Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-281/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxxx 1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 823-cü keçid, Dənizçilik Məktəbinin yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 dekabr 2025-ci il tarixdə saat 14.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, X6 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya ünvan 1 ünvanda yerləşən, geyri rəsmi yaşadığı tanışı X5 adına olan təxminən 14 sot torpaq sahəsini əhatə edən, içərisində köhnədən tikilmiş bir mərtəbəli evi olan bağ torpaq sahəsini il ərzində hissə-hissə ödəmək şərti ilə 120.000 manat müqabilində satacağına dair yalan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs tanışı Şahid2 vasitəsilə 2020-ci ilin fevral ayınnın əvvələrində Bakı şəhəri,Xətai rayonu,X.Məmmədov küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyasının qarşısında 9.000 manat, eyni adla 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonu,Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsində yerləşən “Araz market” mağasının qarşısında 7.000 manat, eyni adla 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri,Xətai rayonu,X.Məmmədov küçəsində yerləşən “Həzi Aslanov”metro-stansiyasının qarşısında 10.000 manat, eyni adla 2020-ci ilin avqust ayının sonlarında,ünvan 2 ünvanda 7.000manat,sonuncu dəfə isə 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospekti 1 ünvanda yerləşən “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında 5000 manat pulu alaraq,ümumilikdə 38.000 manat məbləğində pulu aldıqdan sonra,həmin ilin sentyabr ayının sonlarında 18.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarsa da, verdiyi vədə əməl etməyib aldatmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə faktiki olaraq sonuncuya məxsus 20.000manat məbləğində pulu ələ keçirməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı Gülşən adlı xanım evinin satılması üçün kömək istəmişdir. Makler vasitəsilə Mustafanı və onun dostu Sadiqi tanımışdır. Sadiq gəlib evə baxmış və 120000 manata, 3 ay müddətinə ödəmək şərtilə razılaşmışlar. Mustafa Azərbaycanda olmadığı üçün pulu Sadiqə vermiş və o, təqdim etmişdir. Sadiq hissə-hissə olmaqla 38000 manat pul vermişdir. Aldığı puldan 5000 manat maklerə vermişdir. Daha sonra Sadiqin pulu ödəməsi gecikdiyi üçün ona zəng edib pulu verməyini, əks təqdirdə satacağını bildirmiş və daha sonra evi İlqar adlı başqa bir şəxsə 106000 manata satmışdır. Həmin puldan 18000 manat Sadiqə qaytarmışdır. Əgər Sadiq və Mustafa əvvəldən şərtləşdirildiyi kimi pulu vaxtında ödəsə idilər, torpağı başqa şəxsə satmazdı. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək niyyəti var, lakin qısa zamanda ödəməyə imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, torpaq sahəsi almaq istəmişdir. Qohumlarının vasitəçi tanışı var idi. Həmin şəxs Vüsalın satdığı torpaq sahəsini və yarıtikilini məsləhət görmüşdür. Vüsalın təcili pula ehtiyacı olduğu üçün ucuz satdığını nəzərə alaraq razılaşmışlar. Dostu Sadiq gedib evə baxmış və razılaşmışlar. Vüsal evin yoldaşının dayısından qaldığını bildirmişdir. Həmçinin təcili pul lazım olduğunu və həmin pulu verərsə, qalan hissəsini gözləyə biləcəyini bildirmişdir. Hissə-hissə pulu göndərməyə davam edəndə Vüsal demişdir ki, artıq gözləyə bilmir. Bu hal şübhəli gəldiyi üçün həmin əraziyə getmişlər və evdə onları tanımadıqları adam qarşılamışdır. İlqar adlı şəxs evi satın aldığını bildirmişdir. Daha sonra Vüsalla əlaqə saxlayanda İlqarın hələ pulu ödəmədiyini, ödəyən kimi onun pulunu qaytaracağını bildirmişdir. İlqarla əlaqə saxlayan zaman pulu Vüsala verdiyini bildirmişdir. Daha sonra 38000 manat puldan 18000 manat məbləği gətirib qaytarmış, 20000 manat borcu isə qalmışdır. X3 dəymiş zərəri qismən ödədiyini nəzərə alaraq onun barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Mustafa dostudur. Mustafa xaricdə yaşadığı üçün ona demişdir ki, torpaq sahəsi almaq istəyir və kömək istəmişdir. Vasitəçiyə müraciət etmişlər. Bir müddət sonra vasitəçi Vüsalın torpaq sahəsini məsləhət görmüş və gedib baxmışlar. Baxandan sonra danışıqlar olmuş və razılaşmışlar. İlkin olaraq 120000 manata, daha sonra isə 110000 manata razılaşmışlar. Mustafa hazırda o qədər pulunun olmadığını qeyd etdikdə Vüsal gözləyə biləcəyini bildirmişdir. İlkin ödəniş olaraq 9000 manat ödənilmiş, daha sonra hissə-hissə olmaqla 38000 manat Vüsala ödəniş edilmişdir. Bir müddət sonra torpaq sahəsinə gedəndə orda başqa bir şəxs onları qarşılamış və satın aldığını bildirmişdir. Vüsal torpağı satdığını təsdiqləmiş və həmin şəxsdən ödənişi aldıqda Mustafanın pulunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Mustafa oğlunun sinif yoldaşının bibisi oğludur. Torpaq sahəsi almaq istədikləri ilə bağlı xahiş etmişlər. Vüsalı da elə şəkildə tanımışdır. Sadiqlə birlikdə torpağa baxmağa getmişlər və Mustafa da görüntülü baxaraq bəyənmiş və razılığa gəlmişlər. Ödəniş məbləği və ödəniş şərtləri onun yanında danışılmadığı üçün məlumatı olmamışdır, sadəcə razılaşdıqlarını bilmişdir. İlkin olaraq 9000 manat verildiyini bilmiş, sonrakı hadisələrdən xəbərdar olmamışdır. Nə Vüsal, nə də Mustafa ona pul verməmişdir. 23 oktyabr 2024-cü il tarixdə toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 06 noyabr 2024-cü il tarixdə X6 barəsində axtarış elan edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 07 dekabr 2024-cü il tarixdə, saat 10:00 radələrində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. 08 dekabr 2024-cü il tarixdə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 dekabr 2024-cü il tarixdə X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş və X1 MSY-dən dərhal azad edilmişdir. 08 dekabr 2024-cü il tarixdə X6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1979-cu il tavəllüdlü X6 əvvəllər məhkum olmamışdır. 24 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən və X7 məxsus ümumi sahəsi 57,7 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0,12355 ha torpaq sahəsi tam mülkiyyət üzrə alıcı Şahid3 satılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X3 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, X3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, X3 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 07 dekabr 2024-cü il tarixdən saat 10.00-dan 08 dekabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. X3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 823-cü keçid, Dənizçilik Məktəbinin yataqxanası ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 07 dekabr 2024-cü il tarixdən saat 10.00-dan 08 dekabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 823-cü keçid, Dənizçilik Məktəbinin yataqxanası ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 253 (iki yüz əlli üç) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 165 (bir yüz altmış beş) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-281/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-281/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver