Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-278/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X5 iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 02 aprel 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 47B saylı binanın yaxınlığında tək və piyada olaraq hərəkət etdiyini görüb sonuncunun əlindəki çantasını açıq yolla talama məqsədi ilə arxadan yaxınlaşaraq 30 manat dəyərində əl çantasını içərisində olan 30 manat dəyərində olan pul kisəsi 150 manat nəğd pulu əlindən alıb qaçırılmaqla, yəni özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxs X2 210 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolu, hadisənin videogörüntüsü, ifadənin yerində yoxlanması, hadisə yerinə baxış keçirilməsi protokolu və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə hadisədən əvvəl, saat 13 radələrində mağazadan spirtli içki olan “GO" alıb içərək Səbail rayonu, “Tarqovu" adlanan ərazidə gəzintidə olmuşdur. Bir qədər sonra yenidən içki almaq istəmişdi lakin, pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdi. Ona görə də Səbail rayonu, R.Rza küçəsi ilə Z.Əliyeva küçəsinin kəsişməsində tanımadığı bir qadın cinsli şəxsi görüb onun çiynində olan əl çantasını ələ keçirmək fikrinə düşmüşdü. Ona görə də həmin qadından aralı arxası ilə getmişdir. Həmin qadın Səbail rayonunda Neftçilər prospekti ilə yolun kənarı ilə gedirmiş, onun arxası ilə asta olaraq gəlmiş ki, imkan olan kimi onun əlində olan əl çantasını alıb aparsın. Belə oldu ki, həmin xanımın arxası ilə bir qədər gəldikdən sonra ətrafda heç kimin olmadığını görüb iti addımlarla ona arxadan yaxınlaşıb qəbilətən əlində olan əl sumkasını alıb qaçaraq oradan uzaqlaşmışdı. Həmin əl sumkasım aldıqdan sonra qaçaraq 28 may metrostansiyasının yaxınlığına gəlib orada çantanın içərisinə nəzər saldıqda çantada mənzil açarları, şəxsiyyət vəsiqəsi, bank kartı 150 manat kağız pul aşkarlamışdı. Açarları, sənədləri çantanın içərisinə qoyub çantanı həmin ərazidə yəni 28 may metrosunun yaxınlığında olan zibil qutusuna atmışdı. Həmin çantada olan 150 manat pul 3 ədəd 50 manatlıq əskinaslardan ibarət olmuşdur. Həmin pulları özünə götürmüş və elə həmin gün şəxsi ehtiyacları üçün, yəni spirtli içkiyə və siqaretə xərcləmişdi. Səbail RPİ-nin 9-cu PB-nə gətirilən zaman çantasını soyğunçuluq yolu ilə ələ keçirdiyi şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, əvvəllər heç bir oğurluq hadisəsi törətmədiyini, ümumiyyətlə məhkum olunmadığını, gənc olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəməyədək icraat mərhələsində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü ildə saat 13 radələrində iş yoldaşının anasının Səbail rayonunda olan yas mərasimindən çıxıb evinə gedirmiş. Qeyd etdiyi yas mərasimindən çıxandan sonra tək və piyada Neftçilər prospekti ilə "Park bulvar” istiqamətində yolun sol tərəf kənarında olan səki ilə gedirdi. Həmin zaman əlində özünəməxsus içərisində 30 manat dəyərində olan pul kisəmdə 150 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefonu və təqaüd kartı olan 01 ədəd 30 manat dəyərində əl çantası olmuşdur. Beləliklə həmin zaman piyada olaraq Neftçilər prospekti ilə gedən zaman yolda mobil telefonuna baxmaq üçün çiynində olan əl çantadan onu götürmüşdü. Bu zaman qəfılətən kimsə arxadan gəlib əlində olan əl çantanı alaraq oradan qaçmaqla uzaqlaşmışdı. Onu həmin zaman üzdən anidən olaraq görmüşdü, lakin gücü çatmadığı üçün onun arxasınca qaçıb əl çantasını onun əlindən ala bilməmişdi. Ona görə də məcbur olub özündə olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib bu hadisə barədə xəbər vermişdi. Əlindən əl çantanı alıb qaçan şəxsi əvvəldən hardasa görməmiş və onunla da aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin şəxsin əynində qara rəngli uzun bir üst paltar olmuş, ayağında da ağ rəngli krasovkası var idi. Həmin şəxsi hadisə zamanı üzdən görmüşdü, hadisədən sonra 9-cu polis bölməsinə çağıdıqda əlindən əl çantanı alıb qaçan şəxsin orada görmüş və onu göstərib əlindən əl çantasını alaıb qaçan şəxsin oğluduğunu bildirmişdir. Bundan əlavə onu da bildirmiuşdir ki, 9-cu polis bölməsində olan zaman onun adının Ozal olmasını orada eşidib bilmişdir. Təqaüd kartında pul olmadığına görə və onun yenisi ilə əvəz edilməsindən ötrü maddi ziyan dəyməmişmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 22:40-da tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında qərar Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il saat 12:00-da elan olunmuşdur. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10 01 avqust 2023-cü il tarixli qərarından, Səbail Rayon Polis İdarəsinin 07 avqust 2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmış və o, 04 avqust 2023cü il tarixdə saat 10:30-da saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 05 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında qərar Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il saat 15:10-da elan olunmuşdur. Baxış keçirilməsi haqqında 02 aprel 2022-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 qarşı törədilmiş cinayət əməli Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 47B saylı binanın yanından keçən piyadalar üçün nəzərdə tutulmuş səkidə baş vermişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə törətdiyi həmin cinayət əməlini əyani olaraq hadisə yerində göstərməklə təsdiq etmişdir. Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan üzləşmə istintaq hərəkəti zamanı Nilifər Tabasaranskaya öz ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında DVD diskə baxış keçirilməsi haqqında protokol tədqiq edilmiş, hadisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Səbail rayonu Neftçilər prospekti ilə piyadalar üçün olan səkibə ön tərəfdə tək olaraq yaşlı bir qadın çiynində 1 ədəd əl çantası olaraq asta yerişlə hərəkət edir, ondan arxada isə bir nəfər əynində uzun qara rəngli paltarı olan, ayağında ağ rəngli krasovkalı oğlanın asta yerişə qarşısda gedən xanımın arxası ilə kənarlara baxaraq getməsi müşahidə edilir. Baxış zamanı iştirakçılar həmin görüntüdə özlərinin olduqlarını bilmimiş, belə ki, X7 həmin görüntüdə olan şəxsin özü olmasını və onun arxasınca gələn şəxsin isə Təqsirləndirilən şəxs olmasını bildirmiş, sonuncu Nilifər Tabasaranskinin çiynində olan əl çantasını alıb qaçırmasını deyib həmin hadisəni təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1 ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, video görüntünü, DVD diskə baxış keçirilməsi haqqında, hadisə yerinə baxış keçirilməsi haqqında, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında, üzləşdirmə protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə təqsirləndirilən şəxsin 1947-ci il təvəllüdlü zərərçəkmiş şəxs X3 tək və piyada olaraq hərəkət etdiyini görüb sonuncunun əlindəki çantasını açıq yolla talamasını, cinayət əməlini törədərkən öz deməsinə görə sərxoş vəziyyətdə olduğunu nəzərə alıb, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun şəxsiyyətinə uyğundur və islah olunmasına təsir edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, ilk dəfə az ağır cinayətin törədilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmlıdır və cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023cü il tarixədək, 04 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək, 04 avqust 2023cü il tarixdən 05 avqust 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-278/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-278/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver