Məhkəmə qərarları › İş №1(009)-28/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-28/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-28/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə anası Şura Quliyevanın qanun üzrə vərəsəsi olmasında köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs qızı Quliyeva Şahid vasitəsilə göndərmiş olduğu 12500 manat pul vəsaitini 10 sentyabr 2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Alza geyim mağazasının qarşısında Şahid Quliyevadan alıb ələ keçirərək vermiş olduğu vədə əməl etməyib Zərərçəkmiş şəxs 12500 manat olmaqla xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə “Fasebook” sosial şəbəkəsində Quliyeva Şahid ilə tanış olmuşdur. Şahidla hər zaman istifadəsində olan 050 *** ** ** mobil sim nömrəsi ilə, həmçinin həmin mobil nömrəyə aid “Whatsapp” sosial şəbəkə proqramı vasitəsi ilə əlaqə saxlamışdır. 2017-ci il tarixdə Şahid onu anası Zərərçəkmiş şəxs ilə də tanış etmiş və Səidə xanımla da onun münasibətləri yaxşı olmuşdur. Şahid deməsinə görə onun X2 adına olan mənzilini xalası Xalidə onun anasından xəbərsiz öz adına keçirtdiyi üçün anası da öz anasının varisi olmaq qərarına gəlmişdir. 2018-ci ilin sentyabr ayınının əvvəllərində o, Şahid və Səidə xanımla Bayıl qəsəbəsində kafelərdən birində söhbət edən zaman Səidə xanım qızı Şahid anasının varisi olmaqda ona köməklik etməsini xahiş etmişdir. Səidə xanım kafedən çıxıb getdikdən sonra Şahid anasına anasının varisi olmaqda köməklik edə biləcəyini və guya onun Bakı şəhərində yerləşən ABŞ səfirliyində işləyən Xəyal adlı tanışının dayısının vasitəsilə onun anasının varislik məsələsini həll edə biləcəyini, lakin buna görə də 12500 manat pul lazım olacağını demişdir. Səidə xanım və Şahid ona inanıb razılıq vermişlər və 10 sentyabr 2018-ci il tarixdə onlar kafedə görüşmüşlər bu işin iki ay ərzində düzələcəyini, düzəlmədiyi halda isə pulu geri qaytaracağını demişdir. Həmin günü Səidə xanım Şahid milli manat və ABŞ dolları olan pulları verib 12500 manata dəyişdikdən sonra ona 12500 manat pulu verməyini tapşırmışdır. Həmin günü “Alza” geyim mağazasının qarşısında Şahid ona 12500 manat vermişdir. Şahid və Səidə xanım sonra ondan 12500 manat pulu tələb etməyə başlamışlar. Lakin pulu olmadığından və artıq işləmədiyi üçün onlara pul qaytara bilməmişdir. O, 12500 manatı atasının müalicəsinə xərcləmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Qızı Quliyeva Şahid “Facebook” sosial şəbəkəsində tanış olduğu Təqsirləndirilən şəxs ilə o, 2017-ci il tarixdə qızı Şahid Quilyevanın vasitəsilə tanış olmuş və Təqsirləndirilən şəxslə tanış olmuşdur. Onun anası Şura Quliyevanın adına olan mənzilini bacısının ondan xəbərsiz öz adına rəsmiləşdirdiyini öyrənmişdir. 2018-ci ilin sentyabr ayınının əvvəllərində qızı Şahid və Təqsirləndirilən şəxslə Bayıl qəsəbəsində kafelərdən birində görüşüb söhbət edərkən bacısı Xalidənin anasının adına olan evi ona demədən öz adına keçirtdiyini danışmış və qızına anası Şura Quliyevanın varisi kimi onun tanınması üçün ona köməklik etməsini demişdir. Həmin görüşdən bir neçə gün sonra Şahid ona onun varislik məsələsi barədə Təqsirləndirilən şəxs danışdığını və Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini demişdir. Daha sonra qızı 10 sentyabr 2018-ci il tarixdə onu Turalla kafedə görüşdürmüş və onun özü Turala bacısının qanunsuz olaraq ondan xəbərsiz anası Şura Quliyevaya məxsus mənzili öz adına keçirtdiyini və anasının varisi olaraq onun tanınmağına görə bu işdə ona köməklik etməsini Turala dedikdə Tural Xəyal adlı tanışının dayısının olduğunu bildirib ona bu işdə Xəyalın dayısının vasitəsilə köməklik edəcəyini və varislik məsələsinin həll edilməsinə görə 12500 manat pul lazım olacağını demişdir. Tural onun varislik məsələsini iki ay ərzində düzələcəyini, düzəlmədiyi halda isə ondan alacağı pulu geri qaytaracağını demişdir. O, Turala qızının tanışı olduğundan inanmış, həmin günü üzərində olan pulun bir qismi AZN və bir qismi də ABŞ dolları olduğundan bütün pulu qızına verib 12500 manata dəyişdikdən sonra Turala onun əvəzinə 12500 manat pulu verməsini xahiş etmişdir. Bundan sonra Şahidla Tural kafedə qalmış, onun özü isə çıxıb evə getmişdir. Həmin günü Şahid ona Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində Turala 12500 manat verdiyini demişdir. Tural pulu götürüdüyü gündən iki ay vaxt keçdiyinə görə varisilik məsələsini Turalın həll etmədiyini görüb Turaldan özü, yaxudda qızının vasitəsilə pulunu istəmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib, qızının vasitəsilə ondan almış olduğu ona məxsus olan 12500 manat pulunu bu günə qədər qaytarmamışdır. Onların adını Turaldan eşitmiş və daha sonra ona məlum olmuşdur ki, bu adlar Turalın uydurmasıdır. Ona vurulan ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyeva Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2016-cı ildə “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, 2017-ci il tarixdə Təqsirləndirilən şəxslə anası Zərərçəkmiş şəxs tanış etmiş və onlar tanış olduqdan sonra Təqsirləndirilən şəxslə yaxın münasibətləri olmuşdur. X2 adına olan mənzilini xalası Xalidə onun anasından xəbərsiz öz adına keçirtdiyi üçün anası öz anasının varisi olmaq qərarına gəlmişdir. 2018- ci ilin sentyabr ayininin əvvəllərində anası və Turalla Bayıl qəsəbəsində kafelərdən birində söhbət edən zaman anası ondan nənəsinin varisi olmaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin görüşdən bir neçə gün sonra anasına onun varislik məsələsi barədə Təqsirləndirilən şəxs danışdığını və Təqsirləndirilən şəxs köməklik edə biləcəyini demişdir. Belə ki, o, bu barədə Turala danışdıqdan sonra Tural ona demişdir ki, onun ABŞ səfirliyində işləyən Xəyal adlı tanışının vəzifədə olan tanışı var və o, da Xəyalın dayısının vasitəsilə anasının varislik məsələsini həll edə bilər, lakin buna görə də 12500 manat pul lazırn olacaq. 10 sentyabr 2018-ci il tarixdə o, anası və Tural kafedən görüşmüş və söhbət zamanı anasının varis olaraq tanınması məsələsini danışmışlar, Tural onun anasına da onun varislik məsələsini həll etmək üçün Xəyal adlı tanışının dayısının vasitəsilə köməklik edəcəyini və bu məsələnin həll edilməsinə görə 12500 manat pul lazım olacağını demişdir. Tural anasına onun varislik məsələsinin iki ay ərzində düzələcəyini, düzəlmədiyi halda isə ondan alacağı pulu geri qaytaracağını demişdir. Həmin günü anası üzərində AZN və bir qismi də ABŞ dolları olan pulları ona verib manata dəyişdikdən sonra Turala onun əvəzinə 12500 manat pulu verməyini tapşırmışdır. Həmin günü ünvan 3 ünvanda yerləşən “Alza” geyim mağazasının qarşısında Turala 12500 manat vermişdir. Tural iki ay vaxt keçməsinə baxmayaraq onun anasının varislik məsələsini həll etmədiyi üçün anası Turala 12500 manatı qaytarmasını desə də Tural müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. Turalın dediyi Xəyalı, nədə ki, Xəyalın dayısını tanımır və onları görməmişdir və onların adını Turaldan eşitmişdir. Daha sonra ona məlum olmuşdur ki, bu adlar Turalın uydurmasıdır. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 04 oktyabr 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Məmmədli tərəfindən Quliyeva Şahid ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri olan 02 vərəqə götürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 04 oktyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsinin qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Quliyeva Şahid götürülmüş ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri olan 02 vərəqəyə Quliyeva Şahid iştirakı ilə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 12500 manat pul vəsaiti alması faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Quliyeva Şahid götürülmüş ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıc mətnləri olan 02 vərəqəyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 12500 manat pul vəsaiti alması faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə şahid Quliyeva Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid Quliyeva cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan 17.11.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs oğlundan 12500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan, 3000 (üç min) manat mənəvi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, törətdiyi əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməməsini, əvvəllər də dəfələrlə məsuliyyətə cəlb olunmasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 12500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia qismən təmin olunsun və Təqsirləndirilən şəxs oğlundan cinayət işi üzrə vurulmuş 12500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar