Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-287/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi nömrəsiz fərdi həyət evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 ona qarşı yarnmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla vahid niyyətlə əhatə olunan qəsdlə 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14A ünvanında yerləşən 6 saylı notariat ofisində 7.800 (yeddi min səkkiz yüz) manat pulu və 2023-cü ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən “Bravo” marketin qarşısında 6.200 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 xeyli miqdarda, ümumulikdə 14000 (ön dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdğı Zərərçəkmiş şəxs4 ona qarşı yarnmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində 7.800 (yeddi min səkkiz yüz) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 qızma həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 bacısı X20 vasitəsilə 7.800 (yeddi min səkkiz yüz) manat nağd pulunu 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı poliklinikada sonuncudan alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 7800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 2023-cü ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı poliklinikada 7.800 (yeddi min səkkiz yüz) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 7800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Hicran adlı qadının vasitəsi ilə tanıdğı Zərərçəkmiş şəxs7 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 10.000 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində 10.000 (on min) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs7 qızma həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Hicran adlı qadının vasitəsi ilə tanıdığı Şahid2 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.500 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində 7.500 (yeddi min beş yüz) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs Şahid2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona cəmi 13.300 manat verəcəkləri təqdirdə özünə və tanışı Fərman Xasmətova həmin kompleksdən onlar üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə- bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 12 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi 100 ünvanında yerləşən yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs6 13.300 (on üç min üç yüz) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla faktiki olaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 13.300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Eldəniz adlı şəxsin vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs8 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 10.000 manat pul verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 183 ünvanında 10.000 (on min) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs8 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Eldəniz adlı şəxsin vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs9 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, özünə görə 5500 manat, tanışı Zərərçəkmiş şəxs11 və sonuncunun qardaşı X6 görə isə 20.500 manat olmaqla cəmi 26.000 manat pul verəcəkləri təqdirdə onlar üçün həmin kompleksdən şərəfəli qiymətə 3 ədəd mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, vahid niyyətlə əhatə olunan qəsdlə həmin adla 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 528 ünvanında yerləşən 53 saylı notariat ofisində, Zərərçəkmiş şəxs9 məxsus 5500 manat və Zərərçəkmiş şəxs11 məxsus olan 20500 manat olmaqla, ümumilikdə 26.0 (iyirmi altı min) manat nağd pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla faktiki olaraq Zərərçəkmiş şəxs9 5500 manat və Zərərçəkmiş şəxs11 isə 20500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Hicran adlı qadının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs10 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində 7.800 (yeddi min səkkiz yüz) manat nağd pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs10 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncunu Bakı şəhəri, Yasamal rayonu, X34 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində güzəştli ipoteka şərtləri ilə mənzil təşkil etmək imakına malik olduğuna inandırıb, ona 7.800 manat pul verəcəyi təqdirdə həmin kompleksdən onun üçün şərəfəli qiymətə mənzil təşkil edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib, həmin adla 24 avqust 2024-cü mən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı Şəhər Poliklinikasının yaxınlığında 7.800 (yeddi min, səkkiz yüz) manat nağd pulunu aldıqdan sonra, Zərərçəkmiş şəxs5 işin alınmasına şübhə ilə yanaşıb, təkidlə pulunu geri tələb etdikdən sonra həmin məbləğdən 5.000 manatı 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu K.Kazımzadə 118 ünvanında yerləşən Gömrük Hospitalının qarşısında geri qaytarsa da, yenidən həmin vədini yerinə yetərəcəyinə dair sonuncunu inandırıb, vahid niyyətlə əhatə olunan qəsdlə həmin 5.000 manat nağd pulunu 07 fevral 2024-cü il tarixdə ünvan 13 ünvanının qarşısında alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 ümumilkdə 7.800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 da onun həyat yoldaşı X7 qardaşı, yəni onun qaynıdır. Kəmalə Quliyeva ilə 2008-ci il tarixdən 2020-ci il tarixə kimi rəsmi nikahda olmuşlar, birgə nikahdan 2009-cu il təvəllüdlü oğlan övladı dünyaya gəlmişdir. Lakin sonradan nikahları müəyyən səbəblərə pozulsa da, onlar faktiki olaraq birlikdə yaşamışdırlar. Cavid hazırki vaxta kimi “Promedia” şirkətlər qrupunun təsisiçisi və direktorudur. O, şəkərli diabet xəstəsi olduğu üçün xəstəliyi ilə əlaqədar olaraq qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı polikilinikaya gedib-gəlmişdir Həmin polikilinikaya gedib gəldiyi vaxtlardan orada tibb bacısı kimi çalışan Zərərçəkmiş şəxs1 ilə aralarında əlaqə yaranmışdır. Bundan sonra Məleykə söhbət əsnasında ona bildirmişdir ki, tanışları vasitəsilə “MİDA”-da insanlara ev düzəldə bilir, əgər istəyirsə ona da düzəldə biləcəyini demişdir. Məleykə də ona da bildirmişdir ki, özü üçün ev almaq istəyən şəxsləri ona yönəldəcək və şəxs üçün 2.000 (iki min) manat alacaq. O da Məleykənin bu təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra 20 iyul 2023-cü il tarixdə Məleykə ona bildirmişdir ki, Radə adlı bir tanışı var, həmin qadın mənzil almaq istəyir. O da Məleykədən həmin qadının mobil nömrəsini alıb əlaqə saxlayan zaman Radə adlı qadın ona 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O Radə ilə işin detallarını danışan zaman ona bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra o bildirmişdir ki evin düzəldilməsi ilə 7.800 (yeddi min səkkiz yüz) manat pul lazımdır. Zərərçəkmiş şəxs4 ilə bu barədə danışdıqdan sonra onlar məbləğlə bağlı razılığa gəlmişdir. Bundan sonra həmin qadın ona pulu verəcəyini, lakin özünün ona pulu verməyini təsdiq edən bir müqavilə bağlamaq istədiyini bildirmişdir. Bundan sonra o Radə ilə razılaşmış və 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində Zərərçəkmiş şəxs4 ilə görüşmüşdür. Həmin görüş vaxtı onun Zərərçəkmiş şəxs4 ona “MİDA^-da mənzil alnmasma köməklik olunması ilə bağlı sonuncudan pul almağımı tənzimləyən müqavilə olmadığı üçün onlar arasında kredit müqaviləsi bağlanmışdır. Bundan sonra o, Radədən 7.800 (yeddi min səkkiz yüz) manat pulu almış və orada da Radəyə bildirmişdir ki, bu işləri özü həll edir və ən gec 3 ay müddətinə mənzillə təmin olacaqdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 Dilavər adlı başqa bir tanışının 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, həmin şəxsin mobil nömrəsini Məleykədən alıb 14 iyul 2023-cü il tarixdə onunla əlaqə saxlamış, danışıq zamanı o, Dilavərə bildirmişdir ki, mənzil məsələsini həll edir və bu iş üçün 7.800 (yeddi min səkkiz yüz) manat pul lazımdır. O, Dilavər ilə bu barədə ətraflı danışdıqdan sonra razılığa gəlmişdirlər və 15 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14A ünvanında yerləşən 6 saylı notariat ofisində görüşmüşdürlər. Dilavər ona bildirmişdir ki, pulu ona versə də, həmin məbləği ona verdiyini təsdiq edən bir müqavilə bağlamaq istəyir. O Dilavərə etiraz etməmişdir. Lakin Dilavərin ona mənzillə bağlı pul verməsini tənzimləyən bir müqavilə olmadığı üçün onlar həmin tarixdə, qeyd olunan notariat ofisində sonuncu ilə Dilavərin ona 7.800 (yeddi min səkkiz yüz) manat verməsi ilə bağlı kredit müqaviləsi imzalamışdırlar. O, pulu aldıqdan sonra orada Dilavərə bildirmişdir ki, bu işi o həll edəcək və ən geci 3 ay müddətinə mənzillə təmin olunacaq. Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, ittiham aktına əsasən Zərərçəkmiş şəxs3 2023-cü ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən “Bravo” marketin qarşısında 6.200 manat pulu almaqla bağlı olan hissəni qəbul etmir və qeyd edilən məbləği almamışdır. O Zərərçəkmiş şəxs3 bir dəfə yəni, 14 iyul 2023-cü il tarixdə mənzil məsələsinin həll edilməsi ilə əlaqədar 7.800 (yeddi min səkkiz yüz) manat pul almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 27 iyul 2023-cü il tarixdə onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs2 adlı tanışının ev almaq istədiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 həmin şəxsin mobil nömrəsini almış və onunla əlaqə saxlamışdır. Onlar Muradla mənzil barəsində danışan zaman, o Murada mənzil üçün 7.800 (yeddi min səkkiz yüz) manat pul lazım olduğunu və bu işi o həll edəcəyini bildirmişdir. O, bu məsələ barədə ətraflı danışdıqdan sonra Murad ona bildirmişdir ki, pulu bacısı poliklinikada, Zərərçəkmiş şəxs1 yanında verəcək. Buna görə də 28 iyul 2023-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı poliklinikaya getmişdir. Orada Zərərçəkmiş şəxs1 yanında olan zaman Zərərçəkmiş şəxs2 bacısı Arzu Şahbazova oraya gəlmişdir. O, X25 Ağabəyova 3 otaqlı mənzil almasına köməklik edilməsi ilə bağlı 7.800 (yeddi min səkkiz yüz) manat pulu almış və ona bildirmişdir ki, bu işi o həll edəcək və qardaşı ən geci 3 ay müddətində mənzil ilə təmin olunacaqdır. Bundan başqa. Zərərçəkmiş şəxs1 özünə 3 otaqlı ev almaq istədiyini bildirmişdir. O Məleykəyə bu işi özünün həll edəcəyini bildirmişdir. Bu iş üçün 7.800 (yedi min səkkiz yüz) manat pul lazım olduğunu bildirmişdir. O, bununla bağlı Məleykə ilə əlaqə saxlamış və ona lazım olan məbləğ barədə məlumat vermişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 ilə bu barədə razılaşmışdırlar. Bundan sonra o, 2023-cü ilin avqust ayında yenidən xəstəliyi ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanımda yerləşən 16 saylı polikilinikaya gedən zaman elə orada Zərərçəkmiş şəxs1 ilə görüşüb ondan 7.800 (yeddi min səkkiz yüz) manat pulu almışdır. Bu zaman Məleykə ona bildirmişdir ki, o özüdə pul verir və digər şəxsləri də özü gətirir. Bundan sonra o, Məleykəyə da ən geci 3 ay müddətində mənzillə təmin olunacağı barədə vəd vermişdir. Bundan başqa o, Hicran adlı tanışı ilə söhbət əsnasında ona “MİDA”-da ev alınmasına köməklik göstərməsini demiş. Əgər ev almaq istəyən olarsa bu işlə bağlı müraciət edə biləcəyini bildirmişdir. O, bundan başqa ona ümumilikdə ev almaq istəyən adınları ona yönləndirməsinə görə 500 (beş yüz) manat pul vermişdir. Bundan sonra Hicran ona Vəsilə adlı bir tanışının 3 otaqlı ev almaq istədiyini bildirmişdir. O da Hicrandan həmin şəxsin mobil nömrəsini alıb əlaqə saxlamışdır. O, Vəsilə ilə telefon vasitəsi ilə danışan zaman bu işi özünün həll etdiyini və bu iş üçün 7.800 (yeddi min səkkiz yüz) manat pul lazım olacağını demişdir. Lakin həmin qadın evi kreditlə yox nağd almaq istədiyini bildirmişdir. O da Vəsiləyə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. O, Vəsiləyə bildirmişdir ki, əgər nağd almaq istəyirsə ilkin olaraq 10.0 (on min) manat, ev alınıb sənədləşdirməyə gedən zaman isə 65.000 (altımış beş min) manat ödəyəcəkdir. Zərərçəkmiş şəxs7 onunla razılaşmış və pulu hazır edib gətirəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs7 ilə 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində görüşmüşdür. Vəsilə ona bildirmişdir ki, pulu ona verdiyini təsdiq edən müqavilə bağlamaq istəyir. O da Vəsilə ilə razılaşmışdır. Lakin Vəsilənin ona, mənzil alınması ilə bağlı pul verməsini tənzimləyən bir müqavilə növü olmadığı üçün Zərərçəkmiş şəxs7 ona 10.000 (on min) manat pul verməsini təsdiqləyən kredit müqaviləsi bağlamışdırlar. Bundan sonra o Vəsiləyə də bu işi özü həll edəcəyini və ən geci 4 ay müddətinə mənzillə təmin olunacağını bildirmişdir. Bundan başqa, 24 oktyabr 2023-cü il tarixdə Hicran adlı tanışı ona bildirmişdir ki, Şahid2 adlı tanışı mənzil almaq istəyir. O da Hicrandan Şahid2 mobil nömrəsini aldıqdan sonra onunla əlaqə saxlamış və onlar mənzilin alınma şərtləri barədə danışmağa başlamışdırlar. Tünzal ona 2 otaqlı mənzi almaq istədiyini bildirmişdir. O da Tünzala bu işi özünün həll edəcəyini və mənzilin alınması üçün 7500 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar mənzil barədə ətraflı danışıb razılığa gəlmişdirlər. 25 oktyabr 2023-cü il tarixdə o, Şahid2 ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində görüşmüşdürlər. Həmin görüş zamanı Tünzal ona bildirmişdir ki, özünün ona pul verməsini təsdiqləyən müqavilə bağlamaq istəyir. O da Tünzala etiraz etməmişdir. Lakin Tünzalın ona, mənzil alınması ilə bağlı pul verməsini tənzimləyən bir müqavilə növü olmadığı üçün Zərərçəkmiş şəxs7 ona 7500 (yeddi min beş yüz) manat pul verməsini təsdiqləyən kredit müqaviləsi bağlamışdırlar. Bundan sonra o Tünzaldan 7500 (yeddi min beş yüz) manat pulu almış və ona bildirmişdir ki, mənzilin həlli məsələsini özü həll edəcək və ən geci 3 ay müddətində mənzillə təmin olunacaqdır. Bundan başqa 11 noyabr 2023-cü il tarixdə Məleykə ona zəng edərək tanışı Zərərçəkmiş şəxs6 üç otaqlı mənzil almaq istədiyini demişdir. Məleykə ona Nərimanın istifadəsində olan mobil nömrəni göndərmişdir. O da Nərimana zəng edib danışmış və ona bildirmişdir ki, bu işi özü həll edir. Onlar ətraflı danışan zaman Nəriman ona bildirmişdir ki, özü üçün 3 otaqlı, dostu üçün 2 otaqlı mənzil istəyir. O, 3 otaqlı mənzil üçün 7.800 (yeddi min səkkiz yüz) manat, 2 otaqlı mənzil üçün isə 5.500 (beş min beş yüz) manat lazım olduğunu demişdir. Onlar bu barədə danışmış və bu məsələ barədə razılığa gəlmişdirlər. Nəriman ilə telefon danışığından bir gün sonra 12 noyabr 2023-cü il tarixdə ünvan 14 ünvanında yerləşən yaşayış binasının qarşısında görüşmüşlər və orada Nəriman və dostu Fərman ona əlbəəl olaraq iki mənzil üçün cəmi 13.300 manat pul vermişdirlər. Həmçinin şəxsiyyət vəsiqələrinin foto şəklini də ona göndərmişdirlər. Bundan sonra o, onların ən geci 3 ay müddətində mənzillə təmin olunacaqlarını bildirmişdir. Bundan başqa özünün əvvəllər yaşadığı binanın aşağısında market işlədən Eldəniz adlı tanışı ilə söhbət əsnasında “MİDA”-da insanlara mənzil almağa kömək etdiyini və əgər istəyən olarsa ona yönləndirməsini demişdir. Bundan sonra Eldəniz ona zəng edərək Zərərçəkmiş şəxs9 adlı tanışının mənzil almaq istədiyini bildirmişdir. Mikayılla danışan zaman o bildirmişdir ki, özü ev almaq istəyir, lakin tanışı Ələddin də mənzil axtarır buna görə ilk ona köməklik etsin. O da Mikayıla etiraz etməmiş və təxminən noyabr ayının ortalarında ünvan 15 ünvanında yerləşən binanın həyətində Ələddin və Mikayılla görüşmüşdürlər. Ələddin ona 3 otaqlı mənzil almaq istədiyini bildirdikdən sonra o, Ələddinə bu işi özü həll edəcəyini və mənzilin düzəlməsi üçün 7.800 (yeddi min səkkiz yüz) manat pulun lazım olduğunu bildirmişdir. Ələddin də ondan artıq ödəniş etməyin mümkün olub-olmadığını soruşduqda o bunun mümkün olduğunu Əllədinə demişdir. Bundan sonra Ələddin 10.000 (on min) manat ödəmək istədiyini və əsas məbləğ 7.800 ödənidikdən sonra qalan məbləğin aylıq ipoteka ödənişlərindən çıxılmasım istədiyini bildirmişdir. O da Ələddinlə razılaşmış və Əhədindən 10.000 (on min) manat pulu alıb, ən geci 3 ay müddətinə mənzillə təmin olunacağını bildirmişdir. Bundan başqa Mikayıl da Ələddinin pulu verdiyini gördükdən sonra ona inanmış və 06 dekabr 2023-cü il tarixdə onunla əlaqə saxlayaraq özü üçün 2 otaqlı, dayısı oğulları Vahid Musatafayev və Fərid Musatafayev üçün hər birinə ayrıca 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O da Mikayıla bu işləri özü həll etdiyini demiş və 2 otaqlı mənzil üçün 5.500 (beş min beş yüz) manat, 3 otaqlı mənzilin hər biri üçün isə ayrılıqda 7.800 (yeddi min səkkiz yüz) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar mənzilin verilmə şərtləri barədə danışıb və razılığa gəlmişdirlər. 07 dekabr 2023cü il tarixdə Bakı şəhər, Yasamal rayonu Müdafiəçi küçəsi 528 ünvanında yerləşən 53 saylı notariat ofisində Mikayılla görüşən zaman Mikayıl ona bildirmişdir ki, özü dayısı oğullarına 2 mənzil üçün 26.0 (iyirmi altı min) manat verilməli olduğunu deyib, buna görə də 26.000 manatlıq müqavilə bağlamağı təklif etdi. O da Mikayıla etiraz etməmiş və onlar 26.000 manat verilməsini təsdiqləyən borc müqaviləsi imzalamışdırlar. Bundan sonra 26.000 manatı notariusun kassasından almışlar və oradan çıxdıqdan sonra o, əsas məbləğ 21.100 (iyirmi birmin yüz) manatı götürdükdən sonra qalan 3.900 (üç min doqquz yüz) manatı Mikayıla vermişdir. Mikayıl da bildirmişdir ki, bu da onun xeyridir. Bundan sonra o, Mikayıla mənzillərin ən geci 3 ay müddətinə veriləcəyini bildirmişdir. Bundan başqa Hicran adlı tanışı ona zəng edərək Zərərçəkmiş şəxs10 adlı tanışının mənzil almaq istədiyini bildirmişdir. O da Kamranın mobil nömrəsini Hicrandan alıb Kamran ilə əlaqə saxlamışdır. Onlar mənzil barədə danışan zaman Kamran ona 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, həmin mənzil məsələsini özü həll edəcəyini və bu iş üçün 7.800 (yeddi min səkkiz yüz) manat lazım olduğunu bildirmişdir. Bundan sonra Kamran onunla razılaşmışdır. Onlar 22 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində görüşmüşdürlər. Orada Kamran ona pulu verdiyini təsdiq edən bir müqavilə bağalayacaqlarını demişdir, o da Kamrana etiraz etməmişdir. Lakin onun Kamrandan mənzil məsələsini həll edəcəyinə dair pul almasını tənzimləyən müqavilə olmadığı üçün onlar borc müqaviləsi bağlayıb imzalamışdırlar. Bundan sonrao, Kamrandan 7.800 (yeddi min səkkiz yüz) manat pulu almışdır və ona ən geci 3 ay müddətinə mənzillə təmin olunacağını bildirmişdir. Bundan başqa Məleykə adlı tanışı ona zəng edərək tanışı Zərərçəkmiş şəxs5 adlı tanışının 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O da Məleykədən Vüqarın istifadəsində olan mobil nömrəsini almışdır və onunla əlqə saxlamışdır. Söhbət əsnasında Vüqara 3 otaqlı mənzil üçün 7.800 manat pulun lazım olduğunu bildirmiş və əlavə etmişdir ki, bu işi qaynı özü həll edəcəkdir. Onlar mənzil barəsində ətraflı danışıb razılığa gəlmişdirlər. Bundan sonra o, təxminən 2023-cü ilin sentyabr ayının ortalarında Vüqar ilə Məleykənin işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı poliklinikada görüşmüş və orada Məleykəni yanında 7.800 (yeddi min səkkiz yüz) manat pulu Vüqardan almışdır. Bundan sonra o, Vüqara mənzilin 3 ay müddətinə veriləcəyini desə də, 3 ay keçməsinə baxmayarq mənzil məsələsini həll etmədiyi üçün o, Bakı şəhəri, Yasamal rayonu K.Kazımzadə 118 ünvanında yerləşən Gömrük xidmətinin hospitalının qarşısında Vüqarla görüşüb ona 5.000 (beş min) manat pulu geri qaytarmışdır. Daha sonra o Vüqara yenə də mənzil istəyib-istəmədiyini soruşmuşdur. Vüqar ona mənzil istədiyini bildirmişdir və o, 07 fevral 2024-cü il tarixdə Vüqarla onun yaşadığı ünvan 18 ünvanın qarşısında görüşmüşdür. O Vüqarla görüşüb pulu aldıqdan sonra yenidən gözləməsini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlini qismən etiraf etdiyini, peşman olmasını, vurduğu ziyanları azadlığa buraxılacağı təqdirdə ödəyəcəyini, eyni zamanda Zərərçəkmiş şəxs3 epizotu üzrə ittiham aktına əsasən ümumilikdə dəymiş ziyanın 14000 manat olmasını qəbul etmədiyini və ondan sadəcə 7.800 manat pul aldığını və himayəsində azyaşlı uşağının olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 2023-cü ilin iyul ayının əvvəllərindən tanıyır. Belə ki, Məleykə söhbət əsnasında tanışının “MİDA” yaşayış kompleksində evlər olduğunu, kimsə istəyəcəyi təqdirdə həmin evləri ipoteka şərtləri ilə alıb verməkdə köməklik göstərə biləcəyini bildirmişdir. O, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zəng edib görüşmək istədiyini və mənzil məsələsi ilə bağlı danışmaq istədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı şəhər poliklinikasına getmiş və orada iş otağında Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Söhbət əsnasında Məleykə bir daha tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksində olan mənzilləri güzəştli ipoteka şərtləri ilə alıb verməkdə köməklik göstərdiyini, həmin şəxsə çox inandığını, onun etibarlı şəxs olmasını, ailə dostu olduqları üçün ona inana biləcəklərini, özünün cavabdeh olduğunu demişdir. Hətta Məleykə ona bildirmişdir ki, bu işin sonunda da mənzil verildikdən sonra ona 2.000 manat verməlidir. O, bununla razılaşdıqdan sonra həmin gün Məleykə oraya Kainatı çağırmış və Kainat da söhbət əsnasında Məleykənin dediklərini təsdiq etmişdir. O bundan sonra Kainata inanıb ona 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Kainat da bunun üçün 7.800 (yeddi min səkkiz yüz) manat lazım olduğunu demişdir. Onlar evin alınması barədə şərtləri danışdıqdan sonra Kainatdan onun mobil nömrəsini almışdır. 15 iyul 2023-cü il tarixdə Kainat ona zəng edərək pulu verməli olduğunu bildirdikdə o, Kainata pulu yalnız notariat ofisində müqavilə bağladıqdan sonra verə biləcəklərini demişdir. Kainat onunla razılaşmış və onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən 6 saylı notariat ofisində Kainat ilə görüşmüşdür. Orada mənzil alınmasına görə pul verilməsini tənzimləyən bir müqavilə olmadığı üçün onlar arasında kredit müqaviləsi bağlandıqdan sonra Kainat onun əvvəlcədən notariat ofisinin kassasına qoymuş olduğu 7.800 manat pulu götürmüşdür. 2023-cü ilin avqust ayının sonuna kimi Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksində olan binalardan üç otaqlı mənzil verəcəyinə bir daha söz vermişdir. Bundan sonra təxminən 2023- cü ilin sentyabr-oktyabr aylarında Kainat ona bildirmişdir ki, əvvəlki pulu verməsinə rəğmən, əgər mənzilin tez hazır olmasını istəyirsə əlavə məbləğ verməlidir. Hətta ona birlikdə mənzilə gedib baxmağı təklif etmişdir. O da Kainatla “MİDA” yaşayış kompleksinə gedərək orada mənzilə baxmışdır. O, bundan sonra ona inandığı üçün ünvan 3 ünvanında yerləşən “Bravo” marketin qarşısında Kainata əlbəəl 6.200 manat pul vermişdir. Lakin bir müddət sonra işlər alınmadığı üçün o, Kainatdan pulunu tələb etməyə başlamışdır. Lakin Kainat hər dəfəsində bir bəhanə ilə onun pulunu qaytarmamışdır. Bundan sonra o, bu işlə bağlı digər zərərçəkmiş şəxslərlə maraqlandıqda öyrənmişdir ki, Kainat ondan və digər zərərçəkmiş şəxslərdən aldığı pulları qaynı olan “Promedia” şirkətinin rəhbəri Şahid1 vermişdir. Lakin o, bu məsələ ilə bağlı Cavid ilə görüşməmişdir. Kainatın bu əməli nəticəsində ona ümumilikdə 14.000 manat maddi ziyan dəymişdir və həmin məbləğ hazırki vaxta kimi ona geri ödənilməmişdir. Həmçinin qeyd etmişdir ki, mənzil verilməsi məsələsi alınmadığı üçün o, Zərərçəkmiş şəxs1 verməli olduğu 2.000 manatı da verməmişdir. İfadəsində Təqsirləndirilən şəxs, ona “MİDA” yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasına köməklik göstərməsi üçün 7.800 (yeddi min səkkiz yüz) manat, sonradan isə 6.200 (altı min iki yüz) manat olmaqla ümumilikdə 14.000 (on dörd min) manat pul verdiyini bildirməsi, Təqsirləndirilən şəxs isə ifadəsində ondan bu məsələ ilə bağlı sadəcə olaraq 7.800 (yeddi min səkkiz yüz) manat pul aldığını və həmin pulu bu işi həll edən qaynı Şahid1 verdiyini bildirməsinə dair verilmiş suala cavab olaraq göstərmişdir, Təqsirləndirilən şəxs dedikləri yalandır. Bildirmişdir ki, o, 7.800 manatı Kainata versə də, sonradan 2023-cü ilin sentybar-oktyabr ortalarında Kainat mənzilin tez verilməsi üçün ondan əlavə olaraq pul istəmiş və o da Kainatla birlikdə gedib mənzilə baxdıqdan sonra Kainatın dediklərinə inanıb ünvan 3 ünvanında yerləşən “Bravo” marketin qarşısında əlavə 6.200 manat pulu vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 10 ildir ki, tanıyır. 2023-cü il tarixdə o, özü üçün Bakı şəhəri Yasamal rayonu ərazisində yeni tikili hündürmərtəbəli yaşayış binasından təmirli mənzil almaq istəmişdir. O, bu barədə öz tanışlarına məlumat vermişdir. O cümlədən Məleykənin də bu barədə məlumatı olmuşdur. 2023-cü ilin iyul ayında Məleykə ilə söhbət əsnasında işlədiyi 16 saylı şəhər poliklinikasına gələn tanışının, yəni Təqsirləndirilən şəxs Xoşbəx oğlunun Yasamal rayonu ərazisində yaşayış kompleksində mənzillər olduğunu, kimsə istəyəcəyi təqdirdə həmin evləri ipoteka şərtləri ilə alıb verməkdə köməklik göstərəcəyini bildirməsini demişdir. Bundan sonra o, Kainatın kim olmasını soruşmuş, Məleykə Kainatın “Promedia” şirkətinin rəhbəri Şahid1 qaynı olduğunu bildirmiş və bu işləri görməsində Kainat adlı şəxsin Cavidə kömək etdiyini, Kainatın pulu aldıqdan sonra Caivdə verdiyi bildirmişdir. O, Kainat adlı şəxslə danışan zaman ona 3 otaqlı mənzil istədiyini demiş, Kainat da , həmin mənzilin verilməsi üçün 7.800 manat pul lazım olduğunu bildirmişdir. O da Kainata işi gördükdən sonra, yəni mənzili təhvil verdikdən pulu verəcəyini bildirmişdir. 12 iyul 2023-cü il tarixdə Məleykə ona zəng edərək Bakı şəhəri, İnşaatçılar prospekti, 28a ünvanında yerləşən 12 saylı notariat ofisinə gedib Kainat ilə görüşüb pulu Kainata verməsini demişdir. Bu səbəbdən həmin gün, yəni 12 iyul 2023-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisinə gedib Kainat ilə görüşmüş, Kainat ona təklif etmişdir ki, ondan aldığı pula dair aralarında müqavilə bağlansın. O da üçün Kainata razılıq vermiş və Kainat ilə onun arasında müqavilə bağlanmış, o, özünə məxsus 7.800 manat pulu notariat ofisinin kassasına qoymuş və müqavilə bağlandıqdan sonra həmin pulu Kainat özünə götürmüş və sağollaşıb ayrılmışdırlar. Həmin vaxtı Kainat 3-4 günə onun mənzil məsələsini həll edəcəyinə söz vermişdir. Lakin bir müddət sonra işlər alınmadığı üçün o, maraqlanmış və Kainat adlı şəxsin ondan əlavə olaraq bir neçə şəxsdən eyni vədlə pul almasını müəyyən etdim. Bundan sonra o Cavid adlı şəxslə telefon əlaqəsi yaratmış və görüşmüşdür. Cavid adlı şəxslə ilə görüşən zaman Cavid ona bildirmişdir ki, Kainatın ona borcu var və vətəndaşların verdiyi pulu Kainatın borcundan silib, yəni pulları ev təşkil edəcəyi adı ilə alsada sonradan Kainat ona olan borcunu ödəmədiyi üçün həmin pulu Kainatın borcundan silmişdir. Hazırki vaxta kimi Kainata vermiş olduğum pul mənə ödənilməmişdir. Kainatın ona qarşı dələduzluq etməsi nəticəsində ona ümumilikdə 7.800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 qızma hər-hansı bir məbləğdə pul verib-verməməsinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, o, Məleykəyə hər-hansı bir məbləğdə pul verməmişdir. Lakin iş alındıqdan sonra Kainata əlavə 2.000 manat pul verməli idi. Bunu ona Məleykə demişdir. Belə ki, Kainat ona özü ilə Məleykə vasitəsilə əlaqə saxlamağını tapşırmışdır. Təqsirləndirilən şəxs Xoşbəx oğlu ifadəsində, Zərərçəkmiş şəxs1 ona deməsinə görə sonuncu ondan 2.000 manat pul alıb-almamasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, Məleykə Kainata vermək üçün «şapka» kimi ondan əlavə 2.000 manat pul istəmiş, lakin iş alınmadığı üçün Məleykəyə hər-hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bacım X10 vasitəsilə 2023-cü ilin iyul ayından tanımışam. Belə ki, bacım Arzu Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı şəhər poliklinikasına gedən zaman Məleykəni tanımışdır. Bacısı həmin poliklinikada sistem qoşduran zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Söhbət əsnasında Məleykə Kainatın Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mida” yaşayış kompleksində üç otaqlı mənzilin ipoteka şərtləri ilə alıb verməkdə köməklik edə biləcəyini demiş, Kainat da bunu təsdiq etmişdir. Bu söhbətdən sonra bacısı Arzu ona zəng edərək bu barədə demişdir. O da bacısına Məleykə ilə ətraflı danışmasını, Kainat adlı şəxsin etibarlı şəxs olub-olmasını soruşmasını demişdir. Həmin vaxtı bacısı Kainatın nömrəsini öyrənib ona demiş və o, Kainatın özünə zəng edib mənzil barədə danışdıqda Kainat bu işləri qaynı Şahid1 vasitəsilə etdiyini, 03 otaqlı mənzil üçün 7.800 manat pulun lazım olduğunu demişdir. Bundan başqa o əlavə etmişdir ki, 2.000 manat da əlavə olaraq zəhmət haqqı ödəməlidir. O da Kainatla razılaşmış və təxminən üç dörd gün sonra, yəni 28 iyul 2023-cü il tarixdə o, Quba şəhərində olduğu üçün özünə məxsus 7.800 manat pulu bacısı Arzuya göndərib Kainata verməsini xahiş etmişdir. Bacısı Arzu da həmin gün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı şəhər poliklinikasında Məleykənin iş otağında sonuncunun yanında 7.800 manat pulu əlbəəl olaraq Kainata vermişdir. 24 oktyabr 2023-cü il tarixdə Kainat ona zəng edərək bildirmişdir ki, mənzil artıq hazır olur və 31 dekabr 2023-cü il tarixdə təhvil veriləcək. Buna görə də, əlavə 2.000 manat pulu ondan istəmişdir. O da həmin vaxtı Quba şəhərində olduğu üçün yenə də 2.000 manat pulu bacısı Arzuya göndərib həmin pulu Kainata verməsini xahiş etmişdir. Bacısı da həmin gün, yəni 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı şəhər poliklinikasında Məleykənin iş otağında sonuncuya əlbəəl 2.000 manat pul vermişdir. Lakin o, Kainatın dediyi vaxtdan uzun müddət keçdiyi üçün Kainatla əlaqə saxladıqda Kainat müxtəlif bəhanələr gətirərək hər-hansı bir mənzil verməmişdir. Buna görə də o, Kainata verilmiş pullarını geri istəmişdir. 2024-cü ilin fevral ayında Məleykə öz iş otağında ona sonradan verdiyi 2.000 manat puldan 1.000 manatını bacısı Arzuya qaytarmış, bacısı da həmin pulu ona göndərmişdir. Lakin ona dəymiş 8.800 maddi ziyan hazırki vaxta kimi Kainat və ya Məleykə tərəfindən ona qaytarılmamışdır. Bundan sonra o Kainatın bu işləri həll etdiyini dediyi Cavid adlı şəxs ilə görüşən zaman Cavid ona bildirmişdir ki, Kainatın ona borcu vardır. Həmin vaxt o, Caviddən Kainat pulları ona mənzil təşkil etməsi üçün verib- vermədiyini soruşduqda, Cavid ona, elə bir şey olmadığını, gərək onun özü ilə danışıb həll etməsini demişdir. Bir daha bildirmişdir ki, Kainat ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mida” yaşayış kompleksində üç otaqlı mənzilin ipoteka şərtləri ilə alıb verməkdə köməklik etmək vədi ilə ona qarşı dələduzluq etməsi nəticəsində ona ümumilikdə 8.800 manat maddi ziyan dəymişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Cavid Neyməzadəni əvvəlcədən tanımamış, sadəcə olaraq Təqsirləndirilən şəxs bu işləri Şahid1 həll etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, bacısının ona ümumilikdə 7.800 manat pul verməsi, qalan 2.000 manat pulu isə Zərərçəkmiş şəxs1 yönləndirdiyi hər bir şəxsdən 2.000 manat alacağı barədə əldə etdikləri aralarındakı razılığa əsasən özü üçün götürməsini bildirməsinə dair verilmiş suala cavab olaraq göstərmişdir ki, Kainatın dedikləri yalandır. Belə ki, o, özünə məxsus pulları bacısı Arzunun vasitəsilə Kainata göndərmişdir. Bacısı da Kainata ona məxsus 7.800 manat və Kainatın sözü ilə Məleykəyə 2.000 manat olmaqla ümumilikdə 9.800 manat pul vermiş, həmin puldan 1.000 manatını Məleykə qaytarmış, Renat adlı şəxs isə onun Məleykəyə vermiş olduğu 2.000 (iki min) manat puldan qalan 1.000 (min) manatını da 08 iyun 2024-cü il tarixdə Məleykənin adından ona geri qaytarmışdır. Hazırda cinayət nəticəsində ona cəmi 7800 manat maddi ziyan dəymişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onunla Şahid1 arasında “MİDA” yaşayış kompleksindən ona ev verilməsi ilə bağlı hər hansı bir sövdələşmə olmamış və həmin şəxsə bununla bağlı hər hansı məbləğdə pul verməmişdir. O, Şahid1 ilə görüşən zaman isə sonuncu ilə danışıq zamanı Cavid ona bildirmişdir ki, Kainatın ona da borcu var və qərəzli olaraq onun adını çəkir. Onlar gərək bu məsələ ilə bağlı onun özünə müraciət edərdilər. Zərərçəkmiş şəxs1 vermiş olduğunuz 2.000 manat puldan sonuncu onun hər hansı məbləğdə pul qaytarıb-qaytarmaması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 həmin puldan 1.000 manatını bacısına qaytarmış, bacısı da həmin pulu ona göndərmişdir. Qalan 1.000 manat pulu isə 08 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 adından Renat adlı şəxs ona geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdən hazırki vaxta kimi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı Şəhər Poliklinikasında tibb bacısı işləyir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin ortalarından tanıyır. Şahid1 da təxminən iki ildir ki, tanıyır. Belə ki, Kainat və Cavidi onun işlədiyi poliklinikaya müraciət etdiklərində tanımışdır. Kainat həmin ərəfədə ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən Asan Xidmət mərkəzinin yaxınlığında ilkin ödəniş etmək şərti ilə ipoteka yolu mənzillər satıldığını, istəyən şəxs olarsa mənzili almaqdan ötrü 7.800 manat ödədikdən sonra, iş alındığı təqdirdə 2.000 manat «şapka» kimi vermək lazım olduğunu, istəyən şəxs olarsa müraciət etməsini və mənzilləri təşkil edə biləcəyini demişdir. Bundan sonra o, bu barədə öz tanışlarına demişdir. Belə ki, o, bu barədə Zərərçəkmiş şəxs2 bacısı X20 ilə telefonda danışarkən Kainat adlı tanışının Bakı şəhəri, Yasamal rayonunda yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında ilkin ödəniş etmək şərti ilə ipoteka yolu mənzillər təşkil etmək imkanının olmasını demiş, Arzu da qardaşı Murad üçün mənzil almaq istədiklərini demişdir. 2023-cü ilin ayını və gününü xatırlamadığı vaxtda Arzu onun iştirakı ilə Kainata 7.800 manat pul vermişdir. Bundan sonra Kainat Murada zəng edib ona 2.000 manat pul verməsini demiş, Muradın bacısı Arzu da 2.000 manat pulu Kainata verməsi üçün ona vermişdir. O da həmin pulu Kainata verməyib özündə saxlamışdır. Bunun səbəbi isə Arzu ondan “mən pulu saxlaya bilmirəm, sən pulu saxla, mənzil işi almandan sonra səndən götürüb aparıb Kainata verəcəyik” deyərək etdiyi xahiş olmuşdur. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs3 təxminən 2023-cü ilin avqust ayından atası Mursaqulu oğlunun vasitəsilə tanımışdır. Belə ki, Dilavər ona zəng etdikdə o, Dilavərə Kainatın qaynı Cavidin vasitəsilə işi həll etdiyini bildirmişdir. Sonradan Dilavərin ona demişdir ki, ipoteka şərtləri ilə mənzil almaqdan ötrü Kainata 7.800 manat pul vermişdir. Lakin Dilavər özü ona hər-hansı bir məbləğdə pul verməmişdir. Bundan başqa bildirmişdir ki, X19 onun qohumudur. O, Radəyə Kainatın dedikləri barədə demiş, sonradan Radə ona bildirmişdir ki, poteka şərtləri ilə mənzil almaqdan ötrü Kainata 7.800 manat pul vermişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 7-8 ildir ki, anası Sədaqətə görə tanıyır. 2023-cü ilin yay aylarında Vüqarın toy məclisi olmalı imiş. Həmin ərəfədə o, Kainatın ona dediklərini Vüqarın anasına demiş, həmin vaxtı Vüqarın anası Sədaqət ondan Kainatın nömrəsini almış və özü Kainatla görüşüb söhbət etmişdir. Sonradan bildiyinə görə Vüqar Kainata bu işlə əlaqədar 7.800 manat pul vermişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs6 təxminən üç ildir ki, tanıyır. 2023-cü ilin yay aylarında o, Kainatın dedikləri barədə o, Nərimana demiş və Nərimanın xahişi ilə o, Kainatın mobil nömrəsini ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, Nəriman bu işlə əlaqədar Kainata 7.800 manat pul vermişdir. Bundan başqa bildirmişdir ki, Kainat onun üçün də Bakı şəhəri, Yasamal “Jasmin park” yaşayış kompleksinin yaxınlığında ipoteka şərtləri ilə ilkin ödəniş 7.800 manat ödəməklə üç otaqlı mənzil təşkil edəcəyinə vəd verib, 2023-cü ilin avqust ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən «Olimp» mağazasının yanında ondan əlbə-əl 7.800 manat pul almışdır. Sonradan Kainat orada mənzilin alınmadığını deyib Yasamal rayonunda yerləşən Asan Xidmət Mərkəzinin arxasında yerləşən binalardan mənzil təşkil edəcəyinə söz vermişdir. Bundan başqa bildirmişdir ki, tanışı Rinat, Kainata mənzil almaq məqsədilə 5.500 manat pul vermiş, lakin iş alınmadığı üçün Rinat Kainatdan pulunu istədiyinə görə Kainat ona 3.500 manat gətirib bildirmişdir ki, «Muradın bacısı Arzunun sənə verdiyi, mənə çatmalı olan 2.000 manat pulu bu pulun üstünə qoy Rinata ver». O da 3500 manat pulun üstünə Arzudan aldığı 2000 manat pulu qoyub Rinata vermişdir. Sonra o, Rinata 2.000 manat pulun başqa şəxsə məxsus olduğunu deyib həmin pulu qaytarmaq lazım olduğunu demiş, Rinat da 1.000 manat pulu tapıb ona vermişdir. O da həmin puldu Muradın bacısı Arzuya qaytarmışdır. Kainatın ümumi pulu qaytaracığı təqdirdə o, Rinata 1.000 manat qaytarıl idi. Bundan başqa o, işin həll olunmadığı təqdirdirdə Kainat ona vurduğu ziyana görə 10.800 manat pul qaytaracığım dediyi üçün o, ərizəsində Kainatın ona 10.800 manat maddi ziyan vurmasını qeyd etmişdir. Bununla da Kainat ondan və qeyd etdiyi digər şəxslərdən pulu aldıqdan sonra müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və ondan aldığı pulu hazırki vaxta kimi ona qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Kainat işi həll etməyib ondan yayındıqdan sonra o və digər zərərçəkmiş şəxslər Cavidin iş yerinə getmişdirlər. Cavid söhbət əsnasında Kainatın ona borclu olmasını bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Cavid təxminən 5 gün əvvəl Kainatı işdən çıxarmışdır. Bundan sonra həyat yoldaşı X30 ilə danışdıqda sonuncu 15 fevral 2024-cü il tarixə kimi işin həll olunacağını deyərək onları inandırmışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, mənzil almaq istəyən şəxsləri ona yönləndirməyiniz müqabilində həmin şəxslərdən 2.000 manat alması barədə aralarında razılıq əldə olunub-olunmamasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir. Belə ki, Kainat ona bu işlə bağlı məlumat verəndən sonra o, sadəcə olaraq özü üçün mənzil düzəltməsinə kömək etməsini istəmişdir. O Kainatla belə bir razılığa gəlməmiş və onun qeyd etdiyi kimi heç bir şəxsdən pul almamışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində onun Şahid1 uzun müddət tanımasını bildirməsi və sonuncunun ofisində həmin şəxsə iynə vurmaq üçün getdiyini bildirməsinə dair verilmiş suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir, belə ki, o, Şahid1 uzun müddət öncədən tanımışdır. O, Təqsirləndirilən şəxs tanıdığı üçündə güvənib ona pul vermişdir. Həmçinin o, Kainatdan özünün yanında Şahid1 zəng etməsini tələb etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onun Zərərçəkmiş şəxs2 və X4 hər birindən özü üçün ayrı-ayrılıqda 2.000 manat pul almasını bildirməsinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, Kainatın dedikləri yalandır. Belə ki, Muradın bacısı Arzu 2.000 manat pulu saxlamaq məqsədilə ona vermişdir. Lakin Radə ona hər-hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin oktyabr ayının sonlarından tanıyır. Belə ki, həmin ərəfədə Məleykə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı şəhər poliklinikasına gələn bir nəfər şəxsin, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksində ilkin ödəniş etmək yolu ilə ipoteka şərtləri ilə mənzil təşikl etmək imkanının olmasını bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, mənzili ona təhvil verildikdən sonra ona da 2.000 (iki min) manat verməlidir. O da bununla razılaşmış və Kainatın mobil nömrəsini Məleykədən öyrənib Kainata zəng etmişdir. Telefon danışığından sonra, yəni 11 noyabr 2023-cü il tarixdə o, tanışı Fərman Xasmətov ilə birlikdə Kainat görüşüb söhbət edərkən Kainat bir daha Məleykənin dediklərini təsdiq edərək bildirmişdir ki, bu işləri Şahid1 həll edir və 2 otaqlı mənzil alınması üçün 5.500 manat, 3 otaqlı mənzil alınması üçün 7.800 manat ödəniş etmək lazımdır. Bu danışıqdan sonra tanışı Fərman ilə o hər ikisi ayrı-ayrılıqda mənzil almağa qərar vermişdirlər. Növbəti gün, yəni 12 noyabr 2023-cü il tarixdə o, tanışı Fərman ilə birlikdə ünvan 15 ünvanında yerləşən binanın qarşısında Kainat ilə görüşmüşdürlər. Orada o, tanışı Fərmanın yanında Kainata əlbəəl olaraq 5.500 manat pul vermişdir. Həmçinin Fərman da onun yanında Kainata əlbəəl 7.800 manat pul vermişdir. Həmin vaxtı Kainat 25 noyabr 2023-cü il tarixə kimi onları mənzil ilə təmin edəcəyinə vəd vermişdir. Lakin Kainatın vəd verdiyi müddətdən artıq vaxt keçməsinə baxmayaraq Kainat verdiyi vədinə əməl etmədiyi üçün və Kainatı Məleykəyə görə tanıdığı üçün Məleykəyə zəng etmişdir. Məleykə də ona narahat olmamasını, Kainatın ailə işi olduğunu və işinin həll olunacağın, hətta öz qohumları üçün belə mənzil almadığını bildirmişdir. Onu da qeyd etmişdir ki, Məleykənin bu dedikləri yalandır. Bundan sonra o, Cavid adlı şəxslə telefon əlaqəsi yaratdım və görüşmüşdür. Cavid adlı şəxs ilə görüşən zaman Cavid bildirmişdir ki, Kainatın ona borcu var və vətəndaşların verdiyi pulu Kainatin borcundan silib, yəni onların pullarını ev təşkil edəcəyi adı ilə alsada sonradan Kainat ona olan borcunu ödəmədiyi üçün həmin pulu Kainatın borcundan silmişdir. Cavid söhbət əsnasında Kainat ilə bacısının bir neçə il öncə boşandığını desə də o, xx.xx.2023-cü il tarixdə pulu Kainata Cavidin bacısının yaşadığı evin qarşısında vemişdir. Əlavə olaraq bildirmişdir ki, Kainat verdiyi vədlərə əməl etmədiyi üçün o, öz vəsaiti hesabına tanışı Fərmanın 7.800 manat pulunu qaytarmışdır. Bu səbəbdən Kainatın ona qarşı dələduzluq etməsi nəticəsində özünə ümumilikdə 13.300 manat maddi ziyan dəymişdir. Həmçinin hesab edir ki, Məleykə və Cavid də Kainat ilə əlbir olub ona və digər çoxsaylı vətəndaşlara qarşı dələduzlq etmişlər. Ona dəymiş 13.300 manat maddi ziyan hazırki vaxta kimi ona ödənilməmişdir. Onu da qeyd etmişdit ki, ona mənzil verilməsi məsələsi alınmadığı üçün o, Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə pul verməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 13.300 manat pulu 12 noyabr 2023-cü il tarixdə, ünvan 15 ünvanında yerləşən binanın qarşısında, Təqsirləndirilən şəxs ona “MİDA” yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil düzəltməsi məqsədilə, dostu Fərman Xəsmətovun yanında vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin puldan 7.800 manatı dostu Fərman Xasmətova məxsus olsa da, sonradan o, Fərmana pulunu öz vəsaiti hesabına qaytardığı üçün sonuncunun heç bir şikayət və tələbi olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Fərmanın anket məlumatları və əlaqə nömrəsini əzbər bilmir. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 mənzilin verilməsi məsələsi ilə bağlı hər-hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 uzun müddətdir tanıyır. Təxminən 2023-cü ilin noyabr aylarında Mikayıl ilə söhbət edən zaman Mikayıl ona ipoteka krediti ilə özünə ev almaq istədiyini bildirmişdir. Daha sonra özü qonşuluqda yaşayan Təqsirləndirilən şəxs bu işlə məşğul olduğunu bildirərək onunla danışıb bildiyi qədəri ilə 26.000-27.000 manat pul vermişdir ki, X26 rayonu X34 8 ünvanında yerləşən «MİDA» yaşayış kompleksində 2 otaqlı ev almaqda köməklik etsin. O da Mikayılın Kainata pul verdiyini bildiyi üçün Kainatın etibarlı adam olduğunu düşünüb onunla danışmaq üçün Mikayıldan Kainatın mobil nömrəsini istəmişdir. Kainatla danışdıqdan bir neçə gün sonra onunla görüşüb ev almaq üçün ətraflı danışmışlar və Kainat ondan şəxsiyyət vəsiqəsini istəyib, sistemdə adma baxdıqdan sonra ipoteka krediti üçün müsbət cavab olarsa ona deyəcəyini bildirmişdir. Bir gün sonra ona zəng edərək ipoteka fondu tərəfindən ona ipoteka krediti ayrıla biləcəyini deyib görüşmək istədiyini bildirmişdir. 20 oktyabr 2023-cü il tarixdə o, Kainatla yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 183 ünvanında görüşüb Kainatın idarə etdiyi avtomobildə o, Mikayıl və həyat yoldaşı Rənanın iştirakı ilə 10.000 manat pulu vermişdir. Kainat da 30-45 gün sonra sistemdə evlərin satışı olduqda onun adma da ev alacağını bildirmişdir. Lakin, o, heç bir sənədləşmə olmadığını və mənzilin verilməsinin gecikdiyini görmüşdür. Bundan sonra Kainatdan pulunu geri tələb etməyə başlasa da, Kainat hər dəfəsində bir bəhanə ilə pulunu geri qaytarmaqdan imtina etmişdir. Hətta həmin Kainat öz şəxsi xətti ilə və imzası ilə odan ev düzəldəcəyi adı ilə 10.000 manat pul aldığını yazaraq təsdiq etsə də, yenə də həmin pulu ona qaytarmaayaraq vəxt qazanmağa çalışmışdır. Məluamt üçün qeyd etmişdir ki, Kainatla onun və həyat yoldaşının “Vatsap” proqramı vasitəsi ilə yazışması olmuşdur. Lakin polisə məlumat verdikdən sonra o, bütün yazışmaları silmişdir. Kainatın bu əməli nəticəsində mənə 10.000 (on min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət onunla qonşuluqda yaşamışdır. Təxminən bir neçə ay əvvəl evinin yaxınlığında yerləşən mağazada işləyən Eldənizlə söhbət edən zaman o, Eldənizə ipoteka krediti ilə özü üçün ev almaq istədiyini bildirmişdir. Eldəniz də qonşuluqda yaşayan Kainatın bu işlə məşğul olduğunu deyib Kainatın mobil telefon nömrəsini ona vermişdir. O Kainatla telefonda danışıb bir neçə gün sonra Kainatla görüşüb ətraflı danışmışdır. Söhbət əsnasında o, Kainata özü üçün 2 otaqlı, dostları X9 və sonuncunun qardaşı X2 hər biri üçün ayrı-ayrılıqda üç otaqlı mənzil almaq istədiyini demişdir. Bir gün sonra isə Kainat ona zəng vuraraq ipoteka fondu tərəfindən bizə kredit ayrılacağını deyib görüşmək istədiyini bildirmişdir. Bu məqsədlə o, dostları Vahid Musatafayev və Fərid Musatafayev üçün hərəsinə 10.250 manat olmaqla ümumilikdə 20.500 manat pulu, Vahid Musatafayevdən götürüb, həmin pulun üzərinə özünə məxsus 5.500 manat pulu qoymAqla 26.000 manat pulu götürüb, Kainatla 07 dekabr 2023-cü ildə Yasamal rayonu Müdafiəçi küçəsində yerləşən 53 saylı Notariat ofisində görüşüb borc müqaviləsi bağlamış və kassaya onun tərəfindən qoyulmuş 26.000 manat pulu Kainat aralarında bağlanılmış müqavilədən sonra özünə götürmüşdür. Bir müddət keçdikdən, o, Kainatdan işinin nə yerdə olduğunu soruşduqda Kainat yaxın vaxtlarda işin həll olunacağını deyərək vaxtı uzatmışdır. Bundan sonra o, öyrənmişdir ki, Kainatın barəsində dələduzluqla cinayət işi olmuşdur. Odur ki, artıq Kainata olan inamını itirdiyinə görə 02 yanvar 2024-cü il tarixdə ondan pulunu qaytarmasını tələb etmişdir. Kainat isə söz vermişdir ki, yanvarın 13-də pulunu qaytaracaqdır. 13 yanvarda Kainatla görüşdükdə sonuncu əvvəl 3 gün, daha sonra 5 gün vaxt istəmiş, lakin yenə pulu qaytarmamışdır. Buna görə 03 fevral 2024-cü il Kainatla bağlı Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin vaxtdan sonra Kainatla görüşməmiş və qeyd etdiyim puldan heç bir məbləğdə pul qaytarmamış və qaytaracağını da bildirməmişdir. Bundan əlavə qeyd etmişdir ki, o ev almaq istədiyi barədə tanışı Ələddin adlı şəxsə danışmışdır. Ələddin də ondan Kainatın telefon nömrəsini götürərək Kainatla danışıb razılaşmış və Kainata MİDA yaşayış kompleksində ev almaq üçün hələ ondan əvvəl, yəni 2023-cü ilin oktyabr ayında onun iştirakı ilə Ələddindən 10 000 manat alaraq öz əli ilə yazmışdır ki, ev almaq məqsədi ilə Ələddindən 10 000 manat pul almış, həmin kağızı isə Ələddinin arvadı Rəna, Ələddin, o və Kainat imzalamışdır. X31 də aldadaraq həmin pulu ələ keçirmiş və nəticədə heç bir iş görməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ona “MİDA” yaşayış kompleksindən mənzil alınmasına köməklik etdiyini bildirmişdir. O da özü və dostları Vahid Musatafayev və Fərid Musatafayev üçün “MİDA” yaşayış kompleksindən mənzil düzəltməsi məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 26.000 manat pul vermişdir. Həmin 26.000 manat məbləğində pulu 07 dekabr 2023-cü ildə Yasamal rayonu Müdafiəçi küçəsində yerləşən 53 saylı Notariat ofisində vermiş və həmin vaxt o və Kainat tək olmuşdurlar. Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində, onun özü üçün “MİDA” yaşayış kompleksindən 2 otaqlı mənzil alınması məqsədiə 5.500 manat, dostları Vahid Musatafayevin və Fərid Musatafayevin hər birinə 3 otaqlı mənzil düzəldilməsi üçün isə hərəsindən 7.800 manat pul verilməsi barədə razılığa aralarında razılıq olsa da, onun həmin şəxslərə iki mənzil müqabilində 26.000 manat dediyi üçün 26.000 manat dəyərində müqavilə imzalanması, daha sonra Təqsirləndirilən şəxs həmin puldan əsas məbləği çıxdıqdan sonra 3.900 manat pulu ona geri qaytarmasını bildirməsinə dair verilmiş suala cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yalan demişdir. Belə ki, o, özü üçün mənzil verilməsi məqsədilə 5.500 manat versə də, dostlarım Vahid Musatafayevin və Fərid Musatafayevin hər biri üçün 10.250 manat pul vermiş. Təqsirləndirilən şəxs ilə müqavilə bağlandıqdan sonra da ondan 3.900 manat pulu geri almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun dostu və qohumudur. X11 onun qardaşıdır. 2023-cü ilin dekabr ayının əvvəllərində dayısı oğlu Mikayıl onun yanında sonradan adını bildiyi Təqsirləndirilən şəxs Xoşbəx oğlu ilə telefon danışığından və Mikayılın ona deməsindən sonra bilmişdir ki, Mikayıl özü üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Mida» yaşayış kompeksindən ipoteka şərtləri ilə mənzil almaqdan ötrü Kainata təxminən 5.500 manat pul vermişdir. Həmin vaxtı o, özü və qardaşı Fərid üçün kredit yolu ilə mənzil almaq istədiyini və bu barədə Kainata deməsini Mikayıldan xahiş etmişdir. Həmin vaxtı Mikayıl onun yanında Kainata zəng edib bu barədə dedimişdir. Təxminən iki gün sonra Kainat Mikayıla zəng edib «Mida» yaşayış kompeksindən ipoteka şərtləri ilə ilkin ödəniş olaraq üç mənzil üçün 7.500 manat olmaqla iki mənzil üçün 15.000 manat və özü üçün iş düzəltdiyi üçün əlavə 5.500 manat ödəmək lazım olduğunu demişdir. Dayısı oğlu Mikayıl da ona bu barədə demişdir. O da Mikayıla öz razılığını bildirmişdir və ipoteka yolu ilə mənzil almaq istədiyini demiş və bu məqsədlə 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Statistika Komitəsinin yaxınlığında Mikayıl ilə görüşüb özünə məxsus olan 20.500 manat pulu Mikayıla əlbəəl vermişdir. Həmin pulun qarşılığında o, özü və qardaşı Fərid üçün ümumilikdə iki mənzil almaq istəsə də 20.500 manat pul tam şəkildə ona məxsus olmuşdur. Kainat 2024-cü ilin yanvar və fevral aylarında mənzilləri ona təqdim edəcəyini dayısı oğlu Mikayıla vəd vermişdir. Lakin sonradan Kainat vədinə əməl etməyərək ona hər-hansı bir mənzil təşkil etməmiş və Mikayılın vasitəsilə Kainata vermiş olduğu 20.500 manat puldan hazırki vaxta kimi ona hər-hansı bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 4-5 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı Şəhər Poliklinikasına getdiyi vaxtdan tanıyır. Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdən Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin avqust ayının ortalarında Məleykə tanışı Kainatın Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mida” yaşayış kompleksində yerləşən binadan ilkin ödəniş 7.800 manat ödəməklə ipoteka şərtləri ilə üç otaqlı mənzil təşkil etmək imkanının olduğunu bildirmişdir. Məleykə onları əlaqələndirdiyi üçün mənzili ona təhvil verildikdən sonra özünə də əlavə olaraq 2.000 manat verəcəyini demiş və o da Məleykə ilə razılaşmışdır. Həmin ərəfədə o, nişanlı olduğu üçün ilkin ödəniş edib, ipoteka yolu ilə mənzil almağın sərfəli olduğunu düşünüb həmin şəxslə əlaqə saxlamaq qərarına gəlmişdir. 20 avqust 2023-cü il tarixdə Məleykə bu işlə bağlı danışmağı üçün ona Kainatın mobil nömrəsini vermiş və o, özü Kainata zəng etmişdir. Söhbət əsnasında Kainat da Məleykənin dediklərini təsdiq edərək 15-16 sentyabr 2023-cü il tarixə kimi “Mida” yaşayış kompleksində yerləşən binadan ilkin ödəniş 7.800 manat ödəməklə ipoteka şərtləri ilə üç otaqlı mənzil təşkil edə biləcəyini demişdir. Kainat həmçinin qeyd etmişdir ki, bu işləri qaynı Şahid1 vasitəsilə həll edir. O da razılaşmış və 24 avqust 2024-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı Şəhər Poliklinikasının yaxınlığında Kainat ilə təklikdə görüşüb özünə məxsus 7.800 manat pulu əlbəəl olaraq Kainata vermişdir. O pulu verən zaman Məleykəyə zəng etmiş və Məleykə ona narahat olmamasını, pulu verməsini, yaxın zamanda işinin həll olunacağını demişdir. O da Məleykəyə inanaraq 7.800 manat pulu Kainata vermişdir. O pulu Kainata verməmişdən əvvəl Kainat yenə də bu işləri qaynı Şahid1 vasitəsilə həll edəcəyini bildirmişdir. Lakin bir müddət sonra Kainatın dediyi vaxtdan çox keçdiyi üçün mənzil barədə maraqlanmışdır. Həmin vaxt onun kimi digər zərərçəkmiş şəxslərlə söhbət əsnasında öyrənmişdir ki, Kainat aldığı pulları aparıb qaynı Cavidə vermişdir. Cavid də onun kimi bir neçə şəxsin pullarını eyni vədlər verərək almışdır. Bundan sonra Məleykəyə güvənərək pulu verdiyi üçün Məleykədən pulunu tələb etmişdir. Bu zaman Kainat adlı şəxs 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu K.Kazımzadə 118 ünvanında yerləşən Gömrük Hospitalının qarşısında ondan almış olduğu 7.800 manat puldan 5.000 manatını ona geri qaytarmışdır. Daha sonra işləri ilə əlaqədar o, Türkiyə Respublikasına getmiş və orada olan zaman Məleykə ona zəng edərək ev işinin alındığını, bunun üçün pulu yenidən verməsini bildirmişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra 07 fevral 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 8 saylı binanın qarşısında Kainatla görşərək sonunucunun ona qaytardığı 5.000 manat pulu əlbəəl olaraq Kainata geri vermişdir. Daha sonra yenidən vaxtın uzandığını və mənzilin verilmədiyini görüb digər zərərçəkmiş şəxslərlə birlikdə Kainatın sözü əsasında metronun «28 may» stansiyasının yaxınlığında yerləşən kafelərin birində «İdeal» partiyasının vəkili Nazim Quliyev ilə görüşmüşdür. Sonuncu söhbət əsnasında yaxın vaxtlarda işin həll olunacağına dair vədlər versə də, işi həll olmadığı üçün Cavid adlı şəxslə telefon əlaqəsi yaratmış və onunla görüşmüşdür. Cavid adlı şəxs ilə görüşən zaman o Kainata bildirmişdir ki, Kainatın ona borcu var və vətəndaşların verdiyi pulu Kainatın borcundan silib, yəni onun pulları ilə ev təşkil edəcəyi adı ilə alsada sonradan Kainat ona olan borcunu ödəmədiyi üçün həmin pulu Kainatın borcundan silmişdir. Bu işlə bağlı ona ümumilikdə 7.800 manat maddi ziyan dəymiş və həmin puldan ona hər-hansı bir məbləğdə pul qaytarılmamışdır. Əlavə olaraq bildirmişdir ki, Məleykə Həsəsnova ona işin alınacağı təqdirdə 2.000 manat «şapka» pulu verəcəyini demiş, o da onunla razılaşmış, lakin sonradan iş alınmadığı üçün o, Zərərçəkmiş şəxs1 hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Hicran adlı tanışı vasitəsil tanımşdır. Belə ki, Hicran xanımla şəhid ailələri üçün təşkil olunmuş başqa bir tədbirdə olan zaman o, söhbət əsnasında ona oğlu ailə həyatı qurduğu üçün mənzil almaq istədiyini, hazırda yaşadıqları mənzilin kiçik olduğunu bildirmişdir. O, hətta Hicrana bildirmişdir ki, onlar bir dəfə də, “MİDA” yaşayış kompleksindən mənzil almaq üçün lotareyaya qatılsa da, mənzili qazana bilməmişdir. Bundan sonra Hicran adlı tanışı ona bildirmişdir ki, Kainat adlı bir tanışı var, o bu məsələlərlə məşğul olur. Əgər istəyərsə onun üçündə “MİDA” yaşayış kompleksində mənzil təşkil edə bilər. Bundan sonra Hicran onun yanında Kainat adlı şəxsə zəng etmişdir. Lakin Kainat ona işi olduğu üçün danışa bilməyəcəyini demişdir. Bundan bir neçə gün sonra Hicran adlı tanışı ona zəng edərək Kainatın əlində 3 otaqlı mənzil olduğunu bildirmişdir. Bundan sonra Hicran Kainatın mobil nömrəsini ona göndərmişdir. Bundan sonra o Kainatla əlaqə yaradan zaman Kainat ona bildirmişdir ki, 3 otaqlı mənzili almaq üçün 10.000 (on min) manat lazımdır. Həmin puldan 8.000 (səkkiz min) manatı mənzil üçün veriləcək, 2.000 (iki min) manatı isə Kainatın özünə çatacaq. Kainat danışdıqları zaman ona bildirmişdir ki, Mirdamət Əzimov onların böyükləridir, həmçinin Nazim Quliyev adlı bir vəkilində adını qeyd etmişdir. Onlar mənzil məsələsi ilə bağlı ətraflı danışdıqdan sonra razılığa gəlmişdirlər. 07 sentyabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində görüşmüşdür. O Kainata pulu verəcəyini, lakin onun Kainata pulu verməyini təsdiq edən bir müqavilə bağlamaq istdəyini bildirmiş və Kainat da ona etiraz etməmişdir. Lakin Kainatın ona mənzil düzəltməsi üçün pul verməsini tənzimləyən müqavilə olmadığı üçün o, Kainatla kredit müqaviləsi imzalamışdır. Bundan sonra Kainat onun əvvəlcədən notariat ofisinin kassasına qoymuş olduğu 10.000 (on min) manat pulu götürmüşdür. Bundan sonra Kainat ona bildirmişdi rki, noyabr ayının ortaları, dekabr ayının əvvəllərində mənzil ona təhvil veriləcək. Bundan bir qədər keçdikdən sonra Kainatla danışan zaman Kainat ona mənzilin yanvar ayında veriləcəyini bildirmişdir. O yenə də gözləsə də, Kainat mənzilini verməmişdir. O son olaraq Kainatla əlaqə saxlasa da, Kainat onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Kainatın nə pulunu nə də mənzili vermədiyini görüb Yasamal RPİ-nə ərizə ilə müraciət etmişdir. Kainatın bu əməl nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Şahid1 tanıyıb-tanımaması, həmin şəxslə hər hansı bir görüşününü olub- olmaması, həmçinin Kainatın bu işləri Şahid1 həll etməsi ilə bağlı ona hər hansı bir məlumat verib-verməməsi barədə suala cavab olaraq bildirmişdir ki, o, Şahid1 tanımır, həmin şəxslə hər hansı görüşü olmamışdır. Təqsirləndirilən şəxs bu işləri kiminsə vasitəsilə həll etməsi barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs sadəcə olaraq Mirdamət Əzimov adlı şəxsin onların böyükləri olduqlarını və Nazim Quliyev adlı bir vəkilin adını qeyd etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin yay aylarında ailəvi tanışı olan Zərərçəkmiş şəxs7 vasitəsilə tanımışdır. Belə ki, o, Zərərçəkmiş şəxs7 evinə qonaq gedən zaman orada olan söhbət zamanı sonuncu ona Kainat adlı bir şəxsin “MİDA” yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil düzəltdiyini bildirmişdir. O da uzun zamandır ki, özünə mənzil axtardığı üçün ona özünün də mənzil almaq istədiyini və həmin şəxslə əlaqə saxlamaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs7 zəng edib Kainatla görüşmək istədiyini və mənzil məsələsi ilə bağlı danışmaq istədiyini bildirmişdir. Bundan sonra o Kainatla telefonda danışan zaman sonuncuya 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra Kainat ona bildirmişdir ki, 3 otaqlı mənzil üçün 7.800 manat pul lazımdır. Bundan sonra Kainat ona Mirdamət Əzimov adlı bir şəxsin onların böyükləri olduğunu və Nazim Quliyev adlı vəkilin adını qeyd etmişdir. Bundan sonra onlar mənzilin verilmə şərtləri ilə bağlı danışıb razılığa gəlmişdirlər. 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində o, Kainatla görüşmüşdür. Orada o Kainata mənzili almaq üçün pulu verəcəyini lakin, bundan öncə onu Kainata pulu verməsini təsdiq edən bir müqavilə bağlamağı təklif etmişdir. Kainatla razılaşmışdır, lakin Kainatın ona mənzil düzəltməsi müqabilində onun Kainata pul verməsini tənzimləyən bir müqavilə olmadığı üçün o Kainatla borc müqaviləsi bağlamışdır. Bundan sonra Kainat onun əvvəlcədən notariat ofisinin kassasına qoyduğu 7.800 (yeddi min səkkiz yüz) manat pulu kassadan götürmüş və ona bildirmişdir ki, yanvar ayında mənzillə təmin olunacaq. Bundan sonra o Kainatın dediyi vaxtı gözləməyə başlamışdır. Kainatın ona mənzili verməyi vəd verdiyi vaxt yaxınlaşdıqda Kainatla əlaqə saxlayıb mənzil məsləsinin nə yerdə olduğunu soruşmuş, Kainat da ona mənzilin məsləsinin üzərində çalışdığını və dediyi vaxtda təhvil verəcəyini bildirmişdir. Bundan sonra o, bir qədərdə gözləsə də, Kainatın vəd verdiyi vaxtdan keçdiyini görüb Kainatla əlaqə saxlamışdır. Lakin Kainat onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Kainatın nə mənzilini, nə də pulunu vermədiyini görüb ondan Yasamal RPİ-nə şikayət etmişdit. Kainatın bu əməli nəticəsində ona 7.800 manat maddi ziyan dəymişdir. Şahid1 tanıyıb-tanımaması, həmin şəxslə hər hansı bir görüşününü olub- olmaması, həmçinin Kainatın bu işləri Şahid1 həll etməsi ilə bağlı ona hər hansı bir məlumat verib-verməməsi barədə suala cavab olaraq bildirmişdir ki, o, Şahid1 tanımır, həmin şəxslə hər hansı görüşü olmamışdır. Təqsirləndirilən şəxs bu işləri kiminsə vasitəsilə həll etməsi barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs sadəcə olaraq Mirdamət Əzimov adlı şəxsin onların böyükləri olduqlarını və Nazim Quliyev adlı bir vəkilin adını qeyd etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə zərərçəkmiş şəxs Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Hicran adlı bir tanışının vasitəsilə təxminən 2023-cü ilin yayında tanımışdır. Belə ki, o, həmin vaxtadək bir neçə dəfə MİDA layihəsindən ev almaq üçün lotareya oynamışdır. Lakin hər dəfəsində lotareyada qalib gələ bilməmişdir. Bu barədə Hicran adlı tanışma bildirdikdə Hicran ona bu işlərdən başı çıxan bir tanışının olduğunu, onun vasitəsilə bir neçə qohumunun MİDA layihəsindən ev aldığını və bu barədə həmin şəxsin ona köməklik göstərə biləcəyini bildirmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Hicran xanım ona zəng edərək, Kainatla danışdığını və onun üçün ev almağa kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, Hicran xanımdan Kainatın nömrəsini alıb özünə zəng etmişdir. Telefonla danışan zaman Kainat ona heçnəyə görə narahat olmamağını, onun dediklərini etsə tezliklə həmin mənzilə köçə biləcəyini bildirmişdir. Bunun üçün Kainat ona 7500 (yeddi min beş yüz) manat məbləğində vəsait verməli olduğunu demişdir. Onlar arasında olan razılığa əsasən həmin vəsaitin bir hissəsi alınacaq evin ilkin ödənişinin bir hissəsi kimi sərf olunmalı və evin ümumi dəyərindən çıxılmalı idi. Qalan hissəsini isə Kainat özünə götürəcəkdi. Qeyd etmişdir ki, o, Kainatla sonucunun istəyi və tələbi ilə hər zaman “Whatsapp” proqramı vasitəsilə səsli zənglə əlaqə saxlamışdır. Kainat hər dəfəsində onları inandıraraq özünün bu sahədə tək işləmədiyini, arxasında Mirdamət Əzimov adlı yüksək vəzifəli şəxsin dayandığını, onunla dəfələrlə belə işlər gördüyünü, bundan əlavə isə yarana biləcək bütün hüquqi problemlər üçün özünün daimi olaraq işlədiyi vəkilinin (Nazim Quliyev) olduğunu bildirmişdir. Həmçinin danışıqlar zamanı Kainat dəfələrlə onları bir-biri ilə Hicran xanımın tanış etdiyini, bunun üçün də ona qarşı heç bir zaman pis niyyətdə olmadığını bildirmişdir. Xüsusilə vurğulamaq istəmişdir ki, telefonla danışıqları zamanı, Kainat evi almaq üçün tələb etdiyi 7500 manat məbləğində pulu ona nağd formada, qeyri-rəsmi olaraq verməsini istəmişdir. Lakin, o, bununla razılaşmayaraq pulu Kainata notarial qaydada verəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri 11 saylı notariat ofisində ilk dəfə üz-üzə görüşmüşdürlər. Həmin vaxt da Kainat ona yenə müxtəlif vədlər verərək narahat olmağı üçün heç bir səbəb olmadığını, tezliklə onu söz verdiyi mənzillə təmin edəcəyini bildirmişdir. Lakin ondan təkidlə tələb etmişdir ki, müqavilə bağlanan zaman ev adını çəkməsin. Deməsinə görə ev hələ hazır olmadığı və çıxarışının olmadığı üçün pulu ondan sadəcə borc qismində alır. Ev hazır olub təhvil veriləndən sonra isə ödədiyi pulun qəbzini ona təqdim edəcəkdir. Daha sonra özünün istəyi ilə notarial qaydada xx.xx.2023-cü il tarixli, 3M- 1634 nömrəli kredit müqaviləsi bağlamaqla Kainata faizsiz olaraq 7500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs razılaşdıqları mənzili ona 2023-cü ilin noyabr ayının sonunadək təhvil verəcəyini demişdir. Təxminən yanvar ayının sonlarında o, yenidən onunla əlaqə saxlamışdır. Bu dəfə də Kainat ona tezliklə hərşeyin həll olacağını bildirmişdir və mümkündürsə bir qədər də gözləməsini xahiş etmişdir. Bu zaman isə o, Kainata bağladığı borc müqaviləsinin müddətinin başa çatdığını bildirmiş və söz verdiyi kimi ev məsələsini həll etmədiyinə görə ondan aldığı pul vəsaitini dərhal geri qaytarmasını tələb etmişdir. Belə ki, həmin müqavilənin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs borc məbləğini xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarılmalı idi. Kainat isə tezliklə onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o, Kainatla dəfələrlə əlaqə saxlamağa çalışsa da istifadəsində olan telefon nömrəsi bağlı olduğundan mümkün olmamışdır. Bundan sonra o, Kainatın iş yeri və digər əlaqələrini araşdırmağa başlamışdır. Ona məlum olmuşdur ki, Kainat “Promedia” şirkətində işləyir. O Kainatın iş yerinə getdikdə isə ona artıq bir neçə gündür işdən çıxdığını bildirmişdirlər. Bu zaman ona məlum olmuşdur ki, Kainat bir neçə nəfəri də onun kimi aldadıb pullarını dələduzluqla ələ keçirərək qaçmışdır. Bir neçə gündən sonra xatırladığı qədər ilə fevral ayının 23-də xəbərlərdə Mirdamət Əzimov adlı şəxsin MİDA evlərinin satışmdakı qanunsuz hərəkətlərinə görə tutulduğunu eşitmişdir. Bu zaman Kainatın da Mirdamət adlı şəxslə iş gördüyünü xatırlamışdır. Həmin tarixdən indiyədək də Kainat adlı şəxslə heç bir əlaqəsi olmayıb. Qeyd olunanlardan da məlum olduğu kimi Təqsirləndirilən şəxs ev düzəltmək adı ilə onu aldadaraq və etibarından sui-istifadə edərək ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti ələ keçirmişdir. Şahid1 tanıyıb-tanımaması, həmin şəxslə hər hansı bir görüşününü olub- olmaması, həmçinin Kainatın bu işləri Şahid1 həll etməsi ilə bağlı ona hər hansı bir məlumat verib-verməməsi barədə suala cavab olaraq bildirmişdir ki, o, Şahid1 tanımır, həmin şəxslə hər hansı görüşü olmamışdır. Təqsirləndirilən şəxs bu işləri kiminsə vasitəsilə həll etməsi barədə ona məlumat verməmişdir. Eyni zamandan məhkəmə baxış iclasında iştirak etmiş zərərçəkmiş şəxslər Şahid2 və Zərərçəkmiş şəxs10 nümayəndəsi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Nümayəndə (vəkillik vəsiqə VK-1412) bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi zərərçəkmiş şəxslər Şahid2 və Zərərçəkmiş şəxs10 dəymiş ziyan ödənilməmiş və hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 19 fevral 2024-cü il tarixə kimi olan müddət ərzində onun rəhbər olduğu şirkətdə müştəri məmmuniyyəti üzrə menecer vəzifəsində işləmişdir. 2020-ci ildə Kainat bacısı Kəmalə Quliyevadan məhkəmə qaydasında rəmi olaraq boşanmışdır. Kainat bacısından boşanmış olsa da işə götürmə səbəbi uşağının aliment pulunu ödəməsinə köməklik göstərməkdən ibarət olmuşdur. 2023-cü ilin sentyabr ayında Kainat ondan 10.000 məbləğində borc pul istəmiş və həmin pulla kənd təsərrüfatı quracağını və gəlirdən ona da verəcəyini demişdir. Belə ki, Kainat ona Salyan rayonunda kənd təsərrüfatı fəaliyyəti, göldə balıq baxmaq, heyvandarlıq və sair işlər görəcəyini demişdir. 2023-cü ilin avqust ayında o, Kainat ilə birlikdə Salyan rayonuna getmişdir. Kainat onu balıq gölü və heyvanların baxılması həmçinin əkin üçün ayrılmış sahələrlə tanış etmişdir. Bundan sonra o Kainatın sözlərinə inanmış və 2023-cü ilin sentyabr ayının əvvəllərində iş yerində, yəni ünvan 24 ünvanında yerləşən “X35” MMC-nin binasında yerləşən ofisdə Kainata əlbəəl 10.000 manat pul vermişdir. Bundan sonra işlərinin çox olması səbəbi ilə Kainatın işləri ilə maraqlana bilməmişdir. 19 fevral 2024-cü il tarixdə Kainat ona yaxınlaşıb dediyi işlərə tam başlayacağını, buna görə də işdə işləyə bilməyəcəyini deyərək ərizə ilə işdən çıxmaq istədiyini demişdir. O Kainatın sözlərinə inanmış və Kainatın ərizəsini qəbul edib sonuncunu işdən azad etmişdir. 26 fevral 2024-cü il tarixdə ilk dəfə istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs1 həyat yoldaşı İftixar və oğlu Kənan onun iş yerinə gələrək Kainatın onları aldadaraq “Mida” yaşayış kompleksində yerləşən binadan mənzil almaqdan ötrü pullarını alıb aldatdığını bildirmişdir. O, həmin şəxslərə Kainat barəsində hüquq mühafizə orqanlarına şikayət etmələrini izah etmişdir. Bundan sonra 29 fevral 2024-cü il tarixdə təxminən 12-13 nəfər şəxs yenidən onun iş yerinə gəldikdə onun iş yeri media qurumu olduğu üçün o, şirkətə çoxsaylı şəxslərin gəlməsinə görə ərazidə xidmət aparan polis əməkdaşına məlumat vermişdir. Bundan sonra polis əməkdaşlarının yanında o, həmin şəxsləri qəbul etdikdə həmin vətəndaşlardan onu tanıyıbtanımadıqlarını soruşmuş, həmin şəxslər onu tanımadıqlarını, pulu Kainata verdiklərini bildirmişdirlər. O həmin şəxslərə də hüquq mühafizə orqanlarına şikayət etmələrini izah etmişdir. Bundan sonra o, Kainatın vətəndaşlara qarşı dələduzluq əməlləri etdiyinə görə Kainat ilə əlaqə saxlamağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Sonradan maraqlandıqda Kainatın Gürcüstan Respublikasına getdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsində, Zərərçəkmiş şəxs2 Nizami oğlundan aldığı 7.800 manat pulu, Zərərçəkmiş şəxs3 aldığı 14.000 manat pulu, X8 aldığı 7.800 manat pulu, Zərərçəkmiş şəxs5 aldığı 7.800 manat pulu və Zərərçəkmiş şəxs6 aldığı 13.300 manat pulu onun iş yerinə gətirərək əlbəəl özünə verdiyini bildirməsi, onun də iş alınacağı təqdirdə Kainata hörmət edəcəyini bildirməsi barədə verilmiş suala cavab olaraq göstərmişdir ki, Kainatın dedikləri yalandır. O, qeyd olunan şəxsləri ilk dəfə xx.xx.2024-cü il tarixdə görmüşdür. Əvvəllər o, həmin şəxsləri görməmiş, həmin şəxslərə o, heç bir vəd verməmiş, aralarında heç bir görüş və danışıq olmamışdır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 şəxsən tanımır, lakin o, 2021 və 2022-ci il tarixlərd xəstələndiyi üçün Məleykə tibbi bacısı olaraq mənim iş yerimə gələrək mənə və digər iş yoldaşlarıma iynə vurmuşdur. Məleykəni Kainat gətirmişdir. O, əvvəllər Məleykəni tanımamışdır. İstintaq zamanı X19, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ifadələrində Kainat adlı şəxsin onlardan pul alıb vədinə əməl etmədiyi üçün onun iş yerinə gəlib bu barədə ona dedikdə onun Kainatın özünə borcunun olmasını, Kainatın ona verdiyi pulu Kainatın borcundan sildiyini bildirmələrinə dair verilmiş suala cavab olaraq qeyd etmişdir ki, ifadələrdə göstərilənlər yalandır. Mən hər-hansı bir şəxsə Kainatın ona pul verdiyini və özünün də həmin pulu Kainatın ona olan borcuna sildiyini deməmişəm. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki: 1.Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14A ünvanında yerləşən 06 saylı notariat ofisində bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, Babayev X3 Kainat Xoşbəxt oğluna həmin ofisdə 7800 manat pul vermişdir. 2. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs həmin ofisdə 7800 manat pul vermişdir. 3. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs həmin ofisdə 10000 manat pul vermişdir. 4. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində bağlanmış “kredit müqaviləsi”nin surətindən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs həmin ofisdə 7500 manat pul vermişdir. 5. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Yasamal rayonu, Müdafiəçi küçəsi 528 ünvanında yerləşən 53 saylı notariat ofisində bağlanmış “borc müqaviləsi”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs həmin ofisdə 26000 manat pul vermişdir. 6. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində bağlanmış “borc müqaviləsi”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs həmin ofisdə 7800 manat pul vermişdir. 7. Cinayət işi materiallarına əlavə edilmiş əlyazısı ilə yazılmış kağız oxunan zaman aydın olur ki, Təqsirləndirilən şəxs ev almaqda köməklik göstərəcəyini vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixdə 10000 manat pul almışdır. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli elektron məlumat daşıyıcılarına baxış keçirilməsi barədə protokoldan görünür ki, diskdəki səs yazıları dinlənilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs səsinə bənzər səslə danışan şəxs Kamələ adlı qadına göndərdiyi səslərdə, ölkə xaricində olduğunu bildirir, almış olduğu pulları etiraf edir və pulların özündə olduğunu Cavid adlı şəxsin bu məbləğlərlə əlaqəsi olmadığını, Cavidin heç kimə borcu olmadığını, sonunucunun bu məsələyə aidiyyatı olmadığını, almış olduğu pulları notarial müqavilələrlə aldığını, problemləri yoluna qoymağa çalışdığını bildirir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli elektron məlumat daşıyıcılarına baxış keçirilməsi barədə protokoldan görünür ki: - disklərdə və “fleshcard” məlumat daşıyıcısında olan səs yazıları dinlənilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs səsinə bənzər səslə danışan şəxs Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4 və digərləri ilə danışarkən və ya onlara səs mesajları göndərən zaman, təkidlə onları “MİDA” yaşayış kompkelsindən ev alacaqlarına inandırmağa çalışır və “MİDA” yaşayış kompleksində tezliklə mənzillə təmin olucaqlarına dair yalan vədlər verir. Həmçinin müxtəlif məzmunlu, həqiqətə uyğun olmayan sözlərlə vətəndaşların ev alması il bağlı yaranmış gecikmələri əsaslandırmağa çalışır. - “fleshcard” məlumat daşıyıcısında olan video-fayla baxış keçirən zaman Təqsirləndirilən şəxs səsinə bənzər səslə danışan şəxs 3 otaqlı mənzilin video çəkilişini edir və bu mənzil barədə məlumat verir. Digər vidoe fayllara baxış keçirən zaman müəyyən olunur ki, Kainta Qulizadə və ətrafında üzləri görünməyən şəxslər pulların hara sərf edilməsi ilə bağlı müabhisə edirlər, Təqsirləndirilən şəxs pulları Cavid adlı şəxsə verdiyini deyir. İş materiallarından görünür ki, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qərarına əsasən 29 gün müddətinə yəni 07 avqust 2024-cü il tarixdək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti dəyişdirilməklə 17 gün müddətinə yəni xx.xx.2024-cü il tarixdək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki: - Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinə xitam verilmişdir. - Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci i tarixdə sözü gedən cəriməni tam ödəmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2009-cu il təvəllüdü X5 adlı bir azyaşlı övladı vardır. İş materiallarında olan Bakı şəhər 12 saylı notariat ofisinin 21 iyul 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixədək 7800 manat borc pul vermişdir. İş materiallarında olan Bakı şəhər 06 saylı notariat ofisinin 15 iyul 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Babayev X3 Kainat Xoşbəxt oğluna 15 avqust 2023-cü il tarixədək 7800 manat borc pul vermişdir. İş materiallarında olan Bakı şəhər 53 saylı notariat ofisinin 07 dekabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixədək 26000 manat borc pul vermişdir. İş materiallarında olan Bakı şəhər 11 saylı notariat ofisinin 22 dekabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 22 yanvar 2024cü il tarixədək 7800 manat borc pul vermişdir. İş materiallarında olan Bakı şəhər 11 saylı notariat ofisinin 07 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs 07 yanvar .2024cü il tarixədək 10000 manat borc pul vermişdir. İş materiallarında olan Bakı şəhər 11 saylı notariat ofisinin 25 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixədək 7500 manat borc pul vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə ev almağa köməklik göstərmək məqsədilə Zərərçəkmiş şəxs8 10000 manat pul almış və sonda sözü gedən əlyazma Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və X16 imzaları təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı qismən etiraf edici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini, dediyinə görə şəkər xəstəsi olmasını, himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddətlər daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 09 iyul 2024cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ona dəymiş maddi və mənəvi ziyana görə 13300 manat maddi ziyanın tutularaq ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun yəni, 130 manatın Təqsirləndirilən şəxs aid edilərək tutulmasını və ona ödənilməsini xahiş etmişdir. Digər zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ona dəymiş maddi və mənəvi ziyana görə 7800 manat maddi ziyanın tutularaq ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun yəni, 98 manatın Təqsirləndirilən şəxs aid edilərək tutulmasını və ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddialar əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 maddi ziyanın vurulması ittihamı ilə əlaqədar verildiyindən və maddi ziyan həcmində olduğundan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iddiları təmin olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Göstərilənlərə əsasən məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiasının tam təmin olunmasını, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 13300 manat maddi ziyanın, və 130 manat dövlət rüsumunun, cəmi 13430 manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilməsini, daha sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiasının tam təmin olunmasını, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 7800 manat maddi ziyanın, və 98 manat dövlət rüsumunun, cəmi 7898 manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 13300 manat maddi ziyan və 130 manat dövlət rüsumu, cəmi 13430 manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 7800 manat maddi ziyan və 89 manat dövlət rüsumu, cəmi 7898 manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Xətai filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-287/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-287/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver