Məhkəmə qərarları › İş №1(009)-276/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-276/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-276/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 müdafiəçisi- “Qanunçuluq” Vəkil bürosunun vəkili Müdafiəçi3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi- “Alfa” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasda və ya ona bərabər tutulan tədbirdə təqzib verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-393/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X15 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında - “Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq- mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz” həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirmişdir. X6 “X24” MMC-nin direktoru kimi qızı X7 Yasamal rayonunda fəaliyyət göstərən “X24”də bədənindən artıq piy təbəqəsinin götürülməsi və digər estetik cərrahi əməliyyatlar icra etmiş, lakin işə səhlənkar yanaşaraq və qızımı köməksiz vəziyyətdə qoyaraq vəfat etməsinə səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-95/2025 saylı iş üzrə 26 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2- ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təyin edilmiş qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə az ciddi cəza daha ciddi cəza ilə əhatə etmək yolu ilə X8ma qəti olaraq 03 (üç) il müddətə səhiyyə orqanlannda xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Qızının ölümü ilə bağlı ibtidadi istintaq və məhkəmə istintaqı aparılarkən dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edib. Xüsusi ittiham qaydasında şikayət olunan şəxs Teymur Musayevin qəbulunda olmuşdur. Ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” X23 tərəfindən verilmiş rəy, ittiham aktı və digər sənədlər barədə məlumat vermişdir. Teymur Musayevin qızının ölümü ilə bağlı kifayət qədər məlumatı olmuşdur. Xüsusi ittiham qaydasında şikayət olunan şəxs Teymur Musayev 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında yalan olduğunu bilə-bilə guya mərhum qızının mətbəxdə əməliyyat olmasını deməsi ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olmuşdur. Teymur Musayevin çıxışından sonra “qafqazinfo.az”, “modem.az” və digər saytlar və sosial şəbəkə istifadəçiləri deyilənləri tirajlamışlar. Ülviyyə İlyasovamri barəsində hökm çıxarıldıqdan sonra da, saytlar xəbəri tirajlayaraq “eltisiııi mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə hökm oxundu” və s. başlıqda xəbərlər paylaşıblar. Belə ki, Teymur Musayev yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri qızının ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə demiş, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltmış və qəsdən böhtan atmışdır. Teymur Musayev tərəfindən yayılmış məlumatlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündə yalan olduğu təsdiqini tapır, həqiqəti əks etdirmir və mərhum qızının timsalında onun şəxsiyyətinə, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə gətirir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür məlumatlar yayaraq insanlarda, cəmiyyətdə ailələrinə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla ona həm maddi, həm mənəvi ziyan vurmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi2 etirazının onunla əsaslandırmışdır ki, xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayətin heç bir əsası yoxdur. Belə ki, 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisiıiin Plenar iclasında X2 diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına hətta xeyrinə deyilmiş sözlərdir. İş materiallarına əsasən xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində X4 özünə məxsus “X24” MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu X7 üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 33/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən mərhum X9 ölümünə səbəb boyunun buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahi əməliyyatı ilə əlaqədar baş vermiş qanitirmə olmuşdur və mərhum S.Vəliyevanın xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahi əməliyyatla onun ölümü arasında bilavasitə əlaqə vardır. Toplanmış materiala əsasən fakta görə xx.xx.2024-cü il tarixdə Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. Odur ki, X1 “Liposaksiya-piysovurma” əməliyyatı zamanı X6 tərəfindən hər hansı tibbi müdaxilənin qəsdən səhv edilməsi, Səbirə n düzgün “Liposaksiya-piysovurma” əməliyyatı olub-olmaması, S.Vəliyevanın ölümündən öncə Ü.İlyasova tərəfindən ona edilmiş tibbi müdaxilələrin qəsdən səhv edilib-edilməməsi, X9 ölümündə X6 qəsdinin olub-olmamasını, X4 tibbi təhsilinin olmaması, estetik mərkəzdə əməliyyat və laborator şəraitinin olmaması, həmin cərrahi müdaxilədən sonra S.Vəliyeva ilə estetik mərkəzdə reanimasyon və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazimi tibbi yardım göstərilməməsində səhiyyə sistemində qüvvədə olan hansı təlimatın və ya hansı normativ aktların pozulmasını və əhəmiyyət kəsb edə biləcək digər halların müəyyən etmək məqsədi ilə iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub rəy alınmışdır. Təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X18 Vəliyevanın üzərində “Liposaksiya piysovurma” cərrahi müdaxilənin aparılmasından ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə əməliyyatxana və laborator şəraitin olmaması; əməliyyatı icra edən X4 isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından Səbirə Vəliyevaya lazımi tibbi yardım göstərilməmişdir. Əməliyyatı icra edən Ülviyyə İlyasovanın tibb təhsili olmadığından törədilən əməl Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir. Səbirə Vəliyevanın meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi boyunun, buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur ki, bununla da xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahiyyə əməliyyatı ilə onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. Səbirə Vəliyevanon xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə “Liposaksiya piysovurma” cərrahi müdaxilənin edilməsindən sonra müalicəsinin ev şəraitində və tibb təhsili olmayan şəxs tərəfindən aparılması yolverilməzdir. Qeyd olunan hal Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X18 Vəliyevanın üzərində “Liposaksiya piysovurma” cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə əməliyyatxana və laborator şəraitin olmaması; əməliyyatı icra edən X4 isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra Səbirə Vəliveva estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazımi tibbi yardım göstərilməmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi X15 xüsusi hamçı X3 Vəliyevanın ölümü ilə bağlı onu qeyri-klinik, qeyri-steril şəkildə əməliyyat etmiş və sonuncunun ölmünə səsəb olmuş şəxs barəsində tənqidi fikirlər səsləndirmişdir. Xüsusi ittiham qaydasında şikayət edən şəxs X11 şikayətində qeyd etmişdir ki, Teymur Musayev tərəfindən yayılmış məlumatlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündə yalan olduğu təsdiqini tapır, həqiqəti əks etdirmir və mərhum qızının timsalında onun şəxsiyyətinə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuna ləkə gətirir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə də öz təsdiqini tapmışdır ki, 15 aprel 2024-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında kommersiya qurumunun rəhbəri kimi təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olaraq işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Səbirə Vəliyevanın ixtisaslı tibb müəssisəsində müayinədən keçirilərək diaqnostikası aparılmadan, cərrahiyyə əməliyyatının keçirilməsinə tibbi göstərişin mövcudluğu dəqiqləşdirilmədən, liposaksiya əməliyyatı zamanı gözlənilə biləcək risk və fəsadların, xüsusilə qanaxmanın aqrşısının alınması üçün zəruri tədbirləri qabaqcadan təmin etmədən, zəruri əməliyyatxana, reanimasion, intensiv terapiya və laborator otaqlarının mövcud olmadığı iş yerində anestezioloq kimi dəvət etdiyi, “Medikus” klinikasında işləyən X14 tərəfindən anesteziya tədbirləri görüldükdən sonra, Səbirə Vəliyevanın üzərində səhiyyə sistemində qüvvədə olan müvafiq protokol, təlimat və digər normativ aktların tələbləri pozulmaqla liposaksiya-piysovurma” əməliyyatı icra edərək, onun boyun nahiyəsinin buxaq və çənə bucaqlarından, döş qəfəsinin ön, arxa və yan səthlərindən, qarın nahiyəsinin ön və yan səthlərindən, çanağın qalça-qasıq nahiyələrindən, onurğa sütununun döş-bel-omba nahiyələrindən piyləri alaraq, əməliyyatdan sonra onu ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirib müalicəsini davam etdirmək üçün saxlamalı olduğu, bununla da əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görəli olduğu halda onları görməyərək etinasızlıq göstərərək saat 23 radələrində Səbirə Vəliyevanı özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı Dərə nömrəsiz fərdi evə aparıb, orada tibb müəssisəsindən və həkim nəzarətindən kənar saxlamış, keçirdiyi cərrahiyyə əməliyyatının fəsadları olaraq növbəti gün, yəni 16 aprel 2024-cü il tarixdə S.Vəliyevada qanaxma baş verdikdə özü tərəfindən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğu Səbirə Vəliyevaya kömək göstərmək imkanı olduğu və onun qayğısına qalmalı olduğu halda onun təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq imkanından məhrum olduğunu bilə-bilə dərhal tibb müəssisəsinə aparmayaraq, həmçinin təxirəsalmadan təcili tibbi yardım briqadası çağırmayaraq köməksiz vəziyyətdə qoymuş, 16 aprel 2024-cü il tarixdə saat 01 radələrində Səbirə Vəliyevanın boyunun buxaq və çənə bucaqları nahiyyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-omba nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı nəticəsində baş vermiş kəskin qan itirmədən ölməsi ilə, “X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə hökmü ilə də öz təsdiqini tapmışdır ki, X6 əməliyyatı həkim ixtisası olmadan iş yerində qeyri klinik, qeyri stiril şəraitdə etmiş, müalicəni isə evində davam etdirmişdir. Şikayət ərizəsinin qanuni əsası olmamaqla şikayətçiyə heç bir aidiyyəti yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşdüyündən şikayət ərizəsinə diqqət yetirdikdə nəinki sübut yoxdur, söz yığınından başqa bir şey deyildir. Səhiyyə Nazirliyi səlahiyyətləri daxilində qanunsuz fəaliyyət göstərən tibb işçilərinə qarşı mübarizəsini davam etdirir. Bu yaxınlarda plastik cərrahiyyə sahəsində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə nazirlikdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələrindən təşkil edilmiş Xüsusi Təftiş Komissiyası da nazirliyin bu sahədə qəti mövqeyinin əyani təzahürüdür. Xüsusi Təftiş Komissiyası tərəfindən tibb mütəxəssislərinin fəaliyyəti yoxlanılmış və müvafiq qərarlar qəbul edilmişdir. Tibbi xidmətin göstərilməsi qaydalarının pozmaya görə yeni cəzaların müəyyənləşdirilməsi və sərtləşdirilməsi ilə bağlı aparılan qanunvericilik dəyişikliklərində Səhiyyə Nazirliyi aktiv iştirak edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi 13 iyun 2025-ci il tarixdə keçirilən Milli Məclisin iclasında üçüncü oxunuşda qəbul olunub. Belə ki, dəyişiklik Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 142-ci maddənin yeni redaksiyada verilməsi, belə ki ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 müdafiəçisi Müdafiəçi3 bildirmişdir ki, X15 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasında Qəhrəmanova Sara xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Əslində isə hadisə o cür olmamışdır. Çıxışdan sonra bütün media bunu səsləndirmişdir. Bu da xüsusi ittiham qaydasında şikayət edən şəxsin və onun ailəsinin nüfuzuna xələl gətirib, işgüzar nüfuzuna xələl gətirib, ona görə xahiş edirik ki, Cinayət Məcəlləsinin 147.1, 148.1-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmasını, MM-nin 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində keçirilən Plenar iclasda və ya ona bərabər tutulan tədbirdə təqzib verilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmənin hazırlıq iclasında X10 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, Yasamal Rayon Məhkəməsində etirazı təqdim etmişik, bu ərizə CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun tərtib olunmayıb, Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması, təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündə də harada əməliyyat olunması barədə qeyd olunmuşdur. Həmin şəxs Azərbaycan Beynəlxalq Universitetin psixologiya fakültəsini bitirmiş, hökmdə də birbaşa göstərilib ki, şəxs onu əməliyyat olunmayan bir yerdə əməliyyat etmişdir. Biz də orada həmin şəxsin hərəkətlərin tənqid etmişik. Bu xüsusi ittiham qaydasında şikayətin heç bir əsası yoxdur, ona görə də xitam verilməsini xahiş edirik. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X11 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma –min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin Həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutlar əlavə edilməməsi məhkəmə baxışının keçirilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar