Məhkəmə qərarları › İş №1(009)-287/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-287/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-287/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 noyabr 2023-cü il tarixdə saat 12.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən 229 saylı orta məktəbin yaxınlığında əvvəllər tanıdığı, həmin məktəbdə idman müəllimi işləyən Zərərçəkmiş şəxs2 məxsus “X7 9” markalı mobil telefonu sonuncudan danışmaq adı ilə alıb diqqətindən yayınaraq həmin ərazidən bir qədər uzaqlaşdıqdan sonra qanunsuz ələ keçirdiyi həmin mobil telefonda olan “ABB” mobil bank tətbiqinə daxil olamaqla internet üzərindən Zərərçəkmiş şəxs2 adına 1000 manat kredit rəsmiləşdirib, həmin məbləğdən 995 manatı nağdlaşdırıb götürərək elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 995 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 20 aprel 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 ilə ünvan 4 ünvanında yerləşən “Cinema Plaza” otelin dördüncü mərtəbəsində 01 saylı otaqda olan zaman Zərərçəkmiş şəxs1 diqqətinin yayınmasından istifadə edib, sonuncuya məxsus üzərində 10 manat dəyərində mobil telefon nömrəsi olan 01 ədəd 460 manat dəyərində **********48921 və **********48939 İMEİ kodlu “Redmi Note 12 MİNT qreen 4GB Ram 128GB ROM” markalı mobil telefonu və 01 ədəd 400 manat dəyərində qızıl boyunbağını otaqdakı masanın üzərində olan əl çantasından gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 22 aprel 2023-cü il tarixdə saat 05 radələrində tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə ünvan 5 ünvanında yerləşən “Cyber Arena” adlı internet klubda olarkən, sonuncunun ona qarşı olan etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs3 sonuncuya məxsus “Samsung A53” markalı mobil telefonu danışmaq adı ilə alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs3 diqqətindən yayınaraq oradan uzaqlaşıb verdiyi vədə əməl etməyib aldatmaqla üzərində ümumi qiyməti 35 manat olan 02 ədəd mobil telefon nömrəli, 11 mart 2023-cü il tarixdə “Kontakt Home” mağazasından kredit müqaviləsinə əsasən 1382 manat 99 qəpiyə alınmış “Samsung A53” markalı mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 1417 manat 99 qəpik dəyərində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əhmədlə hadisədən 5-6 gün əvvəl tanış olmuşdur, onunla hadisəni törətdiyi Səbail rayonu Malakan Bağının yanında olan “Cyber Arena” adlı internet klubda tanış olmuş, aralarında yoldaşlıq münasibəti olmuşdur. Hərdən bir həmin internet klubda görüşmüş və orada internet oyunları ilə məşğul olurdu. Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 90 mənzil 36 ünvanında özündən başqa iki qardaşı və anası ilə birlikdə kirayədə qalır. Kirayə pulunu çətinliklə verirdilər. Ona görə də məcbur olub pul əldə etmək üçün qanunsuz yollara əl atmağa başlamışdır. Əhmədlə tanış olandan bəri onun “Samsung A53” markalı mobil telefonu olmasını bilmişdir. 21 aprel 2023-cü ildə saat təxminən 21 radələrində Əhmədlə “Cyber Arena” adlı intemet klubda görüşmüş, orada internetdə oyunlar oynamışlar. Həmin zaman səhərə yaxın Əhmədin mobil telefonu ilə kiminləsə danışmaq adı ilə alaraq telefonda guya danışa-danışa internet klubdan çıxıb oradan uzaqlaşmışdır. Bunu etməkdə fikri Əhmədin mobil telefonun ələ keçirib satmaq və əldə etdiyi pul ilə öz şəxsi ehtiyaclarını ödəmək olmuşdur. Həmin internet klubdan çıxdıqdan sonra telefonun üstündə olan nömrəni çıxardaraq xatırlamadığı ünvanda küçəyə tullamışdır. Həmin gün internet klubdan çıxdıqdan sonra “Sahil” bağına gedib orada gözləmiş, həmin gün saat 11 radələrində Mema Əcəmi metrostansiyası yaxınlığında olan mobil telefon alış-verişi ilə məşğul olan mağazaya gedib orada Əhmədə məxsus mobil telefonu ilk dəfə gördüyü bir oğlana maddi cəhətdən pula ehtiyacının olmasını və mobil telefonun da özünə məxsus olmasını bildirərək inandırmış və həmin telefonu satmaq istədiyini söyləmişdir. Telefonu 250 manata satmışdır. Bu zaman həmin oğlan ondan şəxsiyyət vəsiqəsinin istəmiş, o da üzərində olan şəxsiyyət vəsiqəsini çıxardıb ona vermişdir. Əhmədə məxsus mobil telefonu satdıqdan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İlk dəfə idi ki, belə bir hadisə edirdi, bundan əvvəl belə bir hadisə etməmiş idi. Əhmədin telefonunu kredit yolu ilə aldığını bilirdi. Həmin mobil telefonu mağazada satan zaman alıcı da satdığı mobil telefonu yoxladıqdan sonra ona telefonun kreditdə olduğunu demiş, o da ona həmin telefonu kreditlə aldığını bildirmişdir. Röya ilə Nərimanov rayonunda, Heydər Əliyev adına Mərkəzin yaxınlığında yerləşən parkda tanış olmuşdur və aralarında münasibət yaranmışdır.Təxminən bir həftəyə qədər müddətə onunla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. 20 aprel 2023-cü il tarixdə Röyaya sürpriz edəcəyini deyərək onu Nəsimi rayonu, S.Vurğun küçəsi 934 ünvanında yerləşən “Cinema Plaza” adlı otelə dəvət etmişdir. Həmin gün Röya ilə günorta saatlarında “Cinema Plaza” otelinə getmiş, orada 4-cü mərtəbədə yerləşən otaqların birinə daxil olmuş, bir müddət filmə baxmış və söhbət edərək meyvə şirəsi içmişlər. Həmin epizod üzrə əməldə özünü ona görə qismən təqsirli bilir ki, həmin zaman Röya ilə aralarında hər hansı cinsi əlaqə olmamışdır. Otaqda bir qədər olduqdan sonra Röyaya aptekə ağrıkəsici dərman alıb gələcəyini bildirmiş və həmin zaman Röyanın masanın üzərinə qoyduğu “Redmi Note 12” markalı mobil telefonu cibinə qoyaraq otağı tərk etmişdir. Röyanın hər hansı digər əşyasını oğurlanmamışdır. Röyanın onun qızıl əşyasının oğurlamağı barədə dedikləri tamamilə yalandır. Röyanın mobil telefonun götürüb oteli tərk etmiş və zəng etmək üçün telefona üzərində olan özünə məxsus mobil nömrəni taxmışdır ki, telefon əlaqəsi saxlaya bilsin. Zərərçəkmiş şəxs2 Vahid oğlunu 2014- 2018-ci illərdə Nizami rayonu ərazisində yerləşən 229 saylı orta məktəbdə oxuyan zaman həmin məktəbin idman müəllimi kimi tanımışdır, həmin şəxslə aralarında müəllim-şagird münasibətləri olmuşdur. 29 mart 2023-cü il tarixdə günorta satlarında məktəbin arxasında olan zaman keçmiş müəllim Əliağanı görmüş, maddi sıxıntıları olduğundan onun mobil telefonunu ələ keçirmək qərarına gəlmiş, ona görə də aralarında olan səmimi münasibətlərdən istifadə edərək Əliağa müəllimin istifadəsində olan “X7 9” markalı mobil telefonu alaraq oradan uzaqlaşaraq çıxıb getmişdir. 30 mart 2023-cü il tarixdə Əliağa müəllimin mobil telefonuna baxan zaman orada “ABB” mobil bank tətbiqini görüb mobil tətbiqə daxil olaraq internet vasitəsilə kartın limitində olan pulu görüb nağdlaşdırmaq üçün tanımadığı şəxslərin kartına atmışdır, sonra da onlardan geri istəmişdir. Bir neçə gün sonra gecə saatlarında tanış olduğu Sultan adlı şəxsi Səbail rayonu, Xəqani bağının yaxınlığında taksi ilə yola salan zaman Əliağa müəllimin telefonu səhvən Sultanın çantasında qalmış, Sultan onu tapa bilmədiyindən telefonu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə təhvil vermişdir. Bölmənin əməkdaşları isə telefonu sahibi Əliağa müəllimə qaytarmışlar. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə Sahil metrosunun yanında olan “Kontakt-Home” mağazasında aylıq ödənişlə, yəni kredit yolu ilə cəmi 1382 manat 99 qəpik olan “Samsung A53” markalı mobil telefon almışdır. Həmin telefona görə ayda 115 manat kredit pulu ödəyirdi. Qeyd olunan mobil telefonun 2023cü ilin aprel ayı üçün olan 115 manat ödəniş haqqını vermiş idi. Özü üçün “Wolt” şirkətində öz şəxsi istifadəsində olan “ZX 50 markalı” mopedlə kuryer kimi işləyən zaman həmin mobil telefondan istifadə edirdi. Həmin mobil telefonunun üzərində iki ədəd özünə məxsus iki ədəd mobil telefon nömrələrinə cəmi 35 manat pul vermişdir. İş rejimi gündəlik olmaqla hər gün səhər saat 09-da başlayır, axşam da saat 21 radələrinə kimi davam edir. Hadisədən bir neçə gün əvvəl Fuad adlı oğlanla tanış olmuş, aralarında yoldaşlıq münasibəti yaranmış, ona görə də hərdən bir “Cyber Arena” adlı, hadisə törədilmiş internet klubda görüşmüşlər. Hadisə baş verən gün, yəni 21 aprel 2023-cü ildə saat təxminən 21 radələrində Səbail rayonu Malakan Bağının yaxınlığında olan “Cyber Arena” adlı internet kluba getmişdir. Həmin internet kluba gedəndən sonra Fuad da həmin internet kluba gəlmiş, orada onunla görüşmüş və ikisi də internet stollarındakı yanaşı masalarda əyləşərək oyunlar oynamışlar. Həmin zaman “Samsung A53” markalı mobil telefonda istifadəsində olmuşdur. Orada olanda Fuad əlində olan mobil telefonu görüb bu barədə soruşduqda telefonu kredit yolu ilə almağını demişdir. Həmin təxminən saat 05 radələrində Fuad yaxınlaşaraq onun mobil telefonu ilə evləri ilə danışmaq istədiyini bildirmişdir. Fuadla tanışlıq münasibəti olduğundan ona etiraz edə bilməmiş və telefonu danışmaq üçün Fuada vermişdir. Bu zaman Fuad telefonu götürərək harasa zəng etmiş, bir müddət klubda danışmış, sonra isə danışığını davam edərək danışadanışa pilləkənlə aşağı düşmüşdür. Həmin zaman o, kompyuterdə oyununa davam edirdi. Bundan az bir müddət keçdikdə Fuadın gəlmədiyini görüb yerindən durub ətrafa baxdıqda Fuadın orada olmadığını görmüşdür. Bu zaman Fuad onun telefonunu oğurladığını başa düşmüş və orada olan başqa bir oğlandan mobil telefonu götürərək bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş, həmin hadisə ilə bağlı məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, dəymiş ziyan ona hissə-hissə ödəniləcək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin aprel ayının ortalarında Nərimanov rayonu, X3rşısında yerləşən parkda voleybol oynayan zaman tanış olmuşdur, aralarında sevgi münasibətləri yaranmış, bir həftə müddətində Fuadla “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə danışıb əlaqə saxlamışlar. 20 aprel 2023-cü il tarixdə Fuad surpriz edəcəyini bildirmiş və görüşmək istədiyini demişdir. Həmin gün günorta saatlarında Fuadla Nərimanov metrostansiyasının yaxınlığında görüşmüş, ilk olaraq onunla Nəsimi rayonunda Səməd Vurğun küçəsində adını xatırlamadığı restoranda oturub yemək yemiş, bundan sonra Fuad sürpriz olan yerə aparacığını bildirmiş və ünvan 6 ünvanında yerləşən “Cinema Plaza” adlanan yerə aparmışdır. Həmin otelə daxil olduqda Fuad qeydiyyatda söhbət etmiş və 4-cü mərtəbədə otağa daxil olmuşlar. Otağa daxil olduqda orada çarpayı görmüş və Fuada hansı səbəbdən belə bir yerə gətirməsini soruşduqda Fuad isə sürprizin elə buranın olmasını və sadəcə uzanıb filmə baxacaqlarını bildirmişdir. Bundan sonra Fuad nəsə içmək istəyib istəmədiyini soruşmuş, o isə meyvə şirəsi içmək istəmədiyini bildirmişdir. Fuad israrla meyvə şirəsi sifariş vermiş, bir qədər meyvə şirəsi qəbul etmişdir. Bundan sonra Fuadla çarpayıya uzanaraq filmə baxmağa başlamışlar. Həmin zaman Fuad televizorda pornoqrafik videolara açdıqda ona etiraz etmiş və belə görüntülərə baxmaq istəmədiyini bildirmişdir. Bundan sonra Fuad musiqi qoşduqda bir neçə dəqiqəlik yuxuya getmişdir. Fuada oteldən çıxdıqdan sonra aptekdən dərman almasını xahiş etmiş, o isə etiraz etməyərək otaqda gözləməyi və otelin qeydiyyat hissəsindən dərman götürəcəyini demişdir. Fuad bu adla otağı tərk etmiş, bir müddət gözləsə də, Fuad gəlməmişdir. Həmin vaxtı özü ilə gətirdiyi çantasına baxdıqda çantada özünə məxsus 400 manat dəyərində qızıl sep boyunbağının və otaqda televizorun yanına qoyduğu bir ay öncə 460 manata aldığı “ REDMİ NOTE 12” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Həmin zaman otelin işçilərindən Fuad haqqında soruşduqda Fuadın özünə məxsus şəxsiyyət vəsiqəsini götürərək oteli tərk etdiyini bilmişdir. Bundan sonra bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qızıl boyunbağı 10 il əvvəl 450 manata alınmışdır, mobil telefon hadisədən bir ay əvvəl kreditlə 512 manata alınmış idi. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, dəymiş ziyan ona hissə-hissə ödəniləcək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Nizami rayonu ərazisində yerləşən 229 saylı orta məktəbdə idman müəllimi işləyir. Həmin məktəbdə oxuyan Təqsirləndirilən şəxs şagirdi olmuşdur, onunla aralarında müəlli-şagird münasibətləri yaranmışdır. 29 mart 2023-cü il tarixdə günorta saatlarında məktəbin arxasında olan zaman keçmiş şagirdi Fuad məktəbin həyətinə gələrək onunla görüşmüş, həmin zaman onun əlində üzərində hər birini 10 manata aldığı iki mobil nömrə olan və iki il bundan əvvəl 450 manata almış olduğu “X7 9” markalı mobil telefonu olmuşdur. Həmin zaman Fuad qardaşı ilə telefon əlaqəsi yaratmaq üçün mobil telefonunu istəmişdir. Aralarında olan səmimi münasibətləri nəzərə alaraq şübhələnmədən öz mobil telefonunu kodunu daxil edərək açmış və danışmaq üçün Fuada vermişdir. Fuad danışmaq adı ilə bir qədər aralanmış, təxminən 10- 15 saniyə keçmiş, Fuad telefonun bağlandığını bildirərək telefona daxil olma kodunu soruşmuş, bu dəfə də heç bir şeydən şübhələnmədən telefonunun kodunu Fuada demişdir. Fuad telefonu koddan çıxarıb danışı-danışa oradan uzaqlaşmışdır. Bir müddət keçmiş Fuadın geri qayıtmadığını görüb onun telefonu oğurladığını başa düşmüşdür. Bundan sonra hadisə ilə bağlı şikayət etmişdir. 30 mart 2023-cü il tarixdə onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər, polis bölməsinə gedərək öz telefonunu saz vəziyyətdə təhvil almışdır. 11 aprel 2023-cü il tarixdə mobil telefonuna “ABB” tərəfindən mesaj göndərilmişdir. Mesajda banka 1000 manat kredit borcu olduğu qeyd olunmuşdur. Bundan əvvəl yarışda olduğundan həmin gün deyil, onun səhəri günü, yəni 12 aprel 2023-cü il tarixdə “ABB”nin qaynar xəttinə zəng vuraraq heç bir kredit götürmədiyini, nəyə görə kredit borcu yarandığını soruşmuşdur. Bu zaman məluım olmuşdur ki, Fuad telefonunda olan “ABB” mobil bank tətbiqinə daxil olaraq telefon kodunu daxil etməklə internet vasitəsilə 1000 manat kredit götürmüşdür. Bundan sonra 102 xidmətinə müraciət etmiş və sonradan hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, dəymiş ziyan ona hissə-hissə ödəniləcək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. 26 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus “Samsung A53” markalı mobil telefonu danışmaq adı ilə aldadaraq ələ keçirməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi başlanılmışdır. 26 aprel 2023-cü il tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 27 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 28 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir 28 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 29 aprel 2023-cü il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 30 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 17 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1nn şikayəti əsasında Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 17 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti faktına görə 29 aprel 2023-cü tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən sonuncu cinayətin baş verdiyi ərazi üzrə, eyni şəxs barəsində Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə başlanmış ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 31 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 26 iyun 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin mmüstəntiqi Anar Bağırov tərəfindən Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi, onun barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 177.2.3-1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət təqibinin ********* nömrəsi altında aparılması qərara alınmışdır. 19 iyul 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22 iyul 2023-cü il tarixdə X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 177.2.3-1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət təqibinin bir icraatda- ********* nömrəsi altında aparılması qərara alınmışdır. 22 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 178.1, 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. 26 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-511/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 29 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. 15 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələrinə tövsif edilmiş və X2 ərizəsi əsasında istintaq olunan cinayət təqibinə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. 16 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir,dəymiş ziyan ona hissə-hissə ödəniləcəkdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir,dəymiş ziyan ona hissə-hissə ödəniləcəkdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir,dəymiş ziyan ona hissə-hissə ödəniləcəkdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni Zərərçəkmiş şəxs1 məxsus qızıl boyunbağını oğurlamaması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, eləcə də zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək, 29 aprel 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək, yəni 07 (yeddi) ay 01 (bir) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 02 (iki) ay 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.2ci maddələri ilə 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ğlunun 26 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək, 29 aprel 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək, yəni 07 (yeddi) ay 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 02 (iki) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar