Məhkəmə qərarları › İş №1(009)-286/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-286/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-286/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs X15 Respublikasının vətəndaşı X9 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs X15 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 X1 iştirakları ilə, 08 noyabr 1997-ci ildə X15 Respublikasında anadan olmuş, X15 Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Əlcəzair şəhəri, Ruddeecole küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X17 13 iyul 1995-ci ildə X15 Respublikasında anadan olmuş, X15 Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Əlcəzair şəhəri, Hanan küçəsi, ev 12, mənzil 12 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 08 oktyabr 2025-ci il tarixdə, saat 11.30da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən X21 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin cibindən və çantasından çıxarılmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X22 Mhamed ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanda yerləşən «Paul» restoranın qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs3 əlində olan əl çantasının cib hissəsindən ona məxsus üzərində 10 manat dəyərində ***- ***-**-** GSM nömrəsi olan 700 manat dəyərində «İphone 13 Pro Max» markalı və modelli, Çin istehsalı olan, İOS 15.0 işlətim sistemli, 6 GB Ram, 12 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ; **********72289 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X22 Mhamed ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa cibindən ona məxsus üzərində GSM nömrəsi olmayan 1800 manat dəyərində «İphone 15 Pro» markalı və modelli, Çin istehsalı olan, İOS 17.0 işlətim sistemli, 8 GB Ram, 48 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ Med: **********99658; İMEİ:2: **********94073 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X22 Mhamed ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs1 şalvarının arxa cibindən ona məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 350 manat dəyərində «İphone 11» markalı və modelli, Çin istehsalı olan, İOS 13.0 işlətim sistemli, 4 GB Ram, 12 MP fotokameraya malik, 64 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ; **********21091 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin cibindən və çantasından çıxarılmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, X22 Mhamed tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X23 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 20:30 radələrində ünvan 4 ünvanda yerləşən «Paul» restoranın qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs3 əlində olan əl çantasının cib hissəsindən ona məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 700 manat dəyərində «İphone 13 Pro Max» markalı və modelli, Çin istehsalı olan, İOS 15.0 işlətim sistemli, 6 GB Ram, 12 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ; **********72289 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X23 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa cibindən ona məxsus üzərində GSM nömrəsi olmayan 1800 manat dəyərində «İphone 15 Pro» markalı və modelli, Çin istehsalı olan, İOS 17.0 işlətim sistemli, 8 GB Ram, 48 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ Med: **********99658; İMEİ:2: **********94073 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X23 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2025-ci il tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsert proqramında iştirak edən insanların sıxlığından istifadə edərək, həmin konsert proqramında iştirak edən Zərərçəkmiş şəxs1 şalvarının arxa cibindən ona məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 350 manat dəyərində «İphone 11» markalı və modelli, Çin istehsalı olan, İOS 13.0 işlətim sistemli, 4 GB Ram, 12 MP fotokameraya malik, 64 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan İMEİ; **********21091 kodlu mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycana turist kimi gəlmişlər. Həmin gün sərxoş olduğu üçün hadisəni tam təfərrüatları ilə xatırlamır. Hadisə olan gün açıq hava konsertində olmuşlar, pula ehtiyacları olması səbəbi ilə insanların sıxlığından istifadə edərək üç müxtəlif şəxsin ciblərindən mobil telefon oğurlamışlar. Telefonları götürməkdə niyyətləri isə, 1-2 gün keçəndən sonra satıb pula çevirərək öz ehtiyaclarına sərf etmək olmuşdur. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın zərərçəkmiş şəxslərə qaytarıldığını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X22 Mhamed özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycana səyahət məqsədilə gəlmişlər və müxtəlif məkanlarda spirtli içki qəbul edərək istirahət etmişlər. Bu səbəbdən də, həmin gün sərxoş olmuşdur və hadisəni tam olaraq xatırlamır. 10 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində o və Riadla birlikdə istirahət etmək üçün ünvan 5 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsertdə iştirak etmək üçün gəlmişlər, bundan sonra onun və Riadın pulu olmadığından və bir qədər sərxoş vəziyyətdə olduqları halda belə bir qərara gəlmişlər ki, konsertdə iştirak edən şəxslərin sıxlığından istifadə edərək onların əl çantalarından və ya ciblərindən mobil telefonları oğurlayaraq ələ keçirdikdən sonra həmin mobil telefonlarını satıb əldə olunan pulları isə öz şəxsi istifadələrinə xərcləsinlər. Bundan sonra insanların ciblərindən 3 telefon oğurlamışlar. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın zərərçəkmiş şəxslərə qaytarıldığını nəzərə alınaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini, dəymiş ziyanın ödənildiyini, şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 10 may 2025-ci il tarixdə saat təxminən 22 radələrində ünvan 5 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsert proqramında iştirak etmək üçün oraya tək gəlmiş, bundan sonra həmin tarixdə saat 23:00 radələrində orada keçirilən açıq havada konsert proqramında ayaq üstdə dayanıb konserti izləmiş və orada oindan başqa kütlə olan cox sayda insanlar da olmuş, onlar da onun kimi ayaq üstdə dayanıb konsert proqramını izləyərək iştirak etmişlər. Həmin vaxtı əynində olan qara rəngli cins şalvarının arxa cibinə qoyduğu özünə məxsus üzərində dəyəri 10 manat olan ***-***-**-** GSM nömrəsi və 350 manat dəyərində olan «İphone 11» markalı İMEİ; **********21091 kodlu mobil telefonumun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin insanların kütlə yerində dayandığı yerə və ətrafa baxaraq axtarmış, lakin həmin mobil telefonunu tapa bilməmişdir. Artıq başa düşmüşdür ki, onun mobil telefonunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra elə həmin günü baş vermiş oğurluq hadisəsi barədə yaxınlıqda olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gələrək orada onun mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra oradan polis əməkdaşları ilə birlikdə mobil telefonu oğurlandığı ünvana gəlmişlər və orada bir daha polis əməkdaşlarına mobil telefonunun oğurlandığı hadisə yerini göstərmişdir. Ona məxsus üzərində dəyəri 10 manat olan ***-***-**- ** GSM nömrəsi və 350 manat dəyərində olan «İphone 11» markalı İMEİ; **********21091 kodlu mobil telefonunun baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 360 manat məbləğində maddi ziyan dəymiş, başqa heç bir maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini, dəymiş ziyanın ödənildiyini, şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmənin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 10 may 2025-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 5 ünvanda yerləşən «İVA» restoranının qarşısında açıq havada keçirilən konsertdə iştirak etmək üçün oraya tək gəlmiş, bundan sonra həmin tarixdə saat 22:30 radələrində orada keçirilən açıq havada konsertdə ayaq üstdə dayanıb konserti izləmiş və orada ondan başqa kütlə çox sayda insanlar da olmuş, onlar da onun kimi ayaq üstdə dayanıb konserti izləyərək iştirak etmişlər. Həmin vaxtı əynində olan açıq göy rəngli şalvarının arxa cibinə qoyduğu özünə məxsus üzərində GSM nömrəsi olmayan və 1800 manat dəyərində olan «İphone 15 Pro» markalı İMEİ Med: **********99658; İMEİ:2: **********94073 kodlu mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin insanların kütlə yerində dayandığı yerə və ətrafa baxaraq axtarmış, lakin həmin mobil telefonunu tapa bilməmişdir. Artıq başa düşmüşdür ki, onun mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra elə həmin günü baş vermiş oğurluq hadisəsi barədə yaxınlıqda olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gələrək orada onun mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra oradan polis əməkdaşları ilə birlikdə mobil telefonu oğurlandığı ünvana gəlmişlər və orada bir daha polis əməkdaşlarına mobil telefonunun oğurlandığı hadisə yerini göstərmişdir. Ona məxsus üzərində GSM nömrəsi olmayan və 1800 manat dəyərində olan «İphone 15 Pro» markalı İMEİ Med: **********99658; İMEİ:2: **********94073 kodlu mobil telefonunun baş vermiş oğuluq hadisəsi nəticəsində ona ümumlikdə 1800 manat məbləğində maddi ziyan dəymiş, başqa heç bir maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini, dəymiş ziyanın ödənildiyini, şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmənin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 10 may 2025-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən «Paul» restoranın qarşısında açıq havada keçirilən konsert proqramında iştirak etmək üçün oraya tək gəlmiş, bundan sonra o, həmin tarixdə saat 20:30 radələrində orada keçirilən açıq havada konsert proqramında ayaq üstdə dayanıb konserti izləmiş və orada ondan başqa kütlə şəklində çox sayda insanlar da olmuş, onlar da onun kimi ayaq üstdə dayanıb konsert proqramını izləyərək iştirak etmişlər. O, həmin vaxtı əlində olan əl çantasının cib hissəsinə qoyduğu ona məxsus üzərində dəyəri 10 manat olan ***-***-**-** GSM nömrəsi olan və 700 manat dəyərində olan «İphone 13 Pro Max» markalı İMEİ; **********72289 kodlu mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, həmin insanların kütlə yerində dayandığı yerə və ətrafa baxaraq axtarmış, lakin həmin mobil telefonunu tapa bilməmişdir. Artıq başa düşmüşdür ki, mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra 12 may 2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi barədə yaxınlıqda olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gələrək orada onun mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra oradan polis əməkdaşları ilə birlikdə onun mobil telefonu oğurlandığı ünvana gəlmişlər və orada bir daha polis əməkdaşlarına mobil telefonunun oğurlandığı hadisə yerini göstərmişdir. Ona məxsus üzərində dəyəri 10 manat olan ***-***-**-** GSM nömrəsi olan və 700 manat dəyərində olan «İphone 13 Pro Max» markalı İMEİ; **********72289 kodlu mobil telefonunun baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 710 manat məbləğində maddi ziyan dəymiş, başqa heç bir maddi ziyan dəyməmişdir. 13 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinin tərkibi əlamətləri olduğundan faktlar üzrə cinayət işi başlanılmışdır. 13 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. 13 may 2025-ci il tarixdə X21 şübhəli şəxs qismində tutulmuşdur. 15 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 15 may 2025-ci il tarixdə X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 4(009)-241/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 4(009)-240/2025 saylı qərarı ilə X21 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarıns əlavə edilmiş "xxxx" MMC-nin arayışından görünür ki: - Təqdim edilmiş 01 ədəd “İphone 13 Pro Max” markalı və modelli, Çin istehsalı olan, İOS 15.0 işlətim sistemli, 6GB Ram. 12 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan 01 ədəd mobil telefonun 2025-ci il may ayı üçün orta bazar qiyməti 600 manat təşkil edir. - Təqdim edilmiş 01 ədəd “İphone 15 Pro” markalı və modelli, Çin istehsalı olan, İOS 15.0 işlətim sistemli, 6 GB Ram, 48 MP fotokameraya malik, 128 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan 01 ədəd mobil telefonun 2025-ci il may ayı üçün orta bazar qiyməti 1600 manat təşkil edir. - Təqdim edilmiş 01 ədəd “İphone 11” markalı və modelli, Çin istehsalı olan, İOS 13.0 işlətim sistemi, 4 GB Ram, 12 MP fotokameraya malik, 64 GB yaddaş həcmi olan, işlənmiş və saz vəziyyətdə olan 01 ədəd mobil telefonun 2025-ci il may ayı üçün orta bazar qiyməti 300 manat təşkil edir. 21 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 ədəd “İphone 15 Pro”, 01 ədəd “İphone 13 Pro Max” və 01 ədəd “İphone 11” markalı mobil telefonlar cinayət işi üzrə maddi sübut kimi hesab edilmiş və istintaq dövründə qanuni sahiblərinə qaytarılması nəzərə alınmışdır. 23 iyun 2025-ci il tarixdə X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 23 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Nürəddin oğlunun ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər X15 Respublikasının vətəndaşları X21 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin ifadəsi və iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, zərərçəkmiş şəxslərin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, X21 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X13 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, X21 özünü təqsirli bilib əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, eləcə də dəymiş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən X21 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə X17 azadlığının faktiki olaraq 13 may 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X21 X15 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilib əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini və dəymiş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 13 may 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 X15 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər X13 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi 01 ədəd “İphone 15 Pro”, 01 ədəd “İphone 13 Pro Max” və 01 ədəd “İphone 11” markalı mobil telefonların cinayət işi üzrə istintaq dövründə qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər X21 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. X21 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X21 X15 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 X15 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 15 Pro”, 01 ədəd “İphone 13 Pro Max” və 01 ədəd “İphone 11” markalı mobil telefonların cinayət işi üzrə və istintaq dövründə qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 407 (dörd yüz yeddi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən X17 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X17 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar