Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-272/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim-hikmət oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 341 saylı bağ evində yerləşən “12 Addım” Reabilitasiya Mərkəzində narkomaniyadan müalicə alan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükümdə təmiz çəkisi 0,324 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 15 aprel 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən “Axundov Parkı” adlanan ünvana daşımış, Səbail RPİ-nin 9-cu Polis bölməsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2024-cü il tarixdə saat 12:16 dəqiqədə həmin ünvanın qarşısında saxlanılaraq ünvan 5əşən Səbail RPİnin 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 13:30 dəqiqədən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman gödəkcəsinin altında olan qəhvəyi rəngli köynəyin sol döş cibindən 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,324 qram, tünd qəhvəyi rəngdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, təxminən 20 ildir ki, narkotik vasitə qəbul edir. 14 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami” metrostansiyası qarşısından tanımadığı şəxsə 20 manat pul verməklə həmin şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə olan “Kakos” kimi bildiyi heroini almışdır. 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Axundov Bağı” adlanan ünvana narkotik vasitəni daşımışdır. Qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, onu Səbail RPİ-nin 9-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki qara rəngli kapşonlu idman gödəkcəsinin altında olan qəhvəyi rəngli köynəyinin sol döş cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş, heroini yəni, “Kakos” kimi tanıdığı narkotik vasitəni çıxarıb təhvil vermişdir, bu barədə protokol tərtib edilmişdir. Təxminən 20 ildir ki, narkotik vasitə olan Kokos, yəni heroini qəbul edir. 14 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami” metrostansiyası qarşısından tanımadığı şəxsə 20 manat pul verməklə həmin şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə olan “Kakos” kimi bildiyi heroini almışdır. Əynində olan qəhvəyi rəngli köynəyinin sol cibində saxlamaqla üzərində daşımış ki, xəlvəti yerdə qəbul etsin. Başqa məqsədi olmamışdır. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmamışdır, iyirmi ildir ki, özü kokos qəbul edir və yalnız şəxsi istifadəsi üçün kokos, yəni heroin əldə edir. 9-ci Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə aparılarkən və ya başqa vaxt heç kim tərəfindən ona psixi və ya fiziki zor tətbiq etməmişdir. Təhqiqatçı ona təklif etmiş ki, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni təqdim etsin. O da anlamış ki, başqa yolu yoxdur, üzərində olan heroini aşkar edəcəklər, ona görə də, özü əynində olan qəhvəyi rəngli köynəyinin sol yan cibindən siqaretin gümüşü kağızma bükülmüş 01 bükümdə olan kokosu - heroini təqdim etmişdir. Kokosu üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Həmin şəxslərlə başqa münasibəti, əlaqəsi yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı övladının olmasını və hal-hazırda “12 Addım” Reabilitasiya Mərkəzində narkomiyadan müalicə aldığını bildirirək, barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən “Axundov parkı”da xidmətdə olarkən saat təxminən 12:16-da parkda bir nəfər tanımadıqları şəxsin özünü qeyri-adekvat aparmasını görüb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasına görə ona yaxınlaşıb özlərini təqdim edib onu 9cu Polis bölməsinə dəvət etmişlər, həmin şəxs onlarla 9-cu PB-nə gəlmiş və bölmədə yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onlar bu barədə bölmə rəisinə raportla məruzə etmiş və bölmə rəisinin təliqəsi ilə həmin şəxsin üzərində şəxsi axtarış aparılması bölmənin təhqiqatçısı X9 həvalə edilmişdir. Təhqiqatçının dəvəti ilə 3 saylı Vəkil bürosundan bölməyə vəkil X4 dəvət olunmuş və 15 aprel 2024-cü il tarixdə, saat 13:30-da bölmənin inzibati binasında, təhqiqatçının xidməti otağında həmin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasında o, əməliyyat müvəkkili, vəkil Gürsel Atakişiyev iştirak etmişlər. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı tərəfindən, şübhəli səxs X6 üzərində səxsi axtarış və götürmə aparılacağı, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər və şəxsi axtarış və götürmənin videoçəkiliş aparılmaqla aparılacağı elan edilmişdir, şəxsi axtarışın videoçəkiliş aparılmaqla keçiriləcəyinə etiraz daxil olmamış və sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə qərarı şübhəli şəxs Təqsirləndirilən şəxs elan edildikdən sonra oun hüquq və vəzifələri izah edilmiş və sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı təklif etmiş ki, üzərində narkotik vasitə vardırsa, könüllü olaraq təqdim etsin. Təhqiqatçınm təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki idman köynəyinin altından geyindiyi qəhvəyi rəngli koftasının sol döş cibinə əlini salıb oradan 01 ədəd siqaretin gümüşü kağızına bükülü halda bükümü çıxarıb masanın üzərinə qoyub, təhqiqatçı həmin bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs, bükümdə “kakos” olmasını, həmin narkotik vasitəni “Nizami” metrosunun yanında tanımadığı şəxsdən 20 manata aldığını bildirib, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs geyim paltarları, ayaq geyimləri yoxlanılmış və hər hansı növ qanunsuz predmet aşkar edilməyib, şəxsi axtarış və götürmənin davamı olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, həmin bükümdə qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlə olması müşahidə edilmişdir, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan siqaretin gümüşü kağızı bükümü boş kağız zərfə qoyulmuş, zərfin üzərinə DİN-nin 166 nömrəli möhürü yapışdırılaraq zərfin üzərində təhqiqatçı qeydlər etmiş və iştirakçılar həmin zərfin üzərində imzalar etməklə zərf ekspertiza tədqiqatı üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra təhqiqatçınm bu barədə tərtib etdiyi protokol iştirakçılara oxunmuş və protokolun doğruluğu o da daxil olmaqla iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “Narkotik vasitələrin, psixotrop maddələrn və onların prekursorlarmın, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ekspertizasının 15 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2016 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün №166” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 büküm maddə...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,324 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Ekkspertiza xərcinə dair 3-16-16/2-6/2016 saylı, 15 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onlarım prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və onların qalan kütlələrinin geri qaytraılmasına dair 15 aprel 2024-cü il tarixli aktdan görünür ki, 0,324 qram narktoik vasitə saat 15 aprel 2024-cü il tarixdə 16:10-da qəbul olundu, 0,05 qram istifadə olundu, 0,324 qram saat 15 aprel 2024cü il tarixdə 17:00-da geri qaytarılmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X1 18 aprel 2024-cü il tarixli, 2485 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,324 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,274 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 aprel 2024cü il videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 9-cıı Polis bölməsinin inzibati binasında, təhqiqatçının xidməti otağında aparılmışdır, şəxsi axtarış və götürmədə polis baş leytenantı rütbəsi ilə 9-cu PB-nin təhqiqatçısı X13, 3 saylı Vəkil Bürosunun vəkili X4, polis əməkdaşları Şahid1 və X7, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacaq Təqsirləndirilən şəxs iştirak etmişlər. Təhqiqatçı, 15 aprel 2024-cü il tarixdə, saat 12:16-da Səbail RPİ-nin 9-cu PB- nin əməkdaşları tərəfindən Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən “Axundov parkında” saxlanılaraq Səbail RPİ-nin 9-cu Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılacağını, şəxsi axtarış və götürmədə iştirak edənləri elan edir, şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılmasına etiraz daxil olmur, sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə qərar şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilir, ona hüquq və vəzifələri izah edilir və sonra ona təklif olunur ki, üzərində olan qanunsuz əşyaları təqdim etsin. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlini əynində qara rəngli idman köynəyinin alt hissəsindən geyindiyi qəhvəyi rəngli köynəyinin sol tərəfdən döş cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyması müşahidə edilir. Şəxsi axtarışın davamı olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs geyim paltarları ayaq geyimləri yoxlanılır və hər hansı qanunsuz əşya aşkar edilmir. Təhqiqatçının, “təqdim etdiyiniz bükümdə nə vardır? Sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, bükümdəki “kakos”dur, onu 20 manat müqabilində “Nizami” metrostansiyası yaxınlığından, tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Təhqiqatçı tərəfindən həmin büküm açılıb yoxlanılır, içərisində qəhvəyi rəngdə kütlə olması müşahidə edilir. Həmin büküm təhqiqatçı tərəfindən boş kağız zərfə yerləşdirilib DİN-in 166 saylı möhürü ilə möhürlənərək qablaşdırılır və iştirakçılar həmin zərfin üzərinə imza edirlər. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin başa çatmasını elan edir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 12:16-da şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar ona 17 aprel 2024cü il tarixdə, saat 10:30-da elan olunmuşdur. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin nəzərə alınması barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, 14:20 radələrində axtarışda olan şəxs qismində tutulmuş, 15 iyul 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılmışdır. Qərar ona 15 iyul 2024cü il tarixdə, saat 13:00-da elan olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qərarına əsasən, vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Eyni zamanda “AZE MİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs, 02 iyul 2012-ci il təvəllüdlü X8 adında uşağı vardır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş “12 Addım” Reabilitasiya Mərkəzindən verilmiş arayışdan görünür ki, o, həqiqətən 17 iyul 2024-cü il tarixdən həmin Mərkəzə daxil olmuş və 17 yanvar 2025-ci il tarixədək həmin reabilitasiya mərkəzində narkomiyadan müalicə alacaqdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”-nı əks etdirən videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və eyni zamanda “12 Addım” Reabilitasiya Mərkəzindən verilmiş arayışdan da göründüyü kimi könüllü olaraq narkomaniyadan müalicə kursu almasını, bununla da onun artıq islah dövründə olmasını, etdiyi əməlin mahiyyətini dərk etməsini, pis vərdişlərdən uzaqlaşaraq sağlam həyata dönmək istəməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək və 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X1 18 aprel 2024-cü il tarixli, 2485 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan - 0,274 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixədək və 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 341 saylı bağ evində yerləşən “12 Addım” Reabilitasiya Mərkəzində olan yaşayış yerini hər gün saat 23- 00dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X10 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,274 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on), Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim-hikmət oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 204 (iki yüz dörd) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-272/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-272/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver