Məhkəmə qərarları › İş №1(009)-281/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-281/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-281/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-56/2024 saylı, 24 aprel 2024-cü il tarixli hökmü ilə məhkum olunmuş, Laçın rayonu, Fətəlipəyə Ə/D Ağanus kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi13 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,658 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanda yerləşən «Elay» şadlıq sarayının qarşısına daşımış, xx.xx.2024-cü il trixdə saat 17:20 radələrində Səbail RPİ-nin və 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq 8-ci polis bölməsinə gətirilmiş orada saat 18:40-da uzərində keçirilmiş şəxsi axtarış zamanı şalvarının sağ yan cibində qanunsuz olaraq əldə edib üzərində daşıdığı 01 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,658 qram olan psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz cəkisi 0,241 qarm təşkil edən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada uzərində keçirilmiş şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş xeyli miqdarda təmiz cəkisi 0,241 qarm təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuş və hazırda narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə alır, hər iki epizod üzrə özünü təqsirli bilir. Üzərindən götürülmüş narkotikləri öz şəxsi istifadəsi üçün almışdır. Artıq narkotik vasitələrdən istifadə etmir və hazırda müalicəsini davam etdirir. Əməlindən peşman olmasını, himayəsində tək anasının olmasını, ağır ailə vəziyyətlərini nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğu ifadəsində göstərdi ki, o, Səbail RPİ-nin NMB əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2024-cü il tarixdə saat təxminən 17:20 radələrində 8-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat keçirilmiş və Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlanılıb 8-ci Polis bölməsinə gətirilmiş, bölmədə video çəkiliş aparılaraq vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və o, üzərində olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğu ifadəsində göstərdi ki, o, Səbail RPİ-nin 8-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2024-cü il tarixdə saat təxminən 17:20 radələrində Səbail RPİ-nin NMB əməliyyat müvəkkili Şahid2 və 8-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat keçirilmiş və Misir ünvan 5 ünvanın qarşısında saxlanılıb 8-ci Polis bölməsinə gətirilmiş, bölmədə video çəkiliş aparılaraq vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və o, üzərində olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğu ifadəsində göstərdi ki, o, Səbail RPİ-nin 8-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 may 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində 8-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat keçirilmiş və onlar Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov 41 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu 8-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə video çəkiliş aparılaraq vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş o, üzərində olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğu ifadəsində göstərdi ki, o, Səbail RPİ-nin 8-ci Polis Bölməsində əməliyyat müvəkkili vəziəsində işləyir. 07 may 2024cü il tarixdə saat təxminən 17:00 radələrində 8-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat keçirilmiş və onlar Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov 41 küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu 8-ci Polis bölməsinə gətirmiş, bölmədə video çəkiliş aparılaraq vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş o, könüllü olaraq üzərində olan bir büküm narkotik vasitəni çıxarıb təqdim etmiş, narkotik vasitələrin istifadəçisi və xəstə olduğunu bildirmişdir. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin NMB-nin və Səbail rayon 8-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 8-ci PB-nə gətirilmiş və hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş vəkil Z.Kazımovun iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli kristal formasında metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin kütlə qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı “İPHONE” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon 8-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 8-ci PB-nə gətirilmiş üzərində vəkil M.Əliyevin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş tünd qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuş, həmin kütlə qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı “İPHONE” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş, görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməliyyat müvvəkili Şahid2, Səbail rayon 8-ci PB-nin əməliyyat müvvəkili Şahid1, müdafiəçi X4 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü, bükülünü açan zaman içərisində ağ rəngli kristal formasında metamfetaminə bənzər maddə aşkar olunur, həmin kütlə cinayət təqibi orqanı tərəfindən qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən baxış keçirilən şəxs odur. Psixotrop maddə ona məxsusdur, öz istifadəsi üçün almışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş, görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon 8-ci PB-nin baş əməliyyat müvvəkili Şahid3 və əməliyyat müvəkkili Şahid4, müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş tünd qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunur, həmin kütlə cinayət təqibi orqanı tərəfindən qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitə ona məxsusdur, öz istifadəsi üçün almışdır. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/944 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52» dairəvi möhür əksləri olan, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəyə bənzər vasitə; Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs» və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,658 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2568 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52» dairəvi möhür əksi olan, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən…» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,241 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi əlavə Ambulator X1 xx.xx.2024-cü il tarixli 4596 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və istifadəsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və istifadəsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndiriən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edimişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndiriən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edimişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru tərəfindən qəbul edilmiş 17 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan 240020094№-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan 240020216№-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuşdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən görünür ki, 30 sentyabr 2023-cü il tarixindən 02 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün cəzasından çıxılaraq qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya idarəsi tərəfindən daxil olmuş 21 1/3-20120-14 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-56/24 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasına başlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metadonun şəxsi istehlak üçün yuxarı miqdarı 0,02 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, lakin məhkəmə onun törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, ağır ailə vəziyyətlərini, onun psixoloji durumunu nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən onun ağır ailə vəziyyətini, xəstə, gərgin və psixoloji durumunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 17 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixindən 16 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün, 07 may 2024-cü il tarixindən 09 may 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün, 30 sentyabr 2023-cü il tarixindən 02 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhzrumetmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edimiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsi (cinayətlərin məcmusu) yaxud Cinayət Məcəlləsinin 67-ci maddəsi (hökmlərin məcmusu) görə cəza təyin edilməsini müzakirə etmiş, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 18ci və 83.1-ci maddəllərinin şərh edilməsinə dair 06 sentyabr 2010-cu il və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarları ilə müəyyən edilmiş hüquqi mövqeni nəzərə alır, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)- 56/2024 saylı hökmü qanuni qüvvəsini almamış, o, 07 may 2024-cü il tarixdə hazırki cinayət əməlini törətmiş və bu səbəbdən ona hökümlərin deyil cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci hökm üzrə çəkdiyi cəza qəti cəza müddətlərinə hesablanmaqla cəza çəkmə müddətinin əvvəli 13 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,191 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-56/2024 saylı, 24 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1(009)-56/2024 saylı cinayət işi üzrə 02 (iki) gün, hazırki cinayət işi üzrə 04 (dörd) gün həbsdə olduğu, ümumilikdə 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 1 (bir) gün bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasının icraya başlanıldığı 13 avqust 2024-cü il tarixdən hesablansın. Cəzanın icrası Bakı Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,191 qram narkotik vasitə heroin və 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar