Məhkəmə qərarları › İş №1(009)-284/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-284/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-284/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 31 iyul 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi ev 7, mənzil 4-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, ibtidai istinaq və məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs yeznəsi X5 və tanışı X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il saat 08:30 radələrində ünvan 1 ünvanda yerləşən “Dad” marketin qarşısına gəldikdən sonra mağazanın əməkdaşlarının İsgəndərzadə Müseyibi tanıya biləcəklərindən və ifşa olunmasından ehtiyatlanıb yaxınlıqda gözləməklə həmin marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalının açarlarını M.İsgəndərzadə ona vermiş, sonuncu Yusif Məmmədli ilə marketə girib ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 11277 manat nağd pulla birlikdə gizli olaraq talayıb, zərərçəkmiş şəxs PashaPay MMC-yə cəmi 1 1577 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, yeznəsi X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” marketin qarşısına gəldikdən sonra mağazanın əməkdaşlarının İsgəndərzadə Müseyibi tanıya biləcəklərindən və ifşa olunmasından ehtiyatlanıb yaxınlıqda gözləməklə həmin marketin içərisində quraşdırılmış PashaPay MMC-yə məxsus Million ödəmə terminalının açarlarını İsgəndərzadə Müseyib ona vermiş, sonuncu marketə girib ödəmə terminalının xəzinəsini açarla açaraq saxlanc yerinə qanunsuz daxil olub orada olan 300 manat dəyərində pul kasetini içərisində olan 16430 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs PashaPay MMC-ə cəmi 16730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,489 qram ümumi təmiz çəkisi 0,551 qram olan qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini və bir ədəd bükümdə təmiz çəkiləri 0,380 qram təşkil edən ağ rəngli kristallardan ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibində saxlayaraq daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 may 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində Dənizkənarı Bülvarda saxlanılıb, Səbail RPİ-nin 39cu PB-yə gətirilərək təhvil verilmiş, həmin tarixdə saat 17:20 radələrində Səbail RPİ-nin 39-cu də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,489 qram ümumi təmiz çəkisi 0,551 qram olan qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkiləri 0,380 qram təşkil edən ağ rəngli kristallardan ibarət olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu, rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi ev 7, mənzil 4-də yaşayır. Narıngül bacısıdır, Müseyib isə bacısının həyat yoldaşıdır, onun yeznəsidir, "xxxx" LTD MMC-də 3 ildir ki, texnik işləyir, Million terminallarının təmiri ilə məşğuldur, 12 ildir ki, rəsmi nigahdadır. Yusif Məmmədli sinif yoldaşı və dostudur. Yusiflə o, Müseyib dostluq edirlər. Müseyib Million ödəmə terminallarının təmiri ilə məşğul olduğundan onların yerləşmə yerini, açılıb-bağlanması mexanizmini bilir, bundan başqa Million aparatlarının Sabunçu rayon ərazisi üzrə kassalarının açarları onda olmuş, daima gedib texniki problem olanda təmir etmişdir. Balaxanı qəsəbəsində yerləşən «Dad» marketin də foyesində olan Million aparatının açarı onda olubdur. 2022-ci ilin fevral ayının əvvəllərində o, Müseyibə təklif etmişdir ki, Million aparatlarının açarı ona açarı versin o, Yusiflə gedib oradan oğurluq etsin, nəticədə pul əldə etsinlər. Müseyib buna razı olmasa da sonradan onunla razılaşmış və aparatın açarını 27 fevral 2022 tarixdə Müseyib ona vermiş, o, görüş zamanı demişdir ki, «açarla aparatın kassa hissəsini açandan sonra kəlbətinlə açar hissəsini əyəcəm ki, başqa şəxslər oranın açarseçmə üsulu ilə deyil, sındırma yolu ilə oğurluq olmasını zənn etsinlər, nəticədə Müseyibin açarı kiməsə verməyini işindən və ya başqa yerdən bilməyəcəklər». Müseyib buna çox sevinmiş, həmçinin Million yazısı olan yapışdırıcı kağızı da mənə verdi ki, öz belinə yapışdırsın ki, pulları götürəndə ətrafdakı şəxslər onlara fikir verməsin. Sonrakı saatlarda Yusif və o, teztez Müseyiblə telefon əlaqəsi yaratmış, daha dəqiq 28 fevral 2022-ci il tarixdə, saat 08 radələrində Yusiflə o, həmin «Dad» marketə gedib əvvəlcə içəriyə girib oradan su alıb ətrafa nəzər yetirmiş, sonra çölə çıxıb mağazanın giriş hissəsində olan Million aparatını Yusif açarla kassa hissəsini açmış, sonra onlar oradan kasetlə birlikdə orada olan 11.277 manat nağd pulu götürmüşlər, həmçinin o, kəlbətinlə aparatın açar hissəsini əymiş, oradan onlar uzaqlaşıb çıxıb getmiş, sonra Müseyiblə əlaqə yaradıb Zabratda Müseyiblə görüşmüş, orada pulları bölüşdürmüşlər. O, uzun aylardır ki, axtarışda olmağını bilmiş, gizlənmişdir. Etdiyi əməli etiraf etmiq, üçü əlbir olub bu cinayəti törətmişlər. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında «Pətək» marketin foyesində yerləşən «Million» aparatının açarını Müseyibdən götürmüş, Müseyiblə bölüşdürmüşdür. Həmin cinayəti edərkən Yusif onlarda əlbir olmamışdır. 30 may 2022-ci il tarixdə baş verən cinayət hadisəsini onunla yeznəsi Müseyib törətmişdir. Etdiyi əməldən peşmandır, səmimi olaraq etiraf etmişdir. Hər iki cinayəti onunla Müseyib törətmiş, «Dad» marketdəki oğurluğu isə Yusif də onlarla əlbir olmuşdur. Pulları öz xeyrinə xərcləmiş, kasetin hər ikisini o, atmışdır. Bundan başqa bildirmişdir ki, təxminən 1 aydır ki, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. Narkotik maddə və psixotrop maddələri tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə günorta satlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda piyada gəzən zaman Saat qülləsinin yaxınlığında otluqda 01 ədəd “Pall Mail” markalı siqaret qutusunu görüb götürmüşdür. Həmin qutunun içərisinə baxan zaman qutunun içərisində 3 ədəd büküm olduğunu aşkar etmişdir. Həmin bükümlərin açıb baxmış və bükümlərin içərisində heroin və metamfetamin olduqlarını bilmişdir. Narktoik vasit istifadəçisi olduğundan həmin siqaret qutusunu əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibinə qoyub piyada gəzməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu 39-cu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 39-cu PB-nə getmişdir. Polis Bölməsində polis əməkdaşları ona suallar verməyə başlamış və o, suallara adekvat cavab verə bilmədiyindən polis əməkdaşları onun narkotik vasitə istifadə etməyindən şübhələnmişlər. Daha sonra onu vəkillərin siyahısından müdafiəçi kimi X9 təqdim edilmişdir. O, Səyyarə Əliyevanın onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əynində qara rəngli qolsuz gödəkçənin sol yan cibində olan 1 ədəd “Pall Mail” markalı siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin qutunun içərisinə baxdıqda qutunun içərisində 2 ədəd sellofan və 1 ədəd kağız büküm çıxarmışlar. Bükümlərin içərisindəkilərin “kakos” kimi tanıdığı, tünd qəhvəyi rəngdə maddə narkotik vasitə heroinə bənzər və “patı” kimi tanıdığı şəffaf rəngdə maddə psixotrop maddə metamfetamin kütlələri olduğunu polis əməkdaşları aşkar etmişlər. Ondan narkotik vasitə və psixotrop maddəni haradan əldə etməyi ilə bağlı polis əməkdaşları soruşduqda, o, xx.xx.2023-cü il tarixdə Dənizkənarı Milli Parkda yerdən tapdığını bildirmişdir. Bütün proseslər kameraya çəkilmişdir. Şəxsi axtarış barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Həmçinin dörd ədəd büküm qablaşdırılmış və o, müfadiəçi Səyyarə Əliyeva və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas işləyir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsi 43 ünvanında yerləşən “Dad” adlı marketin içərisində 02226 saylı ödəmə terminalı quraşdırılmışdır. 28 fenvral 2022-ci il tarixdə, saat 08:28-də naməlum şəxs mağazanın giriş hissəsində olan həmin aparatın inkassasiya qapısını açaraq daxilində quraşdırılmış 300 manat dəyərində pul kisəsini və daxilində olan 11.277 manat pulu oğurlayaraq "xxxx" MMC-yə cəmi 11.577 manat maddi ziyan vurmuşdur. Bundan başqa bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "xxxx" MMC-yə məxsus olan 02306 nömrəli “Milliön” ödəmə terminalı mağbazanın giriş hissəsində quraşdırılmışdır. 30 may 2022-ci il tarixdə saat 13:40-da naməlum şəxs marketin girişinə daxil olaraq orada quraşdırılan 02306 nömrəli “Milliön” ödəmə terminalının inkasassiya qapısını açaraq aparatın daxilində quraşdırılmış 300 manat dəyərində pul kasietini və daxilində olan 16.430 manat pulu oğurlayıb "xxxx" MMC-yə cəmi 16.730 manat maddi ziyan vurmuşdur. Bununla da baş vermiş qeyd olunan oğurlaqlar nəticəsində "xxxx" MMC-yə ümumilikdə 28.307 manat maddi ziyan dəymiş və maddi ziyan şirkətə tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində saxlanılarkən ilkin sorğu zamanı sonuncu verilən suallara qeyri-adekvat cavablar verdiyindən Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından Səbail RPİ-nin 39-cu PB-nə gətirilərərk təqdim edilmişdir. Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən 01 ədəd «Pall Mall» markalı siqaret qutusunu və mavi rəngli «Realme» markalı mobil telefonu Çıxar araq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman oradan 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükümlər açılan zaman 01 ədəd şəffaf sellofan kəsiyində və 01 ədəd gümüşü rəngli siqaret kağızı kəsiyində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digər şəffaf sellofan kəsiyində isə şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələri haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin bükümləri Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində otluqğun arasından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 02 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasına haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 18 may 2023-cü il tarixdə, günorta saatlarında o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Dənizkənarı Milli parkda təsadüfən Murad ilə rastlaşdmış və park əarzisində Muradla gəzişməyə başlamışdır. Həmin gün, təxminən saat 18 radələrində mülki geyimdə olan tanımadığı iki nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onları Səbail RPİ-nin 39-cü Polis Bölməsinə dəvət etmişlər. Murad və o, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə qeyd olunan Polis Bölməsinə yollanmışdır. Polis Bölməsində olan zaman ona məlum olmuşdur ki, Murad oğurluq cinayəti törətdiyi üçün barəsində axtarış elan edilmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Murad özünü şübhəli apardığı üçün Muradın üzərinə şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin şahid Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2899 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°49» dairəvi möhür əksi və «...Rəhimov-imza...S.Qüdrətli-imza...» yazı əlavəsi əks edilmiş 01 ədəd kağız zərfdə 02 ədəd bükümlərdə təmiz çəkiləri - 0,062 qram, - 0,489 qram, ümumi təmiz çəkisi - 0,551 qram qəhvəyi rəngli toozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,380 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. 18 may 2023-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 may 2023-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən 01 ədəd “Pall Mall” markalı siqaret qutusunu və mavi rəngli “Realme” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim etdi. Həmin qutunun içərisinə baxış keçirilən zaman oradan 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edildi. Həmin bükümlər açılan zaman 01 ədəd şəffaf sellofan kəsiyində və 01 ədəd gümüşü rəngli siqaret kağızı kəsiyində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digər şəffaf sellofan kəsiyində isə şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələri haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin bükümləri Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində otluğun arasından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 02 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. 20 may 2023-cü il tarixdə tərəfimdən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbail RPİ-də inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə haqqında” qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən 01 ədəd “Pall Mall” markalı siqaret qutusunu və mavi rəngli “Realme” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim edir. Həmin qutunun içərisinə baxış keçirilən zaman oradan 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü və 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülü aşkar edilir. Həmin bükümlər açılan zaman 01 ədəd şəffaf sellofan kəsiyində və 01 ədəd gümüşü rəngli siqaret kağızı kəsiyində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə, digər şəffaf sellofan kəsiyində isə şəffaf rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddələri haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin bükümləri Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində otluqğun arasından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 02 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Cinayət işi üzrə maddi sübut hesab edilmiş - Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,551 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0,511 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,380 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0,330 qram psixotrop maddə metamfetamin aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək, saxlanmasından ötrü maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. 28 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov tərəfindən tərtib edilmiş «”hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Dad” mağazasıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa X1 Müseyib Hafiz oğlu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Rəhimov X8 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.1-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəriməni tam ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə 234.1, 234.4.3, 237.2.1, 237.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 07 il 06 ay (ümumi) müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin onun çəkib qurtardığı vaxtdan altı il müddət keçməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törətdiyi cinayət əməli cinayətin residivi kimi qəbul edilmişdir. 18 may 2023-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. 22 may 2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinin hakimi X3 tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 16 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Səbail Rayon Polis İdarəsindən daxil olmuş 29 noyabr 2023-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 30 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Tahir Vəliyev tərəfindən tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında№ protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” mağazasıdır. 10 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X18 tərəfindən tərtib edilmiş “görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:32-də «Dad» mağazasının girişində quraşdırılmış “Milliön” ödəmə terminalına əvvəlcə bir nəfər şəxs, daha sonra digər kişi cinsli şəxs yaxınlaşır, həmin şəxslərin Təqsirləndirilən şəxs və Yusif Məmmədli olmaları müəyyən edilir. Təqsirləndirilən şəxs aparatın kassa hissəsini açır və Yüsif Məmmədli isə pulları əlində olan ağ rəngli sellofana yerləşdirir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə 3850 (üç min səkkiz yüz əlli) manat ödəyərək, tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. Bundan əlavə, X5 xx.xx.2022-ci il tarixdə 8000 (səkkiz) manat, 06 aprel 2023- cü il tarixdə 4224 (dörd min iki yüz iyirmi dörd) manat, cəmi 12224 (on iki min iki yüz iyirmi dörd) manat ödəyərək tərəfindən şirkətə vurulmuş maddi ziyanı ödəmişdir. X5 və X16 tərəfindən Zərərçəkmiş şəxs MMC-nə vurulmuş ziyan tam şəkildə ödənildiyindən onlara qarşı şikayət və tələbləri yoxdur. Odur ki, şirkət tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi geri götürülür. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını və vurmuş olduğu ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məcəllənin 61.1.1.-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törətdiyi cinayət əməli cinayətin residivi kimi qəbul edilməsi onun cəzasını ağırlaşdıran hal kimi məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 20 may 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək həbsdə olduğu, 16 avqust 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa "xxxx" MMC cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair ibtidai istintaq orqanına müraciət edərək, Təqsirləndirilən şəxs 12224 (on iki min iki yüz iyirmi dörd) manat tutulmasını xahiş etmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə mülki iddiaçı qismində tanınmışdır. "xxxx" MMC-nin 11 avqust 2023-cü il tarixli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qohumu Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə vurulmuş 12.224 manat maddi ziyanın əvəzini tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurulmuş maddi ziyanın əvəzini tam ödənilməsini nəzərə alaraq şikayətlərinin olmaması göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 75-ci bəndinə əsasən mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittıhamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə CPM-in 316.3.1 və 316.3.2-ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır. Hazırki iş üzrə mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və iddiaya onun iştirakı olmadan baxılması barədə vəsatət vermədiyi, həmçinin məhkəməyədək icraat mərhələsində mülki iddiaya xitam verilmədiyi üçün məhkəmə "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılmasını məqsədəuyğun hesab edir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 xx.xx.2023-cü il tarixli, 3871 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiolidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış cəmi 0,511 qram narkotik vasitə heroin və 0,330 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 20 may 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək həbsdə olduğu, 16 avqust 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış cəmi 0,511 qram narkotik vasitə heroin və 0,330 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 300 (üç yüz) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar