Məhkəmə qərarları › İş №1(009)-28/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-28/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-28/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-23/2018 saylı, 08 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 7(039)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-23/2018 saylı, 08 iyun 2018ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası dəyişdirilərək 350 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, məhkumuğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 fevral 2025-ci il tarixdə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 16 mart 2024-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Səbail rayonu, adamdar qəsəbəsi 1-ci yaşayış massivi, 3-cü döngə 69 ünvanında yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan isə iki mərtəbəli evin birinci mərtəbəsində an pəncərəni özləri ilə gətirdikləri vintaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin birinci mərtəbəsindən hər biri 50 manat dəyərində olan 02 ədəd “Vertu" markalı mobil telefon maketini və 500 manat dəyərində olan 01 ədəd ”Fiujitsu” markalı “notebook”u gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli talamaq məqsdi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 19 mart 2024-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 5-ci döngə, 3-cü içə 212 ünvanında yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan 3 iki mərtəbəli evin birinci mərtəbəsində olan pəncərəni özləri ilə gətirdikləri ntaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, mənzilin birinci mərtəbəsində olan mətbəxdəki şkafda saxlanılan 2300 manat dəyərində sapfir və brilyant ışlarla qızıl üzük və sırğadan ibarət dəsti, 4000 manat dəyərində gül formasında brilyant qaşlarla 750 əyyarlı qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində 750 əyyarlı zıldan sallanma sırğa və üzükdən ibarət dəsti, 3000 manat dəyərində 583 əyyarlı brilyant qaşlarla qızıldan üzük və sırğa dəstini, 2000 manat dəyərində sallanma, hər sırğada 6-7 ədəd brilyant qaşlı 750 əyyarlı qızıl sırğa dəstini, 1000 manat dəyərində 583 əyyarlı tək qaşlı brilyant üzük, 2500 manat dəyərində aqat qaşlı sallanma sırğa və üzükdən ibarət 583 əyyarlı qızıl dəsti, 1200 manat dəyərində 583 əyyarlı zümrüd, marları brilyant qaşlarla gül üzük, 2000 manat dəyərində 20 qramlıq «versaqe» 750 əyyarlı qızıl kolye, 1500 manat dəyərində « S » formasında brilyant klonlu 583 əyyarlı :un qızıl sep, 600 manat dəyərində mirvari klonlu 583 əyyarlıqısa qızıl sep, 1500 manat dəyərində 03 ədəd - biri uzun, ikisi qısa mirvari boyunbağı, 200 manat dəyərində 01 ədəd kəhrəba (yantar) boyunbağı, 500 manat dəyərində 04 ədəd M.P.Armanı, Versaqe, DKNY, Orient markalı qadın qol saatları, 1000 manat dəyərində çoxsaylı gümüş komplektlər və bilərziklər, 300 manat dəyərində «DELL» markalı kompüter, 500 manat vərində paxlava formalı, ortası sapfir, kənarları brilyant qaşlı 583 əyyarlı qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı sallanma sırğa, 700 manat dəyərində 750 əyyarlı sallanma sırğa və 350 manat nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 rahim oğluna ümumilikdə 33450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 26 mart 2024-cü il tarixdə, saat 22 radələrində X4 yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 658 ünvanında rləşən yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan isə iki mərtəbəli evin ikinci mərtəbəsində olan pəncərəni özləri ilə gətirdikləri vintaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, mənzildən 300 manat dəyərində işlənmiş vəziyyətdə olan 01 ədəd “ONLYPAİ” markalı fotoaparatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 16 mart 2024-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Səbail rayonu, adamdar qəsəbəsi 1-ci yaşayış massivi, 3-cü döngə 69 ünvanında yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan isə iki mərtəbəli evin birinci mərtəbəsində an pəncərəni özləri ilə gətirdikləri vintaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin birinci mərtəbəsindən hər biri 50 manat dəyərində olan 02 ədəd “Vertu" markalı mobil telefon maketini və 500 manat dəyərində olan 01 ədəd ”Fiujitsu” markalı “notebook”u gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli talamaq məqsdi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 19 mart 2024-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 5-ci döngə, 3-cü içə 212 ünvanında yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan 3 iki mərtəbəli evin birinci mərtəbəsində olan pəncərəni özləri ilə gətirdikləri ntaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, mənzilin birinci mərtəbəsində olan mətbəxdəki şkafda saxlanılan 2300 manat dəyərində sapfir və brilyant ışlarla qızıl üzük və sırğadan ibarət dəsti, 4000 manat dəyərində gül formasında brilyant qaşlarla 750 əyyarlı qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində 750 əyyarlı zıldan sallanma sırğa və üzükdən ibarət dəsti, 3000 manat dəyərində 583 əyyarlı brilyant qaşlarla qızıldan üzük və sırğa dəstini, 2000 manat dəyərində sallanma, hər sırğada 6-7 ədəd brilyant qaşlı 750 əyyarlı qızıl sırğa dəstini, 1000 manat dəyərində 583 əyyarlı tək qaşlı brilyant üzük, 2500 manat dəyərində aqat qaşlı sallanma sırğa və üzükdən ibarət 583 əyyarlı qızıl dəsti, 1200 manat dəyərində 583 əyyarlı zümrüd, marları brilyant qaşlarla gül üzük, 2000 manat dəyərində 20 qramlıq «versaqe» 750 əyyarlı qızıl kolye, 1500 manat dəyərində « S » formasında brilyant klonlu 583 əyyarlı :un qızıl sep, 600 manat dəyərində mirvari klonlu 583 əyyarlıqısa qızıl sep, 1500 manat dəyərində 03 ədəd - biri uzun, ikisi qısa mirvari boyunbağı, 200 manat dəyərində 01 ədəd kəhrəba (yantar) boyunbağı, 500 manat dəyərində 04 ədəd M.P.Armanı, Versaqe, DKNY, Orient markalı qadın qol saatları, 1000 manat dəyərində çoxsaylı gümüş komplektlər və bilərziklər, 300 manat dəyərində «DELL» markalı kompüter, 500 manat vərində paxlava formalı, ortası sapfir, kənarları brilyant qaşlı 583 əyyarlı qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı sallanma sırğa, 700 manat dəyərində 750 əyyarlı sallanma sırğa və 350 manat nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 rahim oğluna ümumilikdə 33450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, həmin cinayət əməlini həyata keçirmələri üçün əvvəlcədən əldə etdikləri razılamaya əsasən, 26 mart 2024-cü il tarixdə, saat 22 radələrində X4 yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 658 ünvanında rləşən yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq həyətə, oradan isə iki mərtəbəli evin ikinci mərtəbəsində olan pəncərəni özləri ilə gətirdikləri vintaçanla açıb mənzilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub, mənzildən 300 manat dəyərində işlənmiş vəziyyətdə olan 01 ədəd “ONLYPAİ” markalı fotoaparatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində işıqlarının sönülü olduğunu gördükləri evin həyətinə daxil olmuş və vintaçan vasitəsilə pəncərəni açaraq oradan evin içinə daxil olmuşdurlar. Oğurluq etmələrinin səbəbi Seymurun azyaşlı övladının səhhətində ciddi problemlərin olması olmuşdur. Evdən sadəcə qızılları və “Kompüter DELL”-i götürmüşdürlər. Özü də əvvəllər qızıl univermağında işlədiyi üçün həmin qızılları təxmini 17000 manata dəyərləndirmişdir. Həmin qızılları götürdükdən sonra Yevlax rayonuna getmiş və orada lom şəklində 10000 manata satmışdırlar. Dəymiş ziyandan 3000 manat və “DELL” markalı kompüteri qaytarıblar. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı epizodlarda özünü təqsirli bilir, dəymiş zərər ödənilmiş və həmin şəxslərlə barışmışdır. Əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qalan hissəsini ödəməyə hazır olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşağı xəstə olduğu və ailəsini dolandırmaq üçün pula ehtiyacı var idi. 16 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində işıqlarının sönülü olduğunu gördükləri evin həyətinə daxil olmuş və vintaçan vasitəsilə pəncərəni açaraq oradan evin içinə daxil olmuşdurlar. Oğurladıqları qızılları 10000 manata satmışdırlar. Dəymiş ziyandan 3000 manat və “DELL” markalı kompüteri qaytarıblar. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı epizodlarda özünü təqsirli bilir, dəymiş zərər ödənilmiş və həmin şəxslərlə barışmışdır. Əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının olduğunu, Vətən Müharibəsinin iştirakçısı olduğunu, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qalan hissəsini ödəməyə hazır olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü il tarixdə, saat 18 radələrində oğlu iftara dəvət etdiyi üçün arvadı ilə ora getmiş və evdə kimsə olmamışdır. Qayıtdıqda evin dağılmış vəziyyətdə olduğunu və oğurluq hadisəsinin baş verdiyini görüblər. Bundan sonra polisə məlumat veriblər. Arvadının dolabda qoyduğu bütün qızıl-zinyət əşyalarını oğurlayıblar. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 valideynləri istintaqda dəymiş ziyanın 3000 manatını ödəyiblər. Ümumilikdə ona 35000 manat civarında ziyan dəyib. Məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Badamdar qəsəbəsi sakini Zərərçəkmiş şəxs2 mənzilindən xeyli miqdarda qızıl-ziynət əşyaları, nağd pul və sair əşyaların oğurlanması faktı ilə əlaqədar keçirilən əməliyyat tədbirləri ilə müəyyən etmişlər ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Oğurlanmış şəxsləri və oğurlanmış predmetləri müəyyən edib şəxsləri tapmaq məqsədi ilə əməliyyat qrupunun tərkibində Yevlax rayonuna getmiş və Təqsirləndirilən şəxs1 müəyyən edib götürərək kirayədə qaldığı evdən 02 ədəd qol saatını və 01 ədəd fotoaparatı, onun notbuku satdığı Bəhruz adlı şəxsin evindən 01 ədəd «DELL» markalı notbuku, Pərviz adlı şəxsdən 01 ədəd «Vertu» markalı mobil telefon cihazının maketini xx.xx.2024-cü il tarixdə götürüb saxladıqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinə əlavə edilməsi üçün göndərmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. 2024-cü ilin mart ayında Toğrul və Seymur Yevlaxda dükana gəlib problemlərinin olduqlarını, pul lazım olduğunu, bu səbəbdən qızıl satmaq istədiklərini deyiblər. Qızıldan anlayışı olmadığı üçün zərgər dostu olduğunu, onunla məsləhətləşmələrini təklif edib. Həmin dostu Faxrayil Bərdədə bir tanışına qızılları lom kimi sata biləcəklərini demiş və qızıllar satılmışdır. Qızıl-zinyət əşyalarının oğurluq olduğunu bilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri və Bəhruzu tanıyır. Onlar Bəhruzla birlikdə gəlmiş, kartları ilə bağlı problemləri olduğunu, bu səbəbdən qızılları təcili sataraq pul əldə edəcəklərini demişlər. O da qızıl yığanlarla danışıb qızılları Bəhruzla bərabər satmış və 10000 manat pulu Bəhruza vermişdir. Ona 30000-40000 manatlıq qızıl verilməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqilədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maşdağa qəsəbəsi, ünvan 8 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi “ünvan 9 ünvanında yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında yerləşən 2 mərtəbəli evi kirayə götürmüşdür. Həmin evdə xx.xx.2024-cü il tarixdən bu günədək yaşayış olmamışdır. Hərdən bir gedib həmin ünvana baş çəkir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları zəng vuraraq inzibati ərazidə mənzil oğurluqları baş verdiyini, oğurluq törədən şəxsin kirayə götürdüyü evdən oğurluq etməsini etiraf etməsi barədə məlumat verməsini demişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin evə gəlib baxış keçirdikdə müəyyən etmişdir ki, 2 mərtəbəli evin birinci mərtəbəsində yerləşən mətbəxin pəncərənin dəmir barmaqlığı çıxarılmış vəziyyətdədir və həmin yerdə olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu aşkar edilmişdir. Bundan sonra evə daxil olduqda müəyyən etmişdir ki, evdəki əşyalar dağınıq vəziyətdədir, baxış keçirdikdə isə evdən 02 ədəd ümumi dəyəri 100 manat olan “Vertu” markalı telefon maketləri və dəyəri təxminən 500 manat olan 01 ədəd “Fiujitsu” markalı notebook oğurlanıb. Notebooku qonaq otağında televizor stendinin alt hissəsinə, mobil telefon maketlərini isə məktəbli çantasının içərisinə qoyubmuş. Naməlum şəxs pəncərədən daxil olmaq yolu ilə evə daxil olub, ona məxsus ümumi dəyərləri 600 manat olan mobil telefon maketləri və notebooku oğurlayıb. Oğurluq hadisəsi nəticəsində ümumilikdə 600 yüz manat məbləğində maddi ziyan dəymişdir. Evindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, onlarla da arasında heç bir münasibət olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Onu əvvəlcə Yevlax Rayon Polis Şöbəsinə, sonra isə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Qızılları 2024-cü ilin aprel ayında Bərdə rayonunda dostu Faxrayildən almışdır. Faxrayil dostunun əmisi uşaqlarının işə düşdüyünü, qızıl-zinyət əşyalarını satmaq istədiklərini demişdir. Həmin vaxt qızılın lom qiyməti 68 manat idi. Ona verilən qızılların əyyarı 585, 583, 910, 750 olmuşdur. Qızıllar satılarkən 583 əyyarla hesablanır. Təxmini çəkisi 145-150 qram civarında olmuşdur. Qaşları sökük olduğu üçün daha az qiymətə alacaqdı, lakin Faxrayil dostu olduğu üçün 10000 manata almışdır. Qızıl-zinyət əşyalarının oğurluq olduğunu bilməmişdir. Daha sonra onları emal edənlərə satmış və onlar da qızılları əridiblər. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqilədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 11 ünvanında yaşayır. ünvan 12da olsa da, hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, ünvan 13 ünvanında yaşayır. ünvan 14 ünvanında ikimərtəbəli yaşayış evi də var. Həmin evdə halhazırda yaşayış olmasa da, tez-tez qeyd edilən ünvanda yerləşən evə gələrək evə baxış keçirir. xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində qeyd edilən ünvanda yerləşən evə gəlmişdir. Həmin evin həyətinə giriş darvazasının qapısını açarla açıb həyətə girdikdən sonra 2 mərtəbəli evin birinci mərtəbəsində yerləşən “hall”-a məxsus plastik pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Evdən oğurluq edilməsindən şübhələnmiş və dərhal evə daxil olmuşdur. Evə daxil olduqda əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və evə baxış keçirdikdə aşkar etmişdir ki, markasının xatırlamadığı dəyəri təxminən 300 manat olan 01 ədəd fotoaparat yerində yoxdur. Hadisə baş verməmişdən 2 gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olmuşdur, həmin zaman evdə bütün əşyalar öz yerində olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Evindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır, onlarla da arasında heç bir münasibət olmamışdır. Tərəfindən təkrar ifadəsi alınmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 26 mart 2024-cü il tarixdə ona məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 658 saylı evdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş əl-barmaq izlərinin müayinəsi zamanı qonaq otağında olan portretin üzrərindən götürülmüş əl-barmaq izinin X3 məxsus olması ilə bağlı onu bildirir ki, həmin şəxs qızının iş yoldaşıdır. Onun barmaq izinin də evində olan qonaq otağındakı portretin üzərindən aşkar olunmasını həmin portertin onun tərəfindən qızına ad günü münasibəti ilə hədiyyə edilməsi ilə bağlı qalmışdır, Xamoyev İsaməddin onların evində olmamışdır. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranan problemə görə məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqilədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iki oğlu var, hər ikisi ailəlidir və ailələri ilə birlikdə başqa ünvanlarada yaşayırlar. Həyat yoldaşı Bəhrəm ilə birlikdə hadisə baş vermiş ünvanda yaşayırlar. Həyat yoldaşı Bəhrəm təqaüddə olan polis əməkdaşıdır, o isə DİN-nin 2 Saylı Poliklinikasında həkim işləyir. Həyat yoldaşı Bəhrəm ilə «Ramazan» ayı ilə əlaqədar oruc tuturlar. Yaşadıqları ünvanda it saxlamırlar, videomüşahidə kameraları olmamışdır. Hadisə baş verən gün, yəni 19 mart 2024-cü ildə Novruz bayramının son çərşənbəsi olduğundan həyat yoldaşı Bəhrəmlə razılaşmışlar ki, həmin günün orucun iftarını Nəsimi rayonunda öz evində yaşayan oğlanlarının evində açsınlar, ona görə də həmin gün saat saat 17:45 radələrində o və həyat yoldaşı Bəhrəm birlikdə oğlunun evinə getmişlər. Həmin zaman evlərinin qapılarını həmişə olduğu kimi açarla bağlamışlar. Onlar həmin gün oğlunun evinə getmişlər, orada bir neçə saat olduqdan sonra evə qayıtdıqda saat 23:10 radələri olarmış. Onlar içəri daxil olmaq üçün evin həyətinə giriş qapısını açmış, həyətə girdikdə evin qapısını o açıb, onlar evə daxil olmuşlar, o hamama əlini yumağa getmiş, Bəhrəm əlində əşyalar oldğundan mətbəxə girdikdə işığı yandırıb evin dağınıq vəziyyətdə olmasını görüb evə oğru girməsini bilmişdir. Bu zaman Bəhram səsləmiş, o da gəlib baxdıqda eyni mənzərəni görmüşdür. Həmin zaman o və yoldaşı həyəcanlı vəziyyətdə olmuşlar. Bu zaman evdəki şkafa baxdıqda Bəhrəmin aldığı qızıl-zinət əşyalarının oğurlaması ilə bağlı yerində olmadığını aşkar etmişdir. Həmin zaman mənzildən ailələrinə məxsus işlənmiş vəziyyətdə “Dell” markalı notubook da oğurlanmışdır. Bundan əlavə ona məxsus oğurlanmış qızılların yanında olan 400 manat pul, həmçinin ona aid olan pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, iki ədəd “ABB” və “Kapital” banka məxsus kartlar, Sosial sığorta kartı da oğurlanmışdır. Bundan sonra Bəhrəm istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib həmin hadisə ilə bağlı məlumat verdiyi üçün polis əməkdaşları onların evlərinə gəlib baş vermiş hadisəni sənədləşdirib getmişlər. Mənzillərindən edilmiş həmin oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 may 2024-cü il tarixli, 9/3174 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Dell” markalı, İnspiron 15 modelli, qara rəngli notebook bir ədədinin qiyməti 350 manat, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan, hazırda istifadəyə yararsız mobil telefon (ehtiyat hissəsi kimi) bir ədədinin qiyməti 05 manat, 01 ədəd üzərində “Orient” markalanma göstəriciləri olan, qızıl-gümüşü rəngli qol saatı bir ədədinin qiyməti 150 manat, 01 ədəd üzərində “X11” markalanma göstəriciləri olan, qızılı rəngli, qolbağı üzərində olmayan qol saatı bir ədədinin qiyməti 60 manat, 01 ədəd üzərində “Onlypai” yazıları olan, TC-5000D modelli, çantası ilə birlikdə fotoaparat bir ədədinin qiyməti 70 manat olan malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 635 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 9/8080 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş əlavə məlumatlarda göstərilən 08 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 9298,00 manat müəyyən edilir (Sallanma qızıl komplekt.Orta qaş topaz, sarı, İtaliya istehsalı, Əyarı 750, çəkisi 18-20 qram. (təx. 19 qram) 19 qram bir qramının qiyməti 140 manat- 2660 manat; Qara oniks qaşlı sallanma qızıl komplekt. Zərgər işi. Əyarı 583. Çəkisi 14-15 qram. (təx. 14.5 qram) 14,5 qram bir qramının qiyməti 115 manat- 1668 manat; Versaçe qızıl kolye. Əyarı 750. Çəkisi 16-17 qram. (təx. 16,5 qram) 16,5 qram, bir qramının qiyməti 140 manat- 2310 manat; Mirvari klonlu qızıl sep. Əyarı 583. Təxminən 4 qram çəkidə. Təbii mirvari ilə. 4 qram- bir qramının qiyməti 115 manat- 460 manat; Sallanma sırğa. Əyarı 583. Türkiyə istehsallı. Çəkisi 4 qram. Qiyməti 500 manat 4 qram bir qramının qiyməti 115 manat- 460 manat; Sallanma sırğa. İtaliya İstehsalı. Əyarı 750. Çəkisi 4 qram. 4 qram bir qramının qiyməti -140 manat- 560 manat;. Digər 12 adda zərgərlik məmulatlarının sayı, üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ayrı-ayrılıqda ölçüsü və s. barədə ətraflı məlumat olmadığından və 04 ədəd qol saatlarının modeli və digər texniki göstəriciləri olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Ekspert tərəfindən qiymətləndirilməyən qızıl-zinət əşyalarının qiyməti Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi məlumatlara əsasən: - Sapfir komplekt. Əyarı 583, çəkisi 15 qram. İstehsalı Rusiya, 1987-88-cı ıl, 1,5 karat. 15 qram -2300 manat. - Brilyant gül komplekt. Rusiya istehsalı, “Yeddi gözəl”. Əyar. 750. Çəkisi 13-14 qram. Qaşları 2,5 karat. 13-14 qram- 4000 manat. - Mirvari brilyant komplekt. Üzükdə olan orta mirvari qaşı düşüb. Sibir brilyantı ilə. 0.5 karat. Əyarı 583. 10 qram çəkidə. Zərgər işi. 10 qram- 3000 manat. - Sallanma brilyant qaşlı sırğa, "daroşka”. Belçika brilyantı. 1 karata yaxın. Əyarı 750. ağ qızılı 5 qram. 5 qram- 2000 manat. - Təkqaş briliant üzük. Əyarı 583. ağ qızıl, çəkisi 4 qram, 30 sot. Sibir brilyantı ilə. zərgər işi, 4 qram- 1000 manat. - Zümrüd, kənarları brilyant qaşlı gül üzük. Odessa istehsalı. Sibir brilyantı ilə. 80 sot. Çəkisi 6- 7 qram. Əyarı 583. 6-7 qram- 1200 manat. - Brilyant klonlu uzun qızıl sep. Əyarı 583. Rusiya istehsallı. Qaşı 5-6 sot. Çəkisi 10 qram- 1500 manat. - Üç ədəd təbii mirvari boyunbağı. Biri uzun ağ-göy rəng qarışıq, biri ağ aralarında qızıl halqalarla, digəri gümüşü rəngdə. 3 ədəd- 1500 manat. - Kəhraba boyunbağı 1 ədəd- 200 manat. - 4 ədəd qadın qol saatı. Biri qaytarılıb. Digərləri: Armani İtaliya istehsalı, Versaçe İtaliya istehsalı. DKNY ABŞ istehsalı. 4 ədəd – 500 manat. - Çoxsaylı gümüş komplektlər və bilərziklər. Təbii daşlarla- 1000 manat. - Paxlava formalı, ortası sapfir, kənarları brilyant qaşlı üzük. Zərgər işi. Əyarı 585 Çəkisi 4 qram. Qiyməti 300 manat 4 qram- 300 manat müəyyən edilmişdir. 25 mart 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən naməlum şəxslər tərəfindən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus mənzildən qanunsuz daxil olmaqla oğurluq edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 26 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. 04 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. 05 aprel 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 3-cu döngə ünvanında yaşayan Zərərçəkmiş şəxs3 mənzilindən 100 manat dəyərində “Vertu” markalı mobil telefonların maketlərinin və 500 manat dəyərində “Fiojitsu” markalı notbukunun oğurlanması faktı üzrə olan HK/1-239 saylı və ünvan 16 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mənzilindən 300 manat dəyərində 01 ədəd fotoaparatın oğurlanması barədə toplanmış HK/1-241 saylı materiallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində icraatımda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibi bir icraatda ********* nömrəsi altında aparılmışdır. 05 aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 aprel 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 aprel 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 06 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 06 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 06 aprel 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmaqla əldə edilmiş 01 ədəd “DELL” markalı noutbuk, 01 ədəd “ONLYPAİ” markalı fotoaparat, 01 ədəd “Vertu” markalı mobil telefon marketi və 02 ədəd qadın qol saatı iş üçün sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə, yəni 04 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə, yəni 04 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 07 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 07 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 04 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək göstərmişdir ki, oğurluq nəticəsində ona 33450 manat məbləğində ziyan dəymiş, 3000 manat ödənilmişdir. Onu mülki iddiaçı kimi tanınmasını xahiş etmişdir. 04 may 2024-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyandan 3000 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 01 ədəd üzərində «Vertu» yazılan mobil telefon maketi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Orient” markalı qadın qol saat, 01 ədəd sepi olmayan qadın qol saatı, 01 ədəd «DELL» markalı noutbuk Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ekspertə təqdim edilmiş çanta Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “ONLYPAİ” markalı fotoaparat Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. 04 may 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində götürülərək istintaqa təqdim edilmiş 01 ədəd «Dell» markalı notbuk, 01 ədəd üzərində «Vertu» yazılan mobil telefon maketi, 02 ədəd «orient» markalı saat, 01 ədəd «Onlypai» markalı fotoaparat ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqiləyir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqiləyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 58 arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanununa əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmişdir. Xocavənd, Şuşa, Qubadlı Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsi № 1-27520 görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən ( “Youtube”-dan götülmüş) görünür ki, Təqsirləndirilən şəxs2 Hadrut qəsəbəsinin işğaldan azad edilməsində iştirak edərək Azərbaycan Respublikasının Bayrağını sancmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bir azyaşlı uşağı var: xx.xx.2022-ci il təvəllüdlü X7. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəza sonu ilə azad edilmişdir. xx.xx.2020-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 350 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Yevlax Rayon Məhkəməsinin 7(039)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-23/2018 saylı, 08 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3500 manat cərimə cəzası dəyişdirilərək 350 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, № 120325/2 məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 7(039)-31/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 350 saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin olunmuş ictimai işlər cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. İbtidai istintaq orqanı tərəfindən talanmış qızıl-zinət əşyalarının dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə 08 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 9298,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, oğurlanmış əşyaların bir qismi ekspert rəyində göstərilən qiymətlərlə, ekspert tərəfindən qiymətləndirilməsi mümkün olmayan qızıl-zinət əşyaların dəyəri isə zərərçəkmiş şəxs Bəhram Səfərovun göstərdiyi qiymətlərlə qiymətləndirilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, zərəçəkmiş şəxs tərəfindən ekspertə təqdim etdiyi siyahıda 01 ədəd, çəkisi 4 qram olmaqla, 583 əyarlı, qızıl üzük (Ərəb və İran istehsallı) 4 qram bir qramının qiyməti -115 manat- 460 manat; 01 ədəd, çəkisi 4 qram olmaqla, 900 əyarlı qızıl üzük (Ərəb və İran istehsallı) 4 qram bir qramının qiyməti 180 manat- 720 manat) və 583 əyarlı, şəkis 6 qram, orta hissədə ağ qızıl, üzərində sonsuzluq işarəsinə bənzər 10 ədəd xırda brilyant daşlar olan (ekspert tətəfindən qiyməti müəyyən edilməyib) bir ədəd nişan üzüyü təqsirləndirilən şəxslərə verilmiş ittihamda göstərilməmişdir. Məhkəmə irəli sürülmüş ittihamın daxilində işə baxdığından yuxarıda göstərilmiş qızıl zinət əşyaları nəzərə almır. Belə ki, ekspert tərəfindən qiymətləndirilən əşyaların dəyəri 8118 manat, digərlərin isə qiyməti 18500 manat, ümumilikdə 26618 manat təşkil edir. Məhkəmə hesab edir ki, Bəhram Səfərova ümumilikdə 27268 manat ziyan dəymişdir ( Dell markalı notbuk və 350 manat nağd pul). Buna görə də təqsirləndirilən şəxslərə Zərərçəkmiş şəxs2 epizodu üzrə irəli sürülmüş ittihamın həcmi azaldılmalı (33450 manat) və dəymiş ziyanın məbləği 27628 manat müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın müəyyən hissəsini ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 04 aprel 2024-cü il tarixdən 26 fevral 2025ci il tarixədək, yəni 10 (on) ay 22 (iyirmi iki) gün müddətə həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın müəyyən hissəsini ödəməsini, Vətən Müharibəsi iştirakçısı olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 04 aprel 2024-cü il tarixdən 26 fevral 2025ci il tarixədək, yəni 10 (on) ay 22 (iyirmi iki) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tamamilə ödənməsi və barışmaları, Zərərçəkmiş şəxs2 01 ədəd “Orient” markalı qadın qol saat, 01 ədəd sepi olmayan qadın qol saatı, 01 ədəd «DELL» markalı noutbukun qaytarılması və dəymiş ziyandan 3000 (üç min) manatın ödənməsi nəzərə alınmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 may 2024-cü il tarixli, 9/3174 saylı və 28 yanvar 2025-ci il tarixli, 9/8080 saylı ekspert rəyləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər bir şəxsdən 75 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs2 mülki iddianı qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə təqdim etmədiyindən, yəni iddiada tələblər göstərilmədiyindən, mülki cavabdeh göstərilmədiyindən, dövlət rüsumu ödənilmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 04 aprel 2024-cü il tarixdən 26 fevral 2025-ci il tarixədək, yəni 10 (on) ay 22 (iyirmi iki) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 04 aprel 2024-cü il tarixdən 26 fevral 2025-ci il tarixədək, yəni 10 (on) ay 22 (iyirmi iki) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 01 ədəd “Orient” markalı qadın qol saat, 01 ədəd sepi olmayan qadın qol saatı, 01 ədəd «DELL» markalı notbukun qaytarılması nəzərə alınsın. 01 ədəd üzərində «Vertu» yazılan mobil telefon maketi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. 01 ədəd “ONLYPAİ” markalı fotoaparat Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş 01 may 2024-cü il tarixli, 9/3174 saylı və 28 yanvar 2025-ci il tarixli, 9/8080 saylı məhkəmə əmtəəşünaslıq ekspertizalarının ümumi xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər bir şəxsdən 75 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 540 (beş yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 540 (beş yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar