əl 11600 ABŞ dollar pul vermiş, hər iki avtomobilləri gətirməkdən ötrü müqavilə bağlamağa cəmi 6.000 ABŞ dollar pul vermişdir. Qalan 10000 ABŞ dollar pulu isə avtomobil üçün "xxxx" ASC-yə köçürmüşdür. Bundan başqa 29 mart 2023-cü il tarixdə Yusif avtomobilin Bakı şəhərinə çatdığını bildirmiş və gömrük sənədləşməsi üçün 7.000 manat pul lazım olduğunu bildirmişdir. Bunun üçün Yusifin sözü ilə ünvan 26 ünvanda yerləşən 11 saylı notariat ofisində o, sonuncunun tanışı etibetibarnamə vermiş və həmin notariat ofisinin qarşısında Yusifə əlbə-əl 7.000 manat pul vermişdir. Lakin Yusif vədinə əməl etməmişdir. Buna görə o, 01 may 2023-cü il tarixdə avtomobili «Poti» limanından Bakı şəhərinə gətirmək məqsədilə "xxxx" ASC-yə öz vəsaiti hesabına 1.400 ABŞ dollar pul ödəyərək avtomobili gətirmiş və həmin avtomobil hazırda onun istifadəsindədir. Digər avtomobil isə hazırki vaxta kimi gəlməmişdir. O, avtomobillərdən birini öz vəsaiti hesabına «Poti» limanından Bakı şəhərinə gətirsə də, Yusif digər avtomobili gətirməyərək ona ümumilikdə 27740 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayının ortalarında o, özü xarici ölkələrdən avtomobil gətizdirmək istəmişdir. Bu məqsədlə o, «İnstagram» sosial şəbəkəsində avtomobil elanları görüb, həmin elanda olan nömrə ilə əlaqə saxlayıb, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Söhbət əsnasında o, Yusifə avtomobil gətizdirmək istədiyini bildirmişdir. Yusif yol xərci daxil olmaqla 7000 ABŞ dollar pulun müqabilində onun üçün «Kia Sorento» markalı avtomobili Cənubi Koreya Respublikasından iki ay müddətinə gətirib Bakı şəhərində ona təhvil verəcəyini bildirmişdir. O, da Yusifə inanaraq Yusifə öz razılığını bildirmişdir. Bu məqsədlə o, 16 fevral 2023-cü il tarixdə ünvan 11 ünvanında yerləşən «Bravo» marketin yaxınlığında Yusif ilə görüşüb Yusifə beh şəklində əlbə-əl 500 manat pul vermişdir. 18 fevral 2023-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 528-ci Məhəllədə yerləşən 53 saylı notariat ofisində görüşmüşdür. Yusif ona pulun verilməsinə dair kredit müqaviləsi bağlamaqlarını xahiş etmiş və o, Yusifə etiraz etməmişdir. Həmin notariat ofisində Yusif ilə onun arasında kredit müqaviləsi bağlanmış və o, həmin notariat ofisinin içərisində Yusifin onun üçün avtomobil gətirməsi məqsədilə Yusifə əlbə-əl 11400 manat pul vermişdir. 25 fevral 2023-cü il tarixdə Yusif markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avomobili ilə tanımadığı şəxs ilə ona müqavilə və invoysu göndərmişdir. 18 fevral 2023-cü il tarixdə Yusifin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin «Vhatsapp» tətbiqindən ona ismarıc göndərərək özünü ona Yusifin köməkçisi kimi təqdim edən, lakin sonradan Yusifin qohumu Oruc kimi bildiyi şəxs Yusifin təhsil almaq məqsədilə Türkiyə Respublikasına getdiyini, avtomobilin Gürcüstan Respublikasının «Poti» limanına çatdığını, avtomobilin yol xərcinə görə 600 manat ödəniş etmək lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, 30 may 2023cü il tarixdə, saat 20:42-də ünvan 12 ünvanında yerləşən «Bolmart» supermarketində yerləşən «mpay» ödəmə terminalı vasitəsilə Orucun ona Yusifin «Vhatsapp» tətbiqindən göndərmiş olduğu 416973****3336 saylı hesab nömrəsinə 600 (altı yüz) manat ödəniş etmişdir. O, pulu göndərdikdən sonra ödəniş çekinin şəklini çəkərək Oruca göndərmişdir. Oruc pulun gəldiyini və bir həftəyə avtomobili ona təhvil verəcəyinə vəd vermişdir. 03 iyun 2023-cü il tarixdə Oruc özü ona zəng edərək avtomobilin Bakı şəhərinə gəldiyini və gömrükdə olduğunu bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Oruc da ona qarşı dələduzluq etmişdir. Belə ki, Yusifin dələduzluq etməsi nəticəsində ona 11.900 manat, Orucun dələduzluq etməsi nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Ziyanı tam ödənilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə və məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2021-cü ilin noyabr ayının ortalarında o, özü üçün xarici ölkələrdən avtomobil gətizdirmək istəmişdir. Bu məqsədlə o, «İnstagram» sosial şəbəkəsində avtomobil elanları görüb, həmin elanda olan nömrə ilə əlaqə saxlayı9b, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Söhbət əsnasında o, Yusifə «Hyundai Accent» markalı avtomobil gətizdirmək istədiyini bildirmişdir. Yusif yol xərci daxil olmaqla 5000 ABŞ dollar pulun müqabilində onun üçün «Hyundai Accent» markalı avtomobili Cənubi Koreya Respublikasından 15 gün müddətinə gətirib Bakı şəhərində ona təhvil verəcəyini bildirmişdir. O, da Yusifə inanaraq Yusifə öz razılığımı bildirmişdir. Bu məqsədlə o, 15 noyabr 2021-ci il tarixdə, ünvan 6 ünvanında Yusif ilə görüşüb Yusifə əlbə-əl 5000 ABŞ dollar pul vermişdir. Bundan sonra Yusif ona vəd verdiyi avtomobili gətirməmiş, onun zənglərinə cavab verməmiş və onunla görüşdən yayınmağa başlamışdır. Beləliklə ona məlum olmuşdur ki, Yusif ona qarşı dələduzluq etmişdir. Belə ki, Yusifin dələduzluq etməsi nəticəsində ona 5000 ABŞ dollar maddi ziyan dəymişdir. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayından etibarən tanımışdır. Belə ki, o, öz şəxsi istfadəsi üçün avtomobil almaq istəmiş və sosial şəbəkədə Təqsirləndirilən şəxs1 “Avtoimport” şirkəti adı altında avtomobil alqı-satqısı işi məşğul olduğunu və ölkəyə xarici ölkələrdən avtomobil gətirərək satışını həyata keçirdiyini öyrənmişdir. Bundan sonra Yusif ilə telefonla əlaqə saxlayıb 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüşdür. O, Yusiflə birlikdə müxtəlif avtomobil şəkillərinə baxdıqdan sonra “Kia Sorento” markalı avtomobili almaq istədiyini Yusifə demişdir. Yusiflə birlikdə həmin avtomobili Cənubi Koreya Respublikasından sifariş etmişdir. Həmin gün o, Bərdə şəhərinə qayıtmış və Yusifin ona verdiyi invoys əsasında 10630 manat pulu "xxxx" ASC-nin Bərdə filialı vasitəsilə Cənubi Koreya Respublikasına avtomobil alınması məqsədilə ödəmişdir. Bundan sonra avtomobilin sifariş edilməsi ilə bağlı telefonuna sms də gəlmişdir. O, bundan sonra əmin olmuşdur ki, bu yalan deyil və avtomobil həqiqətən sifariş edilib. Eyni zamanda həmin smslə ona avtomobilin hazırki yeri də göndərilmişdir.O, bununla avtomobilin harda olduğunu müşahidə edirmiş. Bundan başqa Yusif avtomobilin yol xərci üçün 4160 manat pulu kartına göndərməli olduğunu bildirmişdir. O, da 24 noyabr 2022-ci il tarixdə, saat 8:07-də ünvan 7 ünvanında yerləşən «Bazarstore» markedə quraşdırılmış «E- Manat» ödəmə terminalı vasitəsilə Yusifin ona göndərmiş olduğu «Kapital Bank» hesabına 510 manat ödəniş etmişdir. O, Yusiflə danışdıqda Yusif pulun gəldiyini təsdiq etmişdir. Həmin gün, yəni 24 noyabr 2022-ci il tarixdə, saat 19:09-da Bərdə şəhəri, Bakı küçəsində yerləşən «Piramida» markedə quraşdırılmış «E-Manat» ödəmə terminalı vasitəsilə Yusifin ona göndərmiş olduğu «Leo» bank hesabına 3650 manat ödəniş etmişdir. O, Yusiflə danışdıqda Yusif pulun gəldiyini təsdiq etmişdir. Beləliklə o, sifariş etdiyi 2011-ci il buraxıhşh “Kia Sorento” markalı avtomobilin yol xərci üçün Yusifin hesabına ümumilikdə 4160 manat ödəniş etmişdir. Avtomobilin Gürcüstan Respublikasınadək gəldiyini müşahidə etdmişdir. Avtomobil Gürcüstan Respublikasına gəldikdən sonra 3 gün sonra Azərbaycan Respublikasına gəlməli imiş. Lakin 3 gündən sonra avtomobil Azərbaycan Respublikasına gəlməmişdir. O, bundan sonra Yusifə dəfələrlə zəng etmiş, ancaq Yusif onun telefonlarına cavab verməmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobil Koreya Respublikasından başqa şirkət vasitəsi ilə sifariş edilib. O, həmin şirkət ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Yusif avtomobili sifariş etsə də, avtomobilin yol xərcini ödəməyib bu səbəbdən avtomobil Gürcüstan Respublikasından ölkəyə daxil olmayıb. Bundan sonra o həmin şirkətlə danışıb avtomobilinin ölkəyə gəlməsini istəmişdir. Şirkətin rəhbərliyi isə avtomobilin yol xərcini , yəni 4160 manat pul tələb etmişdir. O, həmin pulu təkrar olaraq həmin şirkətə ödəyib avtomobili ölkəyə gətirmişdir. O, avtomobil üçün ödədiyi 14790 manat puldan 10630 manat pulu birbaşa “Express bank” vasitəsi ilə Koreya Respublikasına göndərmişdir. Qalan 4160 manat pulu isə avtomobilin yol xərci üçün Yusifin ona göndərmiş olduğu hesaba göndərmişdir. Belə ki, həmin 4160 manat puldan 3650 manat pulu Təqsirləndirilən şəxs1 ona göndərdiyi 60595844 nömrəli kart hesabına, qalan 510 manat pulu isə 416973*****7896 nömrəli kart hesabına göndərmişdir. Buna dair çekləri də istintaqa təqdim etmişdir. Avtomobil ölkəyə daxil olduqdan sonra ona tanımadığı “Vatsapp” qrupu vasitəsi ilə SMS gəlmişdir. O, bunun nə olduğunu soruşduqda ona Təqsirləndirilən şəxs1 əməllərindən zərərçəkən şəxsin təkə o, olmadığı və Yusifin əməllərindən çoxlu sayda insanın zərərçəkdiyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 onun kimi çoxlu sayda insanı aldadaraq, onların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir, onların pulunu ələ keçirmişdir. Onun daxil edildiyi “Vatsapp” qrupuna Oruc adlı şəxsin mobil nömrəsi də əlavə edilmişdir. Qrupda həmin şəxsin Yusifin ödəməli olduğu pulu zərərçəkmiş şəxslərə ödəyəcəyi bildirilmişdir. O, da Orucla əlaqə saxlamışdır. Oruc adh şəxs ona heç bir pul vəsaiti ödəməyəcəyini və hara istəsə şikayət edə biləcəyini demişdir. O, həmin avtomobili öz vəsaiti hesabına Azərbaycan Respublikasına gətirmiş və hazırda həmin avtomobil onun istifadəsindədir. Bir daha bildirmək istəyir ki, Cənubi Koreya Respublikasından Azərbaycan Respublikasına 2011-ci il buraxılışh “Kia Sorento” markalı avtomobilin gətirilməsi üçün yol xərci olaraq Yusifin hesabına ümumilikdə 4160 manat ödəniş etmişdir. Bu səbəbdən Yusif ona 4160 manat maddi ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayında o, özü üçün avtomobil almaq məqsədilə «İnstagram» sosial şəbəkəsində “Avtoimport.co” şirkəti adh səhifəyə rast gəlmişdir. Həmin səhifədə qeyd olunan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və 01 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəi 22 ünvanında yerləşən «Alyans» biznes mərkəzinə getmişdir. Orada özünü ona şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs1 avtomobil almaq istədiyini demişdir. X25 Respublikasından «Kia Sorento» markalı avtomobili gömrüyə təhvil daxil olmaqla 13.600 manata razılaşmışdır. Yusif 90 gün müddətinə həmin avtomobili ona təhvil verəcəyinə vəd vermişdir. O, həmin ofisdə Yusifin işçisi olan, istintaq zamanı adını bildiyi Şahid2 beh şəklində 500 manat pul vermişdir. Bundan sonra Yusifin təklifi ilə 04 mart 2023-cü il tarixdə, səhər saatlarında Yusiflə ünvan 14 ünvanında yerləşən 21 saylı notariat ofisində görüşmüşlər. Orada Yusif ona təklif etmişdir ki, pulu verməyinə dair öz aralarında kredit müqaviləsi bağlasınlar və 13100 manat pul ödəsin. O, etiraz etməmiş və həmin notariat ofisində Yusiflə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin notariat ofisində o, Yusifə əlbə-əl 13100 manat pul vermişdir. Bununla da X24 Respublikasından «Kia Sorento» markalı avtomobili Bakı şəhərinə gətirib ona təhvil verəcəyinə vəd verdiyi üçün o, Yusifə ümumilikdə 13600 manat pul vermiş olmuşdur. Pulu verdikdən sonra təxminən iki ay ərzində Yusiflə telefonla danışmış və hər şey yolunda olmuşdur. 2023-cü ilin may ayının əvvəlində o, Yusiflə əlaqə saxladığı zaman Yusifin mobil telefonu bağlı olduğu üçün şübhələnmiş və bu səbəbdən «Alyans» biznes mərkəzinə getmişdir. Lakin həmin ofisin bağlı olduğunu aşkar etmişdir. O, Yusifə zəng etsə də, telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, Yusif ilə yenidən əlaqə saxladıqda Yusifin istifadəsində olan ***-***-**-** saylı mobil telefona cavab verən adını bilmədiyi şəxs ona köməklik edəcəyini bildirsə də, vədinə əməl etməyərək avtomobili gətirərək ona təhvil verməmişdir. Bu səbəbdən o, 02 iyun 2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Yusif ona 13600 manat ziyan vurmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, X15 onun həyat yoldaşıdır. O, sifariş əsasında yaşadığı ünvanda tort bişirir. X5 onun müştərisi olduğundan təxminən iki ilolar ki, tanıyır. Yusif Mirzəyev 24 may 2023cü il tarixdə Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tutulmuşdur. Yusif Mirzəyev tutulduqdan sonra sonuncunun hüquqlarını müdafiə edəcək vəkil axtarmışdır və bu səbəbdən «Vhatsapp» tətbiqində elan yerləşdirmişdir. Bu elan əsasında onun müştərisi Məleykə «Vhatsapp» tətbiqində ona yazaraq atasının tanışlarının olduğunu və bu işdə ona kömək edəcəyini bildirmişdir. Bundan sonra istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 ona zəng edərək Məleykənin atası Şahid6 tanışı olduğunu və həyat yoldaşı Yusif Mirzəyevin həbsi ilə bağlı ona kömək edəcəyini bildirmişdir. O, ilk dəfə 28 may 2023-cü il tarixdə tanışı Şahid1 ilə birlikdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb həyat yoldaşının işi ilə əlaqədar savadlı .vəkil tapması ilə əlaqədar söhbət etmişdir. Oruc bir daha onun həyat yoldaşı üçün yaxşı vəkil tapacağına vəd vermiş və bunun üçün ondan ümumilikdə təxminən 15.000 manat pul alacağını bildirmişdir. Buna görə o, orada tanışı Cəmilənin yanında Oruca əlbə-əl 1300 manat pul vermişdir. Oruc Nəriman adlı vəkil ilə müqavilə bağlanacağını bildirmişdir. Bundan başqa 29 may 2023-cü ü tarixdə o, ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb qardaşı Məhərrəmin yanında Oruca əlbəəl 1000 manat pul vermişdir. Bundan başqa 02 iyun 2023-cü il tarixdə o, ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb qardaşı Məhərrəmin yanında Oruca əlbə-əl 6.500 manat pul vermişdir. Bundan başqa 05 iyun 2023-cü il tarixdə o, ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb təklikdə Oruca əlbə-əl 4700 manat pul vermişdir. Bundan başqa 07 iyun 2023-cü il tarixdə o, ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb qardaşı Məhərrəmin yanında Oruca əlbə-əl 3500 manat pul vermişdir. Beləliklə, o, Oruca həyat yoldaşı üçün vəkil tapması üçün ümumilikdə 17000 manat pul vermişdir. Lakin Oruc hazırki vaxta kimi vədinə əməl etməyərək aldığı puldan ona hər-hansı bir məbləğdə pul qaytarmamışdır.Şikayətçidir, ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəlində o, özü üçün Cənubi Koreya Respublikasından avtomobil almaq məqsədilə sosial şəbəkədə elana rast gəlmişdir. Həmin elanda qeyd olunan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və 2022-ci ilin noyabr ayının əvvəlində özünü ona Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsin ona ünvanını bildirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəi 22 ünvanında yerləşən «Alyans» biznes mərkəzində yerləşən ofisə getmişdir. Orada Yusif onu qarşılamış və o, X29 Respublikasında satışda olan və seçmiş olduğu «Hyundai Santafe» markalı avtomobili göstərmişdir. Yusiflə söhbət əsnasında ondan avtomobilin yol xərci üçün 2400 ABŞ dollar pul istəmişdir. O, da özü üçün avtomobil almaq məqsədilə yığmış olduğu 4080 manat pulu həmin ofisin içərisində əlbə-əl Yusifə vermişdir. Təxminən 1 həftə sonra o, Yusifin ona «Vhatsapp» tətbiqi vasitəsilə göndərmiş olduğu invoys əsasında "xxxx" ASCnin «Əhmədli» filialına 5600 ABŞ dollar pul ödəmişdir. O, Yusifə pulu verdikdən sonra növbəti günlərdə Yusiflə mütəmadi şəkildə əlaqə saxlayıb avtomobil ilə maraqlanmışdır. Yusif hər dəfə avtomobilin yolda olduğunu və gələcəyini ona bildirirmiş. 2023-cü ilin may ayının əvvəllərində avtomobil gəlsə də, Yusifə verdiyi 4080 manat pulu avtomobilin yol xərcinə ödəmədiyi və ələ keçirməsi ona məlum olmuşdur. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 7 nömrəli tam orta məktəbdə birlikdə oxuduqlarından tanımışdır. 23 mart 2023-cü il tarixdə o, Yusif ilə söhbət edərkən özünə «Hyundai Santafe» markalı avtomobil almaq istədiyini bildirmişdir. Yusif də 13000 manat pulun müqabilində Cənubi Koreya Respublikasından Bakı şəhərinə «Hyundai Santafe» markalı avtomobil gətirib təxminən 1-2 ay ərzində ona təhvil verə biləcəyini bildirmişdir. O, da Yusif ilə razılaşmış və 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən ünvan 28bə-əl 13000 (on üç min) manat pul vermişdir. O, Yusifə pulu verdikdən sonra növbəti günlərdə Yusiflə mütəmadi şəkildə əlaqə saxlayıb avtomobil ilə maraqlanmışdır. Yusif hər dəfə avtomobilin yolda olduğunu və gələcəyini ona bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Yusif ondan aldığı 13000 manat pulu avtomobil üçün ödəməyərək ələ keçirmişdir. Ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Bununla bağlı notariat qaydada ərizə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs11 onun atasıdır. 2022-ci ilin dekabr aymın əvvəlində atası Valeh özü üçün «Kia Sorento» markalı avtomobil almaq istəmişdir. Həmin vaxtı atası Valeh və o «İnstagram» sosial şəbəkəsində «Kia Sorento» markalı avtomobil elanını görüb, həmin elanda olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlayıb, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ilə danışmışdır. Söhbət əsnasında X31 Respublikasından avtomobillər gətirdiyini deyərək bəyəndiyi avtomobillərin linkini göndərməyini bildirmişdir. X33 Koreya Respublikasında satılan «Kia Sorento» markalı avtomobilin linkini Yusifə göndərmişdir. Yusif linkə baxıb həmin avtomobili 60 gün ərzində Bakı şəhərinə gətirib burada təhvil verəcəyini bildirmişdir. Atası Valeh də Yusiflə razılaşmış və 02 dekabr 2022-ci il tarixdə Yusiflə avtomobilin gətirməsi üçün öz aralarında müqavilə bağlayıb Yusifə əlbə-əl 300 ABŞ dollar pul vermişdir. 08 dekabr 2022-ci il tarixdə atası Valeh həmin avtomobilin gətirilməsi üçün "xxxx" vasitəsilə şirkətə 10.000 ABŞ dollar pul köçürmüşdür. Bundan başqa atası Valeh Yusifin işlədiyi ünvan 3 ünvanında yerləşən «Alyans» biznes mərkəzində onun yanında Yusifə avtomobilin gətirilməsi üçün yol xərcinə görə əlbə-əl 1000 ABŞ dollar pul vermişdir. Bundan başqa atası Valeh əlavə olaraq «Kia Sorento» markalı avtomobil almaq istədiyini Yusifə bildirmişdir. Yusif də atasını tam arxayın etmişdir ki, həmin avtomobili də gətirib Bakı şəhərində atası Valehə təhvil verəcəkdir. Bunun üçün 20 dekabr 2022-ci il tarixdə Yusiflə avtomobilin gətirməsi üçün öz aralarında müqavilə bağlayıb Yusifə əlbə-əl 300 ABŞ dollar pul vermişdir. Bundan sonra 26 dekabr 2022-ci il tarixdə atası Valeh ünvan 3 ünvanında yerləşən «Alyans» biznes mərkəzində Yusifə avtomobili Bakı şəhərinə gətirib təhvil verməsi üçün avtomobil və yol xərci olaraq 10.600 ABŞ dollar pul vermişdir. Həmin vaxt o, da orada olmuşdur. Belə ki, həmin vaxt Yusif öz xətti ilə atası Valehdən 10.600 ABŞ dollar pulu avtomobil gətirmək adı ilə almasına dair qəbz yazıb öz imzası ilə təsdiqləmişdir. Həmin qəbzi o və atası Əmrah da öz imzaları ilə təsdiq etmişlər. Beləliklə atası, X24 Respublikasından iki ədəd «Kia Sorento» markalı avtomobili Azərbaycan Respublikasına gətirib Bakı şəhərində ona təhvil verməsi üçün Yusifə əlbə-əl 11.600 ABŞ dollar pul vermiş, hər iki avtomobilləri gətirməkdən ötrü müqavilə bağlamağa cəmi 600 ABŞ dollar pul vermişdir. Qalan 10.000 ABŞ dollar pulu isə avtomobil üçün "xxxx" ASC- yə köçürmüşdür. Bundan başqa 29 mart 2023-cü il tarixdə Yusifin avtomobilin Bakı şəhərinə çatdığı bildirmiş və gömrük sənədləşməsi üçün 7.000 manat pul lazım olduğunu bildirmişdir. Bunun üçün atası Valeh Yusifin sözü ilə ünvan 26 ünvanda yerləşən 11 saylı notariat ofisində sonuncunun tanışı X11 etibarnamə vermiş və həmin notariat ofisinin qarşısında Yusifə əlbə-əl 7.000 manat pul vermişdir. Lakin Yusif vədinə əməl etməmişdir. Buna görə atası Valeh 01 may 2023-cü il tarixdə avtomobili «Poti» limanından Bakı şəhərinə gətirmək məqsədilə "xxxx" ASC-yə öz vəsaiti hesabına 1400 ABŞ dollar pul ödəyərək avtomobili gətirmiş və həmin avtomobil hazırda atasının istifadəsindədir. Digər avtomobil isə hazırki vaxta kimi gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Dövlət Neft Sənaye İnstitutunun 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs1 onun atasının əmisi nəvəsidir. 2023-cü ilin fevral ayında Yusif rəhbərlik etdiyi «autoimport.co» şirkətinin «İnstagram» səhifəsini işlətməyə kömək etməyini xahiş etmişdir Yusifin xahişi ilə həmin tarixdən 05 mart 2023-cü il tarixədək həmin səhifəni işlətmişdir. Belə ki 2023-cü ilin fevral ayının sonunda Zərərçəkmiş şəxs5 «autoimport.co» adl vazıb müraciət edərək avtomobil almaq istədiyini bildirmişdir. O, Yusifə bu barədə məlumat vermişdir. Yusif vaxtının olmadığını bildirib, ona avtomobil şəkilləri atıb İbrahimə göstərməyini xahiş etmişdir. O, Yusifə öz mobil nömrəsi ilə yazmaq istəmədiyini demişdir. Yusif ona bildirmişdir ki, «heç nə olmayacaq». Bu səbəbdən o, ibrahimlə yazışaraq Yusifin ona göndərdiyi avtomobil şəkillərini göndərmişdir. İbrahim "Kia Sorento" markalı avtomobili bəyənmişdir. O, da Yusifə bu barədə məlumat vermiş və İbrahimin "Kia Sorento" markalı avtomobili bəyənməsini bildirmişdir. Yusif həmin avtomobilin 13.600 manat olmasını bildirmişdir. O, da avtomobilin qiymətini İbrahimə demişdir. İbrahim də bəyəndiyini və almaq istədiyini bildirmişdir. O, İbrahimə avtomobili almaq üçün Yusifə beh verməli olduğunu demişdir. İbrahimin təklif etdiyi vaxtda Yusifin vaxtı olmamışdır. Yusif ona demişdir ki, «sən görüş behi götür». O, Yusifə pul işinə qarışmaq istəmədiyini demişdir. Həmçinin bildirmişdir ki, «sabah, birisi gün nə isə olar, mənim üstümdə qalar». Yusif bildirmişdir ki, «narahat olma mənlikdir, mənim imzanı olur onsuz, mənim adım hallanacaq, qorxma». 01 mart 2023-cü il tarixdə İbrahim şirkətin ofisinə gəlmişdir. O, Yusifə zəng edib İbrahim ilə telefonda danışdırmışdır. Onlar danışdıqdan sonra öz aralarında razılığa gəlmişlər. Həmin vaxtı İbrahim ona avtomobil alması üçün beh şəklində 500 manat pul vermişdir. Həmin gün, axşam saatlarında o, Yusiflə görüşüb 500 manat pulu tam şəkildə Yusifə vermişdir. Bundan sonra bildiyinə görə İbrahim ilə Yusif notariat ofisində görüşərək sənədləşmə aparmışlar. Lakin bu barədə ətraflı məlumatı yoxdur. Təxminən 2-3 gün sonra İbrahim ona zəng edib "Kia Sorento" markalı avtomobildən əlavə «X34» markalı avtomobil almaq istədiyini demişdir. O, İbrahimə bildirmişdir ki, «mən artıq Yusiflə işləmirəm, Yusiflə əlaqə saxla sizə kömək etsin». Təxminən iki ay keçdikdən sonra İbrahim yenidən ona zəng edib Yusifdən xəbər olmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Yusifin barəsində cinayət işinin istintaqı aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 12 ildir ki, tanıyır. X2 həyat yoldaşıdır. 24 may 2023-cü il tarixdə Könülün həyat yoldaşı X23 rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tutulmuşdur. Yusif Mirzəyev tutulduqdan sonra sonuncunun hüquqlarını müdafiə edəcək vəkil axtarırmış və bu səbəbdən «Vhatsapp» tətbiqində elan yerləşdirmişdir. Könül bu barədə ona məlumat vermişdir. Həmin ərəfədə Könül ona müştərisi Məleykə adlı qadının vasitəsilə tanıdığı Oruc adlı şəxslə görüşəcəyini və həmin görüşə onunla birlikdə getməyini xahiş etmişdir. O, da Könülün xahişi ilə 28 may 2023-cü il tarixdə Könül ilə birlikdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşmüşlər. Həmin vaxtı Könül həyat yoldaşının işi ilə əlaqədar savadlı vəkil tapması ilə əlaqədar Orucla söhbət etmişdir. Oruc bir daha Könülün həyat yoldaşı üçün yaxşı vəki' tapacağına vəd vermiş və bunun üçün Könüldən ümumilikdə təxminən 15000 manat pu alacağını bildirmişdir. Buna görə Könül orada onun yanında Oruca əlbə-əl 1300 manat pu vermişdir. Oruc Nəriman adlı vəkil ilə müqavilə bağlanacağını bildirmişdir. Bundan bir müddə sonra Könül bu məqsədlə Oruca ümumilikdə 17000 manat pul verdiyini, lakin Orucun vədin; əməl etməyərək dələduzluq etməsini bildirmişdir. Könülün ona deməsinə görə Oruc vədinə əmə etməmiş və hazırki vaxta kimi hər-hansı bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsind bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun bacısıdır. X15 bacısı Könülün həyat yoldaşıdır. Bacısı Könülün həyat yoldaşı Yusif Mirzəyev 24 may 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tutulmuşdur. Yusif Mirzəyev tutulduqdan sonra bacısı Könül Yusifin hüquqlarını müdafiə edəcək vəkil axtarmış və bu səbəbdən «Vhatsapp» tətbiqində elan yerləşdirmişdir. Bu elan əsasında Könülün müştərisi Məleykə «Vhatsapp» tətbiqində Könülə yazaraq atasının tanışlarının olduğunu və bu işdə kömək edəcəyini bildirmişdir. Bundan sonra istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 Könülə zəng edərək Məleykənin atası Şahid6 tanışı olduğunu və Yusif Mirzəyevin həbsi ilə bağlı kömək edəcəyini bildirmişdir. Bu səbəbdən ilk dəfə 28 may 2023-cü il tarixdə bacısı Könül tanışı Şahid1 ilə birlikdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruc ilə görüşüb həyat yoldaşının işi ilə əlaqədar savadlı vəkil tapması ilə əlaqədar söhbət edərək Cəmilənin yanında Oruca əlbə-əl 1300 manat pul vermişdir. Oruc Nəriman adlı vəkil ilə müqavilə bağlanacağını Könülə bildirmişdir. Bundan başqa 29 may 2023-cü il tarixdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Könül onun yanında Oruca əlbə-əl 1.000 manat pul vermişdir. Bundan başqa 02 iyun 2023-cü il tarixdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Könül onun yanında Oruca əlbə-əl 6.500 manat pul vermişdir. Bundan başqa 05 iyun 2023-cü il tarixdə Könül ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Oruca təklikdə əlbə-əl 4.700 manat pul vermişdir. Bundan başqa 07 iyun 2023cü il tarixdə ünvan 21 ünvanında yerləşən metronun «İçəri Şəhər» stansiyasının arxa hissəsində Könül onun yanında Oruca əlbə-əl 3.500 manat pul vermişdir. X26 həyat yoldaşı üçün vəkil tapması üçün ümumilikdə 17.000 (on yeddi min) manat pul vermiş, lakin Oruc hazırki vaxta kimi vədinə əməl etməyərək aldığı puldan hər-hansı bir məbləğdə pul qaytarmamışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, icraata qəbul edilmi və istintaq aparılmışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan 08 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, 08 mart 2023-cü il tarixdə saat 16:05 radələrində Təqsirləndirilən şəxs1 Heydər Əliyev adına X14 saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, 08 mart 2023-cü il tarixdə 20:40-da Təqsirləndirilən şəxs1 tutulmuşdur. İş materiallarında olan 10 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Nərimanov rayonu məhkəməsinin 05 may 2023-cü il tarixli 4(005)-645/2023 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 AR CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, “ABC Global LTD”- Nümayəndə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 Firudin oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 24 mayl 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 27 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 iyun 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 16 iyun 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 26 iyun 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 05 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 08 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 10 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 Firudin oğlunun,Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxsin “ABC Global LTD” şirkətinin nümayəndəsi Nümayəndə oğlunun notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onların ziyanı ödənilmiş və Təqsirləndirilən şəxs1 qarşı şikayət, tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 27 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışıb, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 mülki iddiasından görünür ki, ona vurulmuş 17000 manat ziyanı və dövlət rüsumu Təqsirləndirilən şəxs2 tutulmasını və ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs4 mülki iddiaçı qismində tanınması və cinayət işi üzrə ona vurulmuş 17000 manat ziyanı Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs4 mülki iddiaçı, Təqsirləndirilən şəxs2 isə cavabdeh qismində tanınmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Məhkəmə Elektron Sisteminin çıxarışından görünür ki, Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmü 17 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Məhkəmə Elektron Sisteminin çıxarışından görünür ki, 28 yanvar 2021-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs2dur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma və həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 04 may 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 07(yeddi) ay, 16(on altı) gün müddət, cəmi 07(yeddi) ay, 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01(bir) il, 03(üç) ay, 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 30 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədilmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Belə ki, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 cinayət işi üzrə vurulmuş 17000 (on yeddi min) manat məbləğində maddi ziyan və 141 (bir yüz qırx bir) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 mart 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 09(doqquz) ay, 12(on iki) gün müddət, bir günə iki gün hesablanaraq 01(bir) il, 06(altı) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 30 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Yasamal Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(004)-216/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 cinayət işi üzrə vurulmuş 17000 (on yeddi min) manat məbləğində maddi ziyan və 141 (bir yüz qırx bir) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar