Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-28/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda bir ədəd bükümdə təmiz çəkisi 0.437 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 may 2023-cü il tarixdə saat 14:00 radələrində Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Sara Qədimova küçəsidə saxlanılaraq Səbail RPİ-nə aparılmiş, həmin tarixdə saat 15:05 radələrindən etibarən üzərinə keçirilən şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli gödəkçənin sol üst cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.437 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o,11 may 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən heroin bükümü tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 11 may 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Sara Qədimova küçəsi ilə hərəkət edərkən, iki polis əməkdaşı ona yaxınlaşaraq onu Səbail rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə axtarış aparılmışdır. Bu zaman o, əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə olan heroini təqdim etmişdir. Lakin o, heroinin çəkisi ilə razı deyilmiş, bükümdə 0.10 qram heroin olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Narkotiklərlə Müdarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 11 may 2023-cü il tarixdə saat 14:20 radələrində işdə olan zaman X2 rəisi, polis mayoru Şahid1 tərəfindən saxlanılaraq Səbail RPİnə gətirilmiş, narkotik vasitələri daşımaqda, gəzdirməkdə, istifadə etməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs Asif oğlu olması müəyyən edilmiş, bu barədə Şahid1 tərəfindən tərtib edilmiş raportun icrası Səbail RPİ-nin Təhqiqat şöbəsinə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən dərhal vəkil dəvət edildikdən sonraonun, iş yoldaşı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra, üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin yuxarı sol cibindən çıxardığı 01 ədəd ağ rəngli kağıza bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən ağ kağız açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olmasını, bükülünü Bayıl qəsəbəsində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqdim edilmiş 01 ədəd kiçik ölçülü ağ kağıza bükülü ekspertizaya təqdim edilməsi üçün zərfdə qablaşdırılmış, zərflər üçün möhürlə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X2 əməliyyat müvvəkili, polis leytenantı Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. Şahid1 məhkəməyə göndərdiyi 06 may 2024-cü il tarixli telefonaqram göndərişində istintaqa verdiyi ifadəsini təstiq etmişdir. Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Səbail RPİ-nin X2 rəisi vəzifəsində işləyir, polis mayorudur. «Kamal» adlı şəxsin Səbail rayonu Bayıl qəsəbəsi ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istifadəsi, alqı-satqısı ilə məşğul olması barədə aldığı əməliyyat məlumatı əsasında tərəfindən xx.xx.2023-cü il tarixdə raport tərtib edilmiş, həmin şəxsin xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bununla bağlı əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Sara Qədimova küçəsində saxlanılaraq Səbail rayon polis idarəsinə dəvət edilmişdir. İdarədə onun tərəfindən raport tərtib edilmiş, raportun icrası Səbail RPİ-nin Təhqiqat şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan 11 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol üst cibində gümüşü rəngli kağıza bükülmüş 1 ədəd bükülü, əynindəki şalvarın arxa sağ cibində 1 ədəd üzərində «Redmi» yazısı olan mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni 11 may 2023-cü il tarixdə səhər radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə və üzərində «Redmi» yazısı olan mobil telefonun ona məxsus olmasını Təqsirləndirilən şəxs bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddə və üzərində «Redmi» yazısı olan mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 51 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2735 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №51» dairəvi möhr əksi olan, «Təqsirləndirilən şəxs aşkar ...» soy ad və imzalar qeyd edilmişbir ədəd zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi – 0.437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Bakı şəhər BPİ tərəfindən 0,437 qram qəhvəyi kütlələr qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.387 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 12 may 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 13 may noyabr 2023-cü il tarixli “video diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, görüntülərdə Səbail RPİ-nin inzibati binasında həmin idarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis Elnur Həsənov masanın arxasında ayaq üstə, masaya bitişik qarşı masanın sağ tərəfində 3 saylı Vəkil bürosunun vəkili X4 oturmuş vəziyyətdə, təhqiqatçıdan solda ayaq üstə mülki geyimində Səbail RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2, onun sol tərəfində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, ondan solda Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 dayanmışdır. Təhqiqatçı video çəkilişin Səbail RPİ-nin inspektor-kriminalisti, polis baş leytenantı X6 tərəfindən aparıldığını elan edir. Təhqiqatçı şübhəli şəxsə özünü təqdim etdiyini bildirdikdən sonra həmin şəxs xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını, Bakı şəhəri Səbail rayonu ərazisində yaşamasını deyir. Təhqiqatçı qeyd olunan şəxsləri təqdim edir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələrini izah edir və həmin hüquq və vəzifələrini səsləndirir. Təhqiqatçı bunları səsləndirdikdən sonra hüquqlarının aydın olubolmamasını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs bəli deyə cavab verir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan şübhəli əşyalar varsa təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən smartfon tipli telefonu çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçının üzərinizdə başqa nə kimi qadağan olunmuş əşya var sorğusundan sonra, əynindəki qara rəngli gödəkçənin ön sol yuxarı cibindən gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Elnur Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışını aparır. Daha sonra təhqiqatçı Elnur Həsənov masanın üzərində olan gümüşü rəngli kağıza bükülmüş bükülünü açıb, şübhəli şəxs Təqsirləndirilən şəxs göstərərək «bu nədir?» sualını verir. Təqsirləndirilən şəxs «heroindir» deyə cavab verir. Təhqiqatçının «sizə məxsusdur?» sualına Təqsirləndirilən şəxs «demək olar ki, yerdən götürəndən sonra mənə məxsus olub» deyə cavab verir. Təhqiqatçının «haradan əldə etmisiniz? Kimdən almısınız?» sualına Təqsirləndirilən şəxs «yerdən, ağacın altından götürmüşəm, yaşadığı ərazidən keçərkən görüb götürmüşəm» deyə cavab verir. Təhqiqatçının «istifadə ejdirsiziniz?» sualına Təqsirləndirilən şəxs «arada olur, elə götürdüm baxdım, qoydum cibimə, istifadə etmək üçün» deyə cavab verir. Təhqiqatçının «mobil telefonun markası nədir?» sualına Təqsirləndirilən şəxs «Redmi» deyə cavab verir. Müdafiəçi X3 «nə vaxt əldə etmisiniz? Nə vaxt tapmısınız?» sualına Təqsirləndirilən şəxs «bu gün» deyə cavab verir. Müdafiəçinin «nə məqsədlə götürüb daşımısınız?» sualına Təqsirləndirilən şəxs «götürdüm baxdım, nə olduğunu bilib, cibimə qoydum» deyə cavab verir. Müfaiəçinin «əvvəllər qəbul etmisiniz?» sualına Təqsirləndirilən şəxs «əvvəllər hə, qəbul etmişəm» deyə cavab verir. Müdafiəçinin «nə vaxtdan?» sualına Təqsirləndirilən şəxs «üç-dörd il olar» deyə cavab verir. Müdafiəçinin «bilirsiz əldə eləmək, daşımaq, gəzdirmək qadağandır» sualına Təqsirləndirilən şəxs «bildiyini» deyərək baş işarəsi ilə də təsdiq edir. Müdafiəçinin «Sizə hər hansı zor tətbiq olunmayıb, döymək, vurmaq, zor tətbiq etmək» sualına Təqsirləndirilən şəxs «xeyr» deyə cavab verir. Bundan sonra təhqiqatçı Elnur Həsənov Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər maddənin ekspertiza keçirilməsi üçün götürülərək qablaşdırılacağını elan edir, ağ kağız bükülünü boş zərfdə qablaşdırır və zərflər üçün 51 №-li möhrlə möhürləyir. İmzalamaları üçün zərfi iştirakçılara təqdim edir və imzaladır. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş mobil telefon zərfdə qablaşdırılır və götürülür. Götürülmüş maddənin çəki və təkibinin müəyyən edilməsi üçün ekspertiza təyin ediləcəyini elan etdikdən sonra, təhqiqatçı iştirakçılardan vəsatət və ya şikayətlərinin olub-olmamasını dəqiqləşdirir, «xeyr» cavabını alaraq, çəkilişin başa çatdığını elan edir. İş materiallarında olan 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan 13 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 5047 saylı Ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərəkgötürülmüş təmiz çəkisi 0.437 qram narkotik vasitə olan heroinin tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.387 qram narkotik vasitə maddi sübut hesab edilərək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması barədə video görüntünün əks edildiyi video-disk maddi sübut hesab edilərək cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini bildirsə də şahidlərin ifadələri, istintaqa verdiyi ifadəsi, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0.387 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.387 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-28/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-28/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver