Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-283/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: X1 iştirakları ilə, xx xxxx 2000-ci ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla, Masallı rayonu, Alvadı kəndində yaşayan, barəsində məhkəmənin qərarına əsasən “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Şahid2 Şahid1 təklifi ilə həmkəndlisi Zərərçəkmiş şəxs manatla olan pul vəsaitinin ABŞ dollarına konvertasiya etmə limiti bitdiyi üçün 17.025 manat nağd pulu müvafiq bankda mübadilə edərək 10.000 ABŞ dolları ilə əvəzləşdirməklə qaytarılması barədə etdiyi xahişlə bağlı, Şahid2 Şahid1 pul mübadiləsini aparacaq şəxs kimi Zərərçəkmiş şəxs təqdim ediləcəyi, Şahid1 və onun isə bankın kənarında gözləyəcəyi,Şahid2 həmin pulu ələ keçirdikdən sonra fürsət olan kimi Şahid1 verəcəyi,daha sonra əldə edilmiş pul vəsaitlərinin aralarında bölüşdürəcəkləri barədə sövdələşərək razılaşdıqdan sonra, həmin cinayətkar niyyətlərini həyata keçirtmək üçün Şahid1 Zərərçəkmiş şəxs Şahid2 ilə tanış edərək pul mübadiləsini həyata keçirəcəyinə dair Zərərçəkmiş şəxs sonuncuya qarşı yaranmış etibarından sui-istifadə edərək yalandan vəd vermiş, 29 mart 2022-ci il tarixdə, saat 19 radələrində, Zərərçəkmiş şəxs Şahid2 ilə görüşüb Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən “Bank Respublika” Bankının “Azneft filialının inzibati binasının qarşısına gəlmiş,orada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə valyuta mübadiləsini etməsi üçün,yəni 10.000 ABŞ dollarını bankdan adına sənədləşdirərək alması məqsədi ilə 17.025 manat nağd pulu Şahid2 vermiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilini park etmək üçün bankın qarşısından bir qədər uzaqlaşdıqda, Şahid2 Zərərçəkmiş şəxs aldığığı pul ilə bank binasına daxil olduqdan sonra Şahid1 Şahid2 arxası ilə banka daxil olaraq orada Zərərçəkmiş şəxs olmamasından istifadə edib bankın içində Şahid2 17.025 manat nağd pulu alıb uzaqlaşaraq əldə etdiyi pulu daha sonra, onunla və Şahid2 ilə öz aralarında bölüşdürməklə verdiyi vədə əməl etməyib aldatmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 17.025 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi pasport qeydiyyatında Masallı rayonu Güllütəpə kəndində olsa da,əvvəllər müəyyən dövrdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıb icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş,2022-ci təxminən sentyabr ayında valideyinləri Rusiya Federasiyasının Perm şəhərində yaşadıqları üçün Rusiyaya gedib orada yaşamışdır.O,həmyerliləri Masallı rayonun Köhnə Alvalı kənd sakinləri Şahid1 və Şahid2 təxminən 7-8 il əvvəl tanımış və normal münasibəti olmuşdur.2022-ci ilin mart ayında o,Bakı şəhərində yaşayıb özünə məxsus qırmızı rəngli “Reno” markalı 99OY580 qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən,o, tanışları Elşən və Rizvanla tez-tez əlaqə saxlayıb görüşmüş və bir yerdə vaxtlarını keçirmişlər.29 mart 2022-ci il tarixdə,saat 18 radələrndə o.Bakı şəhərində olarkən,Elşən və Rizvanla əlaqə saxlayıb görüşmüş,idarə etdiyi avtomo¬billə sonuncuları “Xalqlar Dostluğu” metrosu yaxınlığındakı parka aparkən,Elşən Zaur adlı həmyerlisi ilə görüşə getmələrini,Zaur Rizvana dollara dəyişmək üçün pul verəcəyini,Rizvan bankda milli manatla olan pulu adına sənədləşdirib Zaurun verdiyi pul məbləğinə uyğun dollar alıb verdikdən sonra,Zaur Rizvana zəhmət haqqı kimi 10 manat pul verəcəyini bildirmişdir.Eyni zamanda birlikdə avtomobildə gedərkən X9 dollar almaq üçün verəcəyi pulu özü götürüb aradan çıxmasını,yəni Rizvan Zaurdan dəyişmək üçün pulu alıb banka daxil olduqdan sonra,Elşən arxasınca banka daxil olub Rizvandan pulu götürüb bayıra çıxmasını,o,bayırda avtomobildə gözləməsini və birlikdə avtomobillə oradan çıxıb getmələrini,sonra Rizvan zəng edib Zaura pulu sehv verildiyini və dəyişmək adı ilə Elşənin götürməsini deməsini,əldə olunmuş pulu isə sonra üçü arasında bərabər bölüb xərcləmələrini təklif etmişdir.O, və Rizvan əvvəlcə Elşənin bu təklifi ilə razılaşmamış,Elşən Rizvan və onluq bir şey olmamasını,Rizvandan pulu özü götürüb gedəcəyini, cavabdeh də özü olacağını dedikdə.o, və Rizvan Elşənin təklifi ilə razılaşmışlar.Sonra o,idarə etdiyi avtomobillə Elşəni və Rizvanı Zaurla görüşəcəkləri parka gətirmiş,parkın yaxınlığında o,avtomobili saxlayıb gözləmiş, Elşən və Rizavan avtomobildən düşüb parka getmişlər.Elşən və Rizvanın Zaurla harada,kiminlə görüşmələrini o,görməmiş,təxminən 5-10 dəqiqədən Elşən tək geri avtomobilə qayıdıb əyləşərək,ona avtomobili Səbail rayonu,“Azneft” yol dairəsi yaxınlığında, “Funikulyor”la qarşısında yerləşən banka sürməsini bildirmişdir.O,avtomobili sürüb həmin bankın qarşısına gəlmiş,orada avtomobili bankdan bir qədər kənarda saxlayıb Elşənlə birlikdə,Zaurla Rizavanın gəlmələrini gözləmiş,müəyyən vaxtdan həmin bankın qarşısına Rizvan Zaurun idarə etdiyi avtomobillə gəlmiş,Rizvan avtomobildən düşüb bank binasina daxil olduqda,Zaur isə avto¬mobili bankdan bir qədər irəli sürüb yol kənarında saxlamışdır.Sonra Elşən onun avtomobilindən düşüb bank binasına Rizvanın arxasınca getmiş,bu vaxt saat 19 radələri olmuşdur.Sonra o,avto¬mobildə oturub Elşəni təxminən yarım saat gözləmiş,Elşən geri dönmədikdə,mobil telefonuna zəng etmiş,lakin Elşənin mobil telefonu bağlı olduqda,o,nəsə baş verdiyini başa düşüb oradan çıxıb getmişdir.Sonralar dəfələrlə Elşənə zəng etsə də onun telefonu bağlı olmuş.o.Rizavanla əlaqə saxladıqda,sonuncu Elşənin bankın içərisində 17.025 manat nağd pulu götürüb çıxıb getmə-sini' öyrənmişdir.Bu zaman Elşənin Rizvandan pulu ələ keçirdikdən sonra,onunla və Rizvanla arasında olan razılaşmanı yəni puldan bölüşməmək üçün aradan çıxaraq qaçmasını başa düş-müşdür. Sonra müəyyən müddət keçdikdən sonra o, Elşənlə əlaqə saxladıqda,sonuncu ona hissə-hissə təxminən 1.000 manat pul vermiş,həmin pulu da Elşəni avtomobilində gəzdirməsinə və aralarında olan razılaşmanı pozduğuna görə vermişdir.Elşən əldə etdiyi pulu özü üçün xərclədiyini desə də harada necə xərcləməsini və həmin puldan Elşən Rizvana nə qədər pul verməsini o, bilməmişdir. O,Elşəndən nəyə görə Rizvanı və özünü aldatmasını pulu götürüb qaçmasını soruşduqda, Elşən pulu özü ələ keçirdiyindən məsuliyyət üzərinə düşdüyü üçün bunu etdiyini bildirmişdir. Əlavə olaraq hadisədən qabaq Zaura pul dəyişmək məqsədi ilə Elşəni o,tanış etməsini, Elşən pulu götürüb oradan getdikdən sonra, Zaur ona bir neçə dəfə bu barədə şikayətlənərək, Elşəni axtarmasını desə də, o, Zaura bu işdən xəbəri olmamasını, Elşənlə əlaqəsi olmasını və onun harada olmasını bilməməsini ,etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs X4 törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizinin dövlət büdcəsinə ödənildiyini və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi pasport qeydiyyatında Masallı rayonu,Köhnə Alvadı kəndində olsa da, faktiki olaraq Bakı şəhəri,Xətai rayonu,Məhəmməd Hadi küçəsi ev 69,mənzil 70-də kirayədə yaşayır,rəsmi heç bir yerdə işləmir,fərdi əməklə məşğul olur,eyni zamanda işlənmiş avtomobillərin alqı-satqısı ilə məşğul olur,əldə etdiyi nağd pulları isə ABŞ dolları şəklində saxlayır. Azərbaycan Respublikasında qəbul edilmiş qanuna əsasən hər bir Azərbaycan vətəndaşı ayda bir dəfə 10.000 ABŞ dolları azərbaycan manatı ilə almasına icazə verildiyindən, o, əlində olan nağd azərbaycan manatını ABŞ dollarına deyişmək üçün tanışlarının köməyindən istifadə edir,o,həmin şəxslərə nağd pul verib məzənnəyə uyğun dollar aldırır,buna görə də həmin işə görə pulu alan şəxsə zəhmət haqqı kimi 10 manat pul verir.2022-ci ilin mart ayının axırlarında o,tanışlarının vasi-təsi ilə tanış olduğu həmkəndlisi Şahid1 bank məzənnəsinə uyğun 17.025 manat nağd pul verib 10.000 ABŞ dollarını aldırtmış,buna görə o, Elşənə 10 manat zəhmət haqqı kimi vermişdir.Eyni zamanda o,Elşəndən əlavə pul dəyişdirməli olsa adam tapa biləcəyini soruşduqda, o,da tapa biləcəyinə söz vermişdir.O,Elşənə pulu Bakı şəhəri,Səbail rayonu, “Funikulyor”-un qarşısında yerləşən “Bank Respublika” bankın filialının qarşısında verib,birlikdə banka girib oradan 10.000ABŞ dollarını onun iştirakı ilə Elşən öz şəxsiyyət vəsiqəsi ilə almış,pulu isə o,götürmüşdür. Bundan sonra 29 mart 2022-ci il tarixdə,saat 15 radələrində.o, Elşənin ***-***-**-** saylı mobil telefonuna zəng edib dollar almaq üçün adam lazım olmasını demiş,sonuncu da belə bir tanışı olmasını deyərək,təxminən 17 radələrində.Bakı şəhəri,Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı parkda görüşmələrini bildirmişdir.O, razılaşdırılmış saatda həmin parka gəldikdə,orada Elşən başqa bir həmkəndliləri ilə əvvəllər tanımadığı Rizvanla onu tanış etmişdir.Təxminən beş dəqiqə söhnbət etdikdən sonra Elşən işi olduğunu bildirib,Rizvanı onun yanında qoyub çıxıb getmişdir.O,da Rizvanı götürüb avtomobili ilə “24saat”ərzində işləyən Səbail rayonu “Funiklulyor”-un qarşısında yerləşən “Bank Respublika” bankın filialının qarşısına gəlmiş,bu vaxt saat 19 radələri olmuş,hava tam qaralmış olmuşdur.O,bankın qarşısında avtomo¬bilin içərisində təklikdə 17.025 manat nağd pulu Rizvana vermiş və gedib bankdan şəxsiyyət vəsiqəsini təqdim etməklə 10.000ABŞ dolları alıb qayıtmasını,bu işə görə zəhmət haqqı kimi 10manat pul verəcəyini demiş,Rizvan da onunla razılaşıb avtomobilindən düşüb bankın binasına daxil olmuşdur.Bankın qarşı hissəsində “avtomobillərin park edilməsi qadağandır” yol nişanı olduğundan və onun avtomobili cərimə edilməsin deyə,idarə etdiyi avtomobili bir qədər irəli “Funikulyor”-un qarşısına verib saxlamış,Rizvan bank binasına getdikdən təxminən beş dəqiqə sonra,onun mobil telefonuna zəng edərək,bankın içərisində pul dəyişmək üçün növbə gözləyərkən, oraya Elşən gələrək onun Rizvana verdiyi 17.025 manat pulu güya səhv verilməsini bildirərək, həmin pulu dəyişmək adı ilə alıb getməsini ona bildirmişdir. O,dərhal avtomobildən düşüb qaçaraq bank binasının qarşısına getmiş,orada artıq Elşən olmamış, Rizvan tək olmuş,o, Rizvana “mən sənə pulu dollar almaq üçün vermişəm,nəyə görə sən pulu Elşənə vermisən və pulu Elşənə verdikdən sonra mənə zəng edib bu barədə deyirsən, “Siz əlbirsiniz!” sözlərini demiş, Rizvan isə çaşqın vəziyyətdə heç nədən xəbəri olmadığını,pulu Elşən geri aldığını durmadan təkrarlamışdır. Sonra o, Elşənin mobil telefonuna dəfələrlə zəng etmiş, lakin telefon bağlı olduğundan,Elşənin onun pulunu aldatma yolu ilə ələ keçirib getməsini başa düşmüşdür.Sonra o,Rizvana gedib Elşəni hardan istəyirsə tapmasını, onun pulunu gətirib qaytarmalarını,əks halda polisə şikayət edəcəyini bildirmişdir. Rizvan isə hər dəfə Elşəni tapa bilmədiyini bəhanə gətirərək vaxtı uzatmış,o,da məçbur olub baş vermiş hadisə barədə Səbail rayon Polis İdarəsinin 9-cu PB-nə şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs X4 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, Masallı rayonu Köhnə Alvadı kəndində anası Könül Cəbrayılova ilə birlikdə yaşayır,rəsmi heç bir yerdə işləmir,hərdən düşdükdə fəhləlik edir. 2022-ci ilin mart ayının əvvəllərində o,Bakı şəhərinə işləmək üçün gəlmiş və Xətai rayonu NZS qəsəbəsi ərazisində yerləşən,ünvanını dəqiq bilmədiyi həyət evində kirayədə tək yaşayan anasının əmisi oğlu Şahid2 yanında qalmışdır. Həmin ərəfədə Bakı şəhərində qırmızı rəngli “Reno” markalı dövlət qeydiyyat nişanının son rəqəmləri 580 olan avtomobillə taksilik fəaliyyəti ilə məşğul olan həmkəndlisi İsrailin,onun tanıdığı digər həmkəndlisi Zərərçəkmiş şəxs bankdan millli pulla ABŞ dolları almaq üçün adam axtarmasını, valyuta kursuna uğun verdiyi manata 10.000 ABŞ dolları pul alana zəhmət haqqı kimi 10 manat pul verməsini bildirmiş,o,da bu təkliflə razılaşmış,tarixini dəqiq xatırlamadığı günü İsrailin Zaura verdiyi onun mobil nömrəsinə zəng edərək onu görüşə çağırmış,o,da Zaurla “Xalqlar Dostluğu”metrosu yaxınlığında görüşmüş,birlikdə Səbail rayonu,“Azneffdairəsi yaxınlığında,“Funikulyor”-un qarşısında yerləşən banka gətirmiş,Zaur ona bankın qarşısında avtomobildə 17.025 manat milli pul vermiş, ona şəxsiyyət vəsiqəsilə banka qedib 10.000ABŞ dollar almasını bildirmiş,o,da banka gedib həmin pula dollar alıb gətirib Zaura verib lOmanat zəhmət haqqını almışdır.Eyni zamnada Zaur ona yenə pul dəyişmək lazım olsa adam tapa biləcəyini soruşduqda,o,tapacağına söz vermişdir.29 mart 2022-ci il il tarixdə saat 13 radələrində o, qohumu Rizvan ilə bir yerdə kira-yədə qaldıqları evdə olarkən, Zaur ona zəng edərək,milli pul müqabilində dollar almaq üçün adam lazım olmasını dəmiş,o,da həmin vaxt yanında olan qohumu Rizvana təklif edərək, əvəzində 10 manat pul veriləcəyini demiş,sonuncu da razılaşmışdır.Sonra onun ağlına Zaurun verdiyi pulu Rizvandan alıb aradan çıxmaq fikiri gəlmiş,bu barədə tanışları Rizvan və İsrailə demiş,sonuncular da həmin təklif ilə razılaşmışlar.O,Rizvana Zaurun verdiyi pulu ələ keçirib aralarında bərabər bölməyi,əgər pulu götürə bilməsə Zaur özünə 10 manat zəhmər haqqı verəcəyini demişdir.Sonra o,İsrailin idarə etdiyi avtomobillə Rizvanı aparıb“Xalqlar Dostluğu” metrosu yaxınlığlında Zaurla görüşdürərək tanış etmiş,o,özü isə işi olmasını bəhanə gətirərək Zaur və Rizvandan ayrılıb getmişdir.Sonra o,İsrailin idarə etdi avtomobil ilə Səbail rayonu,əvvəllər Zaur üçün pul dəyişdiyi “Funikulyor”-un yaxınlığında yerləşən bankın qarşısına gəlmiş,orada o,bir qədər kənarda İsrailin idarə etdiyi avtomobildə oturub gözləmiş,müəyyən vaxtdan Rizvanla Zaurun oraya bankın qarşısına gəlmələrini görmüşdür.Rizvan Zaurun avtomobilindən düşüb banka getmiş,Zaur isə bankdan bir qədər aralı avtomobildə oturub gözləmişdir.Sonra o,Zaurun özünü görmədiyindən əmin olub banka Rivzanın arxası ilə girmiş, bankın içərisində o,Rizvandan Zaurun verdiyi 17.025 manat pulu alıb,bankdan gizlincə bayıra çıxıb oradan uzaqlaşmışdır.Həmin an o,ələ keçirdiyi pulu Rizvan və İsrail ilə bölüşməməyə qərar vermiş, buna görə bankdan çıxıb İsrailin olduğu avtomobilə getmədən oradan uzaqlaşmış,***-***-**-** saylı nömrə ilə istifadə etdiyi mobil telefonu da söndürmüş ki,Rizvan və İsrail ona zəng edə bilməsinlər. Sonralar o, müxtəlif ünvanlarda yaşamış, Zaurdan ələ keçirdiyim pula “Turbo.az”saytında 10.500 manat 2008-ci il buraxılışlı “Volsvaqen Passat” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobili almış,həmin avtomobili idarə etməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə adını sürücülük kurslarına yazdırmışdır.O, avtomobil idarə edə bilsə də,həmin dövrdə avtomobilin arxa hissəsini geriyə verərkən ağaca vurub əzmiş,bu zədənin təmiri üçün 400 manat xərcləmiş,sonra həmin avtomobilin mühərriki sıradan çıxıb dağıldığından təmirinə təxminən 1600 manat pul xərclə¬miş, ələ keçirdiyi pul qurtardığından,avtomobili bir nəfər Elşən adlı şəxsin adına qeydiyyata salıb 4.700 manat pul almışdır.Sonra 2022-ci ilin may ayının ortalarında o,avtomobili idarə edərkən, Sumqayıt şossesindəki “Saray” adlanan DYP-nin postunta avtomobili polis əməkdaşları saxlayıb sənədi olmadığından avtomobili duracağa qoymuş və avtomobil orada saxlanılır.Sonra o,yaşadığı Masallı rayonuna kəndinə getmiş,orada Zaurun qohumları ilə əlaqə saxlayıb görüşərək üzürxahlıq edərək xahiş etmiş ki,ona möhlət versinlər,o,da işləyib Zaurun pulunu ödəsin.O, Zaurun pulunu ələ keçirdikdən sonra,Rizvan və İsrail ilə həmin pulu bərabər bölməyə razılaşsa da,sonralar Rizvana iki dəfəyə 500 və 100 manat olmaqla cəmi 600 manat, İsrailə üç dəfə hissə-hissə cəmi 1000 manat pul Bakı şəhəri,Binəqədi rayonu ərazisində görüşüb vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Masallı rayonu Köhnə Alvadı kəndində yaşayır.2022-ci ilin yay aylarında işləmək üçün Bakı şəhərinə gelmiş və orada Xətai rayonu,NZS qəsəbəsi ərazisində pivə zavodu yaxınlığında yerləşən, dəqiq ünvanını bilmədiyi və 150 manata kirayəyə tutduğu evdə tək yaşamış,eyni zamanda Bakı şəhərində müxtəlif yerlərdə fəhləlik edərək çörək pulu qazanmışdır.Onun qohumu Şahid1 anası ilə birlikdə Masallı rayonu Köhnə Alvadı kəndində yaşasa da,sonuncu hərdən Bakı şəhərinə gəldikdə,onun kirayədə qaldığı evinə gəlib qalmışdır.29 mart 2022-ci il tarixdə, saat 17 radələrndə o,kirayədə qaldığı evə gəldikdə,qohumu Elşən evdə olmuş və kiminləsə telefonla danışdıqdan sonra,ona Zaur adlı həmkəlisinə dollar almaq üçün köməklik etmək lazım olmasını,pul dəyişdirməyə görə zəhmət haqqı kimi 10 manat pul verəcəyini demişdir. O.Zauru bir neçə dəfə kənddə avtomobillə keçərkən görsə da.şəxsi tanışlığı olmamışdır. Sonra o,Elşənlə digər həmkəlisi taksi fəaliyəti ilə məşğul olan İsraillə danışıb görüşmüş,sonuncunun avtomobili ilə “Xalqlar Dostluğu” metrosu yaxınlığındakı parka Zaurla görüşməyə gedərkən,yolda Elşən Zaurun ona dollar almaq üçün verəcəyi pulu özü götürüb aradan çıxmasını o isə Zaura pulu sehv verildiyini,dəyişmək adı ilə Elşənin götürməsini deməsini,eldə etdiyi həmin pulu üçünün arasında bərabər bölüb xərcləməsini təklif etmişdir.O.və İsrail əvvəlcə razılaşmasalar da.Elşən onlarlıq bir şey olmadığını,onun Zaura pulu Elşən götürməsini deyəcəyini,cavabdeh özü olacağını demişdir.Bundan sonra o,və İsrail razılaşmış,birlikdə İsrailin avtomobili ilə görüşəcəkləri parka getmiş, İsrail avtomobilində qalmış,o, isə Elşənlə parka Zaurla görüşməyə getmişdir.O,Elşənlə parka gəldikdə saat 18 radələri olmuş, Zaur artıq orada olmuş,Elşən onu tələsik Zaurla tanış edib,qohumu və həmkəndliləri olmasını, özünün işi olmasını deyib,onu Zaurun yanında qoyub çıxıb getmişdir.Sonra o,Zaurla sonuncunun avtomobilinə əyləşib və “Azneft” dairəsi yaxınlığına “Funikulyor”-la üzbə-üz yerləşən üzərində “ATM” yazılan bankın qarşısına gəlmiş, avtomobildə Zaur ona 17.025 manat nağd pul verərək banka gedib şəxsiyyət vəsiqəsi ilə 10.000 ABŞ dollar alıb qayıtmasını,özü isə bankın qarşısında avtomobilin saxlanmasına icazə verilmədiyi üçün bir qədər irəlidə,avtomobili “Funiklyor” tərəfdə saxlayıb içərisində gözləyəcəyini bildirmişdir.Eyni zamanda Zaur ona istafəsində olan mobil telefon nömrəsini vermiş,problem olsa zəng edib çağırmasını demiş,həmçinin onun mobil telefon nömrə¬sini də götürmüşdür.O,Zaurun avtomobilindən düşüb bankın binasına daxil olmuş, pul dəyişmək üçün növbə üçün qəbz götürərək gözləməyə başlamışdır.Bir neçə dəqiqədən bankın içərisinə Elşən gəlib ondan pulu istəmiş və özü getdikdən beş dəqiqə sonra,Zaura zəng edib razılaşdırılmış kimi pulu səhv verilməsini,dəyişmək adı ilə pulu Elşən götürməsini deməsini bildirib çıxıb getmişdir.O,da Elşən getdikdən sonra,bir neçə dəqiqə gözləmiş və Zaura zəng edib razılaşdıqları sözləri deyərək,pulu Elşən götürməsini bildirmiş,bir neçə saniyədən bankın qarşısına Zaur gəlib onun üstünə qışqıraraq,onun Elşənlə əlbir olmasını, pulu ona dəyişmək üçün verdiyini,nəyə görə pulu başqa şəxsə verməsini və nəyə görə Elşən getdikdən sonra,özünə zəng etməsini soruşmuşdur.O, isə Elşənin sözlərinə inanıb pulu verməsini bildirmişdir.Sonra Zaur durmadan Elşənin mobil telefonuna zəng etsə də.telefonu bağlı olduğundan zəng çatmamış,sonra Zaur ona gedib haradan olursa-olsun Elşəni tapmasını və gətirib pulunu qaytarmasını,əks halda hər ikisi barədə polisə şikayət verəcəyini bildirib çıxıb getmişdir. Sonra o,da Elşənə dəfələrlə zəng etsə də telefonuna zəng çatmamış,həmin razılaşmada iştirak etmiş İsrailə zəng edib Elşən barədə soruşmuş,israil da Elşəni bankın qarşına avtomobili ilə gətirib düşürməsini və gözləməsini,Elşən isə razılaşdıqları kimi onun yanına dönməməsini, Elşənin haraya çıxıb getməsini və harada olmasını bilməməsini demişdir.Sonra o,kirayədə qaldığı evə dönmüş,çünki razılığa əsasən pulu götürdükdən sonra birgə kirayədə qaldıqları evə gəlib orada bölməli idilər.Lakin Elşən nə həmin günü,nə də sonrakı günləri evə gəlməmiş,onunla əlaqə saxlamamış,istifadə etdiyi mobil telefon isə daimi bağlı olmuşdur. Sonrakı günlər Zaur dayanmadan ona zəng edib Elşəni soruşmuş,o,isə Elşəni tapa bilmədiyi dedikdə,Zaur polisə şikayət edəcəyi ilə onu hədələmişdir.Müəyyən müddət keçdikdən sonra o, Elşənin mobil telefonun “votsapfilə əlaqə saxlamış.Elşənə nəyə görə onu və israili aldatmasını, Elşənə Zaur axtarmasını və polisə şikayət edəcəyini bildirməsini demişdir.Elşən isə Bakı şəhərində olduğunu,pulu özü götürdüyünü və Zaura da özü cavab verəcəyini demişdir.Bundan sonra Elşən iki dəfə onunla görüşməklə, vasitəsilə Zaurdan əldə etdiyi puldan 500 və 100 manat olmaqla,cəmi 600 manat ona vermişdir. Həmin puldan Elşən İsrailə nə qədər pul verməsini o,bilməmiş,Elşənlə görüşdüyü zaman sonuncu əldə etdiyi pula “Volsvaqen Passat” markalı avtomobil almasını bildirmişdir.O, Elşənlə razılığa gəlib,Zaurun pulunu ələ keçirməsində köməklik etməsinə görə səmimi peşmandır, o,qohumu Elşən ilə birləşib Zaurun pulunu ödəyəcəyinə söz vermişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş və Şahid1 bir başa Şahid2 üzünə qarşı,29 mart 2022-ci il tarixdə,saat 19 radələrində.ünvan ünvanda “Bank Respublika” bankının filialının binasında əvvəlcədən aralarında olan razılığa əsasən, Zərərçəkmiş şəxs ABŞ dolları almaq üçün verdiyi 17.025 manat nağd pul götürüb oranı tərk etməsini, o, getdikdən sonra Şahid2 Zərərçəkmiş şəxs zəng edib pulu səhv verildiyindən dəyişmək adı ilə götürməsinə dair məlumat verməsini, ilkin olaraq əldə olunmuş pulun aralarında bölünməsi razılığı olsa da,sonradan pul bərabər bölmək fikrindən Elşən daşınaraq tək götürüb oradan getməsini, sonralar isə Şahid2 cəmi 600 manat pul verməsini demiş, Şahid2 isə E.Ş.Şükürovun dedikləri ilə razılaşaraq təsdiq etmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki,Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə,saat 19 radələrində, Bakı şəhəri,Səbail rayonu,Neftçilər prospekti 67 ünvanında yerləşən “Bank Respublika” Bankının “Azneft filialının inzibati binasının qarşısına idarə etdiyi avtomobil ilə tanışı Şahid1 gətirib düşürməsini,sonuncu bank binasına getməsini,əvvəlcədən razılığa əsasən Şahid1 bankın daxilində digər tanışları Şahid2 pulu alıb yanına qayıtmasını və birlikdə oradan çıxıb getmələrinə dair ifadə verərək, Şahid1 avtomobildən düşürdüyü və sonuncunu gözlədiyi yerləri əyani olaraq göstərmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-131/2023 saylı, 14 iyun 2023cü il tarixli qərarından və hökmündən görünür ki, hazırki iş üzrə Şahid1 Zərərçəkmiş şəxs pulunu ələ keçirdikdən sonra bərabər bölməyə razılşsalar da, sonralar X2 üç dəfəyə hissəsə cəmi 1000 manat pul vəsaiti vermişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:10-da saxlanılaraq Səbail RPİnin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” 04 avqust 2023cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və o axtarılıb tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayon ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli vəsatətə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, dəymiş ziyanı tam şəkildə ödəmiş və ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və onun barəsində ev dustaqlığı qətimkan təbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Səbail rayon məhkəməsinin 02 noyabr 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, X1 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs X4 tərəfindən məhkəməyə ünvanlanan ərizə və ona əlavə olunmuş qəbzdən görünür ki, ona elan olunmuş ittihamın məbləğinin 25 (iyirmi beş) faizi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Ərizədə təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Belə olan X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. X4 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-283/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-283/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver