Məhkəmə qərarları › İş №1(009)-28/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-28/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-28/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talama məqsədi 26 iyun 2022-ci il tarixdə saat 20 radələrində Səbail rayonu, Salyan şössesi 32 ünvanında yerləşən “Eldarado” istirahət mərkəzində olan “Color” festifalında iştirak edən zaman həmin fevsifalda iştirak edən X2 məxsus daş hasarın üzərindəki əl çantasından üzərində istifadə etdiyi 01 ədəd 5 manat dəyərində olan mobil nömrə kartı və 01 ədəd 10 manat dəyərində üzlüyü olan 01 ədəd 3000 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs qızma 3015 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2020-ci ildən hərbi xidmətə getmiş, N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. Həmin hərbi hissə Qarabağda Talış kənd, Kəlbəcər, Su qovuşan, Ağdərə və Murov dağı istiqamətiundə gedən döyüşlərdə iştirak etmiş, Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən zaman düşmən tərəfindən atılan ağır artileriya zərbəsi nəticəsində ağır bədən xəsarəti almışdır. 04 iyul 2021-ci ildə hərbi xidmətdən təxris olunmuş, xidmətdən təxris olandan sonra aldığı bədən xəsarəti ilə bağlı müalicə almış, musiqiyə həvəsi olduğu üçün DJ fəaliyyəti ilə məşqul olmuşdur. Ona görə də bir çox tədbirlərdə və ya açılışda DJ kimi iştirak etmişdi. Bu səbəbdən həmkarları tanıyır, belə bir tədbirlər olanda ona da xəbər vermişlər. Həmişə olduğu kimi 26 iyun 2022-ci ildə də mənə “Eldarado” istirahət mərkəzində olan “Color” festifalı olmasın demişdilər. Ona görə də həmin gün oraya tək gəlmişdi. Eldarado istirahət mərkəzində olan Color festifalında olan zaman Nurlan adlı tanışı da orada olmuşdur. 26 iyun 2022-ci il tarixdə Eldarado istirahət mərkəzində olan Color festifalında baş vermiş həmin oğurluq hadisəsinin mahiyyəti üzrə bildirmişdir ki, həmin oğurluq hadisəsini tək olaraq etmişdir. Belə ki, həmin zaman orada olarkən spirtli içki qəbul etmişdi və DJ kimi fəaliyyəti ilə məşqul olduğundan həmin festifalda olan səhnədə az bir müddətdə DJ kimi xidmət etmişdi. 26 iyun 2022-ci ildə “Coolor” festifalında olan zaman əynində qırmızı rəngli qısaqol köynək olmuşdur. 26 iyun 2022-ci ildə Eldarado istirahət mərkəzində olan Color festifalında olan zaman saat 20 radələrində divarın üstündə qadın əl çantasını görür ona yaxınlaşaraq əl çantasının içərisini açıb baxdıqda 01 ədəd mobil telefon olduğunu görüb onu oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən həmin mobil telefona götürüb baxdıqda olnu İphone “12 Pro max” markalı olmasını müəyyən etmişdir. Mobil telefonu əl çantasından oğurlayıb oradan çıxıb getdikdən iki gün sonra 3-cü mikrorayonda tanımadığı bir şəxsə sataraq aldığı pulu da öz şəxsi işləri üçün xərcləmişdi. Həmin şəxsə satdığı mobil telefonun özünə məxsus olmasını deyərək alıcını inandırıb özünə məxsus xarici pasportun surətini çıxardıb verərək həmin xarici pasportun üzərində öz imzası ilə mobil telefonun özünə məxsus olmasını yazıb satmışdır və belə ki, həmin mobil telefonun özünə məxsus olmasını deyərək inandırıb maddi cəhətdən pula ehtiyacı olduğu üçün satmağını demişdir. Həmin hadisədən bir neçə vaxt sonra polis əməkdaşları gəlib mobil telefon oğurluğunda şübhəli olmağı ilə bağlı 41-ci polis bölməsinə dəvət etmişdilər. 41-ci polis bölməsində olan zaman həmin oğurluq hadiəsini etdiyini demiş, bununla bağlı olanları izahatında yazaraq etdiyi oğurluq hadisəsini etiraf etmişdi. Mobil telefonu oğurladığı şəxsin adını sonradan bilmişdir, onun adı Həlilə olmasını 41-ci polis bölməsində olan zaman bilmişdir. Həliləni hadisədən əvvəl tanımamışdır və onunla da aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs, son sözündə törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə qismən barışıq əldə etməsini və cinayət əməli nəticəsində ona vurmuş olduğu ziyanın bir hissəsini ödədiyini, qalan hissəsini isə zərərçəkmiş şəxslə aralarında notariat kontrunda bağladıqları sövdələşməyə əsasən hissə-hissə ödəyəcəyini, İkinci Qarabağ müharibəsi qazisi olduğunu, belə ki, işğaldan azad olunmuş torpaqların alınması uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi üçün dövlət başçısı tərəfindən medallarla və prezident təqaüdü ilə təmin olunduğunu və gənc olmasını nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, ifadəsi elan olunmuş şahidin ifadələri ilə yanaşı, ifadənin yerində yoxlanması protokolu və tədqiq olunmuş digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 26 iyun 2022-ci il tarixdə saat 13 radələrində istirahət üçün Səbail rayonu, Salyan şossesi 32 ünvanında olan “Eldarado” restoranında olan “Color” festifalında olan zaman istifadəsinddə olan, 6 ay həmin hadisədən əvvəl 01 ədəd 3000 manata “12 Pro-Max” markalı mobil telefonu təzəliyin özündə olan Bir kartla nəğd satış qiymətinə aldığını, həmin zaman 5 manata ***- ***-**-** mobil nömrəsi telefona daxil etmişdir və telefonun qorunması üçün 10 manata üzlüyük almışdır. Həmin mobil telefonda cəmi 3015 manat pul vermişdir və istifadə etdiyi üçün özü ilə götürmüşdü. İstifadəsində olan həmin mobil telefonu özünə məxsus əl çantasında saxlamışdır. Həmin zaman mobil telefonun enerjisi qurtardığı üçün əl çantasının arxa cibində saxlamışdı. Həmin Eldarado istirahət mərkəzində olan Color festifalında qarışıqlıq olduğu üçün orada rastlaşdığı rəfiqələrini itirmişdir, rəfiqələri tapmaq üçün ətrafa nəzər saldıqda əynində qırmızı rəngli qolları qatlanmış jaket olan bir oğlanın tanışı Rahimlə görüşdüyünü görmüşdür. Sadəcə olaraq sonradan adını bildiyi Malikin əynində olan qırmızı rəngli paltar diqqətini cəlb etmişdir. Lakin onun əvvəldən tanımamışdır. Həmin gün axşam vaxtlarında istirahət məkanında olan qumsaqlıqda olan zaman özünə məxsus əl çantasını da özündən 3-5 metr aralıda, ağzının zamokunu bağlayaraq alçaq tipli daş hasarın üzərinə qoymuşdu. Amma buna baxmayaraq hərdən bir əl çantasına baxdığından nəzarəti çantasının üstündə olmuşdur. Həmin ərəfələrdə əl çantasına tərəf baxanda bundan əvvəl əynində qırmızı paltarı olan və tanıdığı, bundan əvvəl Rahimlə görüşmüş, sonradan adını bildiyi Malik adlı oğlanın əl çantasını qoyduğu alçaq daş hasarın arxa tərəfində olduğunu və əl çantasının yaxınlığında nəsə eşələndiyini, görmüş, ona elə gəlmişdi ki, Malik əl çantanın yanında özünə aid nəsə hər hansı bir əşyasını götürür. Ona görə də fikrini oradan uzaqlaşdırmış, digər istiqamətdə olan insanlara baxmışdır və yenidən əl çantasına nəzarət etmək üçün baxdıqda əl çantasının yerində olmadığını görmüşdür. Həmin gün saat 20:05 radələri olmuşdur, bu zaman çantasını axtardıqda onun əvvəl qoyduğu yerdən bir metr məsafədə kənardan tapmış və bu zaman çantası zamoqu açıq vəziyyətdə olmuşdur, həmin zaman çantanı götürüb içərisinə baxdıqda çantada saxladığı özünə məxsus 6 ay həmin hadisədən əvvəl cəminə 3015 manata özünə məxsus 1 kartla aldığı və üzərində özünə məxsus ***-***-**-** nömrəsi olan “12 Pro-Max” markalı mobil telefonun yerinə olmadığını görmüşdür. Bu zaman çantadan həmin vaxt üçün naməlum şəxs tərəfindən oğurluq olmasını bilib orada olan tanımadığı şəxslərdən birinin mobil telefonu ilə 102 nömrəsinə zəng edib həmin hadisə barədə xəbər vermişdi. Oğurlanmış həmin mobil telefonun qiyməti hadisə zamanı 3015 manat kimi qiymətləndirmişdir. Oğurlanmılş mobil telefonumun **********19271 və **********69759 nömrəli İMEİ kodu vardır və həmin mobil tekefonun imei kodunu polis orqanlarında bildirmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan ziyanın qismən ödənilməsini, ziyanın qalan hissəsini isə Təqsirləndirilən şəxs ilə aralarında notariat kontorunda bağlayacaqları sövdələşməyə əsasən hissə-hissə ödənilməsini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ittiham aktına əsasən şahid qismində cəlb olunmuş Şahid ifadəsində bildirmişdir ki, ailəsini dolandırmaq üçün 15 ildir ki, Bakı şəhərində kirayə yaşayaraq mağazada işləməklə qazandığı pulla ailəsini dolandırır. İşlədiyi həmin mağaza Nəsimi rayonunda olan 3-cü mikrorayon dairəsi deyilən yerdə Rövşən Cavadov küçəsində yerləşir, həmin mağazanı aylıq arendaya götürərək qanuni şəkildə mobil telefon təmiri və alqı-satqısı mağazası ilə məşqul olur. Bundan əlavə işlədiyi mağazada müraciət edən müştərilərin nasaz olan mobil telefonlarını təmiri ilə məşqul olur və həmçinin həmin mağazaya ucuz qiymətə olan yeni mobil telefonlar alıb gətirib bir az baha qiymətə satır, bundan əlavə də qanuna uyğun şəkildə mağazaya gəlib müraciət edən vətəndaşların istifadələrində olan işlənmiş vəziyyətdə mobil telefonların satan zaman onların satdığı həmin mobil telefonların qanunsuz yolla əldə olunması, yəni oğurluq, dələduzluq, soyğunçuluq və ya quldurluq yolu ilə ələ keçirilməsini soruşduqdan sonra bu kimi halların olmamasına əmin olub onu satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb, həmin şəxsiyyət vəsiqəsinin arxasına satdığı mobil telefonun satmasının səbəbini, özünə məxsus olması haqqında öz əl yazısı ilə qeyd etdirib sonra razılaşdığı qiymətə alır. Aldığı həmin mobil telefonu satan zaman yaranacaq problemlərin olmamasına görə belə edir. İşlədiyi mağazada başqa heç kim işləmir. 28 iyun 2022-ci ildə 3-cü mikroyaron dairəsinin yaxında işlətdiyi həmin mağazada tək olaraq çay içən zaman bir nəfər hündür boylu oğlan gələrək mağazada olan mobil telefonlara baxdıqdan sonra əlində olan mobil telefonu satmaq istədiyini bildirdi. Həmin mobil telefona ondan alıb baxdıqda telefonun “İpone 12 Pro max” markalı bir mobil telefon olduğunu görüb telefonu satan oğlana nəyə görə həmin telefonu satmasını soruşduqda o, maddi cəhətdən pula ehtiyacı olduğunu deyib satdığı telefonun özünə məxusus olmasını bildirmişdi. Bundan sonra həmin oğlanın satdığı mobil telefonun qiyməti barədə öz aralarında razılaşdıqdan sonra telefonu 800 manata almışdı, Həmin zaman mobil telefonu satan oğlanın üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə olan xarici pasportunun kserosurətini çıxardıb həmin kserosurətin arxasında öz xətti ilə mobil telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satması haqqında qeyd etdirib imzaladıb almışdır. Sözü gedən şəxsdən “İpone 12 Pro max” mobil telefon alan zaman həmin şəxsdən götürdüyü xarici pasportunun surətini də təqdim etmişdir. Telefonu aldığı gündən bir neçə gün sonra tamımadığı müştəriyə həmin telefonu 150 manat bahasına satmışdı. Telefonu satdığı müştərinin barəsində anket məlumatlarını götürmədiyi üçün onun kimliyi haqqında maraqlanmadığı üçün bu barədə məlumatı olmamışdır. Lakin həmin müştəti kişi cinsli olmaqla təxminən 30-35 yaşlı bir şəxs idi. Həmin mobil telefonun oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. İş materiallarında olan 17 may 2022-ci il tarixli “hadisə yerinə keçirilmiş baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu, Salyan sossesi 32 ünvanında olan “Eldarado” istirahət mərkəzinin inzibati ərazisində yerləşir. Həmin inzibati ərazidə olan daş hasarın üzərindəki əl çantasından oğurladığı 01 ədəd “İpone 12 Pro max” markalı mobil telefonu 26 iyun 2022-ci il tarixdə, saat 20 radələrində oğurlayıb oradan uzaqlaşırlar. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmiş, həmçinin marketdə olan videomüşahidə kamerasından görüntülər götürülüb diskə köçürülməklə götürülərək bu barədə protokolda qeydlər edilmişdir. "xxxx" MMC-nin 28 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, 28 noyabr 2022-ci il tarixdə “İphone 12 Pro Max”-ın yenisinin satış qiyməti 1800 AZN, 26 iyun 2022-ci il tarixdə istifadə olunmuş “İphone 12 Pro Max”-ın satış qiyməti 1300 AZN təşkil etmişdir. Həmçinin “İphone 12 Pro Max” mobil telefonunun 2019-ci ildən istehsalı dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinin tələbinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmiş, həmin tarixdə icraat təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək 04 fevral 2023-cü il tarixdən, 06 fevral 2023-cü il tarixədək axtarışda olmuş və saxlanılaraq məhkəməyə gətirilmişdir. Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunması” uğrunda medalları ilə təltif olunmuşdur. 2957 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2053 nömrəli Sərəncamı ilə, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: Oğuz rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cti maddəsi ilə təqsirli bilinib 02 (iki) il şərti hesab olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum olunmuş və 23 noyabr 2018-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəyə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs hazırda istinad olunan əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına aiddir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqdan iki il sonra məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələblərinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi anda məhkumluğu ödənildiyindən onun hazırkı cinayəti cinayətlərin residivini yaratmır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə qismən barışıq əldə etməsini və cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini, vətən müharibəsi iştirakçısı olduğunu, dövlət başçısı tərəfindən medallarla və prezident təqaüdü ilə təmin olunduğunu və gənc olmasını nəzərə alınaraq belə nəticəyə gəlir ki, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq probasiya qurumuna tapşırılmalıdır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, 10 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək, 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 14 sentyabr 2022-ci il tarixdə, 10 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək, 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun iş yeri üzrə qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq probasiya qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 192 (yüz doxsan) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar